Məhkəmə qərarları › İş №2-1(102)-319/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-319/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-319/2021 28.01.2021 ALİ MƏHKƏMƏ İddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və baş direktoruna, Əmlak Məsələləri Dövlət Komitəsinə və sədr müavininə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və direktoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və rəisinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; cavabdeh iddiaya cavab verməli şəxs deyil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova F ərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və baş direktoruna, Əmlak Məsələləri Dövlət Komitəsinə və sədr müavininə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və direktoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və rəisinə qarşı iş üzrə “qanunsuzluqların aradan qaldırılması, X1 adlı müəssisənin 01.01.1995-ci il tarixindən hüquqi varisi iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çxıarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli, 2-1(103)-1543/2020 nömrəli qərardadından iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Hazırda mübahisənin predmetini təşkil edən X1 adlı müəssisə dövlət mülkiyyətində olmuş, keçirilmiş hərracın nəticələrinə uyğun olaraq A və B-yə alqı-satqı müqaviləsi əsasında satılmışdır. Hər iki şəxsin adına dövlət reyestrindən çıxarışlar verilmişdir. A və B iddiaçıya qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və sahənin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaları təmin edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən icra hərəkətlərinə başlanılmışdır.

2. İddiaçı tərəfindən hazırkı cavabdehlərə qarşı həmin X1 adlı mağaza ilə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, qanunsuz hərracın nəticələrinin ləğv edilməsi, çıxarışların ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edilmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış və Bakı Apelyasiya Məhkəməsinin *** saylı xx.xx.2020 tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat Xidmət Müəssi sələrinin İdarəetmə Mərkəzinə və baş direktoruna, Əmlak Məsələləri Dövlət Komitəsinə və sədr müavininə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (HTAM) Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və direktoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (DƏDRX) Daşınmaz Əmlakının Dövlət Reyetsr Xidmətinə və rəisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuzluqların aradan qaldırılması, X1 adlı müəssisənin 01.01.1995-ci il tarixdən hüquqi varisi olan iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(112)-2673/2020 saylı qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh qismin də hazırkı tələblə, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı səlahiyyətli inzibati orqan göstərməli olduğu halda, həm hazırkı tələblə bağlı səlahiyyətli olmayan inzibati orqanlar, həm də qanunvericiliyin tələblərinə zidd olaraq fiziki şəxsləri cavabdeh qismində göstərmişdir.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli, 21(103)-1543/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – A.Ə.Hüseyn, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayətinin rədd edilməsi və Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci i l tarixli 2-1(112)-2673/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaya cavab verməli orqan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmalı olduğu halda iddiaçı tərəfindən cavabdeh qismində iddiaya cavab verməli olmayan inzibati orqanlar, hüquqi şəxslər və onların vəzifəli şəxsləri göstərilmişdir. Bundan başqa, nə qədər ki, iddiaçının mülki qaydada eyni cavabdehlərə qarşı vermiş olduğu iddia tələbinə mülki icraat qaydasında baxılır, həmçinin A və B-yə verilmiş dövlət reyestrindən çıxarışlar qüvvədədir, iddiaçının çıxarışın verilməsi tələbi ilə inzibati orqana qarşı iddia qaldırmaq hüququ istisna edilir.

9. Məhkəmə qərardadı iddiaçıya 27.10.2020-ci il tarixində təqdim edilmişdir.

10. İddiaçı 27. 10.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli, 2-1(103)1543/2020 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.11.2020-ci il tarixli, 21(103)-1543/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və onun vəkillə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir.

12. Sözügedən qərardad 24.11.2020-ci il tarixində Vəkillər Kollegiyasına təqdim edilmiş, həmin qərardad əsasında 01.12.2020-ci il tarixində iddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin olunmuşdur.

13. İddiaçı 03.12.2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli, 2-1(103)-1543/2020 nömrəli qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Ünvan1 yerləşən, 638,2 kv.m. sahəsi olan X1 adlı müəssisənin 11.02.1988-ci il tarixindən müdiri olduğuna görə, qanunvericiliyin tələbinə uyğun olaraq 1995-ci ildə əsas iş yeri olan eyni müəssisədə 7 ildən artıq əmək stajına malik olduğuna görə və müəssisənin nizamnamə kapitalında dövlətin payı olmadığına görə, yəni xüsusi növ Mənzil-Tikinti Kooperativi yaşayış binasının qeyri-yaşayış sahəsi olduğuna görə iddiaçı 01.01.1995-ci il tarixindən X1 adlı müəssisənin hüquqi varisi müəyyən edilmiş, 1995-ci ildə indiki DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi müəssisənin müdiri və hüquqi varis iddiaçıya Texniki Pasport verilmişdir.

15. Cavabdeh isə qanunvericiliyə zidd olaraq hüquqi varisi olan xüsusi növ mülkiyyətdə olan əmlakı hərraca çıxarmışdır. Qeyd edilməlidir ki, X1 heç vaxt ləğv olunmayıb, ƏMDK-nin heç vaxt ləğv olunmayan və 11.02.1988-ci il tarixindən müdiri, maddi-məsul şəxsi, 01.01.1995-ci il tarixindən hüquqi varisi müəyyən edilmiş X1 adlı müəssisəni hərraca çıxarma q səlahiyyəti olmamış, bir sözlə hərrac qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almadan əsassız qərardad qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bil dirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar q əbul edir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilm əsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

23. İddiaçıya 14.09.2020-ci il tarixli məhkəmə qərarı 27.10.2020-ci il tarixində təqdim edilmiş, bununla şikayətvermə müddəti başlamış, iddiaçı həmin gün, yəni 27.10. 2020-ci il tarixində dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verdiyindən müddət axımı dayanmış, iddiaçının vəkillə təmin edildiyi 01.12.2020-ci il tarixindən müddət axımı bərpa olunmuş, iddiaçı da 03.12.2020-ci il tarixində, yəni müddət axımı bərpa edildikdən 2 gün sonra kassasiya şikayəti vermiş, bununla da qanunvericiliklə məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürməmişdir.

24. Göründüyü kimi, kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Hazırkı qərarın 21-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olma masını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

28. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlər hazırkı iddiaya cavab verməli olmayan şəxslərdir.

29. Belə ki, iddiaçının hazırkı iddia tələbi dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciətinin inzibati orqan tərəfindən təmin edilməməsi ilə bağlı olduğundan hazırkı qərarın 22-ci bəndində göstərilən normadan göründüyü k imi hazırkı iddia tələbi üzrə iddiaya cavab verməli orqan da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir.

30. Belə olan halda mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi hazırkı işdə olan cavabdehlərin, yəni Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və baş direktoru, Əmlak Məsələləri Dövlət Komitəsi və sədr müavini, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və direktoru, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisinin səlahiyyətində deyil və iddia lazım olmayan cavabdehlərə yönəlmişdir.

31. Belə olan halda hazırkı qərarın 19 və 21-ci bəndlərində qeyd olunan p rosessual hüquq normalarının tələbləri baxımından iddia sadalanmış cavabdehlərə qarşı mümkün deyil.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia digər səbəbdən də mümkün sayıla bilməz. Belə ki, mübahisəli əmlaka, yəni *** nömrəli mağazaya dair A və Byə verilmiş dövlət reyestrindən çıxarışlar qüvvədədir və həmin çıxarışların qanuniliyi barədə hazırda məhkəmə icraatı gedir.

33. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaya cavab verməli olmayan şəxslər olduqlarından hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli, 21(103)-1543/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar