Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3199/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və onun plan-ölçü sənədinin torpaq sahələrinin üst-üstə düşdüyü hissədə ləğv edilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Nizam oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X2 2, X12, X23, X24) “**********38 qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışın və onun plan-ölçü sənədinin 313A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin TEKUİS-də yerləşmə vəziyyətilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 avqust 2024-cü il tarixli 2-1(107)-305/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X24 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göyçay RAİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə X6 və X17 Göyçay şəhəri Potu kəndindən 0,26 ha torpaq sahəsi ayrılmış və bu barədə JN-313A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.
2. Həmin 0,26 ha torpaq sahəsi üzərində X18 və X13 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.
3. X18 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və özünə məxsus olan 0,39 ha və 0,26 ha torpaq sahəsini Göyçay rayon Potu kəndində yaşayan nəvəsi İddiaçı (iddiaçıya) vəsiyyət etmişdir.
4. Göyçay RAİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə X5 4 nəfər ailə üzvü ilə birlikdə 1,88 ha torpaq sahəsi ayrılmış və bu barədə JN-529 kod 40812018 Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsi 2 konturdan (1-ci kontur “529” 14360.63 kv.m) və (2-ci kontur “529 A” 4423.00 kv.m) ibarətdir. 5. 2-ci konturda yerləşən 0,44 ha torpaq sahəsi üzərində üçüncü şəxslərin ümumi birgə mülkiy yət hüququ dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək Göyçay rayonu, Potu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın texniki pasportunun verilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla elektron kadastr baza məlumatları ilə mərhum X8 məxsus olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları X7 və ailə üzvülərinə məxsus 0.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş **********38 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən iddiaçının tələbini təmin etməmişdir.
8. Bundan sonra iddiaçı yenidən cavabdehə müraciət edərək Göyçay rayonu, Potu kəndində yerləşən 0.44 ha torpaq sahəsinə X4 adına verilmiş çıx arışın ləğv edilməsini xahiş etmişdir.
9. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə mübahisənin məhkəməyə aid olduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “**********38 qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışın və onun plan-ölçü sənədinin 313A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin TEKUİS-də yerləşmə vəziyyətilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Aqrar islahat Komissiyasının 21 iyul 1998- ci il tari xli 39 saylı qərarına əsasən iddiaçının X2 və nənəsi X17 0,26 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin sahə üçün onların adına JN 313A seriyalı kod 40812018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Həmin torpaq sahəsi üçün onlar xx.xx.2015-ci ildə hüquqlarını qeydiyyata aldıraraq, reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan çıxarış əldə etmişlər. X2 xx.xx.2021ci ildə vəfat etmişdir. O vəfat etməmişdən əvvəl mülkiyyətində olan həmin torpaq sahəsini ona vəsiyyət etmişdir. Notariat ofisinə müraciət edərək vərəsəlik açılmasını xahiş etmişdir. Notariat ofisi cavabdeh tərəfə məktub ünvanlayaraq həmin torpaq sahəsi üçün Texniki pasportun verilməsinin mümkünlüyünə baxılmasını xahiş etmişdir. Həmin müraciətə baxılaraq 06 oktyabr 2022-ci il tarixl i məktubla imtina vermişlər. İmtina səbəbi kimi üçüncü şəxslərin adına qeydiyyata alınan torpaq sahəsi üzrə üst-üstə düşməsi göstərilmişdir. Bundan sonra təkrar olaraq üst-üstə düşən hissədə cavabdehlərə məxsus çıxarışın ləğv edilməsi xahiş edilsə də, xx.xx.2023-cü il tarixli məktubla mübahisənin məhkəməyə aid olduğu bildirilmişdir. Sənədlərlə tanış olarkən məlum olmuşdur ki, Göyçay Aqrar islahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən üçüncü şəxsin ailə üzvülərinin adına 0,44 ha və 1,426 olmaqla pay torpaq verilərək onların adına JN 529 seriyalı, kod 40812018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı işlənmişdir. Həmin akt əsasında üçüncü şəxslərin xx.xx.2015-ci ildə hüquqları qeydiyyata aldınaraq, reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ******* *** olan çıxarış verilmişdir. İşdə olan üçüncü şəxslərin adına olan çıxarışdan göründüyü kimi onların hüquqları iddiaçının hüquqları qeydə alınandan bir gün sonra qeydə alınmışdır. Yəni, həmin şəxslərə çıxarış verilərkən artıq ona məxsus olan 0,26 ha həyətyanı sahə üzrə çıxarış mövcud idi. Eyni zamanda üçüncü şəxslərə kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ayrılmışdır. Onların istifadəsində olan sahə isə faktiki həyətyanı torpaq sahələri kateqoriyasına aiddir. Göründüyü kimi, cavabdeh tərəf üçüncü şəxslərə məxsus kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini yalnışlıqla həyətyanı torpaq sahəsinin üzərinə işləmişdir. Cavabdeh tərəf öz səhvini etiraf etsə də, aradan qaldırmamış və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhz buna görə də üçüncü şəxslərin adına verilmiş çıxarış lə ğv edilməlidir. Mübahisə edilən 0,26 ha sahəsi uzun illərdir iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsi indi yaşadıqları köhnə fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə bitişik ərazidir. İslahat zamanı həyətyanı sahələrdə kimlər qeydiyyatda olmuşdursa həmin sahə və ona bitişik ərazilər əvvəzsiz həmin şəxslərin birgə mülkiyyətini verilmişdir.
12. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, elektron kadastr baza məlumatları ilə mərhum X8 məxsus olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları X7 və ailə üzvülərinə məxsus 0.44 hektar kənd təsərrüfat! təyinatlı torpaq sahəsinə verilmiş **********38 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icası mümkün olmamışdır.
13. Üçüncü şəxs iddia tələbinə etirazını onunla əsasla ndırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarı ilə X5, X3, X14, X15 və X20 1.88 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X4, X1, X9, X10 və X16 torpağa mülkiyyət hüququ JN-529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin 1.88 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X5, X3, X14, X15 və X20 ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd etmişdir ki, torpaq sahəsi 2 konturdan (1-ci kontur “529” 14360.63 kv.m) və (2-ci kontur “529 A” 4423.00 kv.m) ibarətdir, torpaq sahəsinin 1-ci konturda yerləşən hissəsi satılmışdır. Torpaq sahəsinin 2-ci konturda yerləşən hissəsinə isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyest ri Publik hüquqi şəxsin 16 Saylı Ucar Ərazi İdarəsinin üçüncü şəxslər X7, X22, X12, X23, X11 adına verilmiş Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədi verilmişdir. Göründüyü kimi iddiaçının ləğv edilməsini tələb etdiyi X7, X22, X12, X23, X11 adına verilmiş Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədi JN529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsasında, JN-529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı isə Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarının əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3621/2019-saylı, xx.xx. 2019- cu il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən məhkəmələr plan və ölçü sənədinin verilməsinə əsas təşkil etmiş Aqrar-İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı mübahisələndirilmədən birbaşa plan və ölçü sənədinin ləğvinə dair qaldırılmış hazırkı iddiaya iddiaçının hüquqi marağının mövcudluğu məsələsinə qiymət verməmişlər. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda plan və ölçü sənədinin ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. İddiaçı JN-529, KOD 40812018 saylı «torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını və Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarını mübahisələndirmədən birbaşa çıxarışın və plan-ölçü sənədinin l əğvinə dair iddia qaldırmışdır. Halbuki, həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda çıxarışın və plan-ölçü sənədinin ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Bu səbəbdən hesab edirəm ki, İddiaçı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 Saylı Ucar Ərazi İdarəsinin üçüncü şəxslər X7, X22, X12, X23, X11 adına verilmiş Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci tarixli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır.
14. Cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən: - elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən JN-529A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,44 ha torpaq sahəsi ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən JN-313A nömrəli “Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş 0,26 torpaq sahəsi üst-üstə düşmür. - Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) göstərilən JN-529A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında tərtib edilən **********38 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,44 ha torpaq sahəsi ilə Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) göstərilən JN-313A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadət namə əsasında tərtib edilən ilə **********97 reyestr nömrəli çıxarışla verilmiş 0,26 ha torpaq sahəsinin 475 kv.metr hissəsi üst-üstə düşür. - X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, **********38 reyestr nömrəli çıxarışa əlavə olunmuş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən 0,44 ha torpaq sahəsi elektron uçot məlumatlarında (TEKUİS) göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə verilmiş 0,44 ha torpaq sahəsinin 0,1491 ha hissəsi ilə və elektron uçot məlumatlarında göstərilən (TEKUİS) JN-313A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsinin 0,1525 ha hissəsi ilə üst-üstə düşür. - İddiaçıların baxış zamanı naturada göstərdikləri (iddia etdikləri) 0,2379 ha torpaq sahəsinin 0,21 ha hissə si elektron uçot məlumatlarında (TEKUİS) göstərilən JN-313A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. - **********97 reyestr nömrəli çıxarışla (RX 0657119) X18 və X13 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü sənədi" tərtib edilməmişdir. Lakin elektron baza məlumatlarında **********97 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi koordinat sürüşməsi mövcud olan Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) görünən JN-313A nömrəli torpaq sahəsinin koordinatlarına uyğun olaraq göstərilmişdir.
15. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 15 fevral 2024-cü il tarixli 21(116)-242/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə **********38 qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışın və onun plan-ölçü sənədinin 313A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin TEKUİS-də yerləşmə vəziyyətilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, mütəxəssis rəyi və ona əlavə olunmuş yerquruluşu planı ilə müəyyən edilmişdir ki, elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-529A nömrəli Dövlət Aktının 529A planşetində qeyd edilmiş 0,44 ha torpaq sahəsi ilə JN-313A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,26 ha torpaq sahəsi üst-üs tə düşmür. Lakin, JN-529 nömrəli Dövlət Aktının A planşeti üzrə tərtib edilmiş **********38 reyestr nömrəli çıxarışa əlavə olunmuş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi elektron uçot məlumatlarında (TEKUİS) göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə verilmiş 0,44 ha torpaq sahəsi ilə tam yox, 0,1491 ha hissədə üst-üstə düşür. Halbuki, mübahisələndirilən çıxarış və plan-ölçü sənədi elektron uçot məlumatlarında göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə tamamilə üst-üstə düşməlidir. Qeyd olunan hal mübahisələndirilən çıxarışın və plan-ölçü sənədinin JN-529 nömrəli Dövlət Aktının A planşetinin elektron uçot məlumatlarına uyğun tərtib edilmədiyini göstərir. Eyni zamanda mütəxəssis rəyi ilə müəyyən edilir ki, **********97 reyestr nömrəli çıxarışla (RX 0657119) X18 və X 13 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü sənədi" tərtib edilməsə də, elektron baza məlumatlarında **********97 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi koordinat sürüşməsi mövcud olan Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) görünən JN-313A nömrəli torpaq sahəsinin koordinatlarına uyğundur. Üçüncü şəxslərə məxsus torpaq sahəsinə dair tərtib edilmiş mübahisələndirilən çıxarış və plan-ölçü sənədi iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş JN-313A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,1525 ha hissədə üst-üstə düşür. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
17. Cavabdeh və üçüncü şəxs X24 həmin qə rardan ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdirlər. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 avqust 2024-cü il tarixli 2-1(107)-305/2024 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov – sədrlik edən və məruzəçi, T.Həsənov və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci tarixli çıxarışı və plan-ölçü sənədini Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarı əsasında tərtib edilmiş JN-529, KOD 40812018 saylı «Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına uyğun tərtib etməli olduğu halda sözügedən sənədi iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürməklə səhvə yol vermişdir.
20. Apellyasiya məhkəməsi “İnzibati İcraat haqqında” Qanunun 11.1, 11.2, 17, 19.1, 24.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 16.1, 23.1, 23.2-ci, “Torpaq islahatı haqqında” Qanunun 21-ci maddələrinə və Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.7, 3.1.12, 3.1.20-ci bəndlərinə istinad etmişdir.
21. Cavabdeh və üçüncü şəxs X24 həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, məhkəmə qərarı ilə ləğv edilmiş çıxarış və plan-ölçü sənədi Göyçay Rayon Aqrar İslahat Komissiyasınınxx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı əsasında verilmişdir. Həmin qərar göstərilən maddi hüquq normasının tələbinə əsasən hazırda qüvvədədir, belə olduğu halda onun əsasında verilmiş çıxarış məhkəmə qərarı ilə ləğv edilə bilməz. Həmçinin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
23. Üçüncü şəxs kassasiya şikayətini etirazın dəlillərinə uyğun tərtib edərək apellyasiya məhkəməsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci, 16.1-ci, 23.1-ci və 23.2-ci maddələrinin, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrinin və İPM-in 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrinin tələbləri nin pozulduğunu bildirmişdir. c. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrind ə aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadət namələr və qeydiyyat vəsiqələri; Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;...
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə pro ses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2
9. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar, cavabdeh tərəfindən təqdim edilmiş etiraz və sənədlər, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər, habelə təqdim edilmiş ekspert rəylərinə əs asən istər birinci, istərsə də apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Göyçay RAİK-nın xx.xx.1998-ci il tarixli 39 nömrəli qərarı ilə X5 4 nəfər ailə üzvü ilə birlikdə Göyçay rayonu Potu kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,88 ha (JN-529), X6 və X17 isə həyətyanı məqsədilə 0,26 ha torpaq sahəsi ayrılmışdır. Hər iki torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatı aparılaraq çıxarışla rəsmiləşdirilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışla 529A planşeti üzrə Göyçay rayonu Potu kəndində yerləşən 0,44 ha torpaq sahəsi üzərində X7 və digərlərinin, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışla 0,26 ha torpaq sahəsi üzərində X18 və X13 ümumibirgə mülkiyyət hüqu qu dövlət qeydiyyatına alınmışdır.
34. İş materiallarında olan mütəxəssis rəyi və ona əlavə olunmuş yeruquruluşu planı ilə müəyyən edilmişdir ki, JN-529A nömrəli Dövlət Aktının 529A planşetində qeyd edilmiş 0,44 ha torpaq sahəsi ilə JN-313A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,26 ha torpaq sahəsi üst-üstə düşmür.
35. Mütəxəssis rəyi ilə həmçinin müəyyən edilmişdir ki, X18 və X13 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü sənədi" tərtib edilməsə də, elektron baza məlumatlarında **********97 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi koordinat sürüşməsi mövcud olan Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) görünən JN-313A nömrəli torpaq sahəsinin koordinatlarına uyğundur. Üçünc ü şəxslərə məxsus torpaq sahəsinə dair tərtib edilmiş mübahisələndirilən çıxarış və planölçü sənədi iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş JN-313A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0,1525 ha hissədə üst-üstə düşür.
36. Eyni zamanda qeyd edilməlidir ki, üçüncü şəxslərə məxsus JN-529 nömrəli Dövlət Aktının A planşeti üzrə tərtib edilmiş **********38 reyestr nömrəli çıxarışa əlavə olunmuş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi elektron uçot məlumatlarında (TEKUİS) göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə verilmiş 0,44 ha torpaq sahəsi ilə tam yox, 0,1491 ha hissədə üst-üstə düşür.
37. Halbuki, mübahisələndirilən çıxarış və plan-ölçü sənədi elektron uçot məlumatlarında göstərilən JN-529 nömrəli Dövlət Aktı ilə tamamilə üs t-üstə düşməlidir. Qeyd olunan hal mübahisələndirilən çıxarışın və plan-ölçü sənədinin JN-529 nömrəli Dövlət Aktının A planşetinin elektron uçot məlumatlarına uyğun tərtib edilmədiyini göstərir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və üçüncü şəxslərə müvafiq torpaq sahələrinin ayrılması və buna dair 1998-ci ildə müvafiq dövlət aktlarının tərtib edilməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı və üçüncü şəxslərə çıxarış verilən zaman cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş, dövlət aktı və şəhadətnamədən fərqli olaraq işlənmiş, nəticədə üst-üstə düşmə yaranmışdır.
39. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqan **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci tarixli çıxarışı və plan-ölçü sənədini Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarı əsasında tərtib edilmiş JN-529, KOD 40812018 saylı «Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına uyğun tərtib etməli olduğu halda sözügedən sənədi iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürməklə səhvə yol vermişdir.
40. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən torpaq sahələrinin üst-üstə düşməyi cavabdeh inzibati orqanın məsuliyyətindən yaranmış hal olduğundan və mübahisənin həlli cavabdehin səlahiyyət sferasına aid olduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməm əli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 avqust 2024-cü il tarixli 21(107)-305/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.