Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-319/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məlumat vərəqəsinin göndərilməsi) Hakimlər: Səyyad Kərimov – sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2021-ci il tarixli, 2-1(103)-1736/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 05 iyul 1983-cü il tarixdən etibarən müxtəlif mülki işlərdə çalışmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorunun 02 fevral 1994-cü il tarixli, 025 nömrəli əmri ilə Hərbi Prokurorluğa işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 14 iyun 2004-cü il tarixli, 04 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul olunaraq leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Hərbi prokurorunun sərəncamına göndərilmişdir. 01 iyun 2020-ci il tarixdən öz arzusu ilə Azərbaycan Respublikası Hərbi prokurorunun 05 iyun 2020-ci il tarixli 87 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş, prokurorluq orqanlarından xaric edilməklə, ehtiyatda olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılmışdır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə mülki işçi kimi işlədiyi müddətin hərbi xidmət müddətinə əlavə olunmasını xahiş etmişdir.
3. Cavabdeh tərəfindən göndərilmiş 7 avqust 2020-ci il tarixli, hp-10/607 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əl də edir. «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 16-cı maddəsinin «d» bəndinin 2-ci abzasına görə, zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçu üçün ilk zabit hərbi rütbəsi verilməsi barədə əmrin imza edildiyi gün onun xidmət ilinin başlanğıcı hesab edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, onun 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə işlədiyi 10 il 27 günə bərabər mülki iş stajının hərbi xidmət müddətinə hesablanması və bu barədə yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair q ərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun 02 fevral 1994-cü il tarixli, 025 nömrəli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul olunaraq dəftərxana müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun 02 fevral 1996-cı il tarixli, 202 nömrəli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin müfəttişi, 16 fevral 2001-ci il tarixli, 74 nömrəli əmri ilə Analitik-informasiya şöbəsinin müfəttişi, 20 aprel 2001ci il tarixli, 75 nömrəli əmri ilə Təşkilat-analitik şöbəsinin müfəttişi, 29 iyun 2004-cü il tarixli, 70 nömrəli əmri ilə Müraciətlərə baxılması şöbəs inin böyük müfəttişi, 01 mart 2005-ci il tarixli, 20 nömrəli əmri ilə Hərbi Prokurorluğun rəhbərliyi yanında mütəxəssis (kadr işi üzrə), 30 mart 2009-cu il tarixli, 25 nömrəli əmri ilə Kadrlar şöbəsinin baş mütəxəssisi (kadrlarla iş üzrə), 30 iyun 2015-ci il tarixli, 69 nömrəli əmri ilə Kadrlar və hüquqi təminat şöbəsinin baş mütəxəssisi (kadrlarla iş üzrə), 28 dekabr 2015-ci il tarixli, 174 nömrəli əmri ilə Kadrlar və hüquqi təminat şöbəsinin baş məsul icraçısı (kadrlarla iş üzrə) vəzifələrinə təyin edilmiş və həmin vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 1 mart 1994-cü il tarixli, 64/t nömrəli əmri ilə ona ehtiyatda olan leytenant hərbi rütbəsi verilmiş, 29 fevral 2004-cü il tarixli, 0119 nömrəli əmri ilə ehtiyatda olan leytenant hərbi rütbəsində Azərbayc an Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul olunaraq leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Hərbi prokurorunun sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun 14 iyun 2004cü il tarixli, 04 nömrəli əmri ilə baş leytenant, 3 yanvar 2005-ci il tarixli 01 nömrəli əmri ilə kapitan, 4 dekabr 2008-ci il tarixli, 34 nömrəli əmri ilə mayor hərbi rütbəsi almışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun 5 iyun 2020-ci il tarixli, 87 nömrəli əmri ilə 1 iyun 2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş, prokurorluq orqanlarından xaric edilməklə, ehtiyatda olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılmışdır. Cavabdehə ərizə ilə müraciət edərək, 2 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifəd ə mülki işçi kimi işlədiyi müddətin hərbi xidmət müddətinə əlavə olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 7 avqust 2020-ci il tarixli, hp-10/607 nömrəli məktubda qeyd edilmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinin «d» bəndinin 2-ci abzasına görə zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçu üçün - ilk zabit hərbi rütbəsinin verilməsinə dair əmr imza edilən gün onun xidmət ilinin başlanğıcı hesab edilir. Göstərilənlərə və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsaslanaraq, onun 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə işlədiyi 10 il 27 gün mülki iş stajının Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hərbi xidmət kimi hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsi və həmin İdarəyə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir.
6. Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)-1431/2021 saylı (hakim R. Kərimli) qərarı ilə iddia təmin edil məmişdir.
7. Məhkəmə hesab etmişdir ki, İddiaçı 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında hərbi rütbə daşıması tələb olunmayan vəzifələrdə (dəftərxana rəisi, kadrlar şöbəsinin müfəttişi və s.) işlədiyi müddət onun hərbi qulluqçu kimi hərbi xidmət müddətinə daxil edilə bilməz. Çünki, həmin vəzifələrdə işlədiyi dövrdə iddiaçı hərbi qulluqçu statusuna malik olmamışdır.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 12.10.2021-ci il tarixli, 2-1(103)-1736/2021 nömrəli (hakimlər Bəktaşi Səadət - sədrlik edən və məruzəçi, Azə r Hüseynov və Aida Hüseyn) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qənaətinə görə, onun 02.02.1994-cü il tarixdən 29.02.2004-cü il tarixə kimi hərbi prokurorluq orqanlarında hərbi rütbə tələb olunan vəzifələrdə (dəftərxana rəisi, kadrlar şöbəsinin müfəttişi və s.) işlədiyi müddət hərbi qulluqçu k imi hərbi xidmət müddətinə daxil edilə bilməz. Çünki həmin vəzifələrdə işlədiyi dövrdə o, hərbi qulluqçu statusuna malik olmamışdır. Lakin, bu tam qərəzli bir mövqedir. Belə ki, 1992-ci ildə Hərbi Prokurorluq yaranan gündən dəftərxana rəisi ştat kateqoriyası hərbi rütbəli hərbi vəzifə olmuşdur. Eyni zamanda kadrlar üzrə müfəttiş də hərbi vəzifə olmuşdur. Hərbi vəzifəyə təyin olunanda onun hərbi xidmətə qəbul edilməməsi onun günahı deyil. Halbuki, vəzifəyə təyin olunanda onun leytenant hərbi rütbəsi olmuşdur. Hərbi vəzifəyə təyin olunan zaman onu hərbi xidmətə qəbul etməli idilər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına vəsatət verərək onun 02.02.1994-cü il tarixdən 29.02.2004-cü il tarixə kimi hərbi prokurorluq orqanlarında hərbi rütbə tələb olunan vəzifələrdə (dəftərxana rəisi, kadrlar şöbəsinin müfəttişi və s.) xidməti barədə Hərbi prokurorluğa sorğu göndərilməsini xahiş etmiş, ancaq vəsatəti əsassız olaraq təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim olunmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2021-ci il tarixli, 2-1(103)-1736/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.5 təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaş ından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
14. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanun Maddə 2.0.1. hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Maddə 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Maddə 2.0.9 hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakim iyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Maddə 2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; Maddə 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. Maddə 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. Maddə
24. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. 15. “Hərbi qulluqçuların statusu haqqında” Qanun M a d d ə
3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 16. “Hərbi xidmətkeçmə haqqında» Əsasnamə 15.Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işin materiallarını v ə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
22. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələ lərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət baxımından 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında müvafiq hərbi vəzifələrdə mülki işçi qismində işlədiyi müddətin hərbi qulluqçu kimi hərbi xidmət müddətinə daxil edilməsinə nail olmaqda n ibarətdir. Həmin müddət nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib olunaraq aidiyyəti orqana göndərilməsi də əslində həmin hüquqi marağa bağlıdır və onunla ehtiva olunur.
24. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin hərbi qulluqçu statusunda hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, bilavasitə hərbi xidmət keçməsini və həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Bu baxımdan iddiaçının hərbi qulluqçu statusunun və bunun üzərindən hərbi xidmət müddətinin başlanğıcının müəyyən edilməsi iddia tələbi üzrə qərarın qəbulu üçün həlledici əhəmiyyət kəsb edir.
25. Bu qərarın 15-ci bəndində istinad olunan normada hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi əsasları təsbit edilmiş dir. Həmin normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 26. 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinə əsasən, hərbi qulluqçuların tutmalı olduqları vəzifələrə istisna hal kimi, bu sahədə iş təcrübəsi və hazırlıq səviyyəsi olan müvafiq ixtisaslı mülki mütəxəssislər müvəqqəti təyin edilə bilərlər.
27. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalarda mülki şəxslərin müstəsna qaydada hərbi qulluqçuların tutmalı olduqları vəzifələrə təyin olunması imkanı nəzərdə tutulmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülki şəxs qismində hərbi vəzifəyə təyin olunması qanunun həmin tələbinə uyğun olaraq həyata keçirilmişdir. Hərbi prokurorluq orqanlarında müvafiq hərbi vəzifələrdə mülki işçi qismində işlədiyini kassasiya şikayətində iddiaçı özü də etiraf edir. Belə ki, iddiaçının ifadəsinə görə, onun hərbi xidmətə qəbul edilməsi məhz hərbi prokurorluqda müvafiq hərbi vəzifəyə təyin olunduğu vaxt təmin edilməli id i. İddiaçı həmçinin həmin dövrdə hərbi vəzifəyə təyin olunanda hərbi xidmətə qəbul edilməməsinin onun məsuliyyətinə aid olmadığını iddia edir.
28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məcburi qaydada çağırılırlar. Digər hallarda könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə qəbul edilirlər. Hazırkı mübahisəyə münasibətdə 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək işlədiyi dövrdə hərbi xidmətə qəbul olunması iddiaçının iradəsinə bağlı olmuşdur. Həmin dövrdə müraciət etdiyi təqdirdə iddiaçı könüllü qaydada Silahlı Qüvvələrdə hərbi xidmətə qəbul edilə bilərdi. Lakin 1994-2004-cü illərdə iddiaçının bu barədə aidiyyəti orqana müraciət etdiyini və ya ən azından mülki şəxs qismində hərbi vəzifəyə təyin edilməsi barədə əmrləri mübahisələndirdiyini yaxud da hərbi qulluqçu statusunu əldə etməyə cəhd etdiyini təsdiq edən hər hansı sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir.
29. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hərbi xidmətə qəbul edilməsi barədə 16.02.2004-cü ildə müraciət etmiş (İddiaçı iş üzrə materiallara əlavə olunmuş 16.02.2004-cü il tarixli ərizəsi) və Azərbaycan Respublikası Müdafiə nazirinin 29 fevral 2004-cü il tarixli, 0119 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul olunaraq leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Hərbi prokurorunun sərəncamına göndərilmişdir. Bu baxımdan, iddiaçı hərbi qulluq çu statusunu, iddia etdiyi kimi 02 fevral 1994-cü il tarixdən deyil, 29 fevral 2004-cü il tarixdən, yəni müraciət əsasında hərbi rütbə verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul edildiyi tarixdən əldə etmiş və həmin tarixdən hərbi xidmətə başlamışdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci hissəsinin altıncı abzasına əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət hərbi xidmətə təyin olunma günündən hesablanır.
31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən 02 fevral 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında hərbi vəzifədə mülki işçi qismində işlədiyi müddətin hərbi xidmət müddətinə hesablanmasını və bununla əlaqədar yeni məlumat vərəqəsinin tərtib olunaraq aidiyyəti orqana göndərilməsini tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.
32. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddəl ərinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2021-ci il tarixli, 2-1(103)-1736/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.