Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3204/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Xəlilova İradə Malik qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Xəlilova İradə Malik qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İ.M.Xəlilova Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı Xəlilova İradə Malik qızına ünvanlanmış ##.##.2022-ci il tarixli, *********** saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il ######ın #-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi arxiv arayışlarına və məhkəmənin qətnamələrinə əsasən sığorta stajı 13 il 10 ay təşkil edir. ##.##.2006-cı ii tarixindən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə ##.##.2019-cu il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, ##.##.2022-ci il tarixindən 180 manata çatdırılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Xəlilova İradə Malik qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1962-ci ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuşdur. Onun Masallı rayonunun Köçəkli və Həsənli kəndlərində fəaliyyət göstərmiş sabiq “Şən həyat“ sovxozunda iyun 1977-dekabr-1989cu illərdə 12 il 8 ay, sabiq “Köçəkli” sovxozunda ##.##.1990-##.##.1997-ci illərdə 7 il 8 ay, ##.##.1998##.##.2000-ci illərdə “xxxx” K/M-də tədarükçü fəhlə kimi 2 il,2 ay, 22 gün, ##.##.2000-ci ildən ##.##.2005-ci ilə kimi Köçəkli bələdiyyəsində xadimə kimi 5 il, 3 ay 9 gün, cəmi 27 il 9 ay stajı vardır. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan ##.##.2022-ci il tarixli, *********** nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur.
4. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) vəeləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən* asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il ######ın #-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.Konstitusiyada əksini tapan sosial təminat hüququ 38ci maddənin III hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli Qərarı). Məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. İ.M.Xəlilovanın təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ##.##.1998-ci il tarixdən ##.##.2000-ci il tarixədək, ##.##.2000-ci il tarixdən ##.##.2004-cü il tarixədək, 01.01,2005-ci il tarixdən ##.##.2005-ci il tarixədək, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ##.##.1990-cı il tarixdən 01,09.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü , Masallı rayon Dövlət Arxivinin ## ###### 2017-ci il tarixli *** nömrəli arayışına əsasən 1977-ci il üzrə 5 ay, 1978-ci il üzrə 12 ay, 1979cu il üzrə 12 ay, 1980-ci il üzrə 7 ay, 1981-ci il üzrə 12 ay, 1982-ci il üzrə 12 ay, 1983-cü il üzrə 5 ay, 1984-cü il tarixə 7 ay, 1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 8 ay, 1987-ci il üzrə 3 ay, 1988-ci il üzrə 5 ay, 1989- cu il üzrə 5 ay əmək haqqı aldığı dövrlər olmaqla onun mübahisələndirilməyən sığorta stajı 22 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda İ.M.Xəlilovanın ##.##.2006-cı il tarixədək 22 il 9 ay 20 gün sığorta stajına uyğun olaraq 15.997,64 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 16.742,88 manat pensiya kapitalından azdır. ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır .Əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 21,06.2000-ci il tarixdən ##.##.2006-cı il tarixədək “Köçəkli” bələdiyyəsində işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun * saylı Lənkəran-Astara regional filialının ##.##.2022-ci il tarixli aktına əsasən iddiaçının “Köçəkli” bələdiyyəsində ##.##.2000-ci il tarixdən ##.##.2000-ci il tarixədək, ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixədək əməkhaqqı almağı barədə məlumat olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçı İ.M.Xəlilovanın qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.
6. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 2024-cü il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Xəlilova İradə Malik qızına pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilmiş və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oImamasıdır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən ##.##.2000-ci il tarixdən ##.##.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində əmək fəaliyyəti dövrü üzrə xadimə işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69- cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən, iddiaçı Xəlilova İradə Malik qızı ##.##.1998-cı ildən ##.##.2000-ci il tarixədək “xxxx” kiçik müəssisəsində fəhlə, ##.##.2000-ci il tarixdən ##.##.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində xadimə işləmişdir. İş materiallarından görünür ki, ##.##.2006-cı il tarixdən ##.##.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəməyə təqdi edilmiş əmək haqqı cədvəllərində də görünür ki, Xəlilova İradə Malik qızının Köçəkli Bələdiyyəsində işləməsi Həsənli bələdiyyəsində saxlanılan (2010-cu ilin yanvar ayında Köçəkli bələdiyyəsi Həsənli bələdiyyəsinə birləşdirilib) Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən araşdırılmışdır. Araşdırmaya təqdim edilmiş Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən İ.Xəlilovanın (cədvəllərdə ata adı yazılmayıb) 2000-ci il üçün X-XII (3 ay) 2001-ci il üçün IXII (12 ay), 2002-ci il üçün İ-XII (12 ay), 2003-cü il üçün İ-XII(12 ay), 2004-cü il üçün İ-IX (9 ay), 2005-ci il üçün İ-IX (9 ay) əmək haqqı alması müəyyən edildi.Haqq-hesab ödəniş cədvəlləri Həsənli bələdiyyəsinin möhürü ilə təsdiqlənib. İ.Xəlilovanın işə girmə işdən azad edilməsi əmrləri əmr kitabları təqdim edilmədiyindən yoxlamaq mümkün olmadı. Cavabdeh orqan tərəfindən tərəfindən bildirilmişdir ki, iddiaçının “Köçəkli” bələdiyyəsində işlədiyi dövr üzrə 2000-ci ilin X-XII ayların əmək haqqı cədvəllərində möhür oxunmaz vəziyyətdədir, 2001-2005-ci illərin əmək haqqı cədvəlləri isə “Həsənli” bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur.
8. Məhkəmə tərəfindən sorğular göndərilmiş və sorğular əsasında müəyyən edilmişdir ki, Köçəkli Bələdiyyəsi digər kəndlərin bələdiyyələri ilə birlikdə Həsənli Bələdiyyəsinə birləşdirilmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə iddiaçı Xəlilova İradə Malik qızının ##.##.1998-cı ildən ##.##.2000-ci il tarixədək “xxxx” kiçik müəssisəsində fəhlə, ##.##.2000-ci il tarixdən ##.##.2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
9. Bundan başqa cavabdeh orqan iddiaçının Sabiq “Şən Həyat” tərəvəzçilik südçülük sovxozunda fəhlə işlədiyi dövrlərlə bağlı qeyd edir ki, Masallı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə təsdiq edilmiş Masallı Rayon Dövlət Arxivinin ##.##.2021-ci il tarixli *** nömrəli arayışına əsasən ##.##.1977-ci il tarixdən ##.##.1980-ci il tarixədək əmək fəaliyyəti dövrünü qəbul edərək mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı Xəlilova İradə Malik qızının Masallı rayon sabiq “Şən həyat” tərəvəzçilik südçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri aşkarlanmamışdır, lakin 1977-ci ilin VII-IX-, XI-XII (1977-ci ilin iyul ayından 1980-cı ilin may ayına kimi adı Radə qeyd edilib) 1978-ci ilin İ-XII ()##.##.1978-ci il tarixli 301 Salı əmrlə növbəti məzuniyyətə buraxılıb) 1980-cı ilin İ-IV, VII-VIII, XII 1983-cü ilin IV-VIII (##.##.1983-cü il tarixli * saylı protokola əsasən ****** saylı xəstəlik vərəqəsinə əsasən ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək bülleten pulu) 1984-cü ilin, III-VI, X-XII, 1985-ci ilin IV-VI, 1985-ci ilin XI-XII, 1986-cı ilin İ- VIII (##.##.1985-ci iltarixli *** saylı əmrlə ##.##.1985-ci ilədək körpə üşağın 1 yaşı olanadək haqqı qismən ödənilən məzuniyyət 1987-ci ilin İ,IV-V (##.##.1987-ci il tarixli ** saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilib) 1988-ci ilin IIIIV,VI,VIII (haqq qismən ödənilən məzuniyyət) 1988-ci ilin XII, 1989-cu ilin İ, IV-VII ()işdən çıxma əmri tapılmadı) ayları üzrə əmək haqqı alması və ##.##.1981-ci il tarixli *** saylı, ##.##.1982-ci il tarixli ***-* saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılması müəyyən edilmişdir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri, yəni ##.##.2017ci il tarixli, *** saylı arxiv arayışı və ##.##.2021-ci il tarixli, *** saylı arxiv arayışını təqdim etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1977-ci ilin iyul ayından 1989-cu ilin iyul ayınadək üzrə qeyd edilən iş illəri onun sosial sığorta stajına hesablanmalıdır. İddiaçının sovxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı və arayışlar üzrə iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
11. Göründüyü kimi iddiaçının əmək kitabçasında və arxiv arayışlarında olan qeydlərə uyğun işə daxil olması, həmin birlikdə işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi sovxozun sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan ##.##.1998-cı ildən ##.##.2000-ci il tarixədək “xxxx” kiçik müəssisəsində fəhlə işlədiyi dövrü sosial siğorta stajı kimi qəbul etdiyini bildirmiş, lakin sonra məhkəməyə göndərilən yoxlama aktı üzrə qeyd etmişdir ki, “xxxx” kiçik müəssisəsinin əmr kitabları, əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və qeyd edilən sənədlərin harada saxlanılması barədə məlumat olmadığından Xəlilova İradə Malik qızının həmin müəssisədə işləməsi faktını yoxlamaq mümkün olmamışdır.
12. Məhkəmə bununla bağlı bildirmişdir ki, iddiaçının 1977-ci ilin iyul ayından 1989cu ilin iyul ayınadək “Şən həyat” sovxozunda fəhlə işləməsi,##.##.1998-cı ildən ##.##.2000-ci il tarixədək “xxxx” kiçik müəssisəsində fəhlə, ##.##.2000-ci il tarixdən ##.##.2006-cı il tarixədək olan “Köçəkli” bələdiyyəsində xadimə işləməsi onun əmək kitabçasında və arxivdən əldə edilən arayışlar və arayışlara əsas olan sənədlər (əmək haqqı cədvəli, əmr və s.) qeyd olunduğu üçün sovxoz, müəssisə və bələdiyyə tərəfindən müəyyən dövr üçün sovxoza məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair sovxozun arxiv sənədlərinin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması sovxozda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən göstərilən dəlillərlə bağlı onu da qeyd etmişdir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
13. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli və ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
14. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat:
15. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər H.X.Bəhmənov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və F.C.Hüseynov) 2025-ci il ## ### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il ## ######## tarixli, 2-1(120)-234/2024 qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasından ibarətdir.
29. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsin əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir.
30. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
32. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.