Məhkəmə qərarları › İş №2-1(102)-32/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-32/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-32/2021 23.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı iş üzrə “müəyyən hərəkətləri etməkdən çəkinmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 2-1(103)-1396/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair və iddiaçının həbsxana əməkdaşlarının qanunsuz əməllərindən və hüquq mühafizə orqanlarının qanunsuz əməllərindən məhkəmələrə ünvanladığı şikayət ərizələrini rəsmi qaydada və qanunvericiliyinin tələblərində göstərilmiş müddətlərdə ünvanına göndərmələri barədə məhkəmə qərarının qəbul edilməsi, tərəflərin şəxsən məhkəmədə iştirak etmələ ri barədə sərəncam verilməsi və bildiriş göndərilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyi inzibati orqan deyildir. Həmçinin, Həbsxananın rəhbərliyi hər hansı normativ-hüquqi aktla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxs deyil. Eyni zamanda, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq ed ilmiş “İnzibati orqanların Təsnifatı”nda “Həbsxananın rəhbərliyi vəzifəsi” inzibati orqan kimi müəyyən olunmamışdır. Bundan başqa, iddia ərizəsinin “xahiş edirəm” hissəsində göstərilən “tərəflərin şəxsən məhkəmədə iştirakına dair sərəncam verilməsi” xahişinin iddia tələbi və ya vəsatət olub-olmaması aydın deyildir və iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün müddət təyin edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməmiş və təyin edilmiş 08.06.2020-ci il tarixli məhkəmə iclasında nümayəndəsinin (vəkilinin) iştirakını təmin etməmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 21(103)-1396/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Ülvi Mayılov, hakimlər – Mirzə Tağızadə və Xəyalə Cəmilova) apellyasiya şikayətinin rədd edilməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Məhkəmə qərardadı iddiaçıya 10.09.2020-ci il tarixində təqdim edilmişdir.

8. İddiaçı 17.09.2020-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda, dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat i Kollegiyasının 20.10.2020-ci il tarixli, 2-1(102)-2080/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçının dövlət hesabına vəkillə təmin olunması Vəkillər Kollegiyasına həvalə edilmiş, 27.01.2021-ci il tarixində iddiaçı vəkillə təmin edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının vəkili kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, keçirilmiş məhkəmə iclaslarında nə iddiaçının, nə də onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsinin iştirakı, dinlənilmə hüququ təmin edilməmişdir. Məhkəmə tərəflərin bərabərliyini və çəkişməsini təmin etmədən, birtərəfli qaydada (yalnız cavabdehin iştirakı ilə) işə baxmış, iddianı mümkün hesab etməmişdir. İddi a tələbinin “xahiş edirəm” hissəsinə nəzər yetirməklə aydın olur ki, iddiaçı ərizə və şikayətlərinin məhkəmələrə ünvanlanmasında mütəmadi olaraq təzyiqlərə məruz qalır, cəzasını çəkdiyi yerin vəzifəli şəxslərinin ona münasibətdə qanunsuz hərəkətləri ilə bağlı yazdığı şikayətlərinin rəsmi qaydada və vaxtında göndərişi təmin olunmur, digər tərəfdən isə cavabdehlə birgə onun da mütləq qaydada məhkəmədə iştirakının təmin olunmasını xahiş edir. Məhkəmə isə iddiaçıya bildiriş və hüquqi yardım məktubları göndərməklə öz missiyasını başa çatmış hesab edərək müvafiq qərar qəbul etmişdir.

11. Bundan başqa, məhkəmə iddianı mümkün hesab etməməsini onunla əsaslandırmışdır ki, iddia tələbi dəqiq deyil, “Qobustan Həbsxanasının rəhbərliyi” isə özlüyündə inzibati orqan deyildir. Məhkəmənin hüquqi savadı olm ayan bir məhkumdan qanunvericiliklə iddia ərizəsinə və tələbinə dair müəyyən olunmuş bütün qaydalara riayət etməsini tələb etməsi nə dərəcədə düzgün və ədalətlidir? Demək ki, inzibati icraatda məhkəmə yardım etmək vəzifəsini tam şəkildə yerinə yetirərək iddiaçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılmasına nail ola bilərdi. Məhkəmə bu vəzifəsini hansı şəkildə yerinə yetirmişdir? Vaxtında çatıb-çatmaması sual altında olan bir neçə məhkəmə bildirişini və hüquqi yardım məktubunu göndərməklə? 12. “Qobustan Həbsxanasının rəhbərliyi” inzibati orqan, bu tələb isə dəqiq olmaya bilər, lakin Qobustan Həbsxanası Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati orqanların təsnifatına dair müəyyənləşdirmiş olduğu siyahı üzrə “cəzaçəkmə müəssisələri” kateqoriyasına daxil olaraq inzibati orqandır, iddiaçının nəzərdə tutduğu “rəhbərlik” də həmin orqan adından çıxış edərək onu təmsil edirlər. Bu kimi formal xətalar iddiaçıya məhkəmə tərəfindən yardım edildikdən, onun iclasda iştirak, söz demək, məhkəməylə birgə müzakirə aparmaq hüququ təmin edildikdən sonra aradan qaldırılmış olacaqdır.

13. Göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, İnzibati Prosessual Məcəllənin 11.1, 11.2, 13, 15.1, 20.1, 31.1, 31.2, 48.1, 49.1, 57.1, 62.1, 62.2, 63.3, 64.1-ci maddələri, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 05 nömrəli Qərarının 3. 3, 3.5, 12, 15.1, 15.2-ci bəndinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati-Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəl i Qərarı: 1.4. İiddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkə mənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar v asitəsilə də yerinə yetirə bilər. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10.04.2015-ci il tarixli nömrəli Qərarı: 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsi ndən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kass asiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, hazırkı qər arın 16-cı bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqın da şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

25. Apellyasiya instansiyası məhkəməsi də göstərilən t ələblərə uyğun olaraq iddianın mümkünlük şərtlərini araşdırmış və haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qobustan Həbsxanasının rəhbərliyi inzibati orqan deyildir. Hazırkı qərarın 19-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun mövqeyindən isə görünür ki, İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, bu hal iddiaçının vəkili tərəfindən də mübahisələndirilmir.

26. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsası ondan ibarətdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının dinlənilmə hüququ po zulmuş, həmçinin məhkəmə tərəfindən “yardım etmək” vəzifəsinə əməl edilməmişdir.

27. İddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası ilk dəlilə münasibətdə qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, iddiaçı da həmin bildirişi 11.08.2020-ci il tarixində xəbərnaməyə imza atmaqla şəxsən qəbul etmişdir (bax: iş materialları – səh.52-55). Hazırkı qərarın 16-cı bəndində göstərilən normadan da göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəfin məhkəmə iclasında iştirak etməməsi işə baxılmasına maneə deyil. Odur ki, iddiaçıya məhkəmə iclasının vaxtı barədə məlumat verildiyindən işə onun iştirakı olmadan baxılması kassasiya şikayətində qeyd edilən prosessual norm alardan hər hansı birinin pozulmasına səbəb olmur.

28. İddiaçının məhkəmənin “yardım etmək” vəzifəsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Ali Məhkəmə Plenumunun hazırkı qərarın 18-ci bəndində göstərilən hüquqi mövqeyinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilmiş, 28.01.2020-ci il tarixli bildirişlə iddiaçıya iddia ərizəsində göstərdiyi cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmədiyi, iddia tələbinin dəqiq olmadığı bildirilmiş və iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun dəqiqləşdirilməsi təkl if edilmişdir (iş v.8). Buna baxmayaraq, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə heç bir ərizə təqdim etməmişdir.

29. Göründüyü kimi, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq işə baxılarkən iddiaçının dinlənilmə hüququ pozulmamış, eləcə də məhkəmələr tərəfindən “yardım etmək” vəzifəsinə əməl olunmuşdur. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2020-ci il tarixli, 21(103)-1396/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar