Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-32/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı birinci iş, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı ikinci iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması, artıq ödənilmiş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (mə ruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il, FİN: xxxxxxx, bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonracavabdeh) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair (birinci iş) və iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair (ikinci iş) iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1922/2022 saylı, 28 iyun 2022-ci il tarixli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 21 may 2010-cu il tarixdən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq katibi kimi əlilliyə görə (İİ dərəcə) əmək pensiyası təyin edilməsinə dair Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixli qərar qəbul edilmişdir.
2. İddiaçıya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra məhkəmə icraatının gedişi zamanı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş, pensiyanın növü olaraq “Yaşa görə (MSK)” qeyd edilmiş və təyin edilmiş pensiyanın məbləği yenidən hesablanaraq 2303,42 manat müəyyən edilmişdir.
3. İddiaçı sonuncu dəfə cavabdeh tərəfindən pensiyası yenidən hesablanarkən, hazırda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası katibinin aldığı mükafatların məbləği əvəzinə, onun Mərkəzi Seçki Komissiyasının katibi vəzifəsində işlədiyi müddətdə aldığı mükafatların məbləğinin nəzərə alınmasının düzgün olmadığını bildirərək, 01 may 2021-ci il tarixdən onun əmək pensiyasının hazırda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası katibinin aldığı əmək haqqının (maaş, təmsilçilik xərcləri və mükafatlar) 80 faizi miqdarında yenidən hesablanmasını tələb edir.
4. Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, inzibati orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində iddiaçıya təyin edilmiş pensiyanın hesablanmasında yanlışlığa yol verildiyi müəyyən olunmuş, xx.xx.2010-cı ildən xx.xx.2021-ci ilə qədər olan dövr ərzində ona 41576,47 manat artıq ödənilmişdir, ona görə də artıq ödənilmiş həmin 41576,47 manat məbləğin könüllü şəkildə geri qaytarılması xahiş edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. Birinci iş üzrə İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Əmək pensiyaları haqqında” Qanununun 20.1.3-cü və 20.6-cı maddələrinin tələblərinə uyğun olaraq, əmək pensiyasının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nın katibi vəzifəsində işlədiyi iş stajına əsasən fəaliyyətdə olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibinin aldığı əmək haqqının (maaş, təmsilçilik xərcləri və mükafatlar) 80 faiz məbləği miqdarında 01 may 2021-ci il tarixdən yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci il iyulun 18-dən 2003-cü il iyunun 13-dək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2003-cü il iyunun 13-dən 2006-cı il fevralın 7-dək katibi vəzifələrində işləmişdir. 04 fevral 2021-ci ildə qulluq stajına görə əlavələr edilməklə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. 08 aprel 2021-ci ildə pensiya təyin edilməsi məqsədilə ərizəni və zəruri sənədləri “DOST” Xidməti vasitəsilə cavabdeh inzibati orqana təqdim etmiş, lakin bir ay müddətində pensiya təyinatı ilə bağlı ona rəsmi məlumat verilməmişdir. Ona görə də, 08 may 2021-ci ildə yenidən Mərkəzi Filialın "DOST” Xidmətində fəaliyyət göstərən əməkdaşına müraciət etmiş, şifahi olaraq ona pensiya təyinatının aparıldığı və aylıq 2110 manat pensiya təyin edildiyi bildirilmişdir. Həmin pul vəsaiti 16 may 2021-ci ildə kart hesabına köçürülmüşdür. Ona bu günədək yazılı cavab verilməmişdir. İddiaçıya qulluq stajına görə əlavələr edilməklə yaşa görə güzəştli əmək pensiyası cavabdeh tərəfindən qanunsuz olaraq az təyin edilmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə, pensiya yaşı çatan MSK üzvünə (katibinə) fəaliyyətdə olan MSK üzvünün (katibini n) əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməlidir. Bu zaman əmək haqqına daxil olan maaşın və maaşın 25 faizi miqdarını təşkil edən təmsilçilik xərclərinin 80 faizi, həmçinin son iki il ərzində aldığı mükafatların cəmi məbləğinin 24 aya bölünməsi yolu ilə əldə edilən aylıq orta məbləğin 80 faizi miqdarında məbləğ toplanaraq yekun pensiya məbləği təyin edilməlidir. Ona pensiya təyin edilərkən yalnız maaş və təmsilçilik xərcləri nəzərə alınmışdır. Yekun pensiya məbləğinə mükafatın məbləği daxil edilməmişdir. Halbuki, 1019 manat təşkil edən həmin aylıq məbləğ yekun pensiya məbləğinə daxil edilməli idi.
7. İkinci iş (2-1(112)-8194/2021) üzrə iddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələb inə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 41576,47 manat artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Məhkəmənin (hakim S.Salahova) 8 oktyabr 2021-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8194/2021 nömrəli (iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-7022/2021 nömrəli (İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması” tələbinə dair) inzibati işə birləşdirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1133/2022 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddiaçının cavabdehə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilərək, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının onun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifəsində işlədiyi iş stajına əsasən fəaliyyətdə olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibinin əmək haqqının (maaş, təmsilçilik xərcləri və mükafatlar) 80 faizi miqdarında olmaqla 1 may 2021 -ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavab dehə həvalə edilmiş, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” barədə iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi dövrdə mükafatlar alması işin mübahisəsiz halıdır. Belə ki, sonuncu dəfə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanarkən həmin mükafatlar nəzərə alınmışdır. Lakin hazırda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün aldığı mükafatların məbləği deyil, iddiaçının işlədiyi dövrdə aldığı mükafatların məbləği əsas götürülmüşdür. Məhkəmə iddiaçının aldığı əlavələrə edilən artımların nəzərə alınıb-alınmaması ilə bağlı həmin mükafatların təyinatının (statusun un) hazırda həmin vəzifədə çalışan şəxslərə ödənilən mükafatlarla eynilik təşkil edib-etməməsi ilə bağlı araşdırma aparmış və bununla bağlı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ödənilmiş fərdi mükafatlarla hazırda müvafiq olaraq həmin vəzifədə çalışan şəxslərə ödənilən fərdi mükafatların təyinatı eynilik təşkil edir. Odur ki, birinci iş üzrə iddiaçının tələbi əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur.
11. Məhkəmə ikinci iş üzrə qeyd etmişdir ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsinin qarşısını alır.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddiaçının iddia tələbinin rədd edilməsini, özünün iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və A.P.Oruczadə) 2-1(103)-1922/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya sı məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalar düzgün tətbiq edilmədiyindən, qərar ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
17. Belə ki, Fondun Daxili nəzarət Departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, iddiaçının 21 may 2010-cu il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1100,00 manat və təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaş ının 25 faizi miqdarında əlavəsi 275,00 olmaqla orta aylıq əmək haqqı 1375,00 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən 5 il 6 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1375,00 manat) 80 faizi məbləğində -1100,00 manat müəyyən edilmişdir. Lakin xx.xx.2010 - xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1393,32 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 12423,52 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.
18. Mərkəzi Seçki Komissiyasının üzvlərinin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixində v axtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1275,00 manat və təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 318,75 manat olmaqla orta aylıq əmək haqqı 1593,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən 5 il 6 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1593,75 manat) 80 faizi məbləğində -1275,00 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 67575,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 81704,77 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 14129,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.
19. Mərkəzi Seçki Komissiyasının üzvlərinin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1405,00 manat və təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 351,25 manat olmaqla orta aylıq əmək haqqı 1756,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən 5 il 6 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1756,25 manat) 80 faizi məbləğində-1405,00 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 22480,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmi n müddət ərzində 26249,78 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 3769,78 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.
20. Mərkəzi Seçki Komissiyasının üzvlərinin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2110,00 manat və təmsilçilik xərclərinin ödənilməsi üçün görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 527,50 manat olmaqla orta aylıq əmək haqqı 2637,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən 5 il 6 ay 19 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqının (2637,50 manat) 80 faizi məbləğində2110,00 manat müəyyən edilmiş dir. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 42200,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 53453,40 manat ödənilmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan dövr ərzində iddiaçıya 11253,40 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.
21. Beləliklə iddiaçının iddiasının təmin edilməsi, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiasının isə rədd edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyildir.
22. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3cü, “İnzibati icraat haqqında” Qanunun 67.1-cimaddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun unun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarına istinad edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun 20.1. qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri; 20.6. bu Qanunun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Azərbaycan Respublikası Mərkə zi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün əmək haqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 29.3. bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qa nunu Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi n əticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatd a maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslər in xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə g örə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasını n müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hü quqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir....
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bi lər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri, mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının Mərkəzi Seçki Komissiyası katibinin əmək haqqının (maaş, təmsilçilik xərcləri və mükafatlar) 80 faizi miqdarında yenidən hesablanması, eləcə də artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı məsələlər apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
33. İddiaçı iddia tələbinə münasibətdə əmək haqqının normativ anlayışı nəzərə alınmalıdır. Qanunvericiliyə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münas ibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun və Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödənilmiş olsun”.
35. İddiaçının işlədiyi dövrdə istinad etdiyi mükafatları aldığı və cavabdeh tərəfindən sonuncu dəfə iddiaçının əmək pensiyası yenidən hesablanarkən həmin mükafatların nəzərə alındığı mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. İş üzrə materiallardan həmçinin iddiaçının əmək pensiyası yenidən hesablanarkən cavabdeh tərəfindən Mərkəzi Seçki Komissiyasının hazırda fəaliyyətdə olan üzvünün aldığı mükafatların məbləğinin deyil, iddiaçının işlədiyi dövrdə aldığı mükafatların məbləğinin əsas götürüldüyü görünür. İddiaçının işlədiyi dövrdə aldığı mükafatların hazırda hə min vəzifədə çalışan şəxslərə ödənilən mükafatlarla eyni təyinata (statusa) malik olması ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən iddiaçıya ödənilmiş fərdi mükafatlarla hazırda müvafiq olaraq həmin vəzifədə çalışan şəxslərə ödənilən fərdi mükafatların eyni xarakterli olduğu bildirilmişdir.
36. Bu qərarın 23-cü bəndində istinad olunan normalara görə, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.
37. Bu baxımdan, hazırda Mərkəzi Seçki Komissiyasının katibi vəzifəsində işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (mükafatların) əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
38. Məhkəmə kollegiyası ikinci iş üzrə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun cavabdeh İddiaçı qarşı artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş əmək pensiyası məbləğinin müəyyən hissəsinin geri qaytarılması tələb olunur. Lakin ödənilmiş pensiyanın müəyyən hissəsinin geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq cavabdehə əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilməmişdir.
39. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması (pensiya ödənişinin dayandırılması ilə bağlı hallarda olduğu kimi) barədə məsələni həll edən zaman, iddiaçı həmin normanın müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçı inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona m ünasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-8/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarları).
40. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdehə bu qərarın 39-cu bəndində qeyd olunmuş qaydada əmək pensiyasının təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, artıq ödənildiyi iddia edilən p ensiya məbləğinin geri qaytarılmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Bu zamanı həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir.
41. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
42. Həmçinin nəzərə almaq lazımdır ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ bu qərarın 39-cu bəndində qeyd olunmuş qaydada həll edilmədən, bu barədə müvafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia e dilməsi, eləcə də artıq ödənildiyi iddia edilən həmin vəsaitin geri qaytarılmasının tələb edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanuni hesab edilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1922/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.