Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-319/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-319/2019) Bakı şəhəri xxxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sa ylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahələrinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati iş üzrə «məhkəmə qərarının icrasının dayandırılması» barədə cavabdeh tərəfindən verilmiş vəsatətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin X2 xxxx 2018-ci il tarixli, 2-1(103)-2564/2018 saylı qərardadından cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə İddiaçı cavabdeh DƏDRX Bakı Əİ-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının sənədlərinin qəbul edilməsi və onun müvafiq bağ sahələrinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri ndə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-825/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 105 və 106 saylı bağ sahələrinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı Əİ-nin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və 1-ci instansiya məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin xxxx 2017-c i il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi (DƏDRX Bakı şəhər Ərazi İdarəsinin bazasında yaradılmış) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sözügedən mübahisəyə dair «yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin icraata cəlb edilməsi barədə» ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı İdarənin mütəxəssisləri tərəfindən sənədlər ətraflı şəkildə öyrənilməklə ünvanda yenidən araşdırma aparılarkən 1-ci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında icraat zamanı əvvəlcədən məlum olmayan və icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq bağ sahəsinə dair təqdim edilmiş sənədlər surətdir və müvafiq bağ sahəsinə dair İddiaçı adına qanunvericiliklə tələb edilən hər hansı hüquqmüyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa, İdarənin elektron baza məlumatlarına əsasən müvafiq bağ sahələrinə X1 və X2 adlarına plan-cizgi (sxem) verildiyi müəyyən edilmişdir. Həmçinin eyni nömrəli bağ sahəsinin digər siyahılarda başa şəxslərin adına göstərildiyi aşkar edilmişdir. Qeyd olunanlardan əlavə müvafiq bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən xxxx 2018 -ci il tarixdə texniki baxış keçirilmiş və tərtib olunmuş müayinə aktına əsasən müvafiq bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Müvafiq bağ sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 0,10 ha, faktiki olaraq isə 0,1051 ha təşkil edir. Bundan əlavə, sözügedən bağ sahəsinin 0,05 ha hissəsində olan digər fiziki şəxsin müraciəti daxil olmuş, lakin ərizənin icrası İdarə tərəfindən təmin olunmamışdır. İşin tam və ətraflı araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Yuxarıda qeyd olunanlardan da göründ üyü kimi, məhkəmə qeyd olunan halları araşdırmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. DƏDRX 1 saylı Bakı Əİ daşınmaz əmlakın dövlət reyesrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Əmlak Mə sələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, qeyd olunan hallar nə işə 1-ci instansiya məhkəməsində, nə apellyasiya məhkəməsində, nə də kassasiya instansiyası məhkəməsində baxılarkən məlum olmamışdır ki, bu da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-825/2017 saylı iş üzrə xxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci, 8-ci, 11.1-ci, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci, 111-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsaslanaraq, məhkəmədən 2-1(82)-825/201 7 saylı iş üzrə xxxx 2017-ci il tarixli qərarın ləğv olunması, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və X1 Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati işə üçüncü şəxs qismində cəlb edilməsi və işə soradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilir. Ərizəyə həmçinin İPM-in 105-ci maddəsinə istinad olunmaqla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-825/2017 saylı iş üzrə xxxx 2017-ci il tarixli qərarının icrasının dayandırılması barədə vəsatət də əlavə edilmişdir. «Məhkəmə qərarının icrasının dayandırılması barədə» vəsatətdə isə qeyd olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarının icrasını mümkünsüz edən, daha əvvəllə r məhkəməyə məlum olmayan yeni açılmış hallar müəyyən edilmiş və bununla bağlı icraatın təzələnməsi barədə ərizə verilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmadığı müəyyən edilmiş, lakin nəzərdə tutulmuşdur ki, vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-1(82)825/2017 saylı qərardadları ilə iş üzrə cavabdeh DƏDRX 1 saylı Bakı Əİ tərəfindən verilmiş mübahisə ilə bağlı yeni açılmış hallara, üçüncü şəxslərin cəlbinə dair ərizə və «Məhkəmə qərarının icrasının dayandırılması barədə» vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin X2 xxxx 2018-ci il tarixl i, 2-1(103)-2564/2018 saylı qərardadı ilə (Ü.Mayılov-sədrlik edən və məruzəçi, hakimlər: M.Tağızadə və K.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin mübahisə ilə bağlı yeni açılmış hallara, üçüncü şəxslərin cəlbinə dair ərizənin və «Məhkəmə qərarının icrasının dayandırılması barədə» vəsatətin təmin edilməməsi barədə xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin X2 xxxx 2018-ci il tarixli qərardadından cavabdeh və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlil ləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, bağ sahəsinə dair sənədlər surətdir, bağ sahəsinə dair iddiaçnın adına qanunvericiliklə tələb edilən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, müvafiq bağ sahəsinə başqa şəxslərin adlarına plan-cizgi sənədləri verilmiş, bağ sahəsinin ölçüsü rəsmi 0.10 ha olduğu halda faktiki 0.1051 ha təşkil edir, onun 0.05 ha hissəsinə digər şəxsin müraciəti daxil olmuş, bu hallar isə nə birinci nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığından məhkəmənin xxxx 2018-ci il tarixli qərardadı ləğv edilməlidir, işə baxılarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun və Torpaq Məcəlləsinin normaları pozulmuşdur. Cavab dehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq, işə onun iştirakı olmadan kassasiya şikayətinin dəlilləri əsasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini və cavabdehin vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2564/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Qanunvericiliyin bu normasının hazırki işə tətbiqi baxımından apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iş üzə icraatın təzələnməsi üçün qanunvericilikdə yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmamış və ərizəyə yeni sübutlar və hallar barədə hər hansı bir sənəd əlavə olunmamışdır. Belə ki, işin əvvəlki məhkəmə araşdırmaları zamanı cavabdehin iddiaya qarşı etirazı, apellyasiya və kassasiya şikayətləri də mahiyyət etibarilə hazırki ərizədə göstərilənlərlə eyni olmuş, həmin dəlillərə yuxarı instansiya məhkəmələri tərəfindən də hüquqi qiymət verilmiş və nəticədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı qüvvədə saxlanılmış, ərizəçinin bildirdiyi xüsusatlar «yeni açılmış hallar» kimi icraatın təzələnməsinə əsas vermir və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilməli olmadığından cavabdehin «məhkəmə qərarının icrasının dayandırılması barədə» vəsatəti də əsasızdır və qanuni qüvvədə olan məhkəmə qərarının icrasının ləngidilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə min miş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Məcəllənin 103.1-ci maddəsinə əsa sən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Məcəllənin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Məcəllənin 105.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Məcəllənin 106.2-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Məhkəmələr iş materiallarına əsaslanaraq cavabdehin müraciətinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzə yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün nəzərdə tutulmuş əsaslardan heç birinin mövcud olmadığını, ərizəyə yeni sübutlar və hallar barədə hər hansı bir sənədlərin əlavə olunmadığını, əvvəlki məhkəmə araşdırmaları zamanı cavabdehin iddiaya qarşı etirazı, apellyasiya və kassasiya şikayətlərinin dəlillərinin mahiyyət etibarilə hazırki ərizədə göstərilənlərlə eyni olduğunu, həmin dəlillərə yuxarı instansiya məhkəmələri tərəfindən də hüquqi qiymət verildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən işə baxılarkən prosessual hüquq normaları düzgün tətbiq edildiyndən Bakı Apellyasiya Məhkəməsinin X3 xxxx 2018-ci il tarixli, 21(103)-2564/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: q ərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2564/2018 saylı qərardadıqərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətitəmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-319/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-319/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver