Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-32/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X14 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməs i» tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1836/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 27 sentyabr 2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onun əsas fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyətidir.
2. Cavabdehin 17 yanvar 2020-ci il tarixli qərarına əsasən, iddiaçıya məxsus, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan 2 ünvanının yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 17 yanvar 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək nağd pul h esablaşmalarının aparılması qaydalarına riayət edilməsi, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ofisiant, aşpaz, qabyuyan kimi çalışan 10 nəfərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, 17 yanvar 2020-ci il tarixdə 004679 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Həmin akt əsasında “Verg i ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.01.2020-ci il tarixli **********0116 saylı qərar qəbul edilmiş və iddiaçı 20.000 manat məbləğində cərimə edilmişdir.
3. İddiaçı həmin qərarın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdehin 14.05.2020-ci il tarixli, **********088800 saylı qərarı ilə şikayət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati şikayətə baxılması barədə qərarın ləğv edilməsi, operativ vergi nəzarəti üzrə tərtib edilmiş aktların ləğv edilməsi və ya dəyişdirilməsini xahiş etmişdir.
5. İddiaçı ərizəsində bildirilmişdir ki, 17 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin (Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən təsərrüfat subyekti kimi iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirdiyi “Arpaçay” kafesində vergi yoxlaması aparılmışdır. Yoxlama zamanı obyektin işçiləri tərəfindən müştəriyə göstərilmiş iaşə xidməti üzrə 53 manat ödənişə görə çek verilməməsi səbəbi ilə 17 yanvar 2020-ci il tarixli **********0116 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. 13 fevral 2020-ci il və 10 mart 2020-ci il tarixlərdə cavabdeh orqanın əməkdaşları tərəfindən həmin ictimai iaşə obyektində operativ vergi nəzarəti zamanı tərtib edilmiş 17 yanvar 2020-ci il tarixli 004679 saylı akt əsasında qəbul edilən 23 yanvar 2020-ci il tarix li **********0116 saylı qərar qanunsuz və əsassızdır. Dövlət Vergi Xidmətinin 14 may 2020-ci il tarixli **********088800 nömrəli qərar ilə onun (iddiaçının) inzibati şikayəti təmin edilməmişdir. 3 iyun 2020-ci il tarixdə Xidmətin Apellyasiya Şurasına şikayət etsə də, şikayətə cavab gəlməmişdir. Əsas sahəsi 100 kv.m olan ictimai iaşə obyektində 16 nəfər işçinin işləməsi, orada 3 qabyuyanın, zibildaşıyan işinin olması absurddur. İddiaçının İqtisad Universitetində oxuyan övladına əmək müqaviləsi olmadan işləyən şəxs kimi cərimə yazılması məntiqsizdir. Eyni zamanda, 004679 saylı akt və həmin akt əsasında 23 yanvar 2020-ci il tarixli **********0116 saylı qərarda qeyd edilən 10 nəfər işçinin əmək müqaviləsiz işləməsi tamamilə yanlışdır və iddiaçı bununla razı deyil. Bundan əvvəllər də yuxarı orq anlara müraciətlərdə bu barədə bildirilmişdir. X3 Universitetinin 4-cü kursunda əyani təhsil aldığı halda, onunla bağlı akt tərtib olunmuşdur. Həmin şəxs işçi olaraq yox, sadəcə öz atasına kömək etmək məqsədilə obyektə gəlmişdir. X4 qabyuyan olması ilə bağlı akt tərtib olunmuşdur. Pərvanə İbrahimovanın bacısı Aida artıq 5-6 ildir ki, həmin obyektdə işləyir. Aidanın səhhətində problem olduğundan, Pərvanə İbrahimova bacısına həmin gün dərman gətirmişdir. X18, X7, X10 və X11 obyektin işçiləri deyil, həmin şəxslər Dövlət Vergi Xidmətində verdikləri izahatlarında da bunu təsdiq etmişlər.
6. Sonradan iddiaçı cavabdehin və iddianın dəyişdirilməsi, eləcə də 23 yanvar 2020ci il tarixli qərarın mübahisələndirilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün məhkəməyə vəsatət təqdim et mişdir.
7. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(112)-6226/2020 saylı qərardadı ilə (hakim: R.L.Kərimli) iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia dəyişdirilərək “23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarın ləğv edilməsi” kimi qəbul edilmiş, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi (vəsatəti) təmin edilmiş, cavabdehin 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarının mübahisələndirilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuşdur.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçı 27 sentyabr 2012-ci il tarixdə vergi ödəyicis i kimi qeydiyyata alınmışdır və onun əsas fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyətidir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 yanvar 2020-ci il tarixli qərarına əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan 2 ünvanının yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 17 yanvar 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələləri ni əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ofisiant, aşpaz, qabyuyan kimi çalışan 10 nəfərin AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, 17 yanvar 2020-ci il tarixdə 004679 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. İddiaçı tərəfindən yazılmış izahatdan da göründüyü kimi, o, özü etiraf edir ki, 17 yanvar 2020-ci il tarixdə 10 nəfər şəxs əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan ona məxsus obyektdə müxtəlif işlərdə işləmişdir. Həmçinin, həmin şəxslərdən alınmış izahatlardan da aydın olur ki, iddiaçı X1 fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanını n yanında yerləşən “Arpaçay kafe” adlı obyektdə onlarla əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bu səbəbdən də iddiaçı barəsində 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, barəsində 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(112)-1594/2021 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia qismən təmin edilmiş, cavabdehin 23 yanvar **********0116 nömrəli qərarı “əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 5 nəfər şəxsə münasibətdə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsind ə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının övladının (tələbə) hər hansı vaxtda ona məxsus təsərrüfat subyektində olması yeganə sübut kimi çıxış etməklə vergi ödəyisinin onu əmək müqaviləsi olmadan işə cəlb etməsi qənaətinə gəlməyə əsas verə bilməz. Nəzərə alınmalıdır ki, bu əsasla Dövlət Vergi Xidmətinin aidiyyəti orqanının (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) qərarı ilə fakt üzrə başlanmış cinayət işinə AR CPM-in 39.1.2-ci maddəsi rəhbər tutularaq, xitam verilmişdir; - Operativ vergi nəzarəti ilə bağlı 17 yanvar 2020-ci il tarixli aktda barələrində əmək müqaviləsi olmadan işlərə (xidmətə) cəlb olunma faktı rəsmiləşdirilmiş digər 4 nəfərə gəldikdə isə, operativ nəzarət tədbiri keçirilərkən işlə məsi və ya xidmət göstərməsi yerində aşkar olunmadığından, həmin şəxslərlə bağlı belə rəsmiləşdirmə aparılması vergi qanunvericiliyi ilə vergi nəzarətinin formalarından biri kimi müəyyən olunmuş “operativ vergi nəzarəti”nin mahiyyətinə, o cümlədən məqsədinə və aparılma şərtinə ziddir. Hansı ki, həmin 4 nəfərin əmək müqaviləsi olmadan faktiki işləməsi yoxlanılan təsərrüfat subyektində birbaşa aşkar olunmamış, sonradan verilən izahatlarla əks olunmuşdur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mübahisələndirilən 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarını “əmək müqaviləsi olmadan işə cəlb olunmaya görə 5 nəfər şəxsə münasibətdə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində qanuna zidd sayır. Həmçinin, məhkəmənin qənaətinə görə, cavabdeh in 23 yanvar 2020-ci il tarixli **********0116 nömrəli qərarı qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.
11. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1836/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və C.A.Yusifov) iddiaçı və cavabdehin apelyasiya şikayətləri qismən təmin edilmiş; Bakı İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(112)-1594/2021 saylı qərarı ləğv edilmiş; iş üzrə yeni qərar qəbul edilərək iddia tə ləbi qismən təmin edilmiş, cavabdehin 23 yanvar 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********0116 nömrəli qərarı 2000 ( iki min) manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilmiş; iddia qalan hissədə təmin edilməmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, operativ vergi nəzarəti zamanı izahatları alınmış 4 nəfər şəxs: X8, X5, X16 və X2 əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatları alınmamış digər şəxslər isə faktiki olaraq iş yerində olsalar da, izahat verməkdən imtina etmişlər. Qeyd edilən hallar müvafiq aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış cinayət işinin araşdırması zamanı həmin şəxslər öz ifadələrində iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan müxtəlif işlərdə işlədiklərini bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsi isə qeyd edilən faktları ümumiyyətlə nəzərə almamışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh qərardan kassasiya şikayəti verməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, işin hallarından və sübutlardan göründüyü kimi, qərarda qeyd olunan 6 şəxs həmin obyektin işçisi deyil və obyektlə heç bir əlaqəsi yoxdur. Lakin, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci maddəsi ilə təsbit olunmuş işin hallarının araşdırılması prinsipinə əməl olunmamış və nəticədə, sadəcə 5 (beş) şəxsə münasibətdə cərimə silinməmişdir. Belə ki, İPM-nin 12.1-ci maddəyə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasın ı xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəx slərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 150.1. Aşağıdakı şəxslər (ve rgi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar:... 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar;... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
3. Bu Məcəl lədə istifadə edilən əsas anlayışlar...
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə
43. Əmək müqaviləsinin məzmunu...
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə
49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsin in bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya ins tansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı qismən - iddianın təmin edilməyən hisəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, iddiaçı qeyd edir ki, əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb olunmuş şəxslər vergi ödəyicisinin təsərrüfat subyektində işləməməsinə baxmayaraq məhkəmə əsassız olaraq inzibati orqan tərəfindən tətbiq edilmiş maliyyə sanksiyasını qüvvədə saxlamışdır.
25. Məhkəmə tərkibi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə ofisiant, aşpaz, qabyuyan kimi çalışan şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu madəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi fa ktı aşkar olunaraq 17 yanvar 2020-ci il tarixdə 004679 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə, iddiaçı X14 da həmin vaxt yazmış olduğu izahatlarında da 17 yanvar 2020-ci i tarixdə 10 nəfər şəxsin əmək müqaviləsi və xidməti müqavilə bağlamadan ona məxsus obyektdə müxtəlif işlərdə işləməsini etiraf etmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 4 nəfər şəxs: X8, X5, X16 və X2 əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatları alınmamış digər şəxslər isə faktiki olaraq iş yerində olsalar da, izahat verməkdən imtina etmişlər. Qeyd edilən hallar müvafiq aktla rəsmiləşdirilmişdir. Bundan əlavə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsi tər əfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış cinayət işinin araşdırması zamanı həmin şəxslər öz ifadələrində iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan müxtəlif işlərdə işlədiklərini bir daha təsdiq etmişlər. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 9 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
26. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişd irilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1836/2021 saylı iş üzrə 16 avqust 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.