Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-320/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-1014/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər (02 il 0 ay 03 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 1993-cü ildən 1 998-ci il kimi X1 Universitetində təhsil almış, İmtahan Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən ona hüquqşünas ixtisası verilmişdir.
2. İddiaçıya məxsus xx.xx.2021-ci il tarixli əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilə qədər Ədliyyə Polis orqanlarında xidmətdə olmuş (05 il 04 ay 08 gün), xx.xx.2001-ci ildən xx.xx.2003- cü ilə qədər Sabirabad rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun məhkəmə nəzarətçisi (2 il 20 gün), xx.xx.2003-cü ildən xx.xx.2016-cı ilə qədər Əli Bayramlı şəhər məhkəmə nəzarətçisi və məhkəmə icraçılar qrupunun böyük məhkəmə icraçısı, Şirvan şəhər icra bölməsinin böyük icra məmuru (13 il 19 gün) vəzifələrində işləmiş, xx.xx.2016-cı ildən hal-hazıra kimi isə Neftçala rayon İcra şöbəsinin rəisi vəzifəs ində işləyir.
3. İddiaçı ona ədliyyə orqanının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (Qanunun preambulası). Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilirdi ki, ədliyyə orqanlarında azı 25 il qulluq etmiş ədliyyə işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Qanunu ilə “Əmək pensiyaiarı haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyas ının təyin olunması və hesablanaraq ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-cü ildə anadan olmuşdur, xx.xx.2021-ci il tarixində 60 yaşı tamam olacaqdır. xx.xx.1995-ci il tarixindən (əmr № 622 ş/h) xx.xx.2001-ci il tarixədək (əmr № 790 ş/h) Penitensiar xidmətdə qulluqda olmuşdur və xx.xx.2001-ci il tarixində qulluq müddəti təqvimi hesablama ilə 05 il 03 ay 07 gün güzəştli hesablama ilə 06 il 11 ay 03 gün təşkil etmişdir. xx.xx.1995-ci il tarixindən əmək fəaliyyətinə başlamaqla xx.xx.2016-cı il tarixindən Neftçala rayon İcra Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin vəzifədə çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qər arı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafıq olaraq onun ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021-ci il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 27 il 6 ay 28 gün, güzəştli hesablama ilə isə 29 il 2 ay təşkil etmişdir. 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına kimi əmək fəaliyyəti ilə məşğul olmaqla 40435,82 manat əmək haqqı almışdır. Qeyd olunmuş əsaslara uyğun olaraq əmək stajı nəzərə alınmaqla ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması mümkündür. Bu səbəbdən cavabdehə ərizə ilə müraciət edərək ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətinə vermiş olduğu xx.xx.2021-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi qaydasına əsasən ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunan iş stajının olmamasını qeyd etməklə həmin stajın 25 ildən az olmasının nəzərə alaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 2-1(112)-7333/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 28 yanvar 2017-ci il tarixdən ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunma sı və hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla 26 il 04 ay 03 gün təşkil etməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edildiyini təsbit etmişdir. İddiaçı 1993-1998-cı illərdə X2 Universitetində qiyabi təhsil aldığından həmin müddətin hər bir ilini altı ay saymaqla, yəni 2 il 6 ay iddiaçının iş stajına əlavə edilməlidir. Bundan əlavə iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2001-ci il tarixə kimi Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qulluqda olduğu dövr güzəştli hesblama ilə 6 il 11 ay 3 gün təşkil etmişdir ki, həmin müddətdə qulluq illərinin hesablanmasında nəzərə alınır. İddiaçı xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajı hərbi xidməti, təhsil dövrü də nəzərə alınmaqla 26 il 4 ay 3 gün təşkil etdiyindən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06/803 №li, xx.xx.2021-ci il tarixli məktubda iddiaçının ədliyyə orqanlarında qulluq illəri xx.xx.2017-ci il tarixə (hərbi xidmətdə, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 23 il 9 ay 28 gün, güzəştli hesablama ilə isə 25 il 5 ay 24 gün təş kil etməsi qeyd olunmuşdur) və həmin müddət 25 ildən artıq olduğundan onun ədliyyə orqanlarının əməkdaşı kimi pensiya almaq hüququ xx.xx.2017-ci il tarixədək yaranmışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 2-1(103)-1014/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7333/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 1
2. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti imtina məktubuna uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3, 1.0.4, 3.3, 9.7.1, 9.8, 23.8-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə1. Əsas anlayışlar 1.0.3. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Maddə3. Əmək pensiyası təminatı hüququ 3.3. bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7.1 (xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.7.1 (Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. (xx.xx.2022-ci il-ci il tarixə kimi qüvvədə olmuş) bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun: 1.1. ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 23.8. (xx.xx.2018-ci il tarixli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş) yaş həddinə çatanadə k ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.8. (Hazırda qüvvədə olan) yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.10. ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan şəxslər məyyən yaş həddinə çatanadək pensiya hüququna malikdirlər. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (qüvvədən düşmüşdür) Maddə 3. “E” bəndi qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Maddə
67. İİİ hissə “Ğ” bəndi. ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddə ti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi» Qaydaları: 2.1. ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında stajor luq və sınaq müddəti; ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət; məzuniyyət dövrləri; ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət; peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət; ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət; ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət daxil edilir. 2.5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtl ərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi h eyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxi l edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi» Qaydalarının 2.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında stajorluq və sınaq müddəti; ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət; məzuniyyət d övrləri; ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət; peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət; ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət; ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət daxil edilir.
26. İnzibati Prosessual Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə bax ışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17/3-14 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən (əmr № 622 §/h) xx.xx.2001-ci il tarixədək (əmr № 790 ş/h) Penitensiar xidmətdə qulluqda olmuş və xx.xx.2001-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 05 il 03 ay 07 gün, güzəştli hesablama ilə 06 il 11 ay 03 gün təşkil etmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06/24-325 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixii 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafıq olaraq Neftçala rayon icra və probasiya şöbəsinin rəisi ədliyyə m üşaviri İddiaçı ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021- ci il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 27 il 6 ay 28 gün, güzəştli hesablama ilə isə 29 il 2 ay təşkil etmişdir. Həmin müddət “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsi ilə (xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada) tələb edilən 25 ildən artıq olduğundan iddiaçının ədliyyə orqanlarının əməkdaşı kimi pensiya almaq hüququ xx.xx.2017-ci il tarixədək yaranmışdır.
35. Bu şərtlərin ödənilməsi isə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə (xx.xx.2022-ci il-ci il tarixə kimi qüvvədə olmuş) əsasən iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il stajının tamam olduğu (55 yaş 6 ay 19 gün) vaxtd an, yəni 28 yanvar 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nətic ə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-1014/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.