Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-320/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-320/2019) Bakı şəhəri 20 fevral 2019-cu il 20.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, üçüncü şəxs Ərizəçi (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinə qarşı (Abşeron rayon İcra Hakimiyyəti, “X2 və X1 xxx ” Tam ortaqlı müəssisəsi (“xxxx” MMC) və Ərizəçi (Azərbaycan) Açıq Səhmdar Cəmiyyə ti üçüncü şəxslər olmaqla) sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi və Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı tanınmaqla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2281/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərardadından üçüncü şəxs Ərizəçi (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinə qarşı (Abşeron rayon İcra Hakimiyyəti, “X2 və X1 xxx ” Tam ortaqlı müəssisəsi (“xxxx” MMC) və Ərizəçi (Azərbaycan) Açıq Səhmdar Cəmiyyə ti üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi və Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı tanınmaqla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: Ş.Vəkil) iddia qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin “Yerin təkinin istismarına razılıq verilməsi haqqında” 03 a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı Qaradağ rayonunun inzibati ərazisində yerləşən "Şahqaya" əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə "X2 və X1 xxx " Tam Ortaqlı müəssisəsinin ifadəsində olan 6.24 ha t orpaq sahəsinin istismarının davam etdirilməsinə razılıq verilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin 387 nömrəli, 29.12.2005-ci il tarixli sərəncamı ilə İddiaçı Məmməd qızına ayrılmış torpaq sahəsinin təqribən 6.24 hektar hissəsinin Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03 a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı ilə "X2 və X1 xxx " Tam Ortaqlı müəssisəsinə ayrılmış 14.6 hektar torpaq sahəsi ilə üst-üstə düşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmənin həmin qərarından üçüncü şəxs Ərizəçi (Azərbaycan) ASC tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayəti ilə əlaqədar iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzib ati-İqtisadi Kollegiyasının 2-1(103)-2281/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə 3-cü şəxs Ərizəçi (Azərbaycan) ASC-nin iddiaçıya və proses iştirakçılarına qarşı mübahisəli torpaq sahəsində hər hansı işlərin həyata keçirilməsinin qadağan edilməsi barədə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə verməsi mövcud inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsinin qərardadından üçüncü şəxs Ərizəçi (Azərbaycan) ASC kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, mübahisəli torpaq sahəsində hər hansı işlərin həyata keçirilməsinin məhkəmə icraatının bütün iştirakçılarına qadağan edilməsinə dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərardadı heç bir mötəbər hüquqi və faktiki əsasa söykənmir. Belə ki, məhkəmənin qərardadında Ərizəçi (Azərbaycan) ASC-nin maraqlı şəxs olmadığı üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim etmək hüququnun olmadığı qeyd edilir. Bu tamamilə əsassız yanaşmadır. Azərbaycan Respublikası İPM-nin 40.1-ci maddəsində qeyd edilmişdir ki, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüqu qlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Daha sonra qeyd edilir ki, məhkəmə qərardadını həmçinin onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində 3-cü şəxs Ərizəçi (Azərbaycan) ASC-nin Abşeron rayon İcra Hakimiyyətinin 387 nömrəli, 29.12.2005-ci il tarixli sərəncamının ləğv edilməsinə dair inzibati iş üzrə İddiaçı qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verilmişdir və həmin iş üzrə lazımi sənədlər apellyasiya şikayətinə əlavə edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməməsi barədə qərardadı qanuni qüvvəyə minmədiyindən məhkəmənin həmin qərardada əsaslanmağı hüquqa zidd arqumentdir. Bundan başqa, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsində Abşeron rayon İcra Hakimiyyətinin 387 nömrəli, 29.12.2005-ci il tarixli sərəncamının ləğv edilməsinə dair iddia tələbi həm hüquqi cəhətdən əsaslıdır, həm də mövcud faktiki hallara söykənir. Şikayət müəllifi bildirir ki, iş hələ apelyasiya instansiyası mərhələsinə daxil olmamış mübahisəli əraziyə ekskavatorlar yeridilib, ekspertiza rəyində göstərilən ərazidə və ona bitişik olan “xxxx" MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində qazma işləri həyata keçirilir və torpağın üst yararlı hissəsi dağıdılır. Bundan əlavə, həmin ərazilərə bitişik və Ərizəçi (Azərbaycan) ASC-yə aid olan 110 ha torpaq sahəsinin hasarla rı dağıdılmışdır. Mübahisəli torpaq sahəsi də daxil olan 14.6 ha torpaq sahəsinə görə Ərizəçi (Azərbaycan) ASC 3 milyon manat ödəmişdir. Həmin ərazinin faydalı hissəsinin istifadə edilməsi və yararsız vəziyyətə düşməsi şirkətə böyük həcmdə ziyan vuracaqdır və bunu gələcəkdə bərpa etmək mümkün olmayacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Üçüncü şəxs Ərizəçi (Azərbaycan) ASC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Məhkəmə icraatının digər iştirakçıları (iddiaçı, cavabdeh və digər üçüncü şəxslər) şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara gö ndərilmiş məhkəmə bildirişlərində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üç ün əsaslar yoxdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı sayıla və apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni qərardad ləğv edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. - 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barəd ə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Göründüyü kimi, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: iddianın uğurluluq ehtimalı aydın olmalı; mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs Ərizəçi (Azərbaycan) ASC-nin iddiaçıya və proses iştirakçılarına qarşı mübahisəli torpaq sahəsində hər hansı işlərin həyata keçirilməsinin qadağan edilməsi barədə “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə verməsi mövcud inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. İzibatiprosessual qanunvericiliyin tələbinə görə, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında yalnız İPM-in 42.1-ci maddəsində nəzərdə tutulan halda qərardad qəbul edə bilər. Belə ki, İPM-in 42.1-ci maddəsinə görə, üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. Qeyd edilən dispozisiya şərtləri hazırkı halda mövcud olmadığından ərizənin rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Ərizəçi (Azərbaycan) ASC tərəfindən ver ilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2281/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-320/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-320/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver