Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3204/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ torpaq sahəsinə hüququn tanınması, bağçılıq-yoldaşlığın qərarı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1629/2019 saylı, 16 iyul 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 18.11.1988-ci il tarixli qərarına əsasən Azərbaycan SSR, Bakı şəhər, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən (indiki Çiçək qəsəbəsi) Ba kı Mebel Hissələri Kombinatının işçiləri üçün 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq sahəsi ayrılmışdır. Həmin qərar əsasında Həmkarlar Komitəsinin X9 ilə həmin Kombinatın 15.04.1990-cı il tarixli, 23 saylı birgə protokol qərarına əsasən iddiaçıya 22a saylı 600 kv.m bağ sahəsi ayrılmışdır. Bakı Mebel Kombinatı ilə Həmkarlar Komitəsinin Əmək Kollektivinin Şurasının 15.04.1990-cı il tarixli 23 saylı birgə qərarında iddiaçının adına Sulutəpə qəsəbəsində 22a saylı bağ sahəsi ayrılması qeyd edilir. İddiaçı 12 aprel 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı, 18.11.1988-ciil tarixli qərarına əsasən Azərbaycan SSR, Bakı ş əhər, Kirov rayonu, SuluTəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən (hazırkı Çiçək qəsəbəsi) Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün ayrılmış 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq sahəsindən Həmkarlar Komitəsinin X9 ilə həmin Kombinatın 15.04.1990-cı il tarixli, 23 saylı birgə protokol qərarına əsasən iddiaçıya ayrılmış 22a saylı 600 kv.m bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı, 18.11.1988-ci il tarixli qərarına əsasən Azərbaycan SSR, Bakı şəhər, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən (indiki Çiçək qə səbəsi) Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün ayrılmış 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq sahəsindən ona 22 saylı 600 kv.m bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsində yarımçıq tikili mövcuddur. Binəqədi rayonu, Xocəsən bələdiyyəsində həmin torpaq sahəsinə görə uzun müddətli vergi ödəyicisidir, həmçinin qeyd edilən bağ sahəsinə heç kəsin ötən dövrlər ərzində iradı, tələbi olmamışdır. Hesab edir ki, bağ-torpaq sahəsi onun adına özəlləşdirilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2411/2018 saylı iş) 31 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X5 və X7, 2-1(103)-2055/2018 saylı iş) 16 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(81)-985/2019 saylı iş) 18 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı, 18.11.1988-ci il tarixli qərarına əsasən Azərbaycan SSR, Bakı şəhər, Kirov rayonu, Sulu-Təpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən (hazırkı Çiçək qəsəbəsi) Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün ayrılmış 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq sahəsindən Həmkarlar Komitəsinin X9 ilə həmin Kombinatın 15.04.1990-cı il tarixli, 23 saylı birgə protokol qərarına əsasən iddiaçıya ayrılmış 22a saylı 600 kv.m bağ sahəsinə mü lkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Sulutəpə qəsəbəsində 22a saylı bağ sahəsi iddiaçıya ayrıldığından və bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçı bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Odur ki, qeyd edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və bu barədə reyestrdən çıxarışın verilməsindən cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndiril məlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X6 və X3, 2-1(103)-1629/2019 saylı iş) 16 iyul 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsaslar nəzərdə tutulduğundan və həmin Qanunun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdeh müraciəti təmin etməməkdə düzgün nəticəy ə gəlmişdir. Müvafiq qeyri-yaşayış sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməmişdir və bu səbəbdən də inzibati orqanın hər hansı qanunsuz fəaliyyəti olmamışdır. İddiaçı 23 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə araşdırması zamanı iddiaçıya torpaq ayrılmasına dair hüquqmüəyyənedici sənəd olan Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X9 ilə birgə 23 saylı 15.04.1990-cı il tarixli protokol qərarının və həmin qərarın verilməsinə əsas olmuş Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 11/625 saylı 18.11.1989-cu il tarixli qərarının qüvvədə olduğ u və hər hansı orqan tərəfindən ləğv edilmədiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı 18.11.1988-ci il tarixli qərarına əsasən Azərbaycan SSR, Bakı şəhər, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən (indiki Çiçək qəsəbəsi) Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq sahəsi ayrılmışdır. Həmin qərar əsasında Həmkarlar Komitəsinin X9 ilə həmin Kombinatın 15.04.1990-cı il tarixli, 23 saylı birgə protokol qərarına əsasən iddiaçıya 22a saylı 600 kv.m bağ sahəsi ayrılmışdır. Məhkəmə iclası zamanı əslinə baxış keçirilmiş Bakı Mebel Kombinatı ilə Həmkarlar Komitəsinin Əmək Kollektivinin Şurasının 15.04.1990-cı il tarixli 23 saylı birgə qərarı iddiaçının adına Sulutəpə q əsəbəsində 22a saylı bağ sahəsi ayrılmasını təsdiq edir Sulutəpə qəsəbəsində 22a saylı bağ sahəsinin İddiaçı ayrıldığından və həmin bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 26, 29, 60, 71-ci, Torpaq Məcəlləsinin 55, 84.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10, 12, 15-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasınd a təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfində n inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı 600 kv.m torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş edir. Bağ torpaq sahəsinə hüququn qeydə alınması üçün iddiaçı aşağıdakı sənədlərə malikdir: 1) Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X9 ilə birgə protokolunun 15 aprel 1990-cı il tarixli, 23 saylı qərarı- Qərarda qeyd edilir ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı 18.11.1988-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq-bostançılıq sahəsi kombinat əməkçiləri arasında 600 kv.m-dən bölünsün. Qərarın nəticə hi ssəsində həmin sahədən 22a saylı bağ sahəsinin iddiaçıya verilməsi qeyd edilmişdir. Qərar Bakı Mebel Hissələri Kombinatının direktoru, Həmkarlar Komitəsinin sədri və X4 sədri tərəfindən imzalanmış və Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiq edilmişdir. 2) Bakı şəhəri XDS İK-nin 11/625 saylı 18 noyabr 1988-ci il tarixli qərarı. Qərarda qeyd edilir ki, Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq-bostançılıq sahəsi ayrılsın. Bəhs edilən sənədlərə əsasən, Bakı şəhəri XDS İK-nin 11/625 saylı 18.11.1988-ci il tarixli qərarı ilə Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq-bostançılıq sahəsi ayrılmış, Bakı Mebel Hissələri Kombinat ının Həmkarlar Komitəsinin X9 ilə birgə protokolunun 15 aprel 1990-cı il tarixli, 23 saylı qərarı ilə iddiaçıya 600 kv.m sahədən ibarət 22 a saylı bağ sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Qanunun tələbinə görə daşınmaz əmlaka hüququn əmələ gəlməsi əsaslarından biri də müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncam, həmçinin kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclasının protokolundan çıxarışdır. İddiaçının isti fadəsində olan torpaq sahəsi həm XDS İK-in, həm də XDS İK-in qərarının icrası nəticəsində X4 qərarı ilə ayrılmışdır. Qanunun yuxarıda qeyd edilən müddəasında kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclasının protokolundan çıxarışın olması qeyd edilsə də, iddiaçının işlədiyi kombinat əməkçilərinə torpaq sahəsi Bakı Mebel Hissələri Kombinatının direktoru, Həmkarlar Komitəsi və X4 birgə qərarı ilə ayrıldığından onların birgə qərarı özündə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclasının protokolundan çıxarışı ehtiva edir və XDS İK-in qərarı əsasında verilmiş həmin qərar Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının istifadəsində olan torpaq sahəsinə hüququn qeydə alınması üçün yetərli sayılır. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, 600 kv.m 22 a saylı sahəyə iddiaçıya torpaq sahəsi ayrılmasına dair işin 2-si səhifəsində olan 15 aprel 1999-cı il tarixli qərarın kserosurət olmasına dair cavabdehin dəlili araşdırılmamış, həmin sənədin əsli və ya notariat qaydada təsdiq edilmiş surəti tələb edilməmiş, Bakı Mebel Hissələri Kombinatı, onun həmkarlar komitəsi və əmək kollektivi tərəfindən həqiqətən belə qərar qəbul edilməsi yoxlanılmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. nəticəvi hi ssə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1629/2019 saylı, 16 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3204/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3204/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver