Məhkəmə qərarları › İş №2-1(102)-32/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-32/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-32/2020 15.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə (Açar sözlər: hərbi qulluqçuya pensiyanın yenidən hesablanmasından imtina; “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), X2, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (üçüncü şəxs: DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəlilərlə İş Departamenti) qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1353/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2002-ci il tarixində ştatların ixtisarına görə ehtiyata buraxılmış, həmin tarixə “Məlumat Vərəqəsi” tərtib olunaraq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir və o, həmin tarixdən pensiya alır.

2. İddiaçı xx.xx.2015-ci il tarixində yenidən hərbi xidmətə qəbul edilərək xx.xx.2016cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasna mənin 156-cı maddəsinin “q” bəndinə müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır.

3. İddiaçı xx.xx.2018-ci il tarixində cavabdeh orqana müraciət edərək xidmət illərinin və pensiyanın yenidən hesablanmasını və yenilənmiş məlumat vərəqəsinin DSMF-nin Hərbi Qulluqçularla və Xüsusi Rütbəlilərlə İş İdarəsinə göndərilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2018-ci il tarixli 21/P-3092 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçının ehtiyata buraxıldığı günə (xx.xx.2016-cı il) təqvimi xidmət illəri 10 il 04 ay 24 gündür. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən isə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ var. Di gər tərəfdən xx.xx.2017-ci il tarixindən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək xidmətdə olduğu dövr nəzərə alınmaqla iş stajına əlavə edilməsi və sonuncu işlədiyi AR Dövlət Təhlükəsizlik Xidmətinin H.Əliyev adına Akademiyasında komendant şöbəsinin rəis müavini vəzifəsində, mayor rütbəsinə uyğun vəzifə maaşı, eləcə də məxfi, tam məxfi və xüsus i əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə verilən əmək haqqına uyğun əlavələr (on beş faiz) nəzərə alınmaqla xidmətdə olma müddətinə görə pensiyanın yenidən hesablanmasının və bu barədə yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim olunan məlumat vərəqəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək xidmətdə olduğu dövr iş stajına əlavə edilməmiş, sonuncu işlədiyi AR DTX-nin H.Əliyev adına Akademiyasında Komendant şöbəsinin rəis müavini vəzifəsində, mayor rütbəsinə uyğun vəzifə maaşı, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə verilən əmək haqqına uyğun əlavələr (on beş faiz) nəzərə alınmamış, bununla da onun xidmət illəri düzgün hesablanmadığı üçün pensiya məbləği azalmışdır.

7. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti məhkəməyə iddiа tələbinə еtirаz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.1993-xx.xx.2002-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2002-ci il tarixində ştatların ixtisarına görə ehtiyata buraxılmış, yenidən xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində həqiqi hərbi xidmətdə olmuş və ştatların ixtisarına görə ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxıldığı günə (xx.xx.2002-ci il) təqvim xidmət illəri 10 il 1 ay 15 gün, güzəştli şərtlərlə xidmət illəri 17 il 04 ay 24 gün, ali təhsil 02 il 04 ay 21 gün və nəticədə ümumi xidmət ili 29 il 11 ay 00 gün təşkil etmişdir. İddiaçıya hərbi qulluqçu kimi pensiya onun ehtiyata buraxıldığı gün qüvvədə olan qanunvericiliyə əsasən təyin edilmiş, o isə yenidən hərbi xidmətə qəbul edildikdən sonra ehtiyata göndərilməsini əsas gətirmişdir. Lakin pensiyanın mövcud yeni qanunvericiliyə uyğun hesablanması mümkünsüz hesab edilir. Belə ki “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili olan hərbi qulluqçular pensiya hüququna malikdir. Yəni q anunvericilik ona şamil edildikdə hərbi xidmətdən buraxıldığı günə onun xidmət illəri 10 il 04 ay 24 gün təşkil edir və o halda “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən şəxs pensiya hüququna malik olmur. İddiaçı barəsində xx.xx.2007-ci il tarixli MTN 003172 nömrəli məlumat vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim olunmuşdur. Onun hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyinə vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı əvəzinə kompensasiya daxil edildiyindən pensiya təyin edilərkən digər əlavələr nəzərə alınmamış və məlumat vərəqəsində öz əksini tapmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd ed ilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)450/2019 nömrəli qərarına əsasən iddia tələbinin təmin edilərək iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək xidmətdə olduğu dövr nəzərə alınmaqla iş stajına əlavə edilməsi və sonuncu işlədiyi AR Dövlət Təhlükəsizlik Xidmətinin H.Əliyev adına Akademiyasında komendant şöbəsinin rəis müavini vəzifəsində, mayor rütbəsinə uyğun vəzifə maaşı, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə verilən əmək haqqına uyğun əlavələr nəzərə alınmaqla xidmətdə olma müddətinə görə pensiyanın yenidən hesablanması və bu barədə yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək xidmətdə olduğu dövr iş stajına əlavə edilməmiş, sonuncu işlədiyi AR DTX-nin H.Əliyev adına Akademiyasında Komendant şöbəsinin rəis müavini vəzifəsində, mayor rütbəsinə uyğun vəzifə maaşı, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə verilən əmək haqqına uyğun əlavələr nəzərə alınmamışdır. Qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçunun pensiyasının məbləği əmək haqqında daxil olan maaş və əlavələrin ümumi miqdarından asılıdır, bu səbəbdən də iddiaçının maaşının tərkib hissəsi olan pul təminatları barədə məlumatın pensiyanı təyin edərək hesablayan dövlət orqanına tam göndərilməməsi, yəni xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək xidmətdə olduğu dövrün iş stajına əlavə edilməməsi, sonuncu işlədiyi AR DTX-nin H.Əliyev adına Akademiyasında Komendant şöbəsinin rəis müavini vəzifəsində, mayor rütbəsinə uyğun vəzifə maaşı, eləcə də məxfi, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımın göstərilməməsi ilə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə pensiya almaq hüququ pozulmuşdur.

10. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1353/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)450/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçir ilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.2, 37.7-ci maddələrinin tələblərinə görə də iddiaçının axırıncı iş yeri üzrə yenilənmiş məlumat vərəqəsinin verilməsi və həmin məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanmasını tələb etmək hüquq var.

13. Məhkəmə qərarını iddiaçı xx.xx.2019-cu il tarixində, cavabdeh xx.xx.2019-cu il tarixində rəsmi qaydada əldə etmişdir.

14. Cavabdeh həmin qərardan xx.xx.2019-cu il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-c u il tarixli, 21(103)-1353/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya hərbi qulluqçu kimi pensiya onun ehtiyata buraxıldığı gün qüvvədə olan qanunvericiliyə əsasən təyin edilmiş, o isə təqaüddə olarkən yenidən hərbi xidmətə qəbul edildikdən sonra ehtiyata göndərilməsini əsas gətirərək ona pensiyanın yenidən hesablanmasını iddia etmişdir. Belə olan halda pensiyanın mövcud yeni qanunvericiliyə uyğun hesablanması mümkünsüz hesab edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili xidmət etmiş hərbi qulluqçular pensiya hüququna malikdir. İddi açıya yeni qanunvericilik şamil edildikdə hərbi xidmətdən buraxıldığı günə onun xidmət illəri 10 il 04 ay 24 gün təşkil edir və o halda “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1ci maddəsinə əsasən o, pensiya hüququna malik olmur.

16. Kassator öz mövqeyinin hüququ əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1, 9.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Qanunların bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94, 95, 96.9-cu maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz t əqdim edərək bildirmişdir ki, kassasiya şikayətində göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən dəlillərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə hüquqi qiymət verilmişdir. Həmin qərara əsasən 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X3 izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. 22. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci m addəsinin “a” bəndinin xx.xx.2004-cü ilədək qüvvədə olan redaksiyasına görə xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin bəndə xx.xx.2004-cü il tarixində edilmiş dəyişikliyə görə "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmişdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Qanunların bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” xx.xx.2014cü il tarixli qərarına görə ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr t arixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan son ra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi h üququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103 )1353/2019 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

29. İddiaçı ikinci dəfə (xx.xx.2015-xx.xx.2016-cı illər) həqiqi hərbi xidmətdə olarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə edilən dəyişiklik artıq qüvvədə olmuşdur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 23-cü bəndində qeyd olunan mövqeyinə görə sözügedən dəyişiklik qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş tələblərə müvafiq həyata keçirilməlidir.

31. Bununla bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dəyişikliklə maddədəki “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz olunduğundan iddiaçının ikinci dəfə hərbi xidmətdə olduğu dövr pensiya hesablanmasında nəzərə alına bilməz. Belə ki, sözügedən dəyişiklik iddiaçıya şamil olunduqda onun hərbi xidmətdən buraxıldığı günə xidmət illəri 10 il 04 ay 24 gün təşkil edir və bu halda “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən şəxs pensiya hüququna malik olmur. Beləliklə, 2013-cü ildə əmək pensiyası təyin olunduqdan sonra 2014-2018-ci illərdə hərbi xidmətini davam etdirən iddiaçıya təkrarən onun həmin dövrün sonuncu təminat xərcliyinə görə pensiyasının yenidən hesablanmasına qanunla yol verilmir.

32. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamaqla müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir.

33. Cavabdehin kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.

34. Odur ki, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(103)-1353/2019 nömrəli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1353/2019 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar