Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-319/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2782/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək pensiyasının onun fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi nin tələbinə uyğun olaraq yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-879/22 qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin e-2-1(112)-7926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5.Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-879/22 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından, həmin Məhkəmənin e-2-1(112)-7926/2021 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmişdir.
8. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qərarın icrasının tam başa çatdırıldığını bildirərək göstərmişdir ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 33.436,51 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. 33.436,51 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 740,54 manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği həmin artım qədər azaldılıb. Nəticədə şəxsin hazırda əmək pensiyasının sığorta hissəsi 740,54 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 965,38 manat təşkil edir.
9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, e-2-1(112)-7926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının nəticə hissəsində nəzərdə tutulan “fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanması”na izah verilməsini, bu yenidən hesablamanın qulluq stajına görə əmək pensiyasına ə lavələrin də yenidən hesablanmaqla məbləğinin azaldılmasını nəzərdə tutub-tutmadığının izah edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7926/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, izah olunmuşdur ki, fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq yenidən hesablanması dedikdə, fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması başa düşülür və bu yenidən hesablama qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin miqdarda azaldılmasını nəzərdə tutmur.
11. Cavabdeh həmin qərardadda n apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2782/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və qərara izah verilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.
14. İş Ali Məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh ərizə ilə müraciət edərək kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
97. Kassasiya şikayətinin geri götürülməs i 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir.... 111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Şikayətdən imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
17. İPM-in 97.1-ci maddəsinin tələbindən gör ündüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı ( qərardadı) qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.
18. Şikayətdən imtina həmin normanın, həmçinin İPM-in 97.2-ci maddəsinin tələblərinə uyğundur.
19. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətinin qaytarılması barədə ərizə təmin edilir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə kassasiya icraatına xitam verilir. İzah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İcraat üzrə prosessual xərclər cavabdehə aid