Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3190/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X3 qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X4 iştirakı ilə, İddiаçı X3 qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-357/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 01.09.1977-ci ildən 16.07.1978-ci ilədək və 01.09.1980-ci ildən 22.07.1981-ci ilədək texniki peşə məktəbində təhsil almış, 11.11.1981-ci ildən 08.01.2007ci ilədək "xxxx" ASC-də (əvvəlki V.İ.Lenin adına X9 Birliyində) toxucu peşəsində işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 11.05.2018-ci il tarixli 80/3-320 nömrəli məktubla bildirmişdir ki, qanunla təlbə olunan 20 il ümumi stajın qarşılığında iddiaçının cəmi 18 il 1 ay ümumi sığorta stajı vardır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Bununla razılaşmayan iddiaçı "01.09.1977-ci ildən 16.07.1978-ci ilədək 69 nömrəli Texniki Peşə məktəbində və 01.09.1980-ci ildən 22.07.1981-ci ilədək Şəki 91 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 26.06.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəli yinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2-1(84)-1053/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə iddiaçı X3 qızının 01.09.1977-ci ildən 16.07.1978-ci ilədək 69 nömrəli Texniki Peşə məktəbində və 01.09.1980-ci ildən 22.07.1981-ci ilədək Şəki nömrəli texniki peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona 26.06.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 11.05.2015-ci ildən ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh apell yasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2-1(84)-1053/2018 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 15 yanvar 2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 15 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 01 may 2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiya sının 15 yanvar 2019cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası hesab etmişdir ki,məhkəmələrin apardığı araşdırmanın predmetini iddiaçının əmək funksiyalarının mahiyyəti təşkil etməlidir. Çünki əgər “toxucu” kimi iddiaçı dəzgahlarda və maşınlarında işləmişdirsə, bu halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “e” bəndinin tələblərinin ödənildiyi yoxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-357/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2-1(84)-1053 /2018 nömrəli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “e” bəndinə əsasən, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə —52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddənin tələblərinə görə, “toxucu” peşəsində işləyən qadının əmək funksiyaları toxuculuq istehsalı dəzgahlarında və maşınlarında işlə bağlı olduğu halda, onların pensiya hüququnun təmin edilməsini zəruri edən şərt ümumi stajla bağlı deyildir, yalnız xüsusi stajla, yəni toxuculuq istehsalı dəzgahlarında və maşınlarında azı 20 il çalışması ilə əlaqədardır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-357/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək iddiaçının 20 il iş stajı tamam olmuşdur. Belə ki, 01.09.2014-cü ildən 01.04.2015-ci ilədək 4 ay sosial sığorta stajı və təhsil müddəti nəzərə alınmaqla iddiaçının ümumi stajı 20 il 2 ay 26 gün təşkil etmişdir. Kassator Azərbaycan Respublikası Kostitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsinə,istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 21(107)-357/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərələrin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-357/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)357/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 01.09.1977-ci ildən 16.07.1978-ci ilədək və 01.09.1980-ci ildən 22.07.1981-ci ilədək texniki peşə məktəbində təhsil almış, 11.11.1981-ci ildən 08.01.2007-ci ilədək "xxxx" ASC-də (əvvəlki V.İ.Lenin adına X9 Birliyində) toxucu peşəsində işləmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şə xslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “e” bəndinə əsasən toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar—Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 200 0-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən iddiaçının toxucu peşəsində işləməsi nəzərə alındığında iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il güzəştli iş stajı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısına əsasən “toxucular metal və sintetik tor toxuyan toxucular” peşəsi nəzərdə tutulmuşdur. İddiaçı isə "xxxx" ASC-də toxucu olmuş, başqa sözlə onun peşəsi “metal və sintetik tor toxuyan toxucular”la eynilik təşkil etməmiş, Siyahıda isə ipək istehsa latında işləyən ipək toxucuları nəzərdə tutulmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə iddiaçı ona güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Başqa sözlə, iddiaçının işlədiyi peşə ("xxxx" ASC-də toxucu) güzəştli şərtlərlə yaaş görə p ensiyaya çıxmaq hüququ verən peşələrə aid deyildir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul e tmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı X3 qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-357/2019 saylı 20 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3190/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3190/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver