Məhkəmə qərarları › İş №2-1(102)-3191/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3191/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3191/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər X11 oğlu və X20) qarşı iş üzrə QƏRAR (Açar söz: şəhadətnamənin ləğvi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X7 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Əraz i İdarəsinə qarşı (üçüncü şəxslər: X11 və X20) JN-342A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,20 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvan1 kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m., köməkçi sahəsi 12 kv.m. olan bir mərtəbəli yaşayış evi 07.11.1992-ci ildə ölmüş X8 miras qalmış, həmin daşınmaz əmlaka dair 25.01.1994-cü ildə X6 qanun üzrə vərəsəlik h üququ haqqında şəhadətnamə verilmişdir. X9 həmin evi 26.01.1994-cü ildə alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. İddiaçı cavabdeh X7 oğluna qarşı "evə köçürülmə, evdən və həyətyanı sahədən istifadə hüququnun verilməsi" barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 04.02.2000-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ailə üzvləri ilə birlikdə Ünvan1 kəndində öz adına olan şəxsi evinə köçürülməsi, evdən və həyətyanı torpaq sahəsindən istifadə hüququnun verilməsi qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, ev X9 tərəfindən 26.01.1994-cü ildə İddiaçı satılmış evdir. Həmin işə baxılarkən X7 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, R.R. onun ögey bacısının nəvəsidir, ev isə onun ata-babasından qalmış evdir. R.R. evi satmaq istəyər kən onun imkanı olmadığına görə evi ala bilməmiş, R. evi 1994-cü ilin yanvar ayında İddiaçı satmışdır. Sonradan o, evi ala biləcəyini fikirləşmiş, bu məqsədlə Ş. və ailə üzvlərini dəfələrlə gəlmələrinə baxmayaraq, evə buraxmamış, hal-hazırda da buraxmaq fikri yoxdur. Evin yerləşdiyi 0,20 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0,40 ha həyətyanı torpaq sahəsi ilə bağlı 2006-cı ildə X7 və X8 adına JN-342A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. X7 27.04.2007-ci ildə, X16 isə 22.09.2007-ci ildə vəfat etmişlər. JN-342A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,40 ha torpaq sahəsinin X7 məxsus 0,20 ha hissəsinə X18 29.07.2009-cu ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X13 məxsus olan q alan 0,20 ha hissəsinə isə X11 29.07.2009-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X20 və X11 10.08.2009-cu ildə göstərilən 0,40 ha torpaq sahəsinin bölgü planını (hərəyə 0,20 ha olmaqla) tərtib etmiş və hər birinin 0,20 ha torpaq sahəsinə mülkiyyət hüququ 10.08.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının aldığı evin yerləşdiyi torpaq sahəsi X11 adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. X11 cavabdehlər X6 və İddiaçı qarşı "25.01.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 26.01.1994-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 17.02.2017-ci il tarixli qətnaməsi ilə iddia təm in edilərək, X5 adına verilmiş 25.01.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X9 ilə İddiaçı arasında bağlanmış 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin qərarı ilə müəyyən edilmişdir ki, X9 tərəfindən İddiaçı satılmış evə X11 hər hansı aidiyyətinin olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsin in etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək X7 və X11 adına olan JN-342A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin özünə məxsus olan 0,20 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh inzibati orqan 04.09.2018-ci il tarixli məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, həmin məsələ İdarənin səlahiyyətinə daxil deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ona məxsus, alqı-satqı müqaviləsi əs asında əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, JN-342A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,40 ha torpaq sahəsinin 0,20 ha hissəsi ona məxsus olan evin həyətyanı torpaq sahəsidir. Cavabdeh iddia tələbinə qarşı birinci instansiya məhkəməsinə 10.12.2018-ci il tarixli etiraz göndərmiş və etirazda öz imtinasının dəlillərinə istinad etmiş və qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. X11 iddia ilə bağlı birinci instansiya məhkəməsinə göndərdiyi yazılı məlumatında bildirmişdir ki, X9 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsində 0,20 ha torpaq sahəsi sonradan əlavə edilmişdir. Vərəsəlik işi də, alqı-s atqı da saxta yolla hazırlanmışdır. O, həm vərəsəliyin, həm də alqı-satqının etibarsız hesab edilməsinə dair iddia vermiş, Zaqatala Rayon Məhkəməsi düzgün olaraq iddianı təmin etmiş, lakin Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qətnaməni ləğv edib iddianı rədd etmiş və bildirmişlər ki, X9 tərəfindən İddiaçı satılmış evə X11 hər hansı aidiyyətinin olması müəyyən edilməmişdir. O, hesab edir ki, belə olan halda, onun da mülkiyyətində olan torpaq sahəsinə də İddiaçı heç bir aidiyyəti yoxdur. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, "JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X9 tərəf indən İddiaçı satılmış evin yerləşdiyi 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarından üçüncü şəxs X11 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 08 may 2019-cu il tarixli 2-1(84)-95/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı torpaq islahatından xeyli əvvəl, 26.01.1994-cü ildə Ün van1 kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m, köməkçi sahəsi 12 kv.m olan bir mərtəbəli yaşayış evini X1 almışdır. Evin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı qanuni istifadəsində olduğuna görə "Torpaq islahatı haqqında" Qanunun qüvvəyə minməsi nəticəsində həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsinin torpaq islahatından əvvəl X7 və X11 qanuni istifadəsində olması barədə sənəd yoxdur. Əksinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək alınmış "Zaqatala rayonunun Aşağı Tala kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də onların qanuni istifadəsində olan t orpaq sahəsinin cəmi 0,09 ha göstərilmişdir. Belə olan halda, şəhadətnamədə göstərilən 0,40 ha-nın qalan hissəsinin mənbəyi bəlli deyil. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarından üçüncü şəxs X11 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsinin qərarı onun mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onlara məxsus 0.40ha torpaq sahəsinin bir hissəsidir. Sözügedən torpaq sahəsi torpaqlar mülkiyyətə verilənədək kolxozun istifadəsində və dövlətin mülkiyyətində olmuş, 1996-cı ildə “Torpaq islahatı haqqında” Qanuna əsasən sözügedən torpaq sahəsi X7və X8 mülkiyyətinə verilmiş, onlar vəfat et dikdən sonra isə torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. İşə baxan məhkəmə sözügedən torpaq sahəsinin islahatdan əvvəl X7 və X8 qanuni istifadəsində olması barədə sənəd olmamasını qeyd etsə də, həmin sənədin əldə edilməsi üçün müvafiq dövlət orqanlarına sorğular ünvanlamamışdır. Bundan əlavə, evi iddiaçıya satmış R.R. anasına hər hansı torpaq sahəsi məxsus olmamışdır. Halbuki, R.R.kənd sovetinin arayışları əsasında notariusda vərəsəlik işi açdırmış, bir gün sonra həmin evi iddiaçıya satmışdır. Alqı-satqıya dair notariusun topladığı materiallarda torpaq sahəsinin R.R. və ya onun anasına məxsus olmasına dair hər hansı sənəd yoxdur. Bundan əlavə, ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət verilsə də, məhkəmə əsassız olaraq ekspertizanın keçirilməsi barədə vəsatəti rədd etmişdi r. Həmçinin məhkəmə öz qərarında bir tərəfdən yazır ki, alqı-satqı müqaviləsi əsasında satılmış evin yerləşdiyi 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə şəhadətnamə ləğv edilsin. Digər tərəfdən qeyd edir ki, alqı-satqı müqaviləsində torpağın koordinatları göstərilməyib. Kassator MPM-nin 82.1, İPM-nin 12.1, 90-94-cü maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 21(107)-409/2019 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X4 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ünvan1 kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə tikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m., köməkçi sahəsi 12 kv.m. olan bir mərtəbəli yaşayış evi 07.11.1992-c i ildə ölmüş X8 miras qalmış, həmin daşınmaz əmlaka dair 25.01.1994-cü ildə X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, X9 həmin evi 26.01.1994-cü ildə alqı-satqı müqaviləsi ilə İddiaçı satmış, İddiaçı cavabdeh X7 qarşı "evə köçürülmə, evdən və həyətyanı sahədən istifadə hüququnun verilməsi" barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 04.02.2000- ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ailə üzvləri ilə birlikdə Ünvan1 kəndində öz adına olan şəxsi evinə köçürülməsi, evdən və həyətyanı torpaq sahəsindən istifadə hüququnun verilməsi qət edilmiş, evin yerləşdiyi 0,20 ha torpaq sahəsi də daxil olmaqla cəmi 0,40 ha həyətyanı torpaq sahəsi ilə bağlı 2006-cı ildə X7 və X8 adına JN342A kod 40200028 nömrəli "Torpağın mülk iyyətə verilməsinə dair şəhadətnamə" verilmiş, X7 27.04.2007-ci ildə, X16 isə 22.09.2007-ci ildə vəfat etmişlər. JN-342A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,40 ha torpaq sahəsinin X7 məxsus 0,20 ha hissəsinə X18 29.07.2009-cu ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X13 məxsus olan qalan 0,20 ha hissəsinə isə X11 29.07.2009-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X20 və X11 10.08.2009-cu ildə göstərilən 0,40 ha torpaq sahəsinin bölgü planını (hərəyə 0,20 ha olmaqla) tərtib etmiş və hər birinin 0,20 ha torpaq sahəsinə mülkiyyət hüququ 10.08.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 cavabdehlər X6 və İddiaçı qarşı "25.01.1994-cü il tarixli qanun üzrə vərəsəl ik hüququ haqqında şəhadətnamənin və 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 17.02.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X5 adına verilmiş 25.01.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X9 ilə İddiaçı arasında bağlanmış 26.01.1994-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Mə hkəmənin qərarı ilə müəyyən edilmişdir ki, X9 tərəfindən İddiaçı satılmış evə X11 hər hansı aidiyyətinin olması müəyyən edilməmişdir və bu səbəbdən sonuncunun mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək Ərəbov Hacıömər Şaban oğlunun və X11 adına olan JN-342A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin özünə məxsus olan 0,20 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh inzibati orqan 04.09.2018-ci il tarixli məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, həmin məsələ İdarənin səlahiyyətinə daxil deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək JN-342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ona məxsus, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddə sinin birinci cümləsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 10-cu maddəsinin 5-ci hissəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) h azırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı torpaq islahatından xeyli əvvəl, 26.01.1994-cü ildə Ünvan1 kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 1921-ci ildə t ikilmiş, 2 otaqlı, yaşayış sahəsi 60 kv.m, köməkçi sahəsi 12 kv.m olan bir mərtəbəli yaşayış evini X1 almışdır. Evin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı qanuni istifadəsində olduğuna görə "Torpaq islahatı haqqında" Qanunun qüvvəyə minməsi nəticəsində həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsinin torpaq islahatından əvvəl Ərəbov Hacıömər Şaban oğlunun və X11 qanuni istifadəsində olması barədə sənəd yoxdur. Əksinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək alınmış "Ünvan1 kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl" də onların qanuni istifadəsində olan torpaq sahəsinin cəmi 0,09 ha göstərilmişdir. Belə olan halda, şəhadətnamədə göstərilən 0,40 ha-nın qalan hissəsinin mənbəyi bəlli deyil. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə tərəfindən sorğu edilərək alınmış Zaqatala Rayonu Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Ünvan1 kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də aqrar islahatı aparılan vaxtı X7 və X11 qanuni istifadələrində olan torpaq sahəsinin cəmi 0,09 ha olması göstərilmişdir. Belə olan halda, aqrar islahatı başlanan vaxt həmin şəxslərin qanuni istifadələrində cəmi 0,09 ha torpaq sahəsi olduğundan, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixli 64 nömrəli qərarı ilə eyni şəxslərə 0,40 ha torpaq sahəsinin verilməsi istisna olunur. Ona görə də iddiaçı hazırkı iddiasında həmin qərarı mübahisələndirməməkdə haqlı olmuşdur. Kassator kassasiya şikayətində qeyd etmişdir ki, Sözügedən torpaq sahəsi torpaqlar mülkiyyətə verilənədək kolxozun istifadəsində və dövlətin mülkiyyətində olmuş, 1996-cı ildə “Torpaq islahatı haqqında” Qanuna əsasən sözügedən torpaq sahəsi X7 və X8 mülkiyyətinə verilmiş, onlar vəfat etdikdən sonra isə torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Bundan əlavə, evi iddiaçıya satmış R.R. anasına hər hansı torpaq sahəsi məxsus olmamışdır. Halbuki, R.R. kənd sovetinin arayışları əsasında notariusda vərəsəlik işi açdırmış, bir gün sonra həmin evi iddiaçıya satmışdır. Alqı-satqıya dair notariusun topladığı materiallarda torpaq sahəsinin R.R. və ya onun anasına məxsus olmasına dair hər hansı sənəd yoxdur. Həmçinin məhkəmə öz qərarında bir tərəfdən yazır ki, alqı-satqı müqaviləsi əsasında satılmış evin yerləşdiyi 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə şəhadətnamə ləğv edilsin. Digər tərəfdən qeyd edir ki, alqı-satqı müqaviləsində torpağın koordinatları göstərilməyib. Kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə iddiaçı ilə R.R. arasında olan alqı-satqı müqaviləsinin həqiqiliyini kassator mübahisələndirsə də, Zaqatala Rayon Məhkəməsinin 04.02.2000-ci il tarixli qətnaməsi ilə evin və torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmışdır, belə ki, vərəsəlik şəhadətnaməsi və alqı-satqı müqaviləsi qüv vədədir. Bundan əlavə, alqı-satqı müqaviləsində torpaq sahəsinin koordinatlarının göstərilməməsinə dair kassasiya dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələ qərarın icrası zamanı həll edilməli olan məsələdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosess ual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli 2-1(107)-409/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar