Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-319/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: (əskik ödənilmiş pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2016-cı il-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 9032,24 manat pul məbləğinin əskik ödənilmiş pensiya məbləğinin əvəzləşdirilməsinin qanunsuz hesab edilərək cavabdehə qadağan edilməsi və əskik ödənilmiş 8509,57 manat pul məbləğinin bir dəfəyə ödənilməsi və xx.xx.2021-xx.xx.2021ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2791/2022 nömrəli iş üzrə 6 oktyabr 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı şikayət ərizəsi cavabdehə müraciət edərək xx.xx.2021-ci ildən 2021-ci il iyul ayına kimi yaranmış 2561.32 manat fərqi və 2010-cu ildə təyin olunan pensiyasına uyğun olaraq qulluq stajına əlavənin müəyyən edilməsinə, həmçinin sonrakı dövrdə baza dəyişmələri və həmin dövrlərdə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2021-ci il tarixə kimi, yəni işinə xitam verildiyi dövrə qədər yaranmış əskik vermənin ona tam ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14 sentyabr 2021-ci il tarixli məktubda qe yd edilmişdir ki, iddiaçıya xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8509,57 manat əskik, xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 9332,24 manat artıq, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 2850,04 manat əskik pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 2027,37 manat əskik pul vəsaiti ödənilmişdir. Həmin 2027,37 manat fərq məbləği cari ilin iyul ayından etibarən "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1 -ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ona əskik ödənilmiş pensiya məbləğinin əvəzləşdirilməsinin qan unsuz hesab edilərək cavabdehə qadağan edilməsi və əskik ödənilmiş pul məbləğinin bir dəfəyə ödənilməsi və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2016-cı il-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 9032,24 manat pul məbləğinin əskik ödənilmiş pensiya məbləğinin əvəzləşdirilməsinin qanunsuz hesab edilərək cavabdehə qadağan ed ilməsi və əskik ödənilmiş 8509,57 manat pul məbləğinin bir dəfəyə ödənilməsi və xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, pensiyanın azaldılmasına izah verilməsi ilə əlaqədar cavabdehə müraciət etdikdə cavabdehin izahında qeyd edilmişdir ki, xx.xx.2010-xx.xx.2016-cı ilə kimi 8509,57 manat, xx.xx.2021-xx.xx.2021-ci ilə kimi 2850,04 manat pul verilməli olduğu halda verilməmiş, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə kimi ona 9332,24 manat artıq pul verilmişdir. Lakin qeyd olunanlar barədə heç bir inzibati akt qəbul edilməmiş, bütün bu məsələlər mühasibatlıq səviyyəsində həll edilmişdir. Guya ki, xx.xx.2016-cı il tarixdə həmin dövrdə işləmiş əməkdaşlar tərəfindən əmək pensiyası düzgün hesablanmamışdır. Lakin, bununla bağlı əsaslandırma aparılmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət ərzində yox, 2 ay müddətində müraciətə baxmış, nəticədə 2021-ci ilin aprel və may aylarında qulluq stajına görə pensiyaya əlavələr 50 faiz həcmində verilmiş, 2021-ci ilin iyun ayında pensiya qanunsuz azaldılaraq 2566,14 manat pensiya kartına köçürülmüş, yalnız müraciətdən sonra 3032,42 manat olmuş, lakin ödəniş 3048,38 formasında edilmişdir. Artıq 15,96 manat fər qlə bağlı maraqlanarkən müəyyən edilmişdir ki, müraciətə gec baxılması səbəbindən ödənilməmiş 2026,92 manat məbləğ alınmamış ayların sayına (127 ay) bölünərək pensiyanın üzərinə əlavə edilmişdir. Yəni, gecikmə 3 ay olmasına baxmayaraq cavabdeh fərqi 10 ilə bölmüşdür. Bundan əlavə, fərq məbləği də düzgün hesablanmamışdır. Belə ki, pensiyanı tam almaq hüququ xx.xx.2021-ci il tarixdən yarandığından, həmin ayın 5 günü çıxıldıqda ona hesablanmış pensiya 2021-ci ilin aprel ayında təxminən 2527 manat təşkil etməlidir. Sonrakı aylarda isə (2021-ci ilin may və iyun aylarında) pensiya tam həcmdə, yəni 3032,42 manat verilməli idi. Deməli, xx.xx.20212021-ci il iyul ayına kimi ona verilməli məbləğ 8591.84 manat olmuşdur. Lakin ona həmin aylarda müvafiq olaraq 1732,19 manat, 1732,19 manat və iyul ayında 2566,14 manat verilmişdir. İddiaçıya verilməli olan məbləğ bu üç ayda verilməli olan məbləğdən çıxıldıqda 2561,32 manat edir.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya pensiya təyin edildiyi 16 dekabr 2010-cu il tarixdən hal-hazıradək müəyyən dövrdə əksik, müəyyən dövr üzrə artıq pul vəsaitləri ödənilmişdir. 6 aprel 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq 3032,42 manat məbləğ müəyyən edilmiş, iddiaçıya xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8591,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 5741,82 manat ödənilmişdir. Əksik 2850,04 manat məbləğ keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki aylarının sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ümumilikdə isə, 2027,37 manat əskik pul vəsaiti mövcuddur ki, həmin məbləğ cari ilin iyul ayından etibarən hissə-hissə ödənilir.
7. Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli, 2-1(112)-2572/2022 nömrəli (hakim O.X.Həsənov) qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ödənilmiş 9032,24 manat pul məbləğinin ona əskik ödənilmiş pensiya məbləği ilə əvəzləşdirilməsi qanunsuz hesab edilərək həmin 9032,24 manat pul məbləğinin iddiaçıya əskik ödənilmiş pensiya məbləği əvəzləşdirilməsi cavabdehə qadağan edilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən iddiaçıya hər ay ödənilmiş məblə ğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddiaçıya ödənilməli olan əskik 8509,57 manat pul məbləğinin ona birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin pensiya miqdarının dəyişdirilməsi barədə xx.xx.2016- cı il tarixli sərəncamının qanunsuz və ya qanuni olması iddiaçının etimad hüququna istinadı mövcud olduğundan əhəmiyyət daşımır. Cavabdeh pensiyanı yenidən hesablayarkən səhvə yol vermişdirsə də, bu səhv iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə nəticələnməməlidir. Bu zaman iddiaçıya əskik ödəmələrin də olması səbə bindən də həmin məbləğlərin əvəzləşdirilməsindən də söhbət gedə bilməz. İnzibati orqan tərəfindən əmək pensiyası səhv hesablansa belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsinə münasibətdə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı haqlıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə 05 aprel 2021- ci il tarixli əmrlə qulluğuna xitam verilməsi nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin tələbləri də nəzərə alınmaqla ona pensiyasının tam ödənilməsini xahiş etmiş, həmin ərizə xx.xx.2021ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Əmək pensiyasının yenidən hesablanmasını tələb etmək hüququna malik olan şəxs kimi işləməyə əmək pensiyaçı kateqoriyasına keçdiyi vaxtdan sonra cavabdehə müraciət etmiş, cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində yenidən hesablama barədə müraciətlə əlaqədar qərar qəbul etmək əvəzinə, həmin qərarın qəbulunu gecikdirmiş, iddiaçının almalı olduğu pensiya artımının gec alınmasına səbəb olmuşdur. Cavabdeh özü də 14 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunan dövr ərzində 2850,04 əskik pul vəsaitinin qaldığını qəbu l etmişdir. Lakin, heç bir hüquqi əsas olmadan həmin məbləğin 127-yə bölməklə ödənilməsi barədə mövqe nümayiş etdirmişdir. İddiaçı da həmin maddənin tətbiqinə etiraz etməmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, həmin tələbdə də iddiaçı haqlıdır. Belə ki, müraciətin hər hansı səbəbdən gec baxılması, əskik pul vəsaitinin 127 kimi bir rəqəmə bölünməklə ödənilməsi üçün əsas qismində çıxış edə bilməz. Ən azından şəxs və dövlət maraqlarının tarazlanmasına xidmət edən bölgü, yəni Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan bölgü nəzərə alınmaqla həmin məbləğ ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməlidir. Bu zaman, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq 2850,04 manat pul vəsaitindən ona hər ay cüzi məbləğ də olsa ödənilən məbləğin çıxılmaqla iddia tələbinin təmin edilməsinə dair iddia verməsində də haqlı olmuşdur. Cavabdehin 14 sentyabr 2021-ci il tarixli məktubundan da görünür ki, cavabdeh etiraf edir ki, həqiqətən də iddiaçıya xx.xx.2010-cu il tarixdən-xx.xx.2016-cı il tarixədək ümumilikdə ödənilməli olan 8509,57 manat pul vəsaiti ödənilməmişdir. Həmin məbləğin əvəzləşdirilməsi ilə bağlı isə cavabdehin hərəkətlərinin qanu nsuzluğuna məhkəmə iddia tələbinin digər hissəsinə baxarkən qiymət vermişdir. Lakin, hər nə qədər 8509,57 manat pul vəsaitinin iddiaçıya ödənilməli olması ilə bağlı tərəflər arasında ödəmənin həyata keçirilməli olmasına münasibətdə inzibati məhkəmə mübahisəsi olmasa da, ödəmənin hansı qaydada aparılmalı olmasına münasibətdə mübahisə mövcuddur. Belə ki, iddia tələbindən də görünür ki, iddiaçı həmin əskik məbləğin yaranmasının cavabdehin səhvi ucbatından yarandığını və həmin məbləğin birdəfəyə ödənilməsini tələb etmişdir. Göründüyü kimi 8509,57 manat məbləğin iddiaçıya ödənilməsi ilə bağlı mübahisə ödəmənin həyata keçirilib-keçirilməməsi ilə bağlı olmamış, ödəmənin birdəfəyə aparılıbaparılmaması ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, göstərilən ödəmənin birdəfəyə həyata keçirilməsi “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmadığından iddia həmin hissədə əsassızdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2791/2022 nömrəli (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 aprel 2022-ci il tarixli, 2-1(112)-2572/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı laşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti imtina məktubuna və iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təqdim edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 1.1. Bu Qanun inziba ti aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşə bbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati a kt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. M addə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsass ız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla mü əyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 2.1. Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. 2.7. Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” (bundan sonra – MEİS) X1 (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əla qə vasitələrindən birinə göndərilir və ya bildirilir. 2.8. Şəxsin sosial sığorta üzrə məlumatları fərdi şəxsi hesabında tam əks olunduğu halda o, (güzəştli şərtlərlə pensiya hüququ qazananlar istisna olmaqla) pensiya təyinatı barədə elektron müraciət edə bilər. Şəxsin pensiya təyinatı barədə elektron müraciəti PASda dərhal qeydə alınır və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. 2.9. Şöbənin və ya İdarənin Pensiya üzrə komissiyası (bundan sonra Komissiya) 2 (iki) iş günü ərzində müraciətlə bağlı çatışmayan sənədlərin olduğunu müəyyən etdikdə bu barədə məlumatı PAS-a daxil edir, PAS tərəfindən hazırlanmış bildirişi (4 nömrəli Əlavə) gücləndirilmiş elektron imza ilə təsdiqləyərək, müraciətdəki əks-əlaqə vasitələrindən biri nə göndərir və ya bildirir. 2.10. Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 (bir) iş günü ərzində onu PASa daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. 2.11. Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul e dilir. 2.12. Gün ərzində Komissiya tərəfindən qəbul olunmuş qərarları özündə əks etdirən PAS tərəfindən hazırlanmış protokol (7 nömrəli Əlavə) Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 2.13. Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir. 2.14. Bu Qaydalara uyğun olaraq əmək pensiyası təyin edilməsi və yaxud təyin edilməsindən imtina edilməsi barədə məlumatlar PAS-da saxlanılır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. A li Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. Şikayətdə fundament al vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə məhkə mə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar qeyd etməyi zəruri hesab edir.
28. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələblərinin 9032,24 manat pul vəsaitinin əskik ödənilmiş məbləğlərlə əvəzləşdirilməməsi ilə bağlı iddiaçı haqlıdır, həmin məbləğin iddiaçıdan tutulmasına yönələn hərəkətlər, o cümlədən əskik məbləğlərlə əvəzləşdirilməsi qanunsuz və əsassızdır.
29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
30. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutul ması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyini tənzimləyən hüquqi normalar əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etməli idi. Lakin hazırkı halda iddiaçı iddia ərizəsi ilə müraciət edərək əvəzləşdirmənin qadağan edilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirdiyindən, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin iddiası olmadan belə, onun hərəkətlərinin qanuni və ya qanunsuz olmasına məhkəmə münasibət bildirməli, təkcə 39.1-ci maddəsinin tələbinin pozulmasından əlavə, həmçinin cavabdehin həmin məbləği əvəzlə şdirməsi ilə bağlı hərəkətlərinə də qiymət verməlidir. Bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının xx.xx.2016-cı il tarixdə yenidən hesablanması barədə inzibati aktın (iş materiallarında olan pensiya miqdarının dəyişdirilməsi barədə sərəncamın) qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının yenidən hesablanması barədə inzibati aktın, o cümlədən inzibati orqan faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticə ləri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır.
31. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə 05 aprel 2021-ci il tarixli əmrlə qulluğuna xitam verilməsi nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin tələbləri də nəzərə alınmaqla ona pensiyasının tam ödənilməsini xahiş etmiş, həmin ərizə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
32. Göründüyü kimi iddiaçı Əmək pensiyasının yenidən hesablanmasını tələb etmək hüququna malik olan şəxs kimi işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi vaxtdan sonra cavabdehə müraciət etmiş, cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində yenidən hesablama barədə mü raciətlə əlaqədar qərar qəbul etmək əvəzinə, həmin qərarın qəbulunu gecikdirmiş, iddiaçının almalı olduğu pensiya artımının gec alınmasına səbəb olmuşdur. Cavabdeh özü də 14 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunan dövr ərzində 2850,04 əskik pul vəsaitinin qaldığını qəbul etmişdir. Lakin, heç bir hüquqi əsas olmadan həmin məbləğin 127-yə bölməklə ödənilməsi barədə mövqe nümayiş etdirmişdir.
33. Odur ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbləri baxımından xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən iddiaçıya ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel, may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsinə münasibətdə də iddiaçı haqlıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tətbiq edilmiş maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)2791/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.