Məhkəmə qərarları › İş №2-1(102)-320/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-320/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-320/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; GİRİŞ HİSSƏ 04.02.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Kəmaləddin Nurəddin oğlu Bədəlovdandan ibarət tərkibdə, İddiaçı və cavabdeh İdarənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə (hazırda Xüsusi Şərtlərlə Təyinat İdarəsidir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx xxxxxxxx 2016-cı il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin e dilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin saylı xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim.X.İmanov; iş No 2-1(82)-1523/2019) iddianın təmin edilməsi; iddiaçıya 57 yaşının tamam olduğu xx xxxxxxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2161/2019) cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmas ı qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019- cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə birlikdə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən onlara çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxd ur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İşin materiallarında olan əmək kitabçasının surətinə, arxiv arayışına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən, iddiaçı xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 2014-cü ilədək müxtəlif təşkilatlarda 25 ildən çox ümumi iş stajı toplamışdır. O, həmin müddətin 12 il 6 aydan çoxunu əmək şəraiti zərərli olan peşələrdə çalışmışdır. 57 yaşından güzəştli şərtlərlə pensiya təiyn edilməsi üçün cavabdeh şöbəyə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli məktu bu ilə ona imtina edərək bildirmişdir ki, tələb olunan güzəştli iş stajı və pensiya kapitalı olmadığı üçün ərizəsini təmin etmək mümkün deyildir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsndən imtina edərkən, onun tələb olunan güzəştli iş stajının və pensiya kapitalının olmadığını əsas gətirsədə, əslində, iddiaçının 57 yaşının tamam olduğu zaman qüvvədə olan redaksiyada olan (xx.xx.2017-ci il tarixədək) «Əmək pensiyaları haqqında» Azərğaycan Respublikası Qanununa görə, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququ yaranmışdır. Belə ki, adı səkilən Qanunun həmin redaksiyada olan 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ ver ən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin maddənin qeyd olunan tələbi baxımından mübahisəli hüquq münasibətlərinə x xxxx 2017-ci il tarixədək qüvvədə olan normalar tətbiq olunmalıdır. Belə olan halda, «Əmək pensiyaları haqqında» Azərğaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbi baxımından iddiaçıya 57 yaşından pensiya təyin olunması üçün onun 25 il ümumi və bu müddətin ən azı 12 il 6 ayı ayını onun xüsusilə zərərli və ağır iş şəraiti olan peşələrdə çalışması tələb olunur. İş üzrə müəyyən edilmişdir ki, onun həmin iş stajları mövcuddur. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş q aydada məcburi dövlət sosial sığorta haqlarınınödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış ə mək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasının işdə olan surətinə, arxiv arayışına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən müəyyən olunur ki, onun aşağıdakı peşələr üzrə sığorta stajı mövcuddur: 1977.08.01 - 1978.04.12 (8 ay 13 gün) – elektrik və qaz qaynaqçısı; 1978.05.01 - 1981.05.04 (3 il 3 gün) hərbi xidmət; 1981.06.15 1981.11.13 (4 ay 28 gün) – elektrik qaynaqçısı; 1981.12.09 -1984.11.26 (2 il 11 ay 17 gün) –elektrik qaynaqçısı; 1985.02.11 – 1990.06.18 (5 il 4 ay 7 gün) –- elektrik qaynaqçısı; 1991.07.01 – 1991.09.09 (2 ay 8 gün) – elektrik qaynaqçısı; 1991.09.10 – 1995.10.06 (4 il 26 gün) – elektrik qaynaqçısı; 1995.10.20 – 1996.11.15 (1 il 25 gün) – elektrik qaynaqçısı; 1996.11.18 -1 997.04.25 (5 ay 7 gün) – elektrik qaynaqçısı; 1997.06.01 – 1997.11.30 (5 ay 29 gün) – elektrik qaynaqçısı; 1997.11.18 – 1998.10.01 (10 ay 13 gün) –elektrik qaynaqçısı; 1998.10.01 -2001.08.08 (2 il 10 ay 7 gün) – elektrik qaynaqçısı; 2002.08.16 – 2003.01.02 (4 ay 16 gün) –elektrik qaynaqçısı; 2003.01.03 – 2004.07.14 (1 il 6 ay 11 gün) – elektrik qaynaqçısı; 2006.09.05 -2006.10.04 (29 gün) – edektrik qaynaqçısı; 2012.08.22 – 2014.11.12 (2 il 2 ay 20 gün) – qaynaqçı. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının 26 il 6 ay ümumi iş stajı mövcud olur ki, bunun da hamısını O, əl ilə elektrik qaynaqçı peşəsində çalışmışdır. Ən azından, işin 7-9-cu vərəqlərində olan «SOCAR»ın xx xxxxx 2016-cı il tarixli arxiv arayışından göürünür ki, onun təkcə həmin qürumun tərkibində fəaliyyət göstərən idarə və müəssisələrdə elektrik qaynaqçısı kimi xüsusilə zərərli və ağır peşədə 17 ildən də çox işləmişdir. Azərbaycan Respulikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq olunmuş Siyahısının 35-ci bölməsindən («Ümumi peşələr») isə görünür ki, əl ilə elektrik qaynaqçısı, güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraitin aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Onun 57 yaşının tamam olduğu həmin tarixə «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsində isə nəzərədə tutulurdu ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququ nun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Eyni zamanda, Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsinə əsasənkeçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqanın imtinasının dəlilləri əsassız və qanunsuz olmuş, imtina iddiaçının hüquqlarını pozmuşdur. 1-ci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarı düzgündür. Belə ki, Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh İdarənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərar a aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar