Məhkəmə qərarları › İş №2-1(102)-3196/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3196/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3196/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi (riskli vergi ödəyicisi); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri L okal Gəlirlər Baş İdarəsinə qarşı “”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli və xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli 2-1(103)-2560/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********106700 nömrəli qərarına əsasən iddiaçı müəssisəyə 2023-cü ilin aprel ayı üzrə 20895,70 manat ƏDV, xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarına əsasən 2021-ci ilə mənfəət vergisi üzrə 20254,80 manat, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli qərarına əsasən 2021-ci ilin avqust ayına ƏDV üzrə 12404,45 manat əlavə vergi məbləği hesablanmışdır.

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli və xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 27 fevral 2024-cü il tarixli, 21(112)- 1557/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********106700 nömrəli, xx.xx.2023-cü il tarixli **********725400 nömrəli və xx.xx.2023-cü il tarixli **********565600 nömrəli qərarlar ləğv edilmişdir.

4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2023cü ilin mart ayında “X1” QSC-dən 8 ədəd elektron qaimə-faktura əsasında ümumi dəyəri 127,411.20 manat (ƏDV-siz) olan “müxtəlif ölçülü istifadəyə yararsız, istehsala yararlı işlənmiş borular” almış və alğı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə uyğun qaiməfaktura ilə rəsmiləşdirilmişdir. Lakin cavabdeh tərəfindən həmin elektron qaimə-fakturalar qanunvericiliyin təl əbi pozulmaqla əldə edilmiş sənədlər qismində qiymətləndirilərək, iddiaçının ƏDV bəyannaməsində həmin qaimələr üzrə əvəzləşdirmələri etibarsız hesab edilmişdir. Halbuki, Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən, iddiaçı mal aldığı vergi ödəyicisinin sahibliyində olan malların alışına dair təsdiqedici sənədlərin olmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Vergi Məcəlləsinin və AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən, iddiaçı özü vergi ödəyicisi kimi təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərini göstərdiyi halda riskli vergi ödəyicisi kimi məsuliyyətə cəlb edil ə bilərdi. Lakin normada qeyd edilən hallar hazırkı işdə müəyyən edilməmişdir. Digər tərəfdən, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İddiaçının “X1” QSC-dən 2023-cü ilin mart ayında aldığı mallar üzrə aparılmış əməliyyatları cavabdeh inzibati orqan tərəfindən əmtəəsiz əməliyyat kimi qiymətləndirilsə də, sözügedən cəmiyyət həmin əməliyyatlara görə Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir. Bu hal isə bir daha ona dəlalət edir ki, “X1” QSC həmin əməliyyatlara görə vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınmadığından, ƏDV bəyannaməsində ƏDV üzrə 20895,70 manat əvəzl əşmənin vergi orqanı tərəfindən etibarsız hesab edilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

5. Eləcə də, işin hallarından görünür ki, cavabdeh iddiaçının 2023-cü ilin mart ayında baş tutmuş əməliyyatlarına görə həmin ilin aprel ayı üzrə kameral vergi yoxlaması həyata keçirməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, hazırkı qərarda da istinad edilən Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, 2023-cü ilin mart ayı üzrə hər hansı kənarlaşma halı mövcud olmuşdursa, vergi orqanı kameral vergi yoxlamasını məhz həmin ay üzrə vergi bəyannaməsi təqdim edildiyi tarixdən 30 iş günü müddətində həyata keçirə bilərdi. 2023-cü ilin aprel ayında ƏDV-nin əvəzləşdirilməsi üzrə hər hansı kənarlaşma aşk ar edilmədiyindən, kameral vergi yoxlaması nəticəsində həmin ay üzrə hesablanmış 20895,70 manat əlavə vergi məbləği qanunsuz olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya 17 avqust 2023-cü il tarixli və 04 sentyabr 2023-cü il tarixli qərarlarla 2021-ci ilin avqust ayı üzrə ƏDV məbləği və həmin il üzrə mənfəət vergisinin hesablanmasının əsası kimi cəmiyyət tərəfindən alınmış mallara dair tərtib edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatların vergi orqanı tərəfindən riskli hesab edilməsi olmuşdur. Belə ki, "xxxx" MMC-dən (VÖEN **********) alınmış 20,640 ton həcmində 11558,40 manat (ƏDV-siz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 714719 nömrəli; "xxxx" MMC-dən (VÖEN **********) alınmış 81,596 ton həcmində 45693,76 manat (ƏDV-siz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBF seriyalı 869004 nömrəli; "xxxx" MMC-dən (VÖEN **********) alınmış 20,824 ton həcmində 11661,44 manat (ƏDV-siz) metal qırıntısı ilə bağlı göndərilmiş xx.xx.2021-ci il tarixli EBBG seriyalı 716561 nömrəli elektron qaimə-fakturalar cavabdeh tərəfindən riskli əməliyyatlar çərçivəsində tərtib edilmiş sənədlər kimi qəbul edilərək, ƏDV üzrə əvəzləşməni və mənfəət vergisi üzrə xərcləri təsdiq edən sənəd kimi qiymətləndirilmədiyindən, vergi orqanı həmin qaimələrə əsasən cəmiyyətə 2021-ci ilin avqust ayı üzrə 12404,45 manat ƏDV, 2021-ci il üzrə 20254,80 manat mənfəət vergisi hesablamışdır. Halbuki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında əməliyyat xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC arasında əmə liyyat isə xx.xx.2021-ci il tarixdə baş verdiyi halda, "xxxx" MMC və "xxxx" MMC həmin əməliyyatlardan sonra, müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ilə həmin müəssisələr arasında aparılan alğı-satqı əməliyyatları sonuncuların riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş vermişdir. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, onun tərəfindən həmin əməliyyatlara görə tərtib edilmiş elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə, Mənfəət vergisi bəyannaməsində isə xərclərə daxil etmişdir.

6. Əlavə olaraq, iddiaçının əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlum atlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Beləliklə, iddiaçı, tərtib etdiyi elektron qaimə fakturalar riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci və 109.9-cu maddələrinin təsiri altına düşmür və o, həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə və mənfəət vergisi bəyannaməsində xərclərə daxil etməkdə haqlı olmuşdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.R.Səlimova) 01 avqust 2024-cü il tarixli, 21(103)-2560/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadında kı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalı dır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və a ydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətlə ndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qər ardadına istinad olunmaqla qəbul edilmiş qərardadlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)-1918/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1644/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtər əfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair).

15. Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır.

16. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

17. Beləliklə, mübahisəli m əsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə d air araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 2-1(103)-2560/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar