Məhkəmə qərarları › İş №2-1(102)-3198/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3198/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3198/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbəti səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İ darəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2-1(103)-1652/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-cu il tarixli **********149171 nömrəli Qərarı ilə “Körpü Tunel Tikinti" MMC-də növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018- xx.xx.2021-ci il) təyin edilmişdir. 2. xx.xx.2022-ci il tarixli **********159586 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin nümayəndəsi X7 mütəxəssis kimi dəvət edilmiş və onun qarşısında xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarix inədək yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel yanacağı) həcmi, daşıma xərclərini və əmək haqqı xərclərini müəyyənləşdirilməsi sualı qoyulmuşdur. 3. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Lokal Gəlirlər Baş İdarəsinin Sifarişi ilə İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel yanacağı) həcmini, daşınma xərclərini və əmək haqqı xərclərini müəyyənləşdirmək sualı ilə bağlı - mütəxəssis İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlər barədə tərtib edilmiş Forma 2 aktlarını araşdıraraq, Malın dəyəri, ƏDV-siz, AZN - 63703821,29 manat; Mal-m aterial sərfiyyatı, ƏDV-siz AZN 33956028,80; Əmək tutumu, ƏDV-siz AZN 7585303,95 manat müəyyənləşdirmişdir.

4. Səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixli **********149746 nömrəli aktı ilə rəsmiləşdirilmiş və yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169747 nömrəli qərar qəbul edilmiş və iddiaçıya aşağıda qeyd edilən vergi məbləğləri və maliyyə sanksiyası hesablanmışdır: - 2018-ci il üzrə 551957,17 manat mənfəət vergisinin azaldılmasına görə 551957,17 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 275978,59 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə 667097,01 manat mənfəət vergisinin azaldılmasına görə 667097,01 manat əlavə hesabla ma aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 333548,51 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 929329,85 manat mənfəət vergisinin azaldılmasına görə 929329,85 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 464664,93 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə 297069,67 manat ƏDV-nin azaldılmasına görə, 144933,92 manat artıq hesablama nəzərə alınmaqla 152133,75 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 148534,84 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə 564664,01 manat ƏDV-nin azaldılmasına görə, 586710,55 manat artıq hesablama nəzərə alınmaqla 22046,54 manat artıq hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 282332,01 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 1792546,23 manat ƏDV-nin azaldılmasına görə, 13600,68 manat artıq hesablama nəzərə alınmaqla 1778945,55 manat əlavə hesablama aparılması, VMnin 58.1-ci maddəsinə əsasən 896273,12 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2021-ci il üzrə 1042904,25 manat ƏDV-nin azaldılmasına görə, 229862,77 manat artıq hesablama nəzərə alınmaqla 813041,48 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 521452,13 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 4,44 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.44 manat artıq hesablama aparılması; - 2021-ci il üzrə 4,62 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyind ə tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.62 manat artıq hesablama aparılması; - 2019-cu il üzrə 365183,06 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 365183,06 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 182591,53 manat maliyyə sanksiyasının tətbiq olunması - 2020-ci il üzrə 8452,63 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 8452,63 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 4226,32 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə 307034,47 manat MDSS-in azaldılmasına görə 307034,47 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 153517,24 manat maliyyə sanksiyasının t ətbiq olunması; - 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 1660,62 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 46488,23 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 33334,15 manat maliyyə sanksiyasının tətbiq olunması;

5. İddiaçıya ümumilikdə 2148384.03 manat mənfəət vergisi, 2722076.24 manat əlavə dəyər vergisi, 373635.69 manat ödəmə mənbəyində vergi, 585348.09 manat sosialsöğorta haqqı, 3487759.03 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tə ləbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında **********169747 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yoxlama zamanı yoxlamanın düzgün keçirilməsi və iş üzrə əhəmiyyətli olan bütün halların araşdırılması üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmasına baxmayaraq, vergi ödəyicisinin xərcləri nəzərə alınmadan Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında mənfəət vergi hesablanılmışdır. Yoxlama zamanı aşağıdakı sənədlər təqdim edilmişdir: xx.xx.2021-ci il tarixli sənədlərin yoxlamaya qismən təqdim edilməsi bar ədə akta əsasən “Subpodrat müqavilələri, Forma 2, Forma 3; Mal iş və xidmətlərin alış müqavilələri, kredit müqavilələri, lisenziyalar, bank çıxarışları, dövriyyə cədvəlləri; - xx.xx.2022-ci il tarixli **********090800 saylı məktuba əsasən “Əsas vəsaitlərin reyestri”- excel faylda 292 sətr;xx.xx.2022-ci il tarixli **********672000 saylı məktuba əsasən “Borc müqavilələrinin siyahısı” 16 ədəd müqavilə, 1 excel fayl, 4 listdə cəmi 109 sətr, - xx.xx.2022-ci il tarixli **********829800 saylı məktuba əsasən “əmək haqqı cədvəlləri”- 11 excel faylı, xx.xx.2022-ci il tarixli **********837300 saylı məktuba əsasən “Debitor və kreditor borcları” 1 excel fayl, 1174 sətr, - xx.xx.2022-ci il tarixli **********527300, **********676800 və **********697900 saylı məktublara əsasən bütün texniki hesabatlar- ay lar üzrə 22 ədəd, xx.xx.2022-ci il tarixli **********673500 saylı məktubla 2018 və 2019-ci il üzrə mənfəət bəyannaməsində 221.15 və 229 -cu sətrlərin açıqlaması, 1 excel fayl, 3 list, 1140 sətr, xx.xx.2022-ci il tarixli **********150300-ci il tarixli məktubla 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsinin açıqlaması- 1 excel fayl, 2 list, 3595 sətr, - xx.xx.2022-ci il tarixli **********731500 saylı məktuba əsasən “Material hərəkət cədvəli”- 2 excel fayl, 15 270 sətr, - xx.xx.2022-ci il tarixli **********351000 saylı məktuba əsasən “Material hərəkət cədvəli”, 1 excel fayl, 3 list, 16610 sətr - xx.xx.2022-ci il tarixli **********235000 saylı məktuba əsasən "xxxx" MMC arasında bağlanılmış müqavilə və Forma 2 və 3-lər, 9 vərəq, - xx.xx.2022-ci il tarixli **********125500 saylı məktuba əsasən yanacağın paylanması barədə məlumatı, alınmış xidmətlər (daşımalar) və subpodratlar tərəfindən təqdim olunmuş iş və xidmətlər barədə məlumatlar. 3 excel list - xx.xx.2022-ci il tarixli “Sənədlərin qismən təqdim edilməsi” haqqında akta əsasən yoxlamanın aparılması üçün tələb olunan digər sənədlər - xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokola əsasən əlavə olaraq: - "xxxx" ASC ilə bağlanmış subpodrat müqaviləsi (Qirli-Gürcüstan avtombil yolu), Forma 2, Forma 3 - 262 vərəq - “X2 Company” MMC ilə bağlanmış subpodrat müqaviləsi, Forma 2, Forma 3- 24 vərəq - "xxxx" ASC ilə bağlanmış subpodrat müqaviləsi (Dəmiryol keçidləri), Forma 2, Forma 3 - 25 vərəq - İmişli rayonu İcra Hakimiyyəti ilə bağlanılmış müqavilə (Abadlıq işləri 2018)- Forma 2, Forma 3 - 22 vərəq - İmişli rayonu İcra Hakimiyyəti ilə bağlanılmış müqavilə (Abadlıq işləri 2019)- Forma 2, Forma 3 - 17 vərəq - 36 fiziki şəxslə bağlanmış xidmət müqavilələri, aktlar, forma 2, forma 3 lər. Ümumilikdə xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokolda qeyd edilmişdir ki, 29 faylda onlayn kargüzarlıq sistemi vasitəsi ilə 1017 vərəqdə könüllü surətdə sənədlər excel, pdf və kağız formada təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktından görünür (səh-6) ki, vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi barədə xx.xx.2021-ci il tarixli tələbnamə verilmiş, həmin tələbnaməyə uyğun olaraq, “sənədlərin qismən yoxlamaya qismən təqdim edilməsi” barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün xx.xx.2022-ci il tarixli **********028400, xx.xx.2022-ci il tarixli **********145400 saylı və xx.xx.2022-ci il tarixli **********066000 saylı xəbərdarlıq məktubları ilə digər sənədlər tələb edilmişdir. Bunun nəticəsi olaraq da yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********159342 saylı protokola əsasən tələbnamədə göstərilən bütün sənədlər yoxlamaya təqdim edilmişdir. Sonuncu protokoldan sonra cavabdeh tərəfindən vergi ödəyicisinə yoxlamanın tam obyektiv aparılması üçün hər hansı sənəd çatışmazlığı ilə bağlı heç bir məktub və tələbnamə təqdim edilməmişdir. Həmçinin qeyd olunan protokolda hər hansı sənədin təqdim edilməməsi barədə heç bir qeyd mövcud deyildir. Adında n da göründüyü kimi bu sənədlərin qismən təqdim edilməsi protokolu deyildir. Yoxlama zamanı sənədlər tam təqdim edilmədikdə adətən sənədlərin qismən götürülməsi barədə protokol tərtib olunur. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli protokollar qismən təqdim edilmə protokoludur. Müəssisənin gəlir və xərclərinin əksər hissəsinin formalaşdığı elektron qaimə fakturalar, elektron vergi hesab fakturaları, idxal ixrac əməliyyatları barədə məlumatları və digər qarşılıqlı əməliyyatları barədə Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bütün məlumatlar mövcuddur. Bank hesablarından çıxarışlar online rejimdə görünür. Göründüyü kimi səyyar vergi yoxlaması aktının 6-cı səhifəsində sənədlərin yoxlamaya təqdim edildiyi bildirilsə də, buna zidd olaraq 14-cü səhifəsində qeyd edilmişdir ki, xərcləri təsdiq edən Forma 2, mal material hərəkəti, texniki hesabat sənədləri, daşımaların uçot sənədləri, yanacağın sərfiyyat və silinməsi sənədləri yoxlamaya təqdim edilməmişdir və bu səbəbdən də VMnin 83.9-cu maddəsinə əsasən NK-nin 55 saylı qərarı tətbiq edilmişdir. Aktda qeyd edilmiş texniki hesabat sənədləri, daşımaların uçot sənədləri, yanacağın sərfiyyat və silinməsi sənədlərinin təqdim edilməsi barədə yoxlama prosesində vergi ödəyicisinə heç bir tələbnamə təqdim edilməmiş, məktub göndərilməmişdir. Buna baxmayaraq səyyar vergi yoxlaması aktında bu bəndə istinad edilməsini gördükdən sonra, Məsuliyyət qərarın çıxarılmadan öncə xx.xx.2022-ci il tarixli **********125500 saylı məktubla qeyd olunan sənədlər də yoxlamaya tam təqdim edilmişdir. Göründüyü kimi, bir hissəsi Dövlət Vergi X idmətinin online karguzarlıq sistemi vasitəsi ilə qalanları isə əlbəəl aktı və ya protokol tərtib edilməklə yoxlamaya təqdim edilmiş sənədlərə aktda təqdim edilməmiş kimi yazılmışdır və nəticədə külli miqdarda qanunsuz və əsassız vergi məbləği hesablanılmışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Sənədlər təqdim olunduğu üçün vergilər təqdim edilən sənədlər əsasında hesablanmalı idi və şərti rentabellik tətbiq edilməməli idi. Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlum atlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu hüququndan hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır (xx.xx.2022-ci il tarixli İş № 2-1(102)- 2486/2022, saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1239/2022 saylı müvafiq qərarlar ). Vergi ödəyicisinin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcuddur, müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, Forma 2, Forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış, dövriyyə cədvəlləri və digər sənələrlə təsdiqini tapır. Cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir. Bu baxımdan da NK-nin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə mün asibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsində də xərclər mövcud olduğu halda, NK-nin 55 saylı qərarının tətbiq edilməsi qəbul edilmir. Bununla bağlı olaraq Ali Məhkəmənin çoxsaylı qərarları mövcuddur. Mənfəət vergisi üzrə- 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin faktiki xərcləri nəzərə alınmadan VM-nin 83.9 və NK-nin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi tətbiq edilməklə 2018-ci il üzrə 551957,17 manat, 2019-cu il üzrə 667097,01 manat, 2020-ci il üzrə isə 929329,85 manat, cəmi 2148384,03 manat mənfəət vergisi hesablanmış və buna uyğun olaraq da 50% məbləğində, yəni 1074192,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2018-ci il üzrə Lokal Gəlirlər Baş İdarəsinin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, 2018-ci il ərzində müəssisə tərəfindən ********.15 manat məbləğində malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) gəliri olmuşdur. Daşınar və daşınmaz əmlakın təqdim edilməsindən gəlir isə 75636 manat təşkil etmişdir. Qeyd olunan məktuba əsasən il ərzində müəssisə tərəfindən elektron qaimə fakturalar əsasında cəmi ********.62 manat dəyərində mal, iş və xidmət alışı olmuşdur. Müəssisənin elektron vergi hesab fakturaları və elektron qaimə faktura ilə təsdiqlənməyən xərcləri (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 1503325.34 manat təşkil etmişdir. Lakin səyyar vergi yoxlaması ilə isə gəlir 16558715,09 mana t müəyyən olunmaqla NK-nin 55 saylı qərarına əsasən şərti rentabellik tətbiq edilməklə 2759785,85 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və 551957.17 manat mənfəət vergisi hesablanmışdır. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.96 manat xərci mövcuddur və əsassız olaraq həmin xərclərin heç biri xərc kimi nəzərə alınmamışdır. 2019-cu il üzrə, Lokal Gəlirlər Baş İdarəsinin **********998600 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən təqdim olunmuş elektron vergi hesab fakturalarının siyahısına əsasən müəssisənin dövr üzrə gəliri ********.81 manat təşkil etmişdir ki, bu məbləğ səyyar vergi yoxlaması aktı ilə də təsdiq olunur. Həmçinin qeyd olunan idarənin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna təqdim edilmiş elektron qaimə fakturala rın siyahsına əsasən dövr ərzində müəssisə tərəfindən ********.86 manat dəyərində elektron qaimə faktura əldə olunması, Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində əldə olunmuş məlumatlara əsasən 199068,87 manat dəyərində mallar idxal etməsi müəyyən Müəssisənin elektron vergi hesab faktura və eqaimə faktura ilə təsdiqlənməyən xərcləri (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 2676799.91 manat təşkil etmişdir. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.63 manat xərci mövcuddur və əsassız olaraq həmin xərclərin heç biri xərc kimi nəzərə alınmamışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan 3335485,07 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və şərti rentabellik tətbiq edilməklə 667097,01 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən ********.37 manat təşkil etmişdir ki, bu məbləğ səyyar vergi yoxlama aktı ilə də təsdiq olunur. Həmçinin qeyd olunan idarənin **********428900 saylı xx.xx.2023-cü il tarixli məktubuna təqdim edilmiş elektron qaimə fakturaların siyahısına əsasən dövr ərzində müəssisə tərəfindən ********.49 manat dəyərində elektron qaimə faktura əldə olunması, Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində əldə olunmuş məlumatlara əsasən 206567,37 manat dəyərində mallar idxal etməsi müəyyən Müəssisənin elektron vergi hesab faktura və elektron qaimə faktura ilə təsdiqlənməyən xərcləri (əmək haqqı, MDSS, amartizasiya, bank faizləri və s.) 2070366.84 manat təşkil etmişdir. Eyni zam anda material hərəkət cədvəlinə əsasən 2020ci ilin əvvəlinə malların qalıq dəyəri 3949662.00 manat, əvvəlki illərin yaranmalı zərəri 4721003.82 manat təşkil etməlidir. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən ********.36 manat xərci və əvvəlki illərdən 4721003.82 manat zərəri mövcuddur və əsassız olaraq həmin xərclərin heç biri xərc kimi nəzərə alınmamışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan 4646649.23 manat vergiyə cəlb edilən mənfəət müəyyən olunmuş və şərti rentabellik tətbiq edilməklə 929329.85 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən mənfəət vergisi bəynnamələri VM-nin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodu ilə aparılmışdır. Dövr ərzində gəlirin əldə edilməsi və xərclərin çəkilməsi ilə bağlı bütün müqavilələr, təhvil təslim aktları, Forma 2 və Forma 3-lər, bank çıxarışları, dövriyyə cədvəlləri yoxlamaya təqdim edilsə də, gəlirin əldə olunması ilə bağlı hissədə qeyd olunan sənədlər nəzərə alınmiş, lakin xərcin çəkilməsi ilə bağlı hissədə nəzərə alınmamışdır. VM ilə müəyyən olunmuş xərc sənədləri mövcud olduğu halda şərti rentabellik tətbiq edilməklə mənfəət vergisinin hesablanılması qanunverciliyə ziddir. Əlavə dəyər vergisi üzrə - cavabdeh tərəfindən VM-nin 67.15-ci maddəsi əsas götürülməklə 1042814,24 manat ƏDV hesablanmışdır. Belə ki, səyyar vergi yoxlaması aktında (19-cu səhifə) qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən yoxlanılan dövrdə iddiaçı 11195,21 ton armatur, 32915,2 ton sement, 5710 kub metr taxta materialı və 8037360,8 litr dizel yanacağı almışdır. Əvvəlki ildə n armatur qalığı 558.54 ton, sementin qalığı 1276.53 ton, taxtanın qalığı 2129.93 kub metr, dizel yanacağının qalığı litr qeyd edilmişdir. Mütəxəssis rəyi ilə qeyd edilən mallar üzrə sərfiyyat həcmi müəyyən edilmişdir. Alınan malların həcmindən mütəxəssis rəyi ilə müəyyən edilmiş sərfiyyat həcmini çıxandan sonra yoxlama ilə xx.xx.2021-ci il tarixə armatur qalığı 3421,9 ton, sement qalığı 4089,4 ton, taxta qalığı 1699,5 kub metr və dizel yanacağı 3720943,2 litr müəyyən olunmuşdur. Orta alış qiymətləri nəzərə alınmaqla VM-nin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayına 5793412,47 manat əskikgəlmə məbləğinə 1042814,24 manat ƏDV hesablanmışdır. Mütəxəssis rəyi və səyyar vergi yoxlaması aktı arasında ciddi uyğunsuzluqlar mövcuddur: - Belə ki, mütəxəssis rəyində sementin sərfiyya t miqdarı cəmi 26295.4 ton qeyd edilsə də, səyyar vergi yoxlaması aktında 3805.92 ton qeyd edilmişdir. Həmçinin yoxlama dövründə müəssisə tərəfindən cəmi 23444.23 ton sement alınmış, yoxlama dövrünün əvvəlinə qalıq 1276.53 ton olmuşdur, səyyar vergi yoxlaması aktında bu rəqəm 32915.2 ton qeyd edilmişdir. Material hərəkət cədvəli və silgi aktlarına əsasən yoxlama dövründə müəssisə tərəfindən 26137 ton və 6252 kisə (40kq-liq) sement sərfiyyatı olmuşdur. Eyni zamanda yoxlamaya təqdim edilmiş material hərəkət cədvəlinə əsasən 3805.92 ton sement yoxlama dövrünün sonuna qalıq kimi qalmışdır. Lakin səyyar vergi yoxlama aktı ilə inventarizasiya aparılmadan 4089.4 ton sement satış kimi qiymətləndirilmişdir. Material hərəkət cədvəlinə əsasən dövrün əvvəlinə taxtanın qalığı 109.34 kub metr, yoxlama d övründə alış məbləği 5378.71 kub metr təşkil etsə də, səyyar vergi yoxlaması aktında yoxlama dövründə alış 5710 kub metr qeyd edilmişdir. Eyni zamanda tikinti zamanı sərf olunan itki həcmi nəzərə alınmamışdır. Material hərəkət cədvəli və silgi aktlarına əsasən yoxlama dövründə 3580.31 kub metr taxta sərfiyyatı olmuşdur, yoxlama dövrünün sonuna 2129.93 kub metr taxta qalmışdır. Mütəxəssis rəyində taxta sərfiyyatı 1992.89 kub metr, SVY aktında 2129.93 kub metr qeyd edilmiş, 1699.5 kub metr inventarizasiya aparılmadan satış kimi qiymətləndirilmişdir. Praktiki olaraq tikinti zamanı xüsusilə də yol və korpülərin inşasında taxta qoruyucu örtük kimi istifadə olunur və itki həcmi 15-20 faiz ətrafı dəyişir. Eyni zamanda yoxlamaya təqdim edilmiş material hərəkət cədvəlinə əsasən 2129.93 ton sement y oxlama dövrünün sonuna qalıq kimi qalmışdır. Müəssisə tərəfindən dövr ərzində cəmi 10867.725 ton armatur alınmış, 558.54 ton dövrün əvvəlinə qalıq olmuşdur, səyyar vergi yoxlaması aktında alış məbləği 11195,21 ton, dövrün əvvəlinə qalıq 558.54 ton qeyd edilmiş, mütəxəssis rəyi ilə 8060.57 ton armatur sərfiyyat kimi qiymətləndirilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən yaranan 3421,9 ton fərq satış kimi qiymətləndirilərək vergi hesablanılmışdır. Material silgi aktları və materal hərəkət cədvəlinə əsasən yoxlama dövründə armatur sərfiyyatı 11154.94 ton olmuş, dövrün sonuna 271.32 ton qalıq qalmışdır. Həmçinin mütəxəssis rəyi yalnız birbaşa istifadə olunmuş armatur sərfiyyatı hesablanılmışdır. Belə ki, müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş “Aralıq ödəniş sertifikat” larında (Forma 2) armatur ayrıca qeyd edilmiş, beton dirək və suötürücülər isə ayrıca qeyd edilmişdir. Lakin forma 2 lərin heç bir yerində beton dirək və su ötürücü beton borularin quraşdırılmasına sərf olunan armatur sərfiyyatı qeyd edilməmişdir. Buna görə də mütəxəssis rəyində bu qurğulara istifadə olunmuş armatur, əskik gəlmə kimi qiymətləndirilmişdir. Eyni zamanda yoxlamaya təqdim edilmiş material hərəkət cədvəlinə əsasən 271.32 ton sement yoxlama dövrünün sonun qalıq kimi qalmışdır. Lakin səyyar vergi yoxlaması aktı ilə bu inventarizasiya aparılmadan satış kimi qiymətləndirilmişdir. Yoxlama dövründə müəssisə tərəfindən elektron qaimə faktura və elektron vergi hesab fakturalar əsasında 7806688.55 litr həcmində dizel yanacağı alınsa da yoxlama aktında alış miqdarı 8037360,8 litr qeyd edilmişdir. Mütə xəssis rəyinə əsasən müəssisənin özünün dizel sərfiyyatı 4316417.6 litr təşkil etmişdir. Lakin tərəflərindən yoxlamaya təqdim edilmiş yanacaq bölgüsü cədvəlindən də göründüyü kimi, layihə üzrə müəssisənin subpodratçıları olan "xxxx" MMC-yə ******* litr, “X5” MMC-yə 1702079.61 litr, "xxxx" İnşaat MMC-yə 79000 litr və "xxxx" MMC-yə 85525 litr olmaqla cəmi 3339296.61 litr dizel yanacağı təqdim edilmişdir. Qeyd olunan müəssisələrlə bağlanılmış subpodrat müqavilələrinə əsasən layihə üzrə bütün yanacaq xərcləri İddiaçı MMC, texnikaların servis xərcləri isə özləri tərəfindən qarşılanmışdır. Müəssisəyə məxsus mallar “Podratçı” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanılmış KTTP 008/1118 saylı xx.xx.2018-ci il tarixli Podrat müqaviləsinin xx.xx.2018-ci il tarixli A saylı əlavəsinin bəndinə əsasən Ağ stafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən və Podratçıya məxsus olan anbarda saxlanılması nəzərdə tutulmuşdur. Qeyd olunan ünvanda və tikinti sahəsində yoxlayıcı orqan tərəfindən heç bir vergi nəzarəti tədbiri və inventarizasiya keçirilmədən material hərəkət cədvəlinə əsasən yoxlama dövrünün sonuna qalmış mallar satış kimi qiymətləndirilmişdir. Halbuki, həmin vaxtı qeyd olunan anbarda mövcud olmuşdur və sonrakı istehsal prosesində istifadə edilib. Eyni zamanda yoxlama dövründə müəssisə tərəfindən xx.xx.2019-cu il tarixli KTTİ 16/0319 saylı “Torpaq sahəsinin icarə müqaviləsi” nə əsasən fiziki şəxs X3 Ağstafa rayonu, Dağkəsəmən kəndi ərazisində 2.45 ha torpaq sahəsi (icarə haqqı-930 manat, xx.xx.2019cu il tarixindən 1170 manat) texnika və nəqliyyat vasitələrinin yerləşdirilməsi və digər məqsədlər üçün icarəyə götürülmüşdür. Həmin ərazi müəssisə tərəfindən şantiyə (baza) kimi istifadə edilmiş və malların bir hissəsi burada saxlanılmışdır. Bununla bağlı olaraq vergi orqanına yoxlama dövrləri üzrə Ödəmə mənbəyində vergi bəyənnamələri təqdim edilmiş və bəyənnamə 1607.1.2-ci bənddə (daşınar və daşınmaz əmlak üzrə icarə haqqıfiziki şəxslər üzrə) sətrində əks etdirilmiş, eyni zamanda müqavilə yoxlamaya təqdim edilmişdir. Qeyd edilən hesablama tamamilə qanunsuz və əsassızdır. Belə ki, VM-nin 67.15-ci maddəsində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar e dildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlamasının 1.9.2-ci bəndində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Əmlakın inventarizasiyası keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə VM-nin 67.15-ci maddəs inə əsasən vergilərin hesablanması tamamilə qanunsuzdur. Qeyd edilən hal üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli (21(102)-273/2023 nömrəli iş üzrə) və xx.xx.2023-cü il tarixli (2-1(102)-1174/2023 nömrəli iş üzrə) Qərarları mövcuddur. xx.xx.2023-cü il tarixli Qərarda qeyd edilmişdir ki, “bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən yoxlama zamanı hesablanmış ƏDV məbləği hissəsində kassasiya şikayəti əsaslı hesab edilə bilməz və Bakı Apellyasiya Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən ƏDV məbləği VM-nin 67.15-ci maddəsinə istinad edilməklə hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 6) yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir”. xx.xx.2021-ci il tarixli Qərarda qeyd edilmişdir ki, cavabdehin tərtib etdiyi səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmiş, vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmiş, ekspertiza aparılmamış və mütəxəssis dəvət edilməmişdir (səyyar vergi yoxlaması aktının 1.9.2-1.9.5-ci bəndləri). Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inventarizasiyanın səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparıldığı qeyd edilsə də, hazırkı iş üzrə inventarizasiyanın aparılması ilə bağlı qərarın qəbul edildiyi müəyyən edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı mal qalığının müəyyən edilməsi məqsədilə inventarizasiya aparmadan iddiaçının faktiki fəaliyyət göstərmədiyi və mal qalığı qalmadığı 2020-ci il üzrə əlavə vergi hesablaması aparmaqla reallıqla uzlaşmayan nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən VM-nin 166.4.2-ci maddəsinə istinad edilməklə 1029795,3 manat ƏDV hesablanmışdır. Belə ki, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarda qeyd edilmişdir ki, yoxlama ilə müəyyən olunmuşdur ki, 2020-ci ildə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üçün "xxxx" STİK MMC-yə ******* manat dəyərində e-qaimə fakturalar təqdim olunmuş, lakin işlərin dəyəri "xxxx" STİK MMC tərəfindən ödənilməmişdir. Vergi ödəyicisi ilə "xxxx" STİK MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən 2018-2020-ci illər ərzində "xxxx" STİK MMC tərəfindən ******* manat məbləğində (verilmiş borc 6561085, qaytarılmış borc 840000 manat nəzərə alınmaqla) borc verilmişdir. VM-nin 166.4.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən v erilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt sayılır. Vergi orqanı bu hesablama ilə kobud səhvə yol vermişdir. Belə ki, ƏDV-nin hesablanmasının əsası kimi qeyd olunan 166.4.2-ci maddə 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. İddiaçı isə "xxxx" STİK MMC-dən xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən borc alımışdır. 2018-ci ildə alınmış borca görə həmin vaxt qüvvədə olmayan maddəyə əsasən ƏDV hesablana bilməz. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli borc müqaviləsinə 2 saylı əlavəyə əsasən İddiaçı ASC "xxxx" STİK MMC-nə ******* manat məbləğində borc verilməsi barədə müqaviləyə əlavə imzalanmış və xx.xx.2018-ci il tarixində ******* manat, xx.xx.2018-ci il tarixində isə ** ***** manat "xxxx" STİK-nə borc verilmişdir. Digər tərəfdən isə qeyd olunan borc müqaviləsinə edilmiş 12 yanvar 2019-cu il tarixli 01A saylı əlavəyə əsasən xx.xx.2018-ci il tarixli borc müqaviləsinin müddəti 12 yanvar 2019-cu ildən 3(üç) il müddətinə, yəni 12 yanvar 2022-ci il tarixinədək uzadılmışdır. Bu səbəbdən də VM-nin 166.4.2-ci maddəsinə əsasən hesablanmış 1029795,3 manat ƏDV məbləği tamamilə qanunsuz və əsassızdır. Digər tərəfdən isə Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə Qərar ilə 510196,27 manat ƏDV hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən VM-nin 166-cı maddəsinin tələblərinə əsasən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi səbəbindən dövriyyənin 2834423,69 manat azaldığı və büdcəyə ƏDV-nin 5 10196,27 manat az hesablandığı müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi ilə bağlı heç bir açıqlama verilməmişdir. Bu isə “İnzibati İcraat haqqında” Qanunun tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. ƏDV depozit hesabından çıxarışdan da göründüyü kimi, yoxlama dövründə müəssisənin ƏDV depozit hesabına ********.34 manat vəsait daxil olmuşdur. Həmin məbləğin 3388803.81 manatı dövlət büdcəsinə ödənilmiş, 7059839.04 manatı isə mal, iş və xidmətlər alınması ilə bağlı əvəzləşdirilmişdir. Cavabdeh tərəfindən 60645.87 manat sosial xərclərə görə ödənilmiş ƏDV və 12.600 manat yoxlama ilə azalmanın aid olduğu dövrdə nəzərə alınması səbəbindən əvəzləşmənin ləğv olunması istisna olmaqla qalan 510196,27 manat ƏDV-nin necə hes ablanması barədə açıqlama verilməmişdir. Yeganə istinad olunan maddə 166-cı maddədir. Həmin maddə çox genişdir və çoxsaylı əməliyyatlara görə ƏDV tutulması vaxtını müəyyən edir. Ödəmə mənbəyində vergi üzrə - Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən təsisçinin iddiaçıya verdiyi borca görə 2018-ci il üçün 253,73 manat, 2019-cu il üçün 37134,4 manat və 2020-ci il üçün 8452,63 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə ******* manat qısamüddətli borc vəsaiti daxil olmuş və xx.xx.2020-ci il tarixədək ******* manat borc geri qaytarılmışdır. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1ci cümləsinə istinad etmişdir. Göründüyü kimi, qanunvericilik (Mülki Məcəllə, maddə 739.2) kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən əmək tutum unun düzgün göstərilməməsi səbəbindən 327794,93 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, mütəxəssis rəyində əmək haqqı xərcləri 7384192,62 manat göstərilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı məbləği 3921764,92 manat, bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 1121035,34 manat olmaqla ümumilikdə 5042800,26 manat təşkil etmişdir. Beləliklə, yoxlama ilə müəyyən olunmuş 2341392,36 manat (7348192,62 – 5 042 800,26) əmək tutumu məbləğinə ödəmə mənbəyindən 14 faiz dərəcə ilə 327794,93 manat vergi hesablanmışdır. Mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən icra edilmiş layihələr üzrə xx.xx.2018-xx.xx.2021-ci illər üzrə əmək tutumu həcmi 7384192.62 manat təşkil etmişdir. Səyyar vergi yoxlam ası aktında bildirilmişdir ki, yoxlama dövrün vergi ödəyicisi tərəfindən hesablanılmış əmək haqqı məbləği 3921764.92 manat, bağlanılmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı isə 1121035.34 manat olmaqla ümumilikdə ******* manat təşkil etmişdir. Yaranan 2341392.36 manat məbləğə isə həm 14% ÖMV, həm də 22+3=25% MDSS hesablanmışdır. Qeyd edilən hesablamanı qəbul etmirlər. Belə ki, şirkətləri işçilərin və xidmət göstərən şəxslərin bütün əmək haqlarını şəffaf şəkildə ödəmişdir. Bunun əksini vergi orqanı hər hansı bir yolla sübut etməmiş və yalnız mütəxəssis rəyinə əsaslanmışdır. Yoxlama dövründə müəssisə tərəfindən ümumilikdə 591 fiziki şəxs ilə əmək müqaviləsi bağlanılmış, orta aylıq əmək haqqı məbləği 595 manat təşkil etmişdir. əmək haqqı məbləği 2020-2021-ci illərdə da ha artırılmışdır. Digər tərəfdən təqdim edilmiş elektron qaimə fakturalardan da göründüyü kimi yoxlama dövründə bağlanılmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı isə 588 fiziki şəxs ilə bağlanılmış podrat müqavilələrinə əsasən 4845038.42 manat təşkil etmişdir. Bu isə o deməkdir ki, ümumi işçilik xərci 8766803.34 manat təşkil etmişdir. MDSS üzrə- Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən əmək tutumunun düzgün göstərilməməsi səbəbindən 585348,09 manat MDSS hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, mütəxəssis rəyində əmək haqqı xərcləri 7384192,62 manat göstərilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı məbləği 3921764,92 manat, bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 1121035,3 4 manat olmaqla ümumilikdə 5042800,26 manat təşkil etmişdir. Beləliklə, yoxlama ilə müəyyən olunmuş 2341392,36 manat (7348192, 62 – 5042800,26) əmək tutumu məbləğinə 22 faiz və 3 faiz tətbiq edilməklə 585348,09 manat MDSS hesablanmışdır. Göründüyü kimi vergi orqanı yoxlama ilə müəyyən etdiyi 2341392,36 manat (7348192,62 – 5042800,26) əmək tutumu məbləğinə görə həm ödəmə mənbəyində vergi, həm də MDSS hesablamışdır. Bu isə kobud qanun pozuntusudur. Bundan əlavə “Sosial Sığorta haqqında Qanunun” 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Lakin vergi orqanı kobud səhvə yol verərək dövlət büdcəsinə 585348,09 manat MDSS hesablanmışdır. Qeyd etdikləri kimi şirkətləri işçilərin və xidmət göstərən şəxslərin bütün əmək haq larını şəffaf şəkildə ödəmişdir. Bu sahədə hər hansı bir kənarlaşmaya yol verməmişdir. Müəssisənin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, yoxlama dövründə dövlət büdcəsinə ********.33 manat dövriyyə münasibətdə 3460437,84 manat vergi məbləği ödənilmişdir. Yoxlama zamanı həmçinin ciddi prosesual pozuntulara da yol verilmişdir. Səyyar vergi yoxlama aktında qeyd edilmişdir ki, yoxlama xx.xx.2021-ci il tarixində başlanıldı və xx.xx.2022-ci il tarixində baş çatdırıldı. Müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qərara əsasən aktın tərtibi müddəti 30 iş günü müddətinə uzadılmışdır. Vergi orqanı tərəfindən keçirilmiş yoxlama tədbirinin nəticəsi kimi xx.xx.2022-ci il tarixli **********149746 saylı “Səyyar vergi yoxlaması aktı” tərtib edilərək xx.xx.2022-ci il tarixli **********028600 saylı m əktubla onlara təqdim edilmişdir. Lakin yoxlama başa çatıdırılıb aktı müəssisəyə təqdim edildikdən sonra VM-nin 23 və 49-cu maddələrinə uyğun olaraq vergi orqanın xx.xx.2022ci il tarixli **********166802 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar çıxarmış və yoxlama müddəti 60 iş günü müəyyən edilmişdir. Məsuliyyətə cəlb edilmə barədə xx.xx.2023-cü il tarixli **********69747 saylı qərardan görünür ki, müəssisənin barəsində xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlamasının nəticələri haqqında akt” tərtib edilmişdir. Lakin qeyd olunan səyyar vergi yoxlaması aktı online karguzarlıq sisteminə göndərilməmişdir. VM-nin 39.4-cü maddəsinə əsasən “Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.” Yoxlama prosesində vergi orqanının xx.xx.2022-ci il tarixli **********159421 saylı qərarına əsasən yoxlamanın müddəti 30 iş günü uzadılmışdır. Lakin “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, müddət uzatma reyestrdə 2 iş günü sonra xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri pozulmuşdur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********159586 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin nümayəndəsi X7 mütəxəssis kimi dəvət edilmiş və onun qarşısında xx.xx.2018-ci il tarixindən xx.xx.202 1-ci il tarixinədək yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibinda mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel yanacağı) həcmi, daşıma xərclərini və əmək haqqı xərclərini müəyyənləşdirilməsi sualı qoyulmuşdur. SVY aktından (səh-7) görünür ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Əmlakin inventarizasiya keçirilmədən müəssisənin dövrün sonuna mal qalığının məbləğinə münasibət bildirilmişdir. Eyni zamanda müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli məktubla VM-nin 44.4-cü maddəsinə əsasən “Vəsatət” təqdim edilərək müəssisənin nümayəndəsi X6 yoxlamada iştirakı xahiş edilmişdir. Lakin yoxlamada və mütəxəssis rəyinin tərtib olunmasında müəssisənin nümayəndəsinin iştirakı təmin edilməmiş, təqdim edilmiş suallara cavab verilməmişdir. Mütəxəssis tərəfindən müəssisə tərəfindən icra olunmuş layihələrə baxış keçirilməmiş, mal-material sərfiyyatı barədə yerində heç bir araşdırma və ölçmə işləri aparılmamışdır. xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında protokol”dan da görünür ki, yoxlama zamanı yalnız müəssisənin ofisinin yerləşdiyi ünvana baxış keçirilmiş, icra olunan “Qirli-Gürcüstan sərhədi avtomobil yolunun km 82+200 -:- km 130+150” hissəsinə baxış və əmlakin inventarizasiyası keçirilməmişdir. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixində başa çatıdırılmışdır. Lakin yoxlama prosesində 9 dəfə olmaqla 266 gün dayandırılmış, hər biri 30 gün olmaqla 2 dəfə müddəti uzadılmış, 30 gü n aktın tərtibi müddəti uzadılmış, 60 gün müddətinə isə əlavə yoxlama tədbiri açılmışdır. Faktiki olaraq xx.xx.2021-ci il tarixində başlamış yoxlama üzrə məsuliyyətə cəlb etmə barədə qərar 1 il 7 ay sonra xx.xx.2023-cü ildə qəbul edilmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, aktın tərtibi müddətinin uzadılması və əlavə vergi yoxlaması tədbirinin keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş heç bir əsas və zərurət olmamışdır. Təsadüfi deyil ki, xx.xx.2022-ci il tarixində tərtib olunmuş SVY aktından sonra, keçirilmiş əlavə vergi yoxlaması tədbiri nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli məsuliyyətə cəlb etmə barədə qərarın nəticə və əsaslandırma hissəsi eynidir, rəqəmlər də tam eynilik təşkil edir. Bu o deməkdir ki, yoxlama süni şəkildə uzadılmaqla Vergi Məcəlləsinin tələbləri po zulmuşdur. Cavabdehin etirazları:

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Səyyar vergi yoxlaması zamanı müəssisəyə xx.xx.2021-ci il tarixli **********149198 nömrəli Tələbnamə təqdim edilmiş və yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin xx.xx.2021-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya qismən təqdim olunduğu üçün xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Lakin yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlər, o cümlədən cəmiyyət tərəfindən həyata keçirilən təmir-tikinti işləri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smeta, Forma 2, Forma 3 sənədləri, habel ə cəmiyyət tərəfindən sifarişçi qismində üçüncü tərəflə bağlanmış subpodrat müqavilələri üzrə müqavilələr, onlara əlavə olunan təhvil-qəbul aktları, smetalar, Forma 2, Forma 3 sənədləri, malmaterial və xidmətlərin alışı üzrə müqavilələr və müqaviləyə əlavə olunan digər sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********028400 nömrəli, xx.xx.2022-ci il tarixli **********145400 nömrəli və xx.xx.2021-ci il tarixli **********066000 nömrəli, xx.xx.2022-ci il tarixli **********727700 nömrəli xəbərdarlıq məktubları göndərilərək sənədlər istənilmişdir, lakin müəssisə tərəfindən qeyd edilən sənədlər tam təqdim edilməmişdir. Belə ki, vergi orqanının uçot baza məlumatlarında olan əldə edilmiş elektron qaimə-fakturalar üzrə malın (işin və xidmətin) adı hissəsində ümumi görülmüş iş və xidmətlər göstərilmiş lakin həmin elektron qaimə fakturalar üzrə digər şəxslərlə bağlanılmış müqavilələr, təhvil-qəbul aktları, Forma 2 və Forma 3-lər təqdim, mal-materialların layihələr üzrə silgi cədvəli, mənfəət vergisi bəyannamələrində xərclərin açıqlaması barədə məlumatlar yoxlamaya təqdim edilməmişdir.Yoxlanılan dövr üzrə vergidən yayınma halları müəyyən olunduğu üçün “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********158203 nömrəli qərar çıxarılmış və vergi ödəyicisi tərəfindən sənədlər ümumilikdə 1017 vərəqdə və 29 faylda olunmuş və həmin sənədlər "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********159346 nömrəli protokolla rəsmiləşdirilmişdir. Yoxlamanın nəticələrinə əsasən hesablanmış əlavə vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları aşağıdakı kimi olmuşdur: Mənfəət vergisi üzrə: Müəsissədə 2018-2020-ci illərin yekunları üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldı. Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3. maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Yoxlanılan dövrdə vergi ödəyicisi hesablama metodundan istifadə etmişdir. Vergi Məcəlləsinin 130.1. maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlə rinin və xərclərinin vaxtli-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı xərcləri təsdiq edən Forma 2, malmaterial hərəkəti, texniki hesabat sənədləri, daşımaların uçot sənədləri, yanacağın sərfiyyatı və silinməsi sənədləri yoxlamaya tam təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən layihələr üzrə mal-materialların silgisi cədvəlləri, alınmı ş yanacağın daşıma xidməti üzrə istifadə edilməsi və ya ödəyiciyə məxsus nəqliyyat vasitələri üzrə istifadəsini sübut edən sənədlər (yol vərəqələri və s), elektron qaimə fakturalar və bank hesabından ödənişlər əsasında fiziki şəxslərdən alınmış daşıma xidmətlərinin dövrlər, işlər, layihələr üzrə açıqlaması və s sənədlər təqdim edilmədiyi üçün xərcləri birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən 2018-ci il, 2019-cu il və 2020-ci illər üzrə mənfəət vergisi VM-nin 83.9-cu maddəsinə əsasən gəlirlərə görə şərti rentabellik tətbiq edilməklə hesablanmışdır. VM-nin 83.9 maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasınd a hesablanır. Baş idarənin Proqnoz göstəricilərinin icrasına nəzarət idarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli **********797200 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində İddiaçı MMC-nin (VÖEN: **********) fəaliyyətinin "xxxx" MMC-nin (VÖEN **********), "X16 Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********), "İnşaat Təmir-Tikinti İstehsalat Birliyi (TTİB)" MMC-nin (VÖEN **********) fəaliyyətinə oxşar olması müəyyən edilmiş, lakin, "xxxx" MMC -də həmin vergi ödəyiciləri ilə müqayisədə fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, İşçi sayının və digər iqtisadi göstəricilərinin fərqli olması müəyyən edilmişdir. Yoxlama zamanı vergi orqanının uçot baza sistemin də və hesabat axtarış sistemində oxşar fəaliyyətlə məşğul olan digər vergi ödəyiciləri ilə müqayisələr aparılmış, lakin yerinə yetirilmiş işin xüsusiyyətləri, işlərin yerinə yetirildiyi ərazi, işçi sayı və s. göstəricilər üzrə oxşarlıq müəyyən edilməmişdir. Qeyd olunan səbəblərdən həmin vergi ödəyicilərini analoji vergi ödəyicisi kimi götürmək mümkün olmamışdır. Yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi analoji məlumatlar əldə etmək mümkün olmadığı üçün hesablamaların aparılması zamanı analoji müəssisə məlumatlarından istifadə edilməmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, müvafiq sorğularla qarşılıqlı əlaqələrinin aparıldığı vergi ödəyicilərindən toplanmış müqavilələr, qaimə-fakturalar, təhvil-təslim aktları, vergi hesab fakturaları, ödəniş sənədləri və s. sənədlər əsasında gəlirlər müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi gəlir və xərclərini hesablama metodu ilə müəyyən etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri yerinə yetirmiş tikinti- quraşdırma işləri əsasında tərtib olunmuş Forma 2 sənədləri əsasında işlərin yerinə yetirildiyi dövrə uyğun olaraq, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən, malların, sair iş və xidmətlərin təqdim edilməsindən əldə olunan gəlirlər isə VHF və EQF təqdim olunduğu dövrə uyğun olaraq müəyyən edilmişdir. Yoxlama ilə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda - 2018-ci ildə vergi ödəyicisinin gəlirləri görülmüş təmir-tikinti işlərinin təqdim edilməsindən, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Yoxlama ilə 2018-ci ildə gəlirlər Forma 2, təhvil-qəbul aktı, EQF, ƏDVDH, bank, habelə uçot-baza məlumatları əsasında ********.09 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yoxlanılan dövrdə vergi yoxlamaya təqdim edilmiş Forma 2, təhvil-qəbul aktları, habelə uçot-baza məlumatları əsasında vergi ödəyicisinin gəlirləri müəyyən olunmuşdur. Xərclərin müəyyən olunması mümkün olmadığı üçün, Azərbaycan Res publikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək, Azərbaycan Respublikası VM-nin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında M1 = ********.09 /(100 + 20) x 20 = 2759785.84 manat mənfəəti hesablanmışdır. Yoxlama ilə 2018-ci il üzrə 551957.17 (2759785.84*20%) manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamə üzrə verginin 551957.17 əskik hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisi 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi kameral münasibət göstərilməklə ümumi dövriyyə ********.37 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.32 manat olmaqla zərər 284858.95 (********.32 ********.37) manat, mənfəət vergisi 0.0 manat bəyan edilmişdir. 2019-cu ildə vergi ödəyicisinin gəlirləri görülmüş təmir-tikinti işlərinin təqdim edilməsindən, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Yoxlama ilə 2019-cu ildə gəlirlər Forma 2, təhvil-qəbul aktı, EQF, ƏDVDH, bank, habelə uçot-baza məlumatları əsasında ********.45 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. VM-nin 83.9cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında M1 = ********.45 (100+20) x 20 = 3335485.08 mənfəəti kimi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə 667097.02 (3335485.08*20%) manat mənfəət vergisi hesablanmışdır. Müəss isə tərəfindən təqdim edilən bəyannamə üzrə verginin 667097.02 əskik hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisi 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi kameral münasibət bildirilməklə ümumi dövriyyə ********.36 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.76 manat olmaqla zərər 353886.4 (********.76 -********.36) manat, mənfəət vergisi 0.0 manat bəyan edilmişdir.2020-ci ildə vergi ödəyicisinin gəlirləri görülmüş təmir-tikinti işlərinin təqdim edilməsindən, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Yoxlama ilə 2020-ci ildə gəlirlər Forma 2, təhvil-qəbul aktı, EQF, ƏDVDH, bank, habelə uçot-baza məlumatları əsasında ********.38 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və yoxlama ilə əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. VMnin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında M1 s ********.38 /(100+20) x 20 = 4646649.23 mənfəəti kimi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə 929329.85 (4646649.23*20%) manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə verginin 929329.85 əskik hesablandığı müəyyən edilmişdir. Beləliklə yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 83.9 və 104-cu maddəsinin tələbləri pozulmaqla mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2148384.03 manat azaldılması müəyyən edilmişdir. VM-nin 58.1. maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməl i olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 2148384.03 manat mənfəət vergisi məbləğinə 50 % miqdarında 1074192.03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının VM-nin 166-cı maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilməmişdir. 2018-2019-cu ildə qüvvədə olmuş VM-nin 166.1.1 maddəsinə əsasən vergi tutulan əməliyyatın aparıldığı vaxt malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda aparılmış sayılır. Yoxlama zam anı vergi ödəyicisinin gəlirləri mənfəətin hesablanması üçün Forma 2, VHF, EQF əsasında işlərin görüldüyü, xidmətlərin göstərildiyi vaxtda, ƏDV tutulmalı dövriyyə isə 2018 və 2019-cu üçün xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş VM-nin 166-cı maddəsinin tələblərinə uyğun, 2020 və 2021-ci il üçün isə xx.xx.2020-ci il tarixdən qüvvədə olmuş VM-nin 166-cı maddəsinin tələblərinə uyğun ƏDV tutulan dövriyyə Forma 2, EQF, ƏDVDH, bank, uçot-baza məlumatları əsasında müəyyən olunmuşdur. Mənfəət vergisi məqsədləri üçün gəlirlər işlərin görülməsi, malların və xidmətlərin təqdim edidiyi vaxtda, ƏDV məqsədləri üçün gəlirlər isə VM-nin 166-cı maddəsinin tələblərinə uyğun müəyyən edildiyi üçün mənfəət və ƏDV dövriyyələri bərabər olmaya bilər. Yoxlanılan dövrdə vergi ödəyicisi tikinti-quraşdırma, daşınar və daşınmaz əmlakın icarəsi fəaliyyəti ilə məşğul olmuşdur. Yerinə yetirilmiş işlərə sərf olunmuş malmaterialların tərkibində armatur, sement, taxta və dizel yanacağının xüsusi çəkisi çox olduğu üçün, xərclərin normaya uyğun olub olmamasını, habelə görülmüş işlərin tərkibində əmək haqqı xərclərinin düzgünlüyünün müəyyən olunmasına zərurət yaranmış və qeyd olunan mal- materialların və əmək haqqı xərclərinin faktiki miqdarını Forma 2 əsasında müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********159586 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC-dən mütəxəssis dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən yoxlamaya daxil olmuş mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə yerinə yetirilmiş tikinti-quraşdırma işləri əsasında tərtib edilmiş Forma 2 sənədləri əsasında armatur sərfiyyatı - 8060.57 ton, sement - 3805.92 ton, taxta - 2129.93 m3, dizel yanacağı 4316417.6 litr, daşıma xərcləri 8401362.77 manat (ƏDV-siz), əmək haqqı xərcləri ********.47 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş (xx.xx.2022-ci il tarixli **********351000 nömrəli məktub) material hərəkəti cədvəlinə əsasən yoxlanılan dövrün əvvəlinə armatur qalığı 558.54 ton, sementin qalığı 1276.53 ton, taxtanın qalığı 109.34 kub metr, dizel yanacağının qalığı 0 litr, dövrün sonuna armatur qalığı 271.32 ton, sementin qalığı 3805.92 ton, taxtanın qalığı 2129.93 m3, dizel yanacağının qalığı 0 litr təşkil etmişdir. Uçot baza məlumatlarına əsasən yoxlanılan dövrdə 11195.21 ton armatur, 32915.2 ton sement, 5710.0 m3 taxta materialı, 8037360.8 litr dizel yanacağı alınmışdır. Mütəxəssis rəyinə əsasən yerinə-yetirilmiş tikintiquraşdırma işlərinə sərf olunmalı armatur - 8060.57 ton, sement - 3805.92 ton, taxta - 2129.93 m3, dizel yanacağı 4316417.6 litr, daşıma xərcləri 8401362.77 manat (ƏDV-siz), əmək haqqı xərcləri ********.47 manat təşkil etməlidir. Beləliklə yoxlama ilə xx.xx.2021- ci il tarixə armatur qalığı 3693.18 ton, sementin qalığı 7895.33 ton, taxtanın qalığı 3826.45 m3, dizel yanacağının qalığı 4516417.6 litr, əskikgəlmə armatur üzrə 3421.9 ton, sement üzrə 4089.4 ton, taxta üzrə 1699.5 m3, dizel yanacağı üzrə 3720943.2 litr müəyyən olundu. Vergi Məcəlləsinin 67.15 maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərind ə) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Orta alış qiymətləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 67.15 maddəsinə əsasən 2021-ci ilin iyun ayında 5793412.47 manat əskikgəlmə məbləğinə 1042814.24 manat ƏDV hesablanmışdır.Yoxlama ilə müəyyən olunmuşdur ki, 2020-ci ildə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üçün "xxxx" STİK MMC-yə 5721085.0 manat dəyərində E- qaimə fakturalar təqdim olunmuş, lakin işlərin dəyəri "xxxx" STİK MMC tərəfindən ödənilməmişdir. Vergi ödə yicisi ilə "xxxx" STİK MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən 2018-2020-ci illər ərzində "xxxx" STİK MMC tərəfindən 5721085,0 manat məbləğində (verilmiş borc 6561085.0 manat, qaytarılmış borc 840000.0 manat nəzərə alınmaqla) borc verilmişdir. Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) - malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt sayılır. Yoxlama ilə 5721085,0 manat borclar üzrə ƏDV öhdəliyi bərpa edilmiş və 1029795.3 manat ƏDV hesablanmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi səbəbindən dövriyyənin 2834423.69 manat azaldıldığı və büdcəyə ƏDV-nin 510196.27 manat az hesablandığı müəyyən olunmuşdur.Vergi ödəyicisi tərəfindən əldə edilmiş VHF, EQF və onları əvəz edən digər sənədlər üzrə əvəzləşdirilmiş ƏDV məbləğlərinin düzgünlüyü yoxlanılarkən müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə ümumilikdə 7059839.04 manat ƏDV əvəzləşdirilmişdir. Yoxlanılan dövrdə 3 vergi ödəyicisindən 336921.39 manat məbləğində ərzaq məhsullarının alınmış və əldə olunmuş otuz VHF və EQF üzrə 60645.87 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Yoxlama ilə 60645.87 manat ƏDV əvəzləşməsi ləğv edilmişdir.Eyni zamanda vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən əvəzləşdirilmiş 66024.56 manat ƏDV məbləği öz təsdiqini tapmadığı üçün əvəzləşmə ləğv edildi. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin a prel ayı ƏDV hesabatında ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan 12600.0 manat ƏDV məbləği yoxlama ilə azalmanın aid olduğu dövrdə nəzərə alındığı üçün ləğv edilmişdir. Beləliklə yoxlanılan dövrdə ümumilikdə əvəzləşdirilməsinə yol verilən ƏDV məbləğinin 6933168.78 manat təşkil etdiyi müəyyən olunmuşdur.Yoxlama ilə ƏDV-nin 2722076.24 manat azaldıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlanılan dövrdə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3697184.16 manat azaldıldığı, 975107.92 manat çox hesablandığı (azaldılmış yekun məbləğ 2722076.24 manat) müəyyən olunmuş və azaldılmış məbləğin 50% miqdarında, yəni 1848592.1 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Azərbaycan Respublikasının Vergi Məcə lləsinin 58.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 162966.0 manat ƏDV məbləğinin 50 faizi miqdarında, ümumilikdə 81483.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 6561085.0 manat qısa müddətli borc vəsaiti daxil olmuş və 31,03.2020-ci il tarixədək 6561085.0 manat borc geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhd əsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.Vergi Məcəlləsinin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri- rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1,22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə qaytarılmış borc vəsaiti nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kredi tlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 2018-ci il üçün 2537.32 manat faiz məbləğinə 253.73 manat, 2019-cu il üçün 371344.02 manat faiz məbləğinə 37134.4 manat, 2020-ci il üçün 84526.31 manat faiz məbləğinə 8452.63 manat olmaqla ümumilikdə 45840.76 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində mal-material sərfiyyatının (armatur, sement, taxta, dizel) həcmini, daşıma xərclərini və əmək haqqı xərclərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********159586 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC-dən mütəxəssis dəvət edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyinə əsa sən vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin tərkibindən əmək haqqı xərcləri 7384192.62 manat təşkil etmişdir.Vergi məcəlləsinin 98.1 maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir-əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı məbləği 3921764.92 manat, bağlanmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı 1121035.34 manat olmaqla ümumilikdə 5042800.26 manat təşkil etmişdir. VM-nin 101.1 maddəsinə əsasən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən 14% vergi tutulur. Beləliklə, yoxlama ilə müəyyən olunmuş 2341392.36 manat (7348192.625042800.26) əmək tutumu məbləğinə ödəmə mənbəyindən 327794.93 manat 14% vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 373635.69 manat məbləğə 50 % miqdarında 186817.85 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə: Yoxlamaya "xxxx" MMC tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən 2018- ci il üçün 1587182.45 manat, 2019-cu il üçün 2234846.12 manat, 2020-ci il üçün 2796275.47 manat, 2021-ci il üçün isə 765888.58 manat olmaqla ümumilikdə 7384192.62 manat işçilik haqqı müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən hesablanmış əmək haqqı və podrat müqavilələri əsasında yerinə yetirilmiş i şçilik haqqı 2018-ci il üçün 359044.58 manat, 2019-cu il üçün 2725888.93 manat, 2020-ci il üçün 1262328.46 manat, 2021-ci il üçün 695538.29 manat olmaqla ümumilikdə 5042800.26 manat təşkil etmişdir. Beləliklə, əmək haqqı və podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı nəzərə alınmaqla 2018-ci il üçün 1228137.87 manat fərqə 307034.47 manat, 2019-cu ildə -491042.81 manat fərqə 122760.7 manat, 2020-ci ildə 1042904.2 manat (2020-ci ildə fərq 1533947.01 manat təşkil etmiş və 2019-cu ildə artıq hesablanmış 491042.81 manat 2020-ci ilin hesablamasından azaldılır) fərqə 260726.05 manat, 2021-ci il üçün 70350.29 manat fərqə 17587.57 manat olmaqla ümumilikdə 585348.09 manat 22% və 3% sosial sığorta ayırmaları hesablanmışdır. “Sosial sığorta" haqqında Azərbaycan Respublikası Qanununu n 14.5.2 maddəsinə və VM-nin 58.1 maddəsinə əsasən azaldılmış 585348.09 manat sosial-sığorta məbləğinə 50% miqdarında, 292674.05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd olunan səyyar vergi yoxlaması 16 aydan artıq müddətində aparılması ilə bağlı, cavabdeh öz səlahiyyətləri çərçivəsində, qanunvericliyin tələblərinə riayət etməklə yoxlamanın dayandırılması və artırılması haqqında qərarlar qəbul edərkən qanunvericliyin tələbləri pozulmamışdır. İddiaçı cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması ilə bağlı qanunvericiliyin pozulduğunu qeyd etmiş, lakin VM-nin hansı maddəsinin tələbləri kobud surətdə pozulduğunu qeyd etməmiş başqa sözlə qərarda vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Həmçinin, iddia ərizəsində xx.xx.2021 -ci il tarixdə onun istifadəsində obyektin olduğu halda protokolda qeyd olunmadığını bildirmiş, lakin iddia ərizəsində həmin tarixə obyektlə bağlı sənədlər əlavə edilməmişdir. xx.xx.2021-ci il tarixli protokolda cəmiyyətin rəhbəri vergi orqanında qeydiyyatda olan obyektləri olmadığını bildirmişdir. Bundan başqa iş üzrə xx.xx.2022-ci il tarixli qərar əsasında dəvət edilmiş mütəxəssis xüsusi bilik və təcrübəyə malik olmadığını və hesablamaların əsası ilə bağlı izahın verilmədiyini qeyd etmişdir. Məlum olduğu kimi, qanunvericilikdə yoxlamaya dair izah verilməsi ilə bağlı bir düzənləmə mövcud deyildir. Həmçinin, səyyar vergi yoxlama aktının bir nüsxəsi əlavələr ilə birlikdə iddiaçıya təqdim edilmiş və tərəf imzalayaraq qəbul etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnz ibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9386/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında **********169747 nömrəli xx.xx.2023-cü il tarixli qərarı - 2018-ci il üzrə 551957,17 manat mənfəət vergisinin azaldılmasına görə 551957,17 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 275978,59 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2019-cu il üzrə 667097,01 manat mənfəət vergisinin azaldılmasına görə 667097,01 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 333548,51 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 929329,85 manat mənfəət vergisinin azaldılmasına görə 929329,85 manat əlavə h esablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 464664,93 manat maliyyə sanksiyasının tətbiq olunması; - ƏDV-nin azaldılmasına görə 2670874,91 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1811969,16 manat maliyyə sanksiyasının tətbiq olunması və ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 81483 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 4,44 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.44 manat artıq hesablama aparılması; - 2021-ci il üzrə 4,62 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, mə cburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) artıq hesablama nəzərə alınmaqla 4.62 manat artıq hesablama aparılması; - 2019-cu il üzrə 365183,06 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 365183,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 182591,53 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2020-ci il üzrə 8452,63 manat ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 8452,63 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4226,32 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2018-ci il üzrə 307034,47 manat MDSS-in azaldılmasına görə 307034,47 manat əlavə hesablama aparılması, Azərbaycan Resp ublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 153517,24 manat maliyyə sanksiyasının tətbiq olunması; - ümumilikdə 5499931,1 manat vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və 3307979,28 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunmuşdur. İddia mübahisələndirilən qərarın işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına görə 60645,87 manat məbləğində ƏDV-nin və səhv əvəzləşdirilmiş 12600 manat ƏDV-nin hesablanması və həmin məbləğlərə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 36622.94 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrinin ləğv edilməsi hissəsində təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən aş ağıdakıları qeyd etmişdir: -Yoxlamanın 9 dəfə dayandırılması, 2 dəfə müddətinin uzadılması, 1 dəfə aktın tərtibi müddətinin uzadılması, 1 dəfə isə əlavə vergi yoxlaması tədbiri açılmaqla, ümumilikdə 1 il 6 aydan çox davam etməsi qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. -Yoxlama prosesində vergi orqanının xx.xx.2022-ci il tarixli **********159421 saylı qərarında əsasən yoxlamanın müddəti 30 iş günü uzadılmışdır. Lakin “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, müddət uzatma reyestrdə 2 iş günü sonra xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -Vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergisi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və VM-nin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən VM-nin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında VM-nin 67-ci maddəs ində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi VM-nin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. -Yoxlama zamanı yalnız müəssisənin ofisinin yerləşdiyi ünvana baxış keçirilmiş, icra olunan “Qirli-Gürcüstan sərhədi avtomobil yolunun km 82+200 -:- km 130+150” hissəsinə baxış və əmlakin inventarizasiyası keçirilməmişdir. -xx.xx.2023-cü il tarixli **********125500 saylı məktubla “alınmış yanacağın paylanması barədə məlumatı, alınmış xidmətlər və subpodratlar tərəfindən təqdim olunmuş iş və xidmətlər” barədə də məlumatlar yoxlamaya təqdim edilmişdir. Lakin qeyd olunan sənədlər nəzərə alınmadan xx.xx.2023-cü il tarixində Məsuliyyətə cəlb etmə barədə qərar çıxar ılmışdır. -Müəssisənin mal-material, texnika və digər avadanlıqların saxlanılması üçün nəzərdə tutulmuş qeyd olunan 2 ünvanda vergi nəzarət tədbiri və icra olunmuş lahiyələrə baxış və malların inventarizasiyasi keçirilmədən mütəxəssis rəyi ilə əskik gəlmə kimi qiymətləndirilmiş mallar satış kimi qiymətləndirilərək VM-nin 67.15-ci maddəsinə əsasən ƏDV hesablanılmışdır. Bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlamasının 1.9.2-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventariz asiyası keçirilməmişdir. Əmlakın inventarizasiyası keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə Vergi Məcəlləsinin 67.15- ci maddəsinə əsasən vergilərin hesablanması həyata keçirilə bilməz. -ƏDV-nin hesablanmasının əsası kimi qeyd olunan 166.4.2-ci maddə 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə mindiyi, iddiaçı isə "xxxx" STİK MMC-dən xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən borc aldığı halda, həmin münasibətlərə qeyd olunan dövrdə qüvvədə olmayan maddəyə əsasən ƏDV hesablana bilməz. -ƏDV-nin hesablanmasına münasibətdə borcun 572185 manat hissəsinin qaytarılmadığı və görülmüş işlərlərin dəyəri kimi qiymətləndirilərək ƏDV hesablanması, ÖMV-yə münasibətdə isə borcun tam olaraq qaytarılması kimi qiymətləndirilməklə 45840.76 manat ÖMV hesablanması müəyy ən olunmuşdur. Məhkəmə hesab edir ki, hər iki hesablama qanunsuz və əsassızdır -ƏDV məbləğinin ödənilməməsinə görə 2018-ci il üzrə 1660.62 manat, 2019-cu il üzrə 46488.23 manat, 2020-ci il üzrə isə 33334.15 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iddiaçı tərəfindən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi və ƏDV-nin hansı hallarda, hansı vergi ödəyicilərinə ödənilməməsi ilə bağlı heç bir açıqlama verilməmişdir -VM-nin 101.1-1-ci maddəsinə əsasən “neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur: Vergiyə cəlb edilən aylıq gəlir 8000 manatadək olduda 0 dərəcə ilə”. Lakin yo xlayıcı orqan tərəfindən vergi ödəyicisinin işçilərinin 8000 manatdan yuxarı əmək haqqı alması sübut edilməmişdir. -Yoxlama dövründə ümumilikdə 588 fiziki şəxs tərəfindən 4845038.42 manat dəyərindən xidmətlərin göstərilməsinə dair elektron qaimə faktura təqdim etmişdirlər, rəsmi əmək haqqı məbləği isə 3921764.92 manat təşkil etmişdir. Lakin SVY aktında xidmət müqavilələrinin dəyəri 4 dəfədən çox azaldılaraq 1121035.34 manat qeyd edilmişdir -Səyyar vergi yoxlaması aktına əsasən əmək tutumunun düzgün göstərilməməsi səbəbindən 585348,09 manat MDSS hesablanması təklif olunsa da, məsuliyyətə cəlb etmə barədə qərarda yalnız 2018-ci üzrə 307034.47 manat əlavə məbləğ hesablanılmış, 153517.24 manat maliyyə sanksiyası təklif edilmişdir. Müəssisənin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixində “VAHİD MDSS (SYB)- 278.313,62” manat qeydi ilə hesablama aparılmışdır. -Mütəxəssisin verdiyi izahat ilə müəyyən olunmuşdur ki, X4 qarşısında sual qoyulmuş tikinti-quraşdırma işlərinin tərkibində mal-material sərfıyyatının (armatur, sement, taxta, dizel) həcmini, daşıma xərclərini və əmək haqqı xərclərinin müəyyən edilməsi” sahələri üzrə nə ixtisasi, nə əmək təcrübəsi, nə də ki, sertifikatı mövcud olmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 21(103)-1652/2024 nömrəli qərarı ilə (hakimlər K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, işin apellyasiya icraatı zamanı cavabdehin böyük dövlət vergi müfəttişi X1 vergisinin hesablanılması ilə bağlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarının tətbiq edilməsi ilə bağlı bildirmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlama zamanı bir sıra sənədlər təqdim edilmədiyi üçün vergi ödəyicisinin xərclərinin müəyyən etmək mümkün olmamışdır. Lakin yoxlayıcı tərəfindən tələb olunan əksər sənədlərin (müqavilələri, forma 2, forma 3, e-qaimə fakturalar, layihələr, material uçot cədvəlləri, bank hesablarından çıxarış, daşınar və daşınmaz əmlakin siyahısı, texniki hesabat sənədləri, yük gömrük bəyənnamələri və s) yoxlamaya təqdim edilməsi, bəzi sənədlərin isə yoxlamaya təqdim edilmədiyi bildirilmişdir. Buna baxmayaraq o, konkret olaraq hansı sənədlərin təqdim edilmədiyi barədə suala aydınlıq gətirilməmişdir. Eyni zamanda 6 561 085 manat məbləğində təsisçi tərəfindən verilmiş borca ƏDV və ÖMV hesablanılması ilə bağlı qeyd etmişdir ki, ƏDV məqsədləri üçün borc məbləği təsisçiyə geri qaytarılmadığından ƏDV, ÖMV məqsədləri baxımından borc geri qaytarıldığından isə ÖMV hesablanılmışdır. Səyyar vergi yoxlaması aktına (səh:22-23) əsasən isə müəyyən olunmuşdur ki, verilmiş qısa müddətli borc məbləği xx.xx.2020-ci il tarixinədək qaytarılmışdır. Yoxlayıcı tər əfindən ziddiyyətli və aydın olmayan izahat verilmiş, həmçinin hesablanılmış vergi məbləği əsaslandırılmamışdır. Apellyasiya icraatı zamanı yoxlama zamanı mütəxəssis rəyi təqdim etmiş "xxxx" MMC-nin nümayəndəsi X7 məhkəmə tərkibi və vəkilin suallarına cavab və izahat vermişdir. Mütəxəssis ona verilən 1-ci suala cavab olaraq ixtisasının “iqtisadi kibernetika” olmasını, xx.xx.2008-ci ildən "xxxx" MMC-də “Qiymətləndirici”, xx.xx.2011-ci ildən “Marketoloq”, xx.xx.2014-cü ildən “Menecer” vəzifələrində, xx.xx.2015-xx.xx.2015-ci il tarixləridə “Paşabank” ADC-də “Kredit risklərinin təminatlar üzrə analitiki”, xx.xx.2015xx.xx.2017-ci illərdə yenidən "xxxx" MMC-də “Daşınmaz əmlak bazarı üzrə analitik”, xx.xx.2017-ci ildə isə həmin müəssisənin “direktoru” vəzifəsində işləməsini, təmir-tikinti və yol inşaatı sahəsində iş təcrübəsinin olmamasını bildirmişdir. 2-ci suala cavab olaraq müəssisə tərəfindən icra olunmuş layihələrə baxış keçirmədiyini, yerində hesablama işləri aparmadığını, ümumi normativ yanaşmalarla hesablama apardığını bildirmişdir. Mütəxəssis rəyində dizel və benzin sərfiyyatının forma 2-lərə əsasən hesablanıldığı bildirilsə də, məhkəmə araşdırması zamanı, mütəxəssisin iştirakı ilə müəssisənin təqdim etdiyi forma 2 və aralıq ödəniş sertifikatlarına baxış keçirilərkən qeyd olunan sənədlərdə dizel və benzin sərfiyyatının nəzərdə tutulmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis tərəfindən qeyd olunan hal ilə bağlı əsaslı izahat verilməmiş, yanacaq sərfiyyatının texnika və nəqliyyat vasitələrinin orta göstəricilərinə əsasən təxmini hesablanıldığı b ildirilmişdir. İş materialları və mütəxəssisin verdiyi izahat ilə müəyyən olunmuşdur ki, X4 qarşısında sual qoyulmuş tikinti-quraşdırma işlərinin tərkibində mal-material sərfıyyatının (armatur, sement, taxta, dizel) həcmini, daşıma xərclərini və əmək haqqı xərclərinin müəyyən edilməsi” sahələri üzrə nə ixtisasi, nə əmək təcrübəsi, nə də ki, sertifikatı mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yoxlama prosesində təyin olunmuş mütəxəssis dəvət olunma barədə qərar Vergi Məcəlləsinin 45-ci maddəsinin tələblərinə cavab verməmişdir. Belə ki, mütəxəssisin müvafiq sahədə xüsusi bilik və təcrübəsinin olması, həmçinin iş üzrə yerində araşdırma aparması iş materialların və öz izahatı ilə təsdiq edilməmişdir. Həmin maddənin 45.2-ci bəndinə əsasən Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Eyni zamanda qeyd edilmişdir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə inzibati məhkəmə icraatı aparılması ilə bərabər olaraq xx.xx.2023-cü il tarixində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən CM-nin 213.3-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi açılmışdır. Cinayət icraatı çərçivəsində Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixində materiallar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə rəy verilməsi üçün göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/8270 saylı ekspert rəyinə əsasən cəmiyyətin ümumilikdə istintaq ilə təsdiq edildiyi halda, 6 808 665.56 manat məbləğində dövlət büdcəsinə ödənilməli olan vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olması müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyi Vergi Məcəlləsinin, Mülki Prosesual Məcəllənin, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə zidd tərtib edilmişdir və iş üzrə sübut qismində istifadə oluna bilməz. Belə ki, xx.xx.2023-cü il tarixli, **********169747 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, vergi ödəyicisinin barəsində 5 573 176,97 manat vergi məbləğinin az hesablanılması, 22 055.6 manat artıq hesablanılması müəyyən o lunmuşdur. Yəni, cəmi səyyar vergi yoxlaması aktı ilə müəyyən olunmuş vergidən yayınma məbləği 5 551 120.37 manat (5 573 176,97 - 22 055.6) təşkil edir. Ekspert rəyi ilə müəyyən olunur ki, kameral vergi yoxlaması ilə əlavə olaraq 2022-ci il üzrə 92.15 manat əmlak vergisi, 2023-cü ilin 1-ci rübü üzrə 968.52 manat İTSS və 6 053.25 manat MDSS hesablanılmışdır. Nəticə etibarı ilə cavabdehin mövqeyinə istinadən yayındırılmış vergi məbləği cəmi 5 558 234.29 manat təşkil etməli olduğu halda, ekspert rəyində yoxlayıcı orqanın müəyyən etdiyi məbləğdən 1 250 431.27 manat çox olmaqla 6 808 665.56 manat məbləğində dövlət büdcəsinə ödənilməli olan vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olması müəyyən edilmişdir.Göründüyü kimi ekspert t ərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 3-cü və 7-ci Vergi Məcəlləsinin 44-cü maddələrinin tələblərinə zidd olaraq hesablamalar düzgün müəyyən edilməmiş, səlahiyyəti olmadığı halda vergi ödəyicisi üçün vergi orqanın hesabladığı vergi məbləğindən daha çox vergi məbləği hesablamış və bu hesablamanı əsaslandırmamışdır. Ekspert tərəfindən müəssisənin fəaliyyət növü düzgün qeyd edilməmiş, xx.xx.2023-cü il tarixin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Baş İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin böyük müstəntiqi, 2-ci dərəcəli hüquqşünas X10 və cəmiyyətin vəkili və etibarnamə əsasında nümayəndəsi Vəkil1 iştirakı ilə ********* saylı cinayət işi materiallarına əlavə edilməsi təsdiq edən “Sənədlərin könüllü təqdim edilməsi və baxış keçirilməsi” barədə protokola əsasən təqdim edilmiş sənədlər nəzərə alınmamışdır. İş materialların ilə müəyyən olunur ki, vergi ödəyicisinin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcuddur, müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, forma 2, forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış, dövriyyə cədvəlləri və digər sənələrlə təsdiqini tapir. Ekspert tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut barədə rəydə heç bir qeyd edilməmişdir. Bu baxımdan da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə münasibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Həmçinin xx.xx.2024-cü il tarixli 9/8270 saylı ekspert rəyinin nəticə hissəsində əks olunduğu kimi, rəy şərti verilmişdir və yalnız istintaq ilə əsaslı hesab olunduğu(səh-8) halda hesablanmış rəqəmlərə istinad edilməli olması bildirilmişdir. Cavabdeh tərəfindən hesablanılmış məbləğin istintaq ilə təsdiq edilməsi ilə bağlı məhkəmə araşdırmasına heç bir sənəd təqdim edilməmişdir. Müvafiq sənədlərin yoxlama ilə barəbar cinayət işi üzrə istintaqa da təqdim edilməsinə baxmayaraq ekspert tərəfindən hər hansı bir araşdırma aparılmadığı, cavabdehin məsuliyyətə c əlb etmə barədə qərarında qeyd olunan rəqəmlərin olduğu kimi rəyə köçürülməsi, ekspertiza idarəsinin özünün araşdırma aparmalı olduğu halda, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə istinad edilməsi müəyyən olunmuş, şərti rentabellik institunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.

14. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.3, 61-ci maddələrinə, Vergi Məcəlləsinin 24.0.1, 24.0.2, 38.2, 38.7, 67.1, 67.15, 94.0.1, 101.1-1, 104.1, 108.1, 134, 135.1, 135.2, 136.1, 136.2, 161.1, 163.2.2, 174.1, 175.1, 175.3-ci maddələrinə və MPM-in 88, 101.6, 101.7, 103.1-ci maddələrinə istinad etmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbini n təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: - Apellyasiya məhkəməsi yoxlama müddətinin uzadılması və dayandırılması faktına toxunsa da, həmin hallarla bağlı hansı pozuntu faktını əsas tutmasını qərarda qeyd etməmişdir. Halbuki, həm yoxlama müddətinin uzadılması, həm də yoxlamanın dayandırılması əsasları onlarla bağlı qəbul edilmiş qərarlarda aydın şəkildə əks olunmuşdur. - İddiaçının fəaliyyət göstərdiyi “Qirli-Gürcustan” avtomobil yoluna baxış və inventarizasiya keçirilmədiyi bildirmişdir. İş üzrə məlum olduğu kimi xx.xx.2021-ci il tarixli protokolda cəmiyyətin rəhbəri vergi orqanında qeydiyyatda olan obyektləri o lmadığını bildirmişdir. - Cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı gəlirlər barədə məlumatlara əsasən gəlirlər müəyyən edilmiş, xərcləri təsdiq edən sənədlər, o cümlədən mal-material barədə hesabat təqdim edilmədiyi üçün, iş üzrə gəlirləri müəyyən etmək mümkün olmuş, lakin xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. - İş üzrə icraatın dayandırılması barədə vəsatət icraatın dayandırılması məqsədi daşıdığı halda, həmin qərardad üzrə şikayət verilməsi və nəticəsinin gözlənilməsi tələb olunduğu halda, dərhal qərar qəbul edilmiş və verilmiş vəsatət əhəmiyyətini itirmişdir. - Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, bununla da İPM-in 87.8ci maddəsinin tələbləri pozulmuşdur. - Vergi Məcəlləsinin 166.4.2-ci maddəsi həm yoxlama ilə əhatə olunan dövrdə (dövrü tam nəzərə alsaq), həm də məsuliyyət qərarının qəbul olunduğu vaxt qüvvədə olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstəril məlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.... Maddə 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericil iyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasiba t uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə t utulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəl ir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə ed ilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır 19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirild iyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”: 1.3. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsaslandırılmış qərarı ilə aparılır: vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə;... 1.5. İnventarizasiyanın əsas məqsədi aşağıdakılardır: vergitutmadan gizlədilmiş (yayındırılmış) obyektlərin, mal-material qiymətlilərinin və əmlakın faktiki mövcudluğunun aşkar edilməsi; faktiki mövcud əmlakın və digər qiymətlilərin mühasibat uçotunun məlumatları ilə müqayisə edilməsi; öhdəliklərin ucotda tam əks etdirilməsinin yoxlanılması; sahibkarlıq fəaliyyətində gəlir (mənfəət) götürmək üçün istifadə edilən daşınan və daşınmaz əmlakın, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin vergitutma obyekti kimi vergi ucotundan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması; vergitutmadan gizlədilmiş (yayındırılmış) mal-material qiymətlilərinin bazar qiymətləri nəzərə alınaraq ödənilməli olan vergi (o cümlədən Azərbaycan Respublikasına kənardan gətirilmiş mal-mater ial qiymətliləri üzrə gömrük orqanlarında ödənilməli olan verginin) məbləğini müəyyən etmək. Vergi orqanları vergi ödəyicisinin əmlakının, digər qiymətlilərinin inventarizasiyasının aparılması üçün müəyyən edilmiş qaydada ekspertləri, tərcüməçiləri və digər mütəxəssisləri cəlb edə bilər. Bu zaman inventarizasiya edilən əmlak və digər qiymətlilər barədə mütəxəssislərin və ekspertlərin rəyləri tərtib edilmiş aktlara əlavə edilməlidir.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

23. Azərbaycan Respublikası Ali Məhkəm əsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)1914/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1380/2024 nömrəli xx.xx.2022-ci il tarixli 2-1(102)2486/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1239/2022 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərba ycana qarşı” işi üzrə qərarı).

28. İş materialları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-cu il tarixli **********149171 nömrəli Qərarı ilə iddiaçı MMCdə növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018- xx.xx.2021-ci il) təyin edilmiş və yoxlama xx.xx.2023-cü il tarixli **********149746 nömrəli aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169747 nömrəli qərar qəbul edilmiş, iddiaçı cəmiyyətə 2148384.03 manat mənfəət vergisi, 2722076.24 manat əlavə dəyər vergisi, 373635.69 manat ödəmə mənbəyində vergi, 585348.09 manat sosial-sığorta haqqı, 3487759.0 3 manat maliyyə sanksiyası hesablanmışdır.

29. Hazırda iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli **********169747 nömrəli qərarın ləğvinə yönəlmişdir. Yoxlamanın aparılması zamanı yol verilən pozuntular

30. Məhkəmə kollegiyası ilk öncə cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlamasının müddətlərinə diqqət yetirməyi zəruri hesab edir. Belə ki, işdən görünür ki, yoxlama faktiki olaraq xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixində başa çatıdırılmışdır. Yoxlama prosesində yoxlama 9 dəfə olmaqla 266 gün dayandırılmış, hər biri 30 gün olmaqla 2 dəfə müddəti uzadılmış, 30 gün aktın tərtibi müddəti uzadılmış, 60 gün müddətinə isə əlavə yoxlama tədbiri keçirilmişdir. Faktiki olaraq xx.xx.2021-ci il tarixində başlamış yoxlama üzrə məsuliyyətə cəlb etmə barədə qərar 1 il 7 ay sonra xx.xx.2023-cü ildə qəbul edilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh dayandırma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir.

32. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına baxmayaraq cavabdeh tərəfindən dayandırma və uzatma qərarlarında göstərilən məqsədlərə uyğun davranıldığı müəyyən edilmir, iş materiallarında cavabdehin sözügedən qaydada davrandığını təsdiq edən hər hansı sübut yoxdu r. Cavabdeh qanunvericiliklə ona verilmiş bu imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir.

33. Nəticədə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən qərarla hesablanmış mənfəət vergisi barədə

34. Hazırkı iş üzrə mübahisələndirilən qərarla iddiaçı cəmiyyətə 2018-ci il üzrə 551957.17 manat, 2019-cu il üzrə 667097,01 manat, 2020-ci il üzrə 929329.85 manat mənfəət vergisi hesablanmışdır. Qərarın qəbul edilməsi üçün əsas olmuş “Səyyar vergi yoxlaması Aktı”nda mənfəət vergisinin hesablanma əsası kimi xərc sənədlərinin yoxlamaya təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri göstərilmişdir.

35. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir.

36. Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ verir ki, həmin müddəada bu qaydada hesablamanın bir neçə üsulu təsbit edilmişdir (müxtəlif əlaqəli məlumatlardan istifadə (VM-nin 67.1.1-67.1.9-cü maddələri; analoji vergi ödəyicisinin məlumatlarından istifadə). Eyni zamanda, Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

37. Hazırkı iş üzrə cavabdeh iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablamış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq etsə də, iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2486/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1239/2022 nömrəli qərarları) məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Mübahisələndirilən qərarla hesablanmış ƏDV barədə

38. İşdən görünür ki, müəssisənin mal-material, texnika və digər avadanlıqların saxlanılması üçün nəzərdə tutulmuş qeyd olunan ünvanda vergi nəzarət tədbiri və icra olunmuş layihələrə baxış və malların inventarizasiyasi keçirilmədən mütəxəssis rəyi ilə əskik gəlmə kimi qiymətləndirilmiş mallar satış kimi qiymətləndirilərək VM-nin 67.15-ci maddəsinə əsasən ƏDV hesablanılmışdır.

39. VM-nin 67.15-ci maddəsində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyind ə olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.

40. Bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlamasının 1.9.2-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. Əmlakın inventarizasiyası keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergilərin hesablanması həyata keçirilə bilməz.

41. Qeyd edilənlər ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, cavabdeh tərəfindən inventarizasiyanın həyata keçirilməsi mütləqdir, nəzərə alınmalıdır ki, vergilərin düzgün müəyyən edilməsi vergi orqanlarının vəzifəsidi və iddiaçının yoxlama dövründə hansı həcmdə vergiləri dövlət büdcəsinə ödəməli olması yalnız inventarizasiya aparmaqla həyata keçirilməli idi. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1201/2024 nömrəli qərarları).

42. Bundan əlavə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə istinad edilməklə 10 29795,3 manat ƏDV hesablanmışdır. Belə ki, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə Qərarda qeyd edilmişdir ki, yoxlama ilə müəyyən olunmuşdur ki, 2020-ci ildə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işləri üçün "xxxx" STİK MMC-yə ******* manat dəyərində E-qaimə fakturalar təqdim olunmuş, lakin işlərin dəyəri "xxxx" STİK MMC tərəfindən ödənilməmişdir. Vergi ödəyicisi ilə "xxxx" STİK MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən 2018-2020-ci illər ərzində "xxxx" STİK MMC tərəfindən ******* manat məbləğində (verilmiş borc 6561085, qaytarılmış borc 840000 manat nəzərə alınmaqla) borc verilmişdir. VM-nin 166.4.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt sayılır.

43. Məhkəmə kollegiyası hesab edir ki, ƏDV-nin hesablanmasının əsası kimi qeyd olunan 166.4.2-ci maddə 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə mindiyi, iddiaçı isə "xxxx" STİK MMC-dən xx.xx.2018-ci il tarixli KTTB 001/0118 nömrəli borc müqaviləsinə əsasən borc aldığı halda, həmin münasibətlərə qeyd olunan dövrdə qüvvədə olmayan maddəyə əsasən ƏDV hesablana bilməz. Ödəmə mənbəyi ndə vergi və məcburi dövlət sosial sığorta haqları üzrə

44. Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarına əsasən təsisçinin iddiaçıya verdiyi borca görə 2018-ci il üçün 253,73 manat, 2019-cu il üçün 37134,4 manat və 2020ci il üçün 8452,63 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Belə ki, qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərfindən ümumilikdə ******* manat qısamüddətli borc vəsaiti daxil olmuş və xx.xx.2020-ci il tarixədək ******* manat borc geri qaytarılmışdır.

45. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz ed ilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

46. Mülki Məcəllənin 739-cu maddəsi məsələyə kompleks yanaşmağı tələb edir. Həmin maddədə qeyd olunur ki, “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”

47. Göründüyü kimi, qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müst əqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olmasısübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir.

48. Təsisçilər tərəfindən borc yalnız müəssisənin fəaliyyətinin təmin etmək məqsədi ilə iddiaçıya verilmiş və gəlir əldə edildikdən sonra borc məbləğləri təsisçilərə geri qaytarılmışdır, burada hər hansı faiz gəliri ödənilməsi halı baş verməmiş, yoxlama ilə belə bir fakt və təsisçilərin peşə kar şəkildə kredit verən olması sübut edilməmişdir.

49. Həmçinin qeyd edilməlidir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cəmiyyətin təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi və həmin pulun qaytarılmasına görə gəlir əldə etməsi iş üzrə sübuta yetirilmədiyi hallarda təsisçinin müəssisəyə verdiyi borcun qaytarılmasının ÖMV-yə cəlb edilməsi qanunsuz hesab edilmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)1914/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)2215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1380/2024 nömrəli qərarları).

50. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarla ödəmə mənbəyində verginin və məcburi dövlət sosial sığorta haqları nın hesablanmasının əsasını "xxxx" MMC tərəfindən təqdim olunmuş mütəxəssis rəyi təşkil edir.

51. Belə ki, mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən icra edilmiş layihələr üzrə xx.xx.2018-xx.xx.2021-ci illər üzrə əmək tutumu həcmi 7384192.62 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması aktında bildirilmişdir ki, yoxlama dövrün vergi ödəyicisi tərəfindən hesablanılmış əmək haqqı məbləği 3921764.92 manat, bağlanılmış podrat müqavilələri əsasında yerinə yetirilmiş işçilik haqqı isə 1121035.34 manat olmaqla ümumilikdə ******* manat təşkil etmişdir. Yaranan 2341392.36 manat məbləğə isə həm 14% ÖMV (327794,93 manat), həm də 22+3=25% MDSS (585348,09 manat) hesablanmışdır.

52. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilə n qərarla hesablanmış məbləğlərin əsaslılığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Başqa sözlə, cavabdeh mötəbər ekspert rəyi əsasında vergilərin hesablandığını sübuta yetirməlidir.

53. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, mütəxəssis tərəfindən görülmüş işin adının, forma 2-nin məbləğinin və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim edilmişdir. Lakin, forma 2-lər üzrə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində əmək haqqı xərclərinin məbləğinin hansı qaydada, hansı metod və üsulla hesablandığı göstərilməmiş, sadəcə müvafiq rəqəmlər əks etdilməklə kifayətlənilmişdir.

54. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan rəy vergilərin hesablanmasının qanuniliyinə dəlal ət edən mötəbər sübut kimi qəbul edilə bilməz.

55. Həmçinin qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktına əsasən əmək tutumunun düzgün göstərilməməsi səbəbindən 585348,09 manat MDSS hesablanması təklif olunsa da, məsuliyyətə cəlb etmə barədə qərarda yalnız 2018-ci üzrə 307034.47 manat əlavə məbləğ hesablanılmış, 153517.24 manat maliyyə sanksiyası təklif edilmişdir. Müəssisənin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixində “VAHİD MDSS (SYB)- 278.313,62” manat qeydi ilə hesablama aparılmışdır. Bununla vergi orqanı tərəfindən həm də VM-nin 49-cu maddəsinin tələbi pozularaq, məsuliyyətə cəlb etmə barədə qərarda nəzərdə tutulmayan məbləğ üzrə şəxsi hesab vərəqəsinə qanunsuz və əsassız müdaxilə edilmişdir.

56. Məhkəmə kollegiyası yekunda qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

57. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati i craat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

58. Beləliklə, cavabdeh orqan inzibati icraat haqqında normaların, prinsiplərin və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.

59. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 21(103)-1652/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar