Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3188/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili X5 iştirakı ilə. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “16.01.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin 22 avqust 2019cu il tarixli 2-1(107)-388/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 1969, 1971-1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda işləmiş, 10.09.1977-01.11.1977-ci illərdə X10 teleqrafçı şagirdi işləmiş, 19.11.1977-13.11.1979-cu illərdə hərbi xidmətdə olmuş (hərbi xidmətdə olduğu müddətdə ona 01.12.1977-ci il tarixli əmrlə hərbi inşaatçı ixtisası verilmiş, 17.04.1978-ci il tarixdən 25.05.1978-ci il tarixədək Kirovo-Çepetsk Tikinti İdarəsində bölmə briqadirləri-komandirləri kursunda təhsil almış, ümumi tikinti işləri üzrə briqadir ixtisası üzrə tədris proqramını bitirmişdir. 89 nömrəli Tikinti-Quraşdırma idarəsi (MCУ-89) tərəfindən verilmiş 01.07.1978-ci il tarixli vəsiqəyə əsasən iddiaçı, hündürlükdə işləməyə yararlı hesab edilərək 01.07.1978-ci il tarixdən 13.11.1979-cu il tarixədək termoizolyasiyaçı işləmiş, ona hərbi xidmətdə olduğu və işlədiyi dövrdə 01.09.1978-ci il tarixdə termoizolyasiyaçı ixtisası üzrə 3 dərəcə verilmişdir), 04.01.1980-cı il tarixdən 20.03.1980cı il tarixədək X9 zavodunun Qışlaq-2 məntəqəsində fəhlə işləmiş, 22.09.1980-cı il tarixdən 18.10.1980-ci ilədək “Azərelektroişıq” İstehsalat Birliyinin starter istehsalı üzrə sexdə çilingər şagirdi, 18.10.1980-ci ildən 24.03.1981-ci il tarixədək həmi sexdə təmirçi çilingər, 24.03.1981-ci il tarixdən 19.10.1983-cü il tarixədək həmin sexdə sazlayıcı, 11.11.1986-cı il tarixdən 17.04.1987-cı il tarixədək və 06.11.1987-ci il tarixdən 15.04.1988cici il tarixədək X4 zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu”nda ocaqçı (aparatçı), 15.08.1988-ci il tarixdən 01.09.1993-cü il tarixədək Şəki şəhər 6 nömrəli Kiş orta məktəbində rus dili müəllimi, 01.09.1993-cü il tarixdən həmin məktəbdə psixoloq işləyir. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir. Cavabdeh orqan iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edi lməsindən imtina edərək bildirmişdir ki, tələb olunan güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.01.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1524/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə İddiaçı 16.01.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1524/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-717/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1524/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-893/2019 saylı 17 aprel 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-717/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının 1969, 19711976-cı ildə işlədiyi kolxozda əmək iştirakı minimumunun üzrlü səbədən yerinə yetiribyetirilmə məsinin aydınlaşdırılması üçün öz səlahiyyətləri çərçivəsində tam və hərtərəfli araşdırma aparmamış, iddiaçının 1969, 1971-1976-cı illərdə (1974-cü il istisna olmaqla) kolxozda işləyərkən minimum əmək və adam günü normasını (əmək günü norması 240 gün müəyyən edilmişdir) yerinə yetirməməsinin üzürlü və ya üzürsüz səbəblərdən baş verməsini aydınlaşdırmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-388/2019 saylı 22 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1524/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının kolxoz üzvü kimi kolxozda işləyərkən minimum əmək iştirakı norması 240 adam günü olmalı olduğu halda iddiaçının işlədiyi adam günləri müəyyən edilən normalardan aşağı olmuş, yalnız 1974-cü ildə 312 adam günü olmaqla 240 adam günü normasından artıq olmuşdur. İddiaçının “Azərelekrtoişıq” İstehsalat Birliyində 22.09.1980-cı il tarixdən 19.10.1983-cü il tarixədək çilingər şagirdi, təmirçi çilingər, sazlayıçı və 11.11.1986-cı il tarixdən 17.04.1987-cı il tarixədək, 06.11.1987-ci il tarixdən 15.04.1988-ci il tarixədək Bakı Məişət Kondisionerləri zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu”nda ocaqçı (aparatçı) işlədiyi peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarında Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsind ə 2160000a—1753d yarımbəndində “istehsalatda avadanlığın və elektrik avadanlığının təmiri və xidməti, həmçinin qəbulu, zay edilməsi, nəzarəti, sazlanması: qurğuşun və qələvi akkumulyatorların, kabellərin qurğuşunlaşdırılması, məftillərin emallaşdırılması” ilə məşğul olan şəxslər güzəştli şərtlə pensiya hüququ olan şəxslər siyahısına daxildir. Həmin siyahıda çilingər şagirdi, təmirçi çilingər, ocaqçı peşələri nəzərdə tutulmamışdır. Həmin qərarda peşələrin ayırımının aparılmaması özü elə həmin peşənin güzəştli şərtlə pensiya hüququ verən peşə olmaması qənaətinə gəlməyə əsas verən hal kimi səciyyələnməlidir. Qeyd edilən Siyahının XİV. Tikinti materialları istehsalı bölməsində “qazanxana maşinistləri (ocaqçılar)”, XXİ. Nəqliyyat bölməsində “bərk yanacaqla işləyən gəmilərin ocaqçıları”, depoda parovoz ocaqçıları, XVİİİ. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı bölməsində “quruducu soba və barabanların ocaqçıları” şaxta sobalarının ocaqçıları, Xİ. Metal emalı bölməsi üzrə “ocaqçılar-kürəçilər”, “quruducu baraban ocaqçıları”, “dəmiryol xattləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları”, həmçinin XXXİİİ. Ümumi peşələr bölməsində “əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda maşğul olan texnoloji sobaların ocaqçıları” və. s ocaqçı peşələrinin adı çəkilən qərarda konkret olaraq peşələrin təsnifatı və bölmələr üzrə göstərilməsi onu deməyə əsas verir ki, həmin siyahı qətidir və siyahıda qeyd edilməyən bir peşənin şəxsə güzəşt hüququ verən peşə kimi qiymətləndirilməsi faktiki mövcud olmayan hüquq norması əsasında qərarın qəbul edilməsi ilə nəticələnəcəkdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəzlənmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-388/2019 saylı 22 avqust 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin tövsüyəsi nəzərə alınmamış, iş üzrə sübutlara hərtərəfli qiymət verilməmiş, məhkəmə kollegiyası cavabdeh orqana, DSMF-nun Şəki şəhər şöbəsinə şifahi etdiyi sorğuya aldığı qeyri-müəyyən cavabla kifayətlənən məhkəmə kollegiyası ziddiyyətli məqamları araşd ırmadan qərar qəbul edilmişdir. Məhkəmə iclasında verdiyi şifahi vəsatətlərinə baxmayaraq məhkəmə kollegiyası tərəfindən DSMF-nun Şəki şəhər şöbəsinə şifahi qaydada edilən sorğuya cavab olaraq adam günü normalarının göstərildiyi arayışların həmin orqanda saxlanılmadığı təqdirdə, məlumatların hansı orqanda saxlanılmasını aydınlaşdırmaq, habelə DSMF-nun digər rayon şöbələrinə iş üzrə zəruri sorğuların göndərilməsini xahiş etsə də, şifahi vəsatətləri təmin olunmamışdır. Məcburiyyət qarşısında qalaraq vəkil sorğusuna əsasən aldığı arayışda 1969-1976-cı illərdə məktəblilərə illik adam günü norması 50 adam günü olması qeyd edilmişdir. X3 Məcəllənin 90, 91, 92, 94-cü maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-388/2019 saylı 22 avqust 2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-388/2019 saylı 22 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X2 Apellyasiya Məhkəməsinin 2-1(107)-388/2019 saylı 22 avqust 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X1 Apellyasiya Məhkəməsinin 2-1(107)-388/2019 saylı 22 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələ bi 16.01.2016-cı il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Hazırkı iş üzrə iddiaçı 1969, 1971-1976-cı illərdə Şəki rayon Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda işləmiş, 10.09.1977-01.11.1977-ci illərdə X10 teleqrafçı şagirdi işləmiş, 19.11.1977-13.11.1979-cu illərdə hərbi xidmətdə olmuş (hərbi xidmətdə olduğu müddətdə ona 01.12.1977-ci il tarixli əmrlə hərbi inşaatçı ixtisası verilmiş, 17.04.1978-ci il tarixdən 25.05.1978-ci il tarixədək Kirovo-Çepetsk Tikinti İdarəsində bölmə briqadirləri-komandirləri kursunda təhsil almış, ümumi tikinti işləri üzrə briqadir ixtisası üzrə tədris proqramını bitirmişdir. 89 nömrəli Tikinti-Quraşdırma idarəsi (MCУ-89) tərəfindən verilmiş 01.07.1978-ci il tarixli vəsiqəyə əsasən iddiaçı, hünd ürlükdə işləməyə yararlı hesab edilərək 01.07.1978-ci il tarixdən 13.11.1979-cu il tarixədək termoizolyasiyaçı işləmiş, ona hərbi xidmətdə olduğu və işlədiyi dövrdə 01.09.1978-ci il tarixdə termoizolyasiyaçı ixtisası üzrə 3 dərəcə verilmişdir), 04.01.1980-cı il tarixdən 20.03.1980cı il tarixədək X9 zavodunun Qışlaq-2 məntəqəsində fəhlə işləmiş, 22.09.1980-cı il tarixdən 18.10.1980-ci ilədək “Azərelektroişıq” İstehsalat Birliyinin starter istehsalı üzrə sexdə çilingər şagirdi, 18.10.1980-ci ildən 24.03.1981-ci il tarixədək həmi sexdə təmirçi çilingər, 24.03.1981-ci il tarixdən 19.10.1983-cü il tarixədək həmin sexdə sazlayıcı, 11.11.1986-cı il tarixdən 17.04.1987-cı il tarixədək və 06.11.1987-ci il tarixdən 15.04.1988cici il tarixədək X4 zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu” nda ocaqçı (aparatçı), 15.08.1988-ci il tarixdən 01.09.1993-cü il tarixədək Şəki şəhər 6 nömrəli Kiş orta məktəbində rus dili müəllimi, 01.09.1993-cü il tarixdən həmin məktəbdə psixoloq işləyir. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının kolxoz üzvü kimi kolxozda işləyərkən minimum əmək iştirakı norması 240 adam günü müəyyən edildiyi halda iddiaçının işlədiyi adam günləri müəyyən edilən normalardan aşağı olmuşdur. Belə ki, iddiaçı 1969-cu il üçün 104 adam günü, 1970-ci ildə mövcud deyil, 1971-ci ildə 135 adam günü, 1972-ci ildə arxiv arayışına əsasən 78 adam günü, 1973-cü ildə 117 adam günü, 1974-cü ildə 312 adam günü, 1975-ci ildə 187 adam günü, 1976-cı ildə isə 78 adam günü işləmişdir. Göründüyü kimi yalnız 1974-cü ildə 312 adam günü olmaqla 240 adam günü normasından artıq olmuşdur. Bu qaydada hesablanarsa iddiaçının kolxozda iş stajı: 104+135+78+117+312+187+78=101 adam günü/240 illik adam günü norması= 4 il 02 ay 13 gün) 04 il 02 ay 13 gün hesablanmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan o 1969, 1971-1976-cı illərdə kolxozda işləyərkən 10-17 yaşlarda olan məktəbli olmuşdur. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi kolxozda işləyən məktəblilərə tətbiq olunan minimum əmək iştirakı normasını nəzərə almaqla onun kolxozdakı stajını hesablamalı idi. Belə ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında SSRİ Qanununun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü i l 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında" 1990-cı il 15 may tanx SSR Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən ış vaxtı bu d övrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-893/2019 saylı 17 aprel 2019-cu il tarixli qərarında işə təkrar baxan apellyasiya məhkəməsinə iddiaçının 1969, 1971-1976-cı ildə işlədiyi kolxozda əmək iştirakı minimumunun üzrlü səbədən yerinə yetirib-yetirilməməsinin araşdırılmasına dair göstəriş verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli iclasında cavabdehə sorğu gönd ərilməsi üçün məhkəmə iclası 01.08.2019-cu il tarixə təxirə salınsa da, iş materiallarında cavabdehə göndərilən hər hansı sorğu və ya ona verilmiş cavab mövcud deyildir. Halbuki, İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-893/2019 saylı 17 aprel 2019-cu il tarixli qərarındakı göstərişləri icra etməmişdir. Bundan əlavə, işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçının “Azərelekrtoişıq” İstehsalat Birliyində 22.09.1980-cı il tarixdən 19.10.1983-cü il tarixədək çilingər şagirdi, təmirçi çilingər, sazlayıçı və 11.11.1986-cı il tarixdən 1 7.04.1987-cı il tarixədək, 06.11.1987-ci il tarixdən 15.04.1988-ci il tarixədək Bakı Məişət Kondisionerləri zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu”nda ocaqçı (aparatçı) işlədiyi peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarında Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində 2160000a—1753d yarımbəndində “istehsalatda avadanlığın və elektrik avadanlığının təmiri və xidməti, həmçinin qəbulu, zay edilməsi, nəzarəti, sazlanması: qurğuşun və qələvi akkumulyatorların, kabellərin qurğuşunlaşdırılması, məftillərin emallaşdırılması” ilə məşğul olan şəxslər güzəştli şərtlə pensiya hüququ olan şəxslər siyahısına daxildir. Həmin siya hıda çilingər şagirdi, təmirçi çilingər, ocaqçı peşələri nəzərdə tutulmamışdır. Həmin qərarda peşələrin ayırımının aparılmaması özü elə həmin peşənin güzəştli şərtlə pensiya hüququ verən peşə olmaması qənaətinə gəlməyə əsas verən hal kimi səciyyələnməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən ed ilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının kolxozda işlədiyi müddətdə azyaşlı və məktəbli olmasını nəzərə almadan, İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından öz xidməti vəzifəsinə uyğun olaraq azyaşlı və məktəblilər üçün müəyyən edilmiş minimum əmək iştirakı normasını müəyyən etmədən iddiaçının kolxozdakı iş stajını hesablamış, həmçinin iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret hallarını (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə almamaqla qərar qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılma sı tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası iddiaçının kolxozda işlədiyi zaman azyaşlı və məktəbli olmasını nəzərə alaraq, həmin kateqoriyadan olan şəxslər üçün adam günü minimumu müəyyən etməklə kolxozda işlədiyi müddəti müəyyən etməli, həmçinin işin təkrar apellyasiya baxışı zamanı iddiaçının əmək iştirakı minimumunu icra etdiyi müəyyən edilərsə, iddiaçının icra etdiyi “tütünçü” vəzi fəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarın XXİİ bölməsində (Yeyinti sənayesi) nəzərdə tutulan peşələrə uyğunluğunu yoxlamalı, həmçinin iddiaçının Azərelekrtoişıq” İstehsalat Birliyində 22.09.1980-cı il tarixdən 19.10.1983-cü il tarixədək çilingər şagirdi, təmirçi çilingər, sazlayıçı və 11.11.1986-cı il tarixdən 17.04.1987-cı il tarixədək, 06.11.1987-ci il tarixdən 15.04.1988-ci il tarixədək Bakı Məişət Kondisionerləri zavodunun “Xüsusi Lahiyə Konstruktor Texnoloji Bürosu”nda ocaqçı (aparatçı) işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ ve rən peşələrə aid olub-olmamasını müəyyən edərkən, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyini) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə almaqla müəyyən etməli və bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Qeyd edilənləri nəzərə alaraq işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının g üzəştli şərtlərlə pensiya hüququ olub-olmamasına qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-388/2019 saylı 22 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3188/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3188/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver