Məhkəmə qərarları › İş №2-1(102)-319/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-319/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-319/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2952/2024 nömrəli iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1991-1994-cü il tarixlərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin Sərhəd Qoşunları fakültəsində ali hərbi təhsil almış, 1994-2016-cı illərdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kimi xidmət etmiş və 20 avqust 2016-cı il tarixdə iddiaçı həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

2. İddiaçı Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı kimi təhsil aldığı xidmət illərinin həmin dövrlər üçün (xx.xx.1991 – xx.xx.1994-cü il tarixinədək) bir ili iki il kimi və xx.xx.1995-xx.xx.1997-ci il tarixinədək olan dövrün 1 ili 2 il 6 ay kimi hesablanaraq yeni məlumat vərəqinin DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, son olaraq 01 avqust 1991-ci ildən 13 fevral 1993-cü il tarixədək və 27 aprel 1993-cü il tarixdən 21 iyun 1994-cü il tarixədək bir ilinin iki il kimi hesablanaraq yeni məlumat vərəqəsinin tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 təqvim ili, güzəştli şərtlərlə isə 36 il 10 ay hərbi xidmət dövrü keçmiş və 20 avqust 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. 1991-1994-cü il tarixlərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin Sərhəd Qoşunları fakültəsində ali hərbi təhsil almışdır. Həmin dövr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinə əsasən müharibə illərində arxa cəbhədə iş müddəti iki qat ölçüdə hesablanmalıdır. Onun hərbi xidmət dövrü isə 1 ili 1 il kimi hesablanmışdır. İddiaçı hesab edir ki, NK-nın 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarı və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Azərbaycan Respublikası Qanunu ilə 03 oktyabr 1997-ci il tarixində qəbul edildiyindən ağırlaşdırıcı norma kimi 01 avqust 1991-xx.xx.1994-cü il tarixədək olan münasibətə şamil edilə bilməz.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, hərbi qulluqçu hazırlaya n xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirilir. 12 noyabr 2011-ci il tarixdə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna müvafiq olaraq müddətli həqiqi hərbi xidmət məcburidir. Məhz qanunvericiliyin bu kimi tələbləri və müddətli həqiqi hərbi xidmətin məcburiliyi nəzərə alınaraq Nazirlər Kabinetinin 21 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən xidmət ill əri hesablanarkən hərbi qulluqçuların müddətli həqiqi hərbi xidmət keçdiyi dövr, xidmət şəraitindən və xidmət müddətindən asılı olmayaraq onların uzun müddətli xidmət illərinə güzəştli şərtlərlə daxil edilməmişdir. Həmin qərarın tələbindən göründüyü kimi uzun müddət xidmət vaxtının hesablanmasına dair həmin qərar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına yox, digər kateqoriyadan olan hərbi qulluqçulara şamil edilmişdir

6. Bakı İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(112)-5769/2024 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin konkret tələbindən göründüyü kimi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar yəni kursantlar adlandırılırlar və onla rın həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. Lakin, iddiaçının xidmət ilinin iki il ilə bağlı güzəştin tətbiq edildiyi hərbi qulluqçu kateqoriyası isə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara aid hesablanma qaydasıdır. Kursant kimi hərbi xidmət isə göstərilən kateqoriya hərbi qulluqçular üçün nəzərdə tutulmuş hərbi xidmət hesab edilmir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2952/2024 nömrəli qərarı ilə (hakimlər: K,Əkbərov– sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq iddiaçının apellyasiya şikayətinin dəlili olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi ilə pensiya almaq hüququ verən iş stajına müharibə illərində arxa cəbhədə iş müddətinin ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilməsi barədə müddəa nəzərdə tutulmasına münasibətdə qeyd edilmişdir ki, adıçəkilən müddəanın mahiyyətindən də göründüyü kimi arxa cəbhədə iş müddətinin iki qat ölçüdə hesablanması müddətli hərbi xidmət keçən şəxslərlə bağlı olmayan kateqoriyalı subyektlərə münasibətdə tənzimləmə həyata keçirməməkdədir. Güzəştli xidmət illərinin hesablanması ilə bağlı hərbi qulluqçularla bağlı hesablama qaydası yuxarıda adıçəkilən qərarın müddəalarına uyğun, spesifik olaraq müəyyən edilir ki, kursant və müddətli hərbi qulluqçu kateqoriyasına adıçəkilən iki qat ölçüdə hesablama qaydasının şamil edilməli olmaması hazırkı iddianın təminini istisna edir.

11. Apellyasiya instansiyası məhkəməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.1, 28.3-cü maddələrinə və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərb i xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarına istinad etmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normaları pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarı tətbiq edilməlidir. Belə ki,məhkəmə tərəfindən qərar qəbul edilərkən əvvəllər qüvvədə olmuş normaya əsasən hərbi xidmətin bir ayı iki ay staj olaraq sayılmalı olmasını nəzərə alınmamışdır b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

28. Həqiqi hərbi xidmətin növləri... 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə b ərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə

22. Sığorta stajının hesablanması qaydası... 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17. ‘‘Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı:... Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir....

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin:... Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatla rında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir....

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (İPM): a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtə rəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızd ırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələ lərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, a pellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsinə bir neçə dəfə dəqiqləşmə vermiş son olaraq isə 01 avqust 1991-ci ildən 13 fevral 1993-cü il tarixədək və 27 aprel 1993-cü il tarixdən 21 iyun 1994-cü il tarixədək bir ilinin iki il kimi hesablanaraq yeni məlumat vərəqəsinin tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

26. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı xidmət etdiyi bir ilinin iki il kimi hesablanmasını tələb etdiyi dövr döyüş şəraitində döyüş əməliyyatlarının olduğu ill ərə təsadüf etsə də, iddiaçı faktiki olaraq qeyd olunan illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı olmuşdur. Belə olan halda həmin dövr nə hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü, nə də müharibə illərində arxa cəbhədə iş müddəti hesab edilə bilməz.

27. Belə ki, qanunvericiliyin konkret tələbin ondan ibarətdir ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar - kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzi fələr yerinə yetirirlər.

28. Bu baxımdan, “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarı hazırkı mübahisəyə münasibətdə tətbiq oluna və iddiaçıya şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına əsasən, pensiya təyin olunarkən uzun müddət xidmətə güzəştli şərtlər zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullu qçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə münasibətdə tətbiq edilir.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 21(103)-2952/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar