Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3183/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 avqust tarixli 2-1(10 3)-1191/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Əfqanıstan İslam Respublikasının vətəndaşı olan iddiaçı 2018-ci il 5 iyul tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdehin 2018-ci il 4 oktyabr tarixli qərarıilə vəsatət təmin edilməmişdir. İddiaçı cavabdehin 2018-ci il 4 oktyabr tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət instansiyasının 2018-ci il 10 dekabr tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2019-cu il 16 yanvar tarixdə 1 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə 2018-ci il 5 iyul tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 2018ci il 4 oktyabr tarixli, İQ-118/2 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarı və onun şikayət instansiyasının 2018-ci il 10 dekabr tarixli, 340 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanıstanın Qəzni vilayətinin Cağori əyalətinin Tupdövlətşah kəndində anadan olmuşdur. 12 illik orta təhsili bitirdikdən sonra Kabil Politexnik Universitetinin E lektromexanika fakültəsinə qəbul olmuş, sonradan fakültəsini dəyişdiyini və 2013-cü ildə həmin universitetin İnformasiya texnologiyaları fakültəsini bakalavr pilləsi üzrə bitirmişdir. O, universitetdə təhsil aldığı müddətdə əmək fəaliyyətinə başlamış, 2011-2013-cü illərdə Kabildə x2 İT üzrə mütəxəssis, 2013-2014-cü illərdə x3 adlanan və milli orduya aid olan şirkətdə İT üzrə təlimçi, 2015-2018-ci ilədək (Azərbaycana gələnə kimi) x4 adlanan şirkətdə rabitə mühəndisi işləmişdir. İddiaçı 2018-ci ilin əvvəlində qanuni nikaha daxil olmuşdur. 2018-ci ilin əvvəllərində iki nəfər tanımadığı şəxs onun evinə gəlmiş, anasından övladının harada olması, nə işlə məşğul olması, dövlət işində işləyib-işləməməsi ilə maraqlanmışlar. İkinci dəfə isə İzzətullah adlı qardaşından digər bacı-qardaşları barədə so ruşmuşlar. Taliban bu hadisədən bir müddət sonra iddiaçıya təhdid məktubu göndərmiş, milli ordu və xarici təşkilatlarla əməkdaşlıq etdiyi üçün onu hədələmişlər. İddiaçı həyatı üçün təhlükə yaranacağını ehtimal etdiyi üçün ölkəni tərk edərək 2018-ci il 31 may tarixdə arvadı ilə birlikdə Azərbaycana gəlmişdir. İddiaçı 2018-ci il 5 iyul tarix də cavabdehə müraciət edərək ona sığınacaq verilməsini xahiş etmiş, onunla müsahibə keçirilmişdir. 2018-ci il 4 oktyabr tarixdə cavabdeh iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 mart tarixli 2-1(81)1067/2019 nömrəli qərardadı ilə iddia tələbi “şikayət instansiyasının 2018-ci il 10 dekabr tarixli, 340 nömrəli inzibati şikayətin təmin edilməməs i haqqında qərarının ləğv olunması” hissədə mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati şikayət verildiyi hallarda, şikayət instansiyasının ilkin inzibati aktı dəyişdirməyən qərarından məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 mart tarixli 2-1(81)1067/2019 nömrəli qərarı ilə iddia tələbi “cavabdehin üzərinə 2018-ci il 5 iyul tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması və cavabdehin 2018-ci il 4 oktyabr tarixli, İQ-118/2 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi” hissəsində rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosia l qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçı həmin qərardaddan və qərardan apellyasiya şikayəti verərək qərardadın və qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli 2-1(103)-1191/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 avqust tarixli 2-1(103)-1191/2019 nömrəli qərarıilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi bi rinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cü il 16 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 19 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki,işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı bey nəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya (bundan sonra mətndə - Konvensiya) və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra mətndə - Protokol). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra mətndə – AİHK) və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHKi şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3, 8 və 13-cü maddələri qaçqın işlərinə tətbiq edilə bilər. İddiaçı hesab edir ki, sığınacaq verilməsindən imtina edilməklə onun aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsi); inzibati icraat və ədalət mühakiməsi hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi); pis rəftara məruz qalmamaq hüququ (AİHK-in 3-cü maddəsi 3); şəxsi həyata hörmət hüququ (AİHK-in 8-ci maddəsi); səmərəli vasitələr hüququ (AİHK-in 13-cü maddəsi). Nəticə etibarilə, cavab dehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır. Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 73.1-ci maddəsinə əsasən bu halda, məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri h alda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəb ulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəs atətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məc buri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İşin araşdırılmış hallarına görə, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul o lmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 avqust tarixli 2-1(103)-1191/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3183/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3183/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver