Məhkəmə qərarları › İş №2-1(102)-320/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-320/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-320/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüquqların qeydə alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhu ma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-57/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1960-cı il tarixli 07 nömrəli protokoluna əsasən X7 və İstismarı Birliyi ilə Gözəlova Sonaxanım arasında 2684 nömrəli müqavilə bağlanmış və Xaşa-Xuna bağ massivində 0,25 ha-dan ibarət 12 saylı bağ sahəsi Gözəlova Sonaxanımın adına keçmişdir. Bağın nömrəsi mühəndisin xx.xx.1970-ci ildə tərtib etdiyi aktda 12/31, xx.xx.1976-cı ildə tərtib etdiyi aktda 31 kimi qeyd olunmuşdur.

2. Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1960-cı il t arixli 07 nömrəli protokoluna əsasən xx.xx.1976-cı ildə X7 və İstismarı Birliyi ilə Gözəlova Sonaxanım arasında 2684 nömrəli müqavilə bağlanmış, icarədarın razılığına əsasən 0,25 ha torpaq sahəsinin 0,12 ha hissəsi X9 adına keçmiş və sonuncu ilə X7 və İstismarı Birliyi arasında 31a nömrəli bağa dair xx.xx.1988-ci il tarixdə 18486 saylı müqavilə bağlanmışdır. 3. 0,12 ha-dan ibarət 31 saylı bağ sahəsinə dair xx.xx.1988-ci ildə X7 və İstismarı Birliyi ilə Gözəlova Sonaxanım arasında 2684 nömrəli müqavilə bağlanmışdır. 31a nömrəli bağ sahəsi ilə əlaqədar:

4. X11 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən onun vərəsələri İddiaçı (iddiaçı) və X6r.

5. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 31a saylı bağ sah əsi üzərində iddiaçı və X4 (hər birinə ½ hissə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 31 nömrəli bağ sahəsi ilə əlaqədar:

6. Gözəlova Sonaxanım xx.xx.1988-ci ildə vəfat etmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)2909/2011 nömrəli qətnaməsinə əsasən iddiaçının ərizəsi təmin edilmiş, Səttarova (Gözəlova) Sonaxanım Əbdülsəttar qızının İddiaçı qohumu olması faktı müəyyən edilmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 8 oktyabr 2013-cü il tarixli 2-1(82)-1030/2013 nömrəli qərarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 31 saylı bağ sahəsinə mərhum Sonaxanım Gözəlovanın adına plan-cizginin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 9. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.1988-ci ildə vəfat edən Gözəlova Sonaxanımın vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır.

10. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 9 aprel 2018-ci il tarixli, **********03 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

11. İmtina onunla əsaslandırılmışdır ki, həmin bağ sahəsinin yerləşməsi ilə arxiv cizgisi və sxematik xəritə arasında uyğunsuzluq vardır. Eyni zamanda, sözügedən bağ sahəsi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşir və bağ sahəsində elektrik yarımstansiya inşa edilmişdir. Eyni zamanda, sözügedən bağ sahəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2363/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsinin X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 10 sentyabr 1988-ci il tarixdə vəfat etmiş, bununla əlaqədar iddiaçının ərizəsi əsasında Bakı şəhərindəki 35 saylı notariat kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair çıxarışın, eləcə də daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən (1 saylı forma üzrə) arayışın verilməsi xahiş edilmişdir. Bu sorğuya həmin idarə tərəfindən verilmiş 01 mart 2017-ci il tarixli **********62 saylı bildirişdə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı təkrarən 35 saylı notariat kontoruna müraciət edərək Sonaxanım Gözəlovadan miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, bu xahişi təmin edilməmiş və notariusun 20 aprel 2017-ci il tarixli məktubunda izah olunmuşdur ki, Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair çıxarışın olmaması səbəbindən ona müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi imkan xaricindədir. 14. "xxxx" ASC-nin Xəzər rayon X13 və Satışı Sahəsi tərəfindən verilmiş 2 sentyabr 2013-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.m sahəyə malik 31 saylı bağ sahəsi ərazisində 216 saylı X5 və həmin məntəqəni qidalandıran 8 kV-luq hava xətti tam olaraq sökülmüş və hal-hazırda bu bağ sahəsində heç bir elektrik xətti və elektrik qurğusu yoxdur, elektrik enerjisi cəhətdən tam təhlükəsizdir.

15. Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.mr sahəyə malik 31 saylı bağ sahəsinin yerləşməsi ilə arxiv cizgisi və sxematik xəritə arasında uyğunsuzluq vardırsa da, bu uyğunsuzluq DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aradan qaldırılmalıdır. 16. 2008-ci ildən başlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair plan-sxemin və arayışın mərhumə Gözəlova Sonaxamın vərəsəsi kimi onun adına təqdim olunması haqqında müraciətlərinə, idarənin əməkdaşları tərəfindən torpaq sahəsində dəfələrlə ölçülərin aparılmasına baxmayaraq, indiyə kimi müxtəlif bəhanələrlə həmin sənədlər ona təqdim olu nmamışdır. Hal-hazırda DƏDRX-in Bakı şəhər Ərazi İdarəsindən mərhumə Gözəlova Sonaxanımın adına olan torpaq sahəsinə dair plan-sxemin və arayışın alınmasına zərurət yaranmışdır. Cavabdehin etirazları:

17. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.

18. Məhkəmə qərardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın nəticələrinə dair xx.xx.2021-ci il tarixli 10/1683 nömrəli ekspert rəyinə görə, iddiaçının “31 saylı bağ sahəsi” kimi iddia etdiyi 680.0 kv.m olan torpaq sahəsinin iki tərəfi hasar, iki tərəfi isə şərtidir, üzərində tik.altı=96.5 kv.m mişar daşından inşa edilmiş 6 kVt-luq yarımstansiya və işləməyən su quyusu mövcuddur. Torpaq sahəsinin şimal tərəfində qonşunun eni 3.0 m olan dəmir darvazası, qərb tərəfində isə qonşunun eni 0.93 m olan dəmir qapısı mövcuddur. Sözügedən sahə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşir. Bağların bölgüsünə dair sxematik xəritədə vətəndaşın iddia etdiyi torpaq sahəsi elektrik yarımstansiyasının (transformatorun) ərazisi kimi göstərilmişdir (bu ərazidə bağ nömrəsi yoxdur). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-176/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsinin X1 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan 31 saylı bağ sahəsinin digər bağ sahəsi (31a saylı bağ sahəsi) ilə bir hasar daxilində yerləşməsi və 31a saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, 31 saylı bağ sahəsinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşməməsi və bağ sahəsində elektrik yarımstansiyanın inşa edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlili də əsassızdır. Müvafiq ünvanda olan bağ sahəsinin Gözəlova Sonaxanıma məxsus olması və hal-hazıradək həmin bağın reyestrdə qeydiyyata alınmaması cavabdeh tərəfindən də etiraf olunur.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023 -cü il tarixli, 21(103)-57/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-176/2021 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri İcraiyyə Komitəsinin X7 və İstismarı Birliyi ilə X3 arasında bağlanmış 2684 nömrəli 27 avqust 1988-ci il tarixli müqavilə üzrə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 680.0 kv.m sahədən ibarət 31 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş arxiv sənədlərinə əsasən iddia olunan 31 saylı bağ sahəsi vaxtilə 0.25 ha olmaqla Gö zəlova Sonaxanımın istifadəsinə ilkin olaraq 15 aprel 1976-cı il tarixli 2684 nömrəli müqavilə əsasında verilmiş, elektrik transformator məntəqəsi isə 1979-cu ildən istismara verilmişdir. Göründüyü kimi, transformator məntəqəsi istismara verilməzdən əvvəl bağ sahəsi Gözəlova Sonaxanımın qanuni istifadəsinə ayrılmışdır. Bundan başqa, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən etmir.

24. Bundan başqa, “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən, iddiaçının departamentin əməkdaşlarına yerində göstərdiyi torpaq sahəsi q az xətlərinin mühafizə zonasına düşmür. Eləcə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 20 iyul 2022-ci il tarixli məktubuna əsasən Xaşa-Xuna qəsəbəsi yaşayış məntəqəsi olduğu üçün yolun qorunma (mühafizə) zolağı istisna olunur

25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətindədir.

26. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və ona əlavə edilmiş koordinatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının faktiki olaraq göstərdiyi və istifadəsində olan sahənin ölçüsü 680.0 kv.m təşkil etdiyindən həmin hissəyə münasibətdə məxsusluq arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda istifadədə olan 680.0 kv.metr-lik bağ sahəsinin mərhum X1 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh qeyd edir ki, müvafiq iş üzrə təqdim edilmiş mütəxəssis rəyində də qeyd olunduğu kimi iddia olunan bağ sahəsi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşir.

29. İddia olunan torpaq sahəsi sxematik xəritə və arxiv cizgisinə uyğun göstərilməmişdir. Mübahisələndirilən 31 saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisi qeydiyyatdan keçmiş 31a saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir.

30. Torpaq sahəsində elektrik yarımstansiyası mövcud olmaqla göstərilən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir.

31. Keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi Qala-Pirallahı yolundan 9.0 metr kənarda yerləşir.

32. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının əvvəl göstərdiyi sahə 680 kv.m olmasına baxmayaraq, göstərilən ərazidə təyinatı bilinməyən qeyri-yaşayış tipli tikili aşkar edilmiş, tikilinin kimin tərəfindən inşa edildi yi müəyyən edilə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsini n qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

38. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

39. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə m ünasibətdə qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC xx.xx.2022-ci il tarixli, 01/xx-xx/7427 nömrəli cavab məktubunda iddia olunan torpaq sahəsinin 1979-cu ildə istismara verilmiş 216 saylı X2 mühafizə zonasında yerləşirdiyini, istehlakçıların elektrik enerjisi təminatı səviyyəsinin yüksəldilməsi məqsədi ilə göstərilən X2 2013-cü ildə sökülərək yerində 2X630 kVa gücündə Transformator məntəqəsi quraşdırıldığını göstərmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş arxiv sənədlərinə görə, iddia olunan 31 saylı bağ sahəsi vaxtilə 0.25 ha olmaqla Gözəlova Sonaxanımın istifadəsinə ilkin olaraq 15 aprel 1976-cı il tarixli 2684 nömrəli müqavilə əsasında verilmiş, transformator məntəqəsi isə 1979-cu ildən istismara verilmişd ir. Göründüyü kimi, transformator məntəqəsi istismara verilməzdən əvvəl bağ sahəsi Gözəlova Sonaxanımın qanuni istifadəsinə ayrılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Normaların məzmunundan göründüyü kimi, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarınd a məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən etmir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, qeyd olunan xüsusatlar hazırkı mübahisənin düzgün həlli üçün o halda əhəmiyyət kəsb edə bilərdi ki, iddia olunan (iddiaçı tərəfindən bilavasitə göstərilən) torpaq sahəsinin həqiqətən də vaxtilə 0.25 ha təşkil etmiş bağ sahəsinin tərkib hissəsi, bölündükdən sonra isə miras qoyanla bağlanmış xx.xx.1988-ci il tarixli, 18486 saylı müqavilədə göstərilən 0.12 ha bağ sahəsi olduğu məhkəmə tərəfindən müəyyən edilmiş olsun.

41. Apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri İ craiyyə Komitəsinin X7 və İstismarı Birliyi ilə X3 arasında bağlanılmış icarə müqaviləsinə əsasən ayrılmış (həmin şəxsdən İddiaçı mirası qalmış) Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 0.12 ha 31 saylı bağ (torpaq) sahəsinin naturada yerləşmə mövqeyinə görə koordinatlarının və torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/842 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq ətrafı açıq olduğundan və qonşu sahələr ilə sərhəd xətti mövcud olmadığından həmin torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi mü mkün olmamışdır.

42. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na gəldikdə, həmin aktda və sxemdə (planda) göstərilən məlumatlar (o cümlədən, sahənin koordinatları) iddiaçının göstərdiyi, cavabdehin isə arxiv cizgisinə uyğun hesab etmədiyi torpaq sahəsinə aiddir. Başqa sözlə, həmin sahənin arxiv sənədlərində (o cümlədən, müqavilə, plan və sxemlərdə) göstərilən torpaq (bağ) sahəsinə qeyd-şərtsiz aidiyyəti müəyyən deyil.

43. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2021-ci il tarixli, **********55 №-li məktubla təqdim etdiyi 31 nömrəli bağ sahəsinə aid arxiv sənədlərinin surətləri sırasında həmin bağ sahəsinin 1988ci ildə bölünməsindən əvvəlki ölçüsünə uyğun (0.25 ha) müqavilə və bağın yerləşmə vəziyyətini əks etdirən planlar, həmçinin bölgüdən sonra X10 aid edilən 31a saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” mövcuddur (İ cild, iş v. 155-191). Bölgüyədək və bölgüdən sonrakı vəziyyəti əks etdirən həmin sənədlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli, həm də müqayisəli şəkildə araşdırma predmeti olmayıb.

44. X10 aid 31a saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki plandan (İ cild, iş v. 183/2) və bölgüdən əvvəl mövcud olmuş 0.25 ha bağ sahəsinə dair planlardan (İ cild, iş v.v. 163, 175, 176) aşkar olaraq görünür ki, 31a saylı bağ sahəsinin ərazisi bölg üdən əvvəlki 0.25 ha bağ sahəsinə dair planlarda göstərilən ərazi daxilində digər hissədən düz xətlə ayrılmışdır, 31a saylı bağın koordinatlarının döngə nöqtələri bölgüyə qədərki sahəni tam əhatə etmir və plandakı ayrıc xətti ilə həmin xəttə paralel avtomobil yolu arasındakı hasaradək 31a saylı bağın koordinatlarının döngə nöqtələri ilə əhatə olunmayan əlavə boş sahə mövcuddur. Məhz bu səbəbdəndir ki, cavabdeh etiraz və şikayətlərində iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyini, 31 saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisinin qeydiyyatdan keçmiş 31a saylı bağ sahəsi ilə ümumi hasar daxilində olduğunu bildirir. Cavabdeh bu dəlillərin əsası kimi bölünmüş bağ sahəsinə dair plan və sxemlər təqdim etsə də, onlar digər sübutlarla birgə tam və hərtərəfli araşdırılmayıb, onlara qiymət verilməyib (həmçinin bax: İ cild, iş v.v.127, 128; https://kadastr.az/gocoordinate/utm).

45. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, torpaq sahəsi - yer səthinin bir hissəsi kimi sərhədləri, təyinatı və digər göstəriciləri olan fərdi-müəyyən (əvəzedilməz) əşyadır. Cavabdeh də imtinasında və apellyasiya şikayətində iddiaçının fərdi-müəyyən əşya kimi “göstərdiyi”, “iddia etdiyi” torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluğuna istinad edir. Buna görə də məhkəmə mübahisənin düzgün həlli üçün əvvəlcə bağ sahəsinin bölgüdən əvvəlki (0.25 ha) yerləşmə vəziyyətini, yalnız bundan sonra bölgüdən sonrakı vəziyyəti - 31 və 31a saylı bağların yerləşmə vəziyyətini müqayisəli şəkildə tədqiq etməli və qiymətləndirməli idi. Hazırkı i şdə bu, baş verməmişdir.

46. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-57/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar