Məhkəmə qərarları › İş №2-1(102)-3186/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3186/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3186/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2, İddiaçı1 MMC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (riskli vergi ödəyicilərin siyahısından çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı2, İddiaçı1 MMC və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2744/2024 nömrəli, 07 avqust 2024-cü il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçılar-vergi ödəyicisi İddiaçı2, xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı1 MMC (VÖEN **********), xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı3 MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sahibkar kimi sərbəst səyyar fəaliyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçı qismində İddiaçı1 MMC göstərilməklə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı2 əsl İddiaçı1 MMC ilə əvəz edilmiş, iddia tələbi “riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabd eh Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək birgə iddiaçı qismində İddiaçı2, İddiaçı1 MMC və İddiaçı3 MMC nəzərə alınmaqla hər üç vergi ödəyicisinə münasibətdə riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 İddiaçı3 MMC-nin (VÖEN: **********) direktorudur. Cavabdeh orqan 2020-ci il Nazirlər Kabinetinin qərarına əsaslanaraq iddiaçının riskli vergi ödəyicisi olduğunu elan etməklə iddiaçının işinə əngəl törətmiş, sifarişçilər qarşısındakı öhdəliyini yerinə yetirməyə mane yaratmışdır. Nəticədə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. İddiaçının işinin xüsusiyyəti bel ədir ki, iddiaçıya anbar saxlanılmasına ehtiyac yoxdur. Belə olan halda iddiaçı səyyar fəaliyyətlə çalışır.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı3 MMC-nin, İddiaçı2 və İddiaçı1 MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçılar qismində iştirakları nəzərə alınmış, iddia tələbi “hər üç vergi ödəyicisinə münasibətdə riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

7. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim olunaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində Baş İdarədə iddiaçı ilə bağlı aparılmış araşdırma, xx.xx.2023-c ü il tarixdə baş tutmuş məhkəmə iclası araşdırmasında iddiaçı tərəfindən aparılmış satışda uçot tələblərinin pozulması faktı məlum olmuşdur. Bu uçot tələbinin pozulması faktı verginin düzgün hesablanmasına təsir etməmiş, ziyana yol verməmişdir. Fəaliyyəti səyyar xarakter daşıdığı üçün və vasitəçilik fəaliyyətinə görə iddiaçı anbar tələbinin yerinə yetirilməsi zərurətinin, ehtiyacının və imkanının olmadığını qeyd etmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********183900 nömrəli qərarına əsasən Vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli etirazda qeyd olunmuşdur ki, cavabd eh Bakı səhəri X8 üzrə Baş İdarəsi 2-1(112)-13220/2023 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimlə yir. İddiaçı ərizəsində qeyd etmişdir ki, fəaliyyəti səyyar xarakter daşıdığı üçün vasitəçilik fəaliyyətinə görə anbar və ya digər təsərrüfat subyekti olmasına zərurəti, ehtiyacı və imkanı yoxdur. Cavabdeh bildirir ki, yuxarıda qeyd olunan Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan məsələ üzrə İddiaçı1 MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Odur ki, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Beləliklə Meyarların 2.1.3-cü bəndinə əsasən hüquqi şəxs İddiaçı1 MMC riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin təhlil zamanı, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Qeyd olunanlarla yanaşı bildirilir ki, Meyarların 2.1.6.-cı yarımbəndinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs riskli sayılır. Araşdırma zamanı cəmiyyətin rəhbəri fərdi sahibkar İddiaçı2 (VÖEN: **********) da Meyarların 2.1.1 və 3.1.1-ci bəndlərinə əsasən riskli vergi ödə yicisi olduğu, alışında və idxalında olmadan xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 35.6 min manat dəyərində “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model və s.” qeyd olunan elektron qaiməfakturalar üzrə mal təqdim etdiyi və qeyd olunan riskli əməliyyatlarını aradan qaldırmadığı (riskli elektron qaimə-fakturalarını ləğv etmədiyi və ya dəqiqləşdirmədiyi), eyni zamanda təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədləri təqdim etmədiyi aşkar edilmişdir. İddiaçı2 eyni zamanda İddiaçı3 MMC-nin (VÖEN: **********) rəhbəri olması da müəyyən edilmişdir ki, qeyd olunan cəmiyyətin fəaliyyətinin aktiv olmasına və əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmaması və müvafiq əmək müqaviləsi əsasında muzdlu işə cəlb edilmiş işçilərinin, o cümlədən direktorunun olmadığı aşkar edilmişdir. Əmək qanunvericiliyinə əsasən hüquqi şəxsin rəhbəri muzdlu işçi hesab olunduğundan tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır. Beləliklə araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiklərinin əksinə, vergi ödəyicisinin konkret olaraq hansı əsaslarla riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi dəqiq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli etiraz isə onunla əsaslandırılmışdır ki, İddiaçı2 barəsində çıxarılmış “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilmi şdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 35,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və xx.xx.2023-cü il tar ixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi, təsərrüfat subyektinin qeydiyyata alınmadığı və risk yaradan halların aradan qaldırılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən alınan qeyd olunan malların alış sənədləri vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə b orcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün ə məliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən topdansatış ticarət fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata k eçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaiməfakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV -nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktında (“Malların elektron alış aktı”nda) satıcının şəxsi yyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təh vil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə - müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəənəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yeni dən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır. İddiaçının təsisçi və rəhbəri olduğu İddiaçı1 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilir ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Beləliklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə əsasən hüquqi şəxs İddiaçı1 MMC riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2022-ci il tarixl i “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Həmçinin təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün “Metal və metal məmulatların pərakəndə satışı” olduğu və bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Xüsusilə vurğulanır ki, iddiaçı məhkəmə prosesində İddiaçı1 müəssisəsi adından heç bir əməliyyat aparılmadığını, müəssisə yaradıldıqdan sonra fəaliyyətinin dərhal dayandırıldığını bildirsə də, İddiaçı1 MMC tərəfindən xx.xx.2023-cü il tar ixində "xxxx" MMC-yə 8500,0 manat dəyərində elektron qaimə-faktura əsasında mal (iş, xidmət) təqdim edilmişdir. Qeyd olunan təqdim etmə vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində də öz əksini tapmışdır. İddiaçı2 təsisçi və rəhbəri olduğu İddiaçı3 MMC-nin (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara münasibətdə bildirilir ki, vergi ödəyicisinin fəaliyyət növünün “Dəzgahların pərakəndə satışı” olmasına bu fəaliyyət sahəsinin “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”na əsasən obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi orqanında qeydiyyata qoyulmuş təsərrüfat subyektinin (obyektinin) olmadığı məlum olmuşdur. Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3, 2.1.6-cı bəndinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılmış və vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Eyni zamanda xüsusilə vurğulanır ki, İddiaçı2 məhkəmə prosesində etiraf etmişdir ki, fiziki şəxs kimi riskli vergi ödəyicisi hesab olunduğu üçün İddiaçı3 MMC və İddiaçı1 MMC-ni vergi orqanında qeydiyyata aldırmışdır. Bu isə iddiaçının əməliyyatlarının riskli olmasını və vergi orqanının qərarlarının ədalətli olmasını bir daha sübut edir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyic isi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər v ə xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X1) 29 mart 2024-cü il tarixli, e-2-1(112)2106/2024 saylı qərarına əsasən, iddia tələbi təmin edilərək iddiaçılar İddiaçı2 Yaşar oğlunun, İddiaçı1 MMC-nin və İddiaçı3 MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə ayrı-ayrılıqda qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə həvalə edilməs i qərara alınmışdır.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bənddə müəyyən olunmuş risk meyarının tətbiq olunması zamanı vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyətin xarakterinin nəzərə alınması zəruridir. Digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən malların saxlanılması üçün qeydiyyatda olan hər hansı təsərrüfat subyektinin (obyektinin) tələb olunması həmin sahibkarlıq fəaliyyətinin xarakteri ilə uyğunsuzluq təşkil edir və qanunvericilikdə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı təsərrüfat subyektinin (obyektinin) olması tələbi birbaşa n əzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı iddiaçı aydın şəkildə malları digər şəxslər üçün sifariş əsasında əldə etdiyini və bilavasitə sifarişçilərə təhvil verildiyini bildirmiş, bununla bağlı sifarişçi vergi ödəyicilərinə təqdim edilmiş elektron qaimələri vergi orqanına, eləcə də məhkəməyə bəyan etmişdir. Belə olan təqdirdə, iddiaçıların həmin malların saxlanılmasına görə hər hansı anbara ehtiyacının olmaması ağlabatandır. İddiaçı həmin malların son təyinat məntəqəsini cavabdeh quruma bəyan etmiş, həmin əməliyyatların əmtəəsiz olmasına hər hansı şübhə olduğu təqdirdə cavabdeh qurum müvafiq vergi yoxlaması tədbirləri (məsələn X6) həyata keçirməklə malların mövcudluğunu aydınlaşdıra bilərdi. Məhz qeyd edilən halda ödəyici (iddiaçı) tərəfindən əmtəəsiz əməliyyat keçi rildiyi müəyyən edilməklə müvafiq qərar qəbul edilə bilərdi. Hazırkı halda isə cavabdeh tərəfindən görülən tədbir (riskli vergi ödəyicisi hesab edilmə barədə qərarların qəbulu) qarşıya qoyulan məqsədə mütənasib olmamaqla ödəyicinin sahibkarlıq fəaliyyətinə müdaxilə hesab olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 riskli vergi ödəyiciləri hesab edilməsi qanunvericinin, eləcə də tənzimləyicinin güddüyü məqsədə uyğun deyildir və iddiaçıların riskli vergi ödəyiciləri siyahısından çıxarılmaları barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh orqana həvalə edilməldir.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)2106/2024 saylı qərarı nın nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 saylı qərarının nəticə hisəsində “İddiaçı2 Yaşar oğlunun” sözlərinin “İddiaçı2” sözləri kimi oxunması qərara alınmışdır.

13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2106/2024 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2744/2024 nömrəli 07 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər X3-məruzəçi, X4 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(112)2106/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində iddia ərizəsinə etirazın dəlilləri qeyd edilmiş, Vergi Məcəlləsinin 13.2, 82, 104.1, 108.1, 109.9-cu maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 28 iyul tarixli 265 nömrəli qərarına istinad edilərək apelyasiya instansiyası məh kəməsinin qərarının qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyar larına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 20. “İnzibati icr aat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli ə məliyyatların Meyarları” (21 noyabr 2024-cü ilə qədər olan redaksiya) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidm ətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üz rə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaim ə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarına əsasən vergi ödəyicisi İddiaçı2, xx.xx.2023-cü il tarixli qərarına əsasən vergi ödəyicisi İddiaçı1 MMC, xx.xx.2023-cü il tarixli qərarına əsasən vergi ödəyicisi İddiaçı3 MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Vergi ödəyicisi İddiaçı2 sonradan yaradılan vergi ödəyiciləri İddiaçı1 MMC v ə İddiaçı3 MMC-nin qanuni təmsilçisi və rəhbəri olmuşdur.

27. Hazırkı iş üzrə hər üç iddiaçı onlara münasibətdə riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. İddiaçıların riskli vergi ödəyiciləri hesab edilmələri barədə cavabdehin qərarlarından və iddia ilə bağlı cavabdehin dəlillərindən görünür ki, İddiaçı2 ona görə riskli vergi ödəyicisi hesab edilmişdir ki, vergi ödəyicisi kimi onun tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə cəmi 35,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Boru, Dairəvi paydaxlama dəzgahı model, torma borukəsən dəzgah model” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı2 riskli vergi ödəyicisi hesab edildiyindən onun təsisçisi və rəhbəri olduğu hər iki MMC də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü bəndinə əsasən riskli vergi ödəyiciləri hesab edilmişlər. Əlavə olaraq İddiaçı1 MMC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə 8500,0 manat dəyərində elektron qaimə-faktura əsasında mal (iş, xidmət) təqdim edilmişdir. Qeyd olunan təqdim etmə vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində də öz əksini tapmışdır.

29. İddiaçılar onların r iskli vergi ödəyicisi hesab edilməsi barədə cavabdehin qərarlarını inzibati və məhkəmə qaydasında mübahisələndirməmişlər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə müvafiq olaraq hər üç inzibati akt hüquqi qüvvəyə minmiş və etibarlı sayılmışdır.

30. İddiaçıların hazırkı iş üzrə iddiasının dəlillərindən görünür ki, onlar barələrində riskli vergi ödəyiciləri hesab edilmələri barədə qərarın qəbul edilməsinə əsas olan yuxarıda qeyd edilən hallara istinad edərək riskli vergi ödəyicilərin siyahısından çıxarılmasını xahiş edirlər. İddiaçılar hesab edir ki, cavabdeh onlar barəsində riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edərkən qanunvericiliyin tələbini pozmuşdur və bu səbəbdən riskli vergi ödəyicilərinin siyahısından çıxarılmalıdırlar.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların riskli vergi ödəyiciləri hesab edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati aktlar qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmiş və geri çağırılmamışdır. İddiaçılar həmin qərarlarla razılaşmış və inzibati, yaxud məhkəmə qaydasında mübahisələndirməmişlər. Lakin həmin qərarlarla bağlı mübahisə açılmadığı halda, həmin qərarların qəbul edilməsinə əsas olan hallara istinad etməklə, yəni onların riskli vergi ödəyicisi hesab edilməsi barədə inzibati aktlarla bağlı mübahisə açmadan həmin qərarların qəbul edilməsinə əsas olan hallara əsaslanmaqla riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə iddia əsaslı sayıla bilməz.

32. İddiaçılar riskli vergi ödəyiciləri hesab edilmələri ilə bağlı barələrində qəbul edilən inzibati aktla bağlı mübahisə açmadıqlarından və həmin ak tla razılaşdığından, hazırkı iddianın əsasını iddiaçılar tərəfindən mübahisələndirilməyən inzibati aktın qəbul edilməsinə əsas olan hallar təşkil etdiyindən iddianın təmin edilməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

33. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 21 noyabr 2024-cü ildə qüvvəyə minmiş 4-cü bəndində vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması qaydası və şə rtləri müəyyən edilmişdir. İddiaçılar riskli vergi ödəyicisi siyahısından çıxarılma ilə bağlı həmin qayda və şərtlərin tələbinə uyğun hərəkət edərək cavabdeh inzibati orqana müraciət edə bilərlər.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 2-1(103)-2744/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı2 Yaşar oğlu, İddiaçı1 MMC və İddiaçı3 MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması b arədə ayrı-ayrılıqda qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar