Məhkəmə qərarları › İş №2-1(102)-319/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-319/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-319/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər:( yataqxanada yaşayan ailəyə kompensasiya verilməsi). GİRİŞ HİSSƏ: 18.02.2020 Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1825/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Əvvəllər H.Z.Tağıyev adına Bakı Toxuculuq-Tikiş Birliyinin balansında olmuş, sonradan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, ünvan 1 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 248s saylı sərəncamına əsasən sakinlərin həmin yataqxanadan köçürülməsi və hər bir ailəyə dövlət vəsaiti hesabına maddi yardım kimi 45.000 manat kompensasiyanın verilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yataqxana binasında yaşayan 113 ailə köçürülmüş, köçürülən ailələrin hər birinə, o cümlədən yataqxanın 17/40 saylı 2 otaqlı mənzilində yaşayan iddiaçının ailəsinin (anası və qardaşı da daxil olmaqla) 45.000 manat məbləğində kompensasiya ödənilməklə köçürülməsi təmin edilmişdir. İddiaçı cavabdehə qarşı ərizə ilə müraciət edərək, anasına verilmiş orderdə onun və qardaşının adı yazılsa da, otaqların birində özü ailəsi ilə birlikdə, digər otaqda isə anası və qardaşı yaşadığına görə onlara ayrı-ayrılıqda kompensasiya verilməsini xahiş etmiş, cavabdeh İ-57, xx xxxx 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, mənzil iki otaqdan ibarət olsa da, bir orderlə iddiaçının anasına verildiyindən onlar bir ailə kimi qiymətləndirilmiş və onlar a 45.000 manat kompensasiya verilmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onu və ailəsini yenidən yerləşdirmək və ya kompensasiya ödəmək öhdəliyi qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, anası Z.Hüseynova H.Z.Tağıyev adına Bakı Toxuculuq-Tikiş Birliyində işləmiş, 1979-cu ildən qardaşı ilə həmin Birliyin xxxxında yerləşən 1 saylı yataqxanasında qeydiyyatda olmaqla yaşamış, 2002-ci ildən isə həmin Birliyin səhmdarı olmuşdur. xx xxxxx 2003-cü ildə H.Z.Tağıyev adına Bakı Toxuculuq-Tikiş Birliyi tərəfindən anasına qeyd olunan yataqxananın 2-ci mərtəbəsində yerləşən, sahəsi 36.0 kv.m olan 2 otaqlı 17/40 saylı mənzildə yaşamaq hüququna dair order verilmişdir. Onun adı da həmin orderdə qeyd olunmuş və ailəsi ilə birlikdə 40 saylı otaqda yaşamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 248s saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olması nəzərə alınaraq həmin yataqxana binasında yaşayan ailələrin hər birinin dövlət vəsaiti hesabına kompensasiya verilməklə köçürülməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Onun çoxsaylı müraciətlərindən sonra ünvan 3 ünvanda yerləşən, yaşayış sahəsi 2 otaq 58.0 kv.m, yardımçı sahə 3 otaq 33.1 kv.m olan tikili xx xxxx 2015-ci ildə onun istifadəsinə verilmiş, Xətai RİH-nin 133 saylı Mənzil-Kommunal İstismar sahəsi bununla bağlı şəxsi hesab açmış, o, yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin iddia sı əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsindən istifadə etdilməsi ona qadağan olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, əvvəllər yaşadığı ünvan 5 ünvanda yerləşən yataqxananın sökülməsi ilə əlaqədar ona kompensasiya verilməsini xahiş etmiş, cavabdehin xx.xx.2018-ci il tarixli İ-57 nömrəli cavab məktubunda bildirilmişdir ki, xxxx, 17/40 saylı mənzil xx.xx.2003-ci il tarixli, 458 saylı orderlə anası Z.Hüseynovaya verilmiş, o, həmin mənzilin 17 saylı otağında, qardaşı və anası isə 40 saylı otağında yaşamışlar. Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 248s saylı sərəncamı ilə, Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən ünvan 2 ünvanında yerləşən 1 nömrəli yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olmasını nəzərə alaraq baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həmin yataqxana binasında yaşayan 113 ailənin köçürülməsi üçün həmin ailələrin hər birinə dövlət vəsaiti hesabına maddi yardım kimi 45.000 manat məbləğində vəsait ayrılmışdır. Onun və anasının yaşadığı mənzil iki otaqdan ibarət olsa da, bir orderlə anasına verildiyi üçün bir ailə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 248s sa ylı sərəncamına əsasən 45.000 manat məbləğində kompensasiya ilə təmin olunmuşlar. Qeyd edilənlərə əsasən iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)320/2019 saylı qərarı ilə (hakim X.X.İmanov) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd etdiyi hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 248s saylı sərəncamında nəzərdə tutulmadığına görə onun müraciəti Xətai Rayon İcra Hakimiyyəti tərəfindən haqlı olaraq rədd edilmişdir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(103)-1825/2019 saylı qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 320/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək onunla razılaşmışdır. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından görünür ki, xx.xx.2003-cü ildə H.Z.Tağıyev adına ünvan 6 ünvanında yerləşən yataqxanasının 2-ci mərtəbəsində yerləşən 36.0 kv.m. olan 2 otaqlı 17/40 saylı mənzilə uzun müddət qeydiyyatda olduğu üçün iddiaçının anası Zöhrə Hüseynovaya mənzildə yaşamaq hüquqlarını tanıyan order verilmiş, iddiaçı və qardaşı Əkrəmin də adları həmin orderə daxil edilmişdir. Ailə qurduqdan sonra, iddiaçı öz ailəsi ilə, yəni arvadı və azyaşlı uşağı ilə həmin mənzilin 40 saylı otağında yaşamağa başlamış və ayrı təsərrüfat aparmışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 248 S saylı sərəncamı ilə ünvan 7 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olması nəzərə alınaraq həmin yataqxana binasında faktiki yaşayan ailələrin hər birinə dövlət vəsaiti hesabına 45000 (qırx beş min) manat kompensas iya verilməklə köçürülməsi Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Daha sonra qeyd edilir ki, cavabdeh yalnız iddiaçının anasına 45000 (qırx beş min) manat kompensasiya verəcəyini ona bildirdikdən sonra, bununla razılaşmayaraq və iddiaçının ayrıca öz ailəsi, azyaşlı övladının olmasını diqqətə çatdıraraq yuxarı instansiyalara çoxsaylı müraciətlər etməyə başlamışdır. Bu uzun müraciətlərdən sonra cavabdeh tərəfindən xx xxxx 2015-ci il tarixdə ünvan 8 ünvanında yerləşən tikili yaşamaq üçün iddiaçıya verilmişdir. Bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə 133 saylı Mənzil Kommunal İstismar sahəsi iddiaçının adına şəxsi hesab vərəqəsi açmış, o və azyaşlı uşaqları həmin ünvana daimi pasport qeydiyyatına alınmışdır. 2 saylı ASAN Xidmət Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə iddiaçıya verilmiş və ona məxsus Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsində yaşayış yeri ünvan 10 ünvanı qeyd edilmişdir. Bununla yanaşı, cavabdehin razılığı ilə (arayışına əsasən) həmin ünvana elektrik, su, qaz, telefon kimi xətləri çəkilmiş və iddiaçı ilə istehlak müqavilələri bağlanmışdır. Həmçinin, iddiaçı həmin tikilinin yaşamaq üçün yararlı vəziyyətə salmaq üçün onun təmirinə küllü miqdarda maddi vəsait sərf etmişdir. Beləliklə, Bakı şəhəri, Azadlıq küçəsi, 2 A saylı evə hüquqları olduğu halda, məhkəmələr buna və yuxarıda göstərilən işin faktiki hallarına heç bir məhəl qoymamış və nəticədə hazırki işin faktiki hallarına uyğun olmayan qərar çıxarmışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassa siya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin bununla belə həmin şikayətin heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar iddianın təmin olunmasına əsas vermir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, əvvəllər H.Z.Tağıyev adına Bakı Toxuculuq-Tikiş Birliyinin balansında olmuş, sonradan Bakı Şəhər İcra Hakimiyyətini n Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, ünvan 1 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşərək istismara yararsız olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 248s saylı sərəncamına əsasən sakinlərin həmin yataqxanadan köçürülməsi və hər bir ailəyə dövlət vəsaiti hesabına maddi vardım kimi 45.000 manat kompensasiyanın verilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yataqxana binasında yaşayan 113 ailə köçürülmüş, köçürülən ailələrin hər birinə, o cümlədən yataqxananın 17/40 saylı 2 otaqlı mənzilində yaşayan iddiaçının ailəsinə (anası və qardaşı da daxil olmaqla) 45.000 manat məbləğində kompensasiya ödənilməklə onların köçürülməsi təmin edilmişdir. İddiaçının əsas dəlili ondan ibarətdir k i, anasının adına verilmiş orderdə onun və qardaşının adı yazılsa da, otaqların birində o, öz ailəsi ilə birlikdə, digər otaqda isə anası və qardaşı yaşadığına görə onlara ayrı-ayrılıqda kompensasiya verilməli idi. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı öz ailəsi ilə birlikdə 40 saylı otaqda, anası və qardaşının ayrıca 17 saylı otaqda yaşadıqlarını bildirsə də, qeyd olunmalıdır ki, hər iki otaq bir mənzilin otaqlarıdır və onlar eyni mənzildə yaşamışlar. Ona görə də həmin iki otaqlı mənzilə dair bir hüquqmüəyyənedici sənəd - order verilmişdir. Belə olan halda, cavabdeh inzibati orqan bir mənzildə yaşayan ailə üzvlərinə iki ayrıca ailə kimi kompensasiya ödəməkdən imtina etməkdə haqlı olmuşdur. Bundan əlavə, iddiaçı bildirir ki, ona verilməli olan ko mpensasiyanın əvəzinə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsi onun istifadəsinə verilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsindən istifadə edilməsi ona qadağan olunmuşdir. Əvvəla qeyd olunmalıdır ki, göstərilən mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi apelyasiya və kassasya instansiyalarında qüvvədə saxlanılmaqla qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-in 233-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Digər tərəfdən, iddiaçı ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin onun istifadəsinə verilməsi barədə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini maddi və prosessual hüquq normalarına uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1825/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar