Məhkəmə qərarları › İş №2-1(102)-3200/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3200/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3200/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-136N və JN-136F, KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2-1(107)390/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qax rayonu Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 5 saylı qərarı ilə X2 və onun ailə üzvlərinə 0,30 ha torpaq s ahəsi verilmiş, bu barədə JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir.

2. Qax rayonu Zərnə Bələdiyyəsinin 05 iyun 2002-ci il tarixli 6 saylı iclas protokoluna əsasən X3 0,20 ha torpaq sahəsi satılmışdır.

3. X5 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2014-cü il tarixli qərarı ilə X1 iddiası qismən təmin edilmiş, Qax rayonu, Zərnə kənd sakini İddiaçı adına tərtib edilmiş JN-136A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, yəni MH0010092 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan 0,20 ha torpaq sahəsinin 0,18 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilmişdir.

4. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək Kod 40314028, JN-136F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Qax rayonu, Zərnə kəndində yerləşən 0,30 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir.

5. Cavabdeh 20 fevral 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Qax rayonu Zərnə kənd sakini İddiaçı adına tərtib edilmiş JN136A nömrəli torpağın mülkiyyətə verilməsi nə dair şəhadətnamənin MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan 0,20 ha torpaq sahəsinin 0,18 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə X12 məhkəməsinin 14 aprel 2014-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli qərarlarının öz hüquqi qüvvəsini saxladığından JN-136A nömrəli 40314028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0,18 ha torpaq sahəsinə münasibətdə etibarsızdır və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi məqsədəmüvafiq deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cav abdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-136N və JN-136F KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha və 0,63 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinə Qax rayon Aqrar islahat Komissiyasının qərarı ilə torpaq sahələri ayrılmışdır. Belə ki, Qax rayonu Zərnə kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə 0,63 ha və 0,30 ha fərdi yaşayış evi, həyətyanı sahə kimi torpaq sahələri verilmişdir. Qeyd oluna torpaq sahələr i üçün 04,06.2004-cü il tarixli, JN- 136A və JN-136F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi müraciətinə həmin torpaq sahələrini qeydiyyata aldıraraq adıma çıxarış verilməsi xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2-1(116)-156/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-136N və JN-136F KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıx arışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

12. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-156/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən JN-136A nömrəli 40314028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-155/2014 nömrəli 03 sentyabr 2014-cü il tarixli qərarı ilə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0,18 ha hissədə ləğv edilmişdir. Yəni, iddia tələbinin əsası hesab edilən ilkin hüquqmüəyyənedici sənəd qüvvəsini itirdiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir.

14. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(107)-271/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X9 və X10) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-156/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

19. Belə ki, torpaqların üst üstə düşməsi iddiaçının həmin torpağa olan hüquqlarının məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab etmişdir ki, islahat zamanı mülkiyyətə ayrılmış 0,30 ha həyətyanı sahənin 0,18 ha hissəsi Qaz rayon Zərnə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 6 saylı qərarı ilə X1 mülkiyyətinə verilmişdir. Mə hz buna görə də üst-üstə düşmə mövcuddur. Lakin iş materiallarına əlavə edilmiş torpaq sahələrinin yerləşmə sxemi üzrə sənəddən göründüyü kimi X3 ayrılmış torpaq sahəsi başqa bir yerdə yerləşir. Cavabdeh təşkilat elektron baza işləyərkən koordinatları səhvən vurmuş və nəticədə iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsinin üstünə işləmişdir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, bi nalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu q anunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hü quqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra ha kimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edi lmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdiri lənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçiləriin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı JN-136A nömrəli 40314028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0,30 ha torpaq sahəsi üzərində m ülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən JN-136A nömrəli 40314028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-155/2014 nömrəli 03 sentyabr 2014-cü il tarixli qərarı ilə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0,18 ha hissədə ləğv edilmişdir. Yəni, iddia tələbinin əsası hesab edilən ilkin hüquqmüəyyənedici sənəd qüvvəsini itirdiyindən həmin torpaq sahəsin ə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir.

28. Hazırda iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillər torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına istiqamətlənmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-136A nömrəli 40314028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya 0,30 ha torpaq sahəsinin verildiyi müəyyən edilir. Həmin şəhadətnamə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-155/2014 nömrəli 03 sentyabr 2014-cü il tarixli qərarı ilə 0,18 ha hissədə ləğv edilmişdir.

30. Başqa sözlə şəhadətnamə hissəvi olaraq ləğv edildiyindən, qalan 0.12 ha hissədə (0.30-0.18=0.12) ilkin hüquqmüəyyənedici sənəd mübahisə doğurmadığından və şəhadətnamə həmin hissədə ləğv edilmədiyindən iddiaçının mülkiyyət hüququ saxlanılmışdır. Odur ki, iddiaçının iddia tələbi qismən 0.12 ha hissədə təmin edilməlidir.

31. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə də əsaslanmağı məqsədə müvafiq hesab edir. Qanunun tələbinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qə dər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

32. Qanunun qeyd edilən müddəasını hazırkı işə tətbiq edən məhkəmə kollegiyası bildirir ki, iddiaçıya münasibətdə müəyyən hüquqlar yaradan inzibati akt (“Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) məhkəmə qərarı əsasında qismən ləğv edildiyindən ləğv edilməmiş hissə öz hüquqi qüvvəsini saxlamaqla hüquqi cəhətdən etibarlıdır.

33. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.0.5-ci maddələrinə əsasən iddiaçının 0,12 ha hissədə mülkiyyət hüququna dair dövlət orqanı tərəfindən aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxlayır və həmin hissədə hüquq qeydə alına bilər.

34. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiya məhkəməsi iddiaç ının iddia tələbini rədd edərkən qeyd etmişdir: “Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, iddiaçının hüquqi marağı JN-136A nömrəli 40314028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçıya hüquqi yardım qaydasında həmin Şəhadətnamənin 0,18 ha hissəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv edildiyi, 0,12 ha hissə üzərində mülkiyyət hüququnun qeydə alınmasının mümkünlüyü izah edilmiş, iddiaçı tələbinin Şəhadətnaməyə əsasən verilmiş 0,30 ha torpaq sahəsinin qeydə alınması ilə bağlı olduğunu bildirmişdir”.

35. Lakin işdə olan məhkəmə iclas protokollarında və məhkəmə iclasının audio-video yazısında iddiaçıya hüquqi yardım olunmasına dair məlumat mövcud olmamışdır.

36. Həmçinin apellyasiya instansiya məhkəməsinin mövqeyindən belə anlaşılır ki, iddiaçı iddia tələbinə dəqiqləşdirmə vermədiyindən (0,12 ha hissə üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı) iddia tələbi rədd edilmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, qanunvericilikdə iddianın tam və ya qismən təmin edilmə anlayışı mövcuddur. Həmin anlayışa əsasən məhkəmə işə verilmiş iddia həddində baxaraq iddiaçının mövqeyi ilə tam razı olduqda iddianı tam, qismən razı olduqda isə iddianı qismən təmin edir.

38. İddia tələbinin dəyişdirilməsi isə adında göründüyü kimi tələbin dəy işdirilməsi, onun başqa tələblə əvəz edilməsidir. Hazırki iş üzrə 0,12 ha hissə üzərində mülkiyyət hüququnun qeydə alınması 0,30 ha torpaq sahəsi üzərində hüquqların təsdiq edilməsinin bir hissəsini təşkil etdiyindən iddia tələbinin dəqiqləşdirilməklə onun təmin edilməsinə zəmin yaradılması qanunun düzgün təfsiri kimi qəbul edilə bilməz.

39. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2-1(107)-390/2024 saylı qərarı 0,12 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əm lakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2-1(107)-390/2024 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar