Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3206/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin planı və ölçüsü”nün etibarsız hesab edilməsi, məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X10, İddiaçının vəkili X7, Üçüncü şəxs X1 və onun vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı “Azərbaycan” Nə şriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X11, X20, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi) “torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 aprel tarixli 2-1(103)-795/2019 nömrəli qərarındanüçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X4 verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X16 verilmiş **********07 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab olunması nı xahiş etmişdir. Cavabdeh 2018-ci il 9 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qanunvericiliyə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddiaçı 2018-ci il 27 iyun tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X4 verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X16 verilmiş **********07 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 1980-ci il 6 may tarixli, 195 saylı Qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist ” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı X3 Sovetinin İcraiyyə Komitəsinin tərəfindən 1981-ci il 20 fevral tarixli “X9 Dair Dövlət Aktı” verilmişdir. Həmin akt 1981-ci il 20 fevral tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2016-cı il 20 dekabr tarixli, 2(102)-6123/2016 nömrəli qərarı ilə də müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ö lçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X1 X12 aldığı 0,66 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********07 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********07 reyestr nömrəli çıxarışda 0,66 ha torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə bağ sahəsi kimi göstərilməklə xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X4 və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X17 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Halbuki, iddiaçıya verilmiş 1981-ci il 20 fevral tarixli “X9 dair dövlət aktı”nda 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Bundan başqa, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticə sində əvvəllər 0,66 ha torpaq sahəsinin mülkiyyətçisi X17, satıldıqdan sonra isə X4 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə vətəndaşlar arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində göstərilən tələb ilə əlaqədar iddiaçının cavabde hə müraciəti daxil olmamışdır. Həmçinin, X11 və X20 arasında bağlanmış 2014-cü il 13 avqust tarixli, 4Ə-499 saylı alğı-satqı müqaviləsinə əsasən X4 ********** nömrəli, 2014-cü il 1 sentyabr tarixli çıxarış və **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Üçüncü şəxs M.X.Cəfərlinin etirazları: Üçüncü şəxs M.X.Cəfərli iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Azərbaycan” Nəşriyyatın iddia etdiyi 15 ha torpaq sahəsinin tərkib hissəsi kimi göstərilən və hal-hazırda X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,66 ha torpaq sahəsinin “Azərbaycan” Nəşriyyatına heç bir aidiyyətı yoxdur. Belə ki, “Azərbaycan” Nəşriyyatı məhkəməyə müraciət edərək Nardaran qəsəbə sakini X8 Sabunçu rayon, N ardaran qəsəbəsində Abşeron rayon X5 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” nəşriyyatına dövlət aktı verilmiş və 1981-ci il 20 fevral tarixli “X9 aid Dövlət Aktı”nda göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililərin onun hesabına sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəmənin qərarı ilə iddia qismən təmin edilmiş və icraya yönəlmişdir. Qeyd edilən icra vərəqəsinin verilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq, onun icrası mümkün olmayıb. Belə ki, məhkəmə icraatı zamanı iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadığından və qətnamənin nəticə hissəsində torpağın konkret sahəsi, habelə koordinatları göstərilmədiyin dən tələbkarın tələb etdiyi torpaq sahəsini ona vermək mümkün olmamışdır. Bu barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra işinin təxirə salınmasına dair 2017-ci il 5 oktyabr tarixli aktı var. Həmin akta əsasən icraya dəvət olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri X18 şöbəsinin müdiri Vüqar Bəşirov və Bakı şəhər X6 üzrə mühəndisi İmran Bahadov bildirmişlər ki, icra sənədində qeyd olunan 1981-ci il 20 fevral tarixli “X9 aid Dövlət aktı”nda göstərilən 15 hektar torpaq sahəsinin istinad nöqtələrinin göstərilmədiyinə və həmin nöqtələri müəyyən etmək mümkün olmadığına görə mübahisəli torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. İcra işinin icrası mümkün olmadığından icra məmuru icra sənədini məhkəməyə geri qaytarmalı olduğu halda, 2017-ci il 19 oktyabr tarixdə Azər Qasımov tərəfindən İcra Şöbəsinə təqdim olunmuş “Azərbaycan SSR Abşeron rayonu Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşı layihəsi”nin Abşeron rayon Dövlət Arxivindən əldə edilmiş xəritəsini əsas gətirərək “Azərbaycan” Nəşriyyatına aid olmayan 15 hektar torpaq sahəsinin ona təhvil verilməsi barədə akt tərtib edərək icra işinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Lakin həmin xəritədə də 15 hektar torpaq sahəsinin koordinatları müəyyən olunmamışdır. İcra məmuru icra vərəqəsi üzrə tələbkara aid 15 hektar torpaq sahəsindən borclunu çıxartmadan, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər sökülmədən, habelə torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadan tələbkara aid olmayan torpaq sahəsini ona təhvil verməklə icra işinə xitam vermişdir və bununla da “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi və Bakı şəhəri X6 üzrə mühəndisi “Azərbaycan” Nəşriyyatına aid torpaq sahəsinin söküntü aparılan əraziyə heç bir aidiyyətı olmadığını bildirərək, Sabunçu rayon İcra Şöbəsinin məhkəmə icra sənədi üzrə torpağın tələbkara təhvil verilməsi barədə aktı imzalamaqdan imtina etmişlər. Həmçinin, İcra Şöbəsinin əməkdaşları icra yerinə gəlməkdən imtina etmişlər və icra vərəqəsinin icra olunmasında iştirak etmədən 2017-ci il 26 dekabr tarixdə Azər Qasımov polis əməkdaşlarının müşahidəsi ilə sakinlərin yaşadığı ərazinin “Azərbaycan” Nəşriyyatına məxsus olduğunu bildirərək və X13 məxsus qanunsuz tikililərin sökülməsi barəd ə Ali Məhkəmənin qərarını göstərərək, heç vaxt məhkəmədə mübahisələndirilməyən və sakinlərin qanunla qorunan mülkiyyət hüququnu pozaraq sakinlərə məxsus torpaq sahələrinin hasarlarını texnika ilə uçurmuşdur və sakinlərə xeyli miqdarda ziyan vurmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,66 ha torpaq sahəsi 2014-cü il 7 avqust tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 515 nömrəli reyestr kitabının 48746 nömrəli vərəqində X15 adına qeydiyyata alınmışdır. X11 həmin torpaq sahəsini 2014-cü il 13 avqust tarixli 4Ə-499 nömrəli alğı-satqı müqaviləsi əsasında X12 almış və həmin torpaq sahəsi 2014-cü il 1 sentyabr tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində X1 adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin 2018-ci il 1 oktyabr tarixli 2-1(82)3196/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, X4 verilmiş **********07 reyestr nömrəli və onun verilməsinə əsas olmuş əvvəllər X16 verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X16 ayrılmış, hazırda isə X1 mülkiyyətində olan torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Buna görə də X16 ayrılmış, hazırda isə X1 mülkiyyətində olan torpaq sahəsi Nardaran qəsəbəsi ərazisində yerləşən “Kommunist” Nəşriyyatına (hazırkı “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış 15 ha torpaq sahəsi ilə üst-üstə düşə bilmə z və bu hal həmin torpaq sahəsinin plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmışdır. Üçüncü şəxs M.X.Cəfərli həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 aprel tarixli 2-1(103)-795/2019 nömrəli qərardadı ilə X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 aprel tarixli 2-1(103)-795/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi m övqeyi ilə razılaşmışdır. Üçüncü şəxs M.X.Cəfərli həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tələbə yanlış aspektdən yanaşaraq iddianın hüquqi və faktiki əsaslarını düzgün təfsir etməyərək tamamilə ayrı hüquqi əsaslanma tətbiq etmişdir. Məhkəmənin iddiaya və təqdim olunan mötəbər sübutlara bu yanaşması qəbul olunan deyil və maddi hüquq normasının yanlış təfsiri kimi qiymətləndirilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən X1 mülkiyyətində olan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçının istifadəsində olan 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyət ində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşdüyünü sübut kimi əsas götürülən “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi məhkəmə prosesi zamanı işə əlavə olunub və həmin mütəxəssis rəyi digər mütəxəssis “xxxx” MMC tərəfindən verilmiş rəy ilə təkzib olunduğundan iddiaçı tərəfindən X1 mülkiyyətində olan torpaq sahəsini mübahisələndirilməsinə subyektiv hüququ olmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “Azərbaycan SSR Abşeron rayonu Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi” iddiaçıya aid 15 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyini müəyyən edən yeganə sübutdur. Həmin layihəyə əsasən südçülük-tərəvəzçilik sovxozu Nardaran ərazisində yerləşir və sovxoz ərazisinin konturunun şimal hissəsi də mir yolu xətti ilə sərhədlənərək Bilgəh Nardaran sərhədindən qərbə doğru 950 metr enə malikdir. Layihə üzrə iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazi sovxozun ən şimal konturunda paraleloqram şəkilində yerləşdiyi əks olunur. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin əsassız olduğunu sübut edən əsas amillərdən biri odur ki, iddiaçıya məxsus torpaq sahəsi Hüseyniyə Məscidinə gedən yoldan şərqə doğru 218 metr aralı məsafədə yerləşərək düzbucaq şəkilində əks olunduğu göstərilmişdir. Mütəxəssisin bu qənaətə gəlməsinə səbəb olan, 1987-ci ilə aid 1:50000 miqyaslı topoqrafik planı üzrə həmin ərazidə o zaman şərq, cənub və qismən də qərb tərəfdən hasarlanmış torpaq sahəsidir və hasarlanmış ərazinin xətti ölçüləri iddiaçıya ayrılmış torpaq sahəsi ilə təxminən eyni olduğunu bildirməs idir. Təqdim olunmuş həmin topoqrafik planı iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti olmadığına baxmayaraq, həmin istinad olunan hasarlanmış torpaq sahəsi 18-20 ha torpaq sahəsindən ibarətdir və düzbucaq şəklindədir. “xxxx” MMC-nin mütəxəssisi işi tam obyektiv araşdırmadığı və sovxozun ərazisini təqdim etdiyi öz xəritələrində geniş planda əks etdirmədiyi üçün Maştağa südçülüktərəvəzçilik sovxozunun torpaq sahəsi Nardaran ərazisində yerləşdiyi halı nəzərdən qaçıraraq, tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, sovxozun ərazisi 218 metr məsafədə Bilgəh ərazisinə düşdüyü göstərilmişdir. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyini təkzib edən “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluş u layihəsi üzrə apardığı araşdırma zamanı müəyyən etmişdir ki, sovxozun şərq sərhədi Nardaran Bilgəh sərhədi ilə 19-cu dalana təsadüf edir. İddiaçıya aid torpaq sahəsinin paraleloqram şəkilində yerləşməsinə səbəb olan, həmin torpaq sahəsinin qərb sərhədi Hüseyniyə Məscidinə gedən yol ilə paralel olmasıdır. Mütəxəssis rəyinə əlavə olunmuş peykdən çəkilmiş 2001-ci ilə aid kosmik şəkili ilə bu xüsusatlar öz təsdiqini tapmışdır. Maştağa südçülük-tərəvəzçilik sovxozunun ərazisinin konturları aydın şəkildə yaşayış massivləri ilə sərhədlənməsi və peykdən çəkilmiş kosmik şəkillə layihə üzrə sovxozun torpaq sahələrinin konturları mövcud yollarla işarələnərək üstüstə düşməsi, ortada olan bütün şübhələri aradan qaldırır. Bütün bu göstəricilər sübut edir ki, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis r əyi qüsurludur və həqiqəti özündə əks etdirmir. Lakin məhkəmə X11 tərəfindən verilmiş mütəxəssis rəyinə heç bir hüquqi rəy verməmiş, baxmayaraq ki, həmin rəy digər mütəxəssis rəyini təkzib edir. Göründüyü kimi, mövcud mübahisənin əsasını iddiaçının istifadəsində olmasına istinad etdiyi “Torpaqdan X22 Dövlət Aktı” ilə müəyyən edilən torpaq sahəsi ilə X1 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin plan və ölçünün üst-üstə düşüb-düşməməsi təşkil edir. Göstərilən halların aydınlaşdırılması isə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssisləri tərəfindən müəyyən edilməli olduğundan, iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət verilsə də məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş, nəticədə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə X1 mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçünün üst-üstə düşübdüşməməsi müəyyən edilmədən, əsassız olaraq iddianın təmin edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən inzibati akt olmayan texniki sənədin etibarsızlığı ilə bağlı müəyyən etmə və ya tanınma haqqında iddia ərizəsi icraata qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) iddianın mümkünlüyü ilə bağlı tələblərinə tam əməl edilməmişdir. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu səbəbdən, məhkəmə iddia tələbini icraata qəbul etməklə məhkəmə aidiyyətı qaydalarını pozmuş və inzibati-iqtisadi məhkəmələrdə baxılması qanunla mümkün olmayan, baxılması ümumi məhkəmələrin səlahiyyətində olan mülki mübahisə üzrə tələbi icraatına qəbul edib baxmışdır. Halbuki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır və inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. Çıxarış və çıxarışa əlavə olunmuş texniki sənədlərinin (plan ölçülər) etibarsızlığı ilə bağlı tələb mübahisəli hüquq münasibətlərinin mahiyyəti, predmeti, subyektiv tərkibi və tətbiq olunacaq hüquq sahəsi baxımından mülki mübahisədir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 2014-cü il 19 may tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbayca n Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz... Əmlak hüquqları ilə bağlı mübahisələrd ə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır... Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.” Göründüyü kimi, Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı ilə gəldiyi nəticəyə görə Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və çıxarışa əlavə olunmuş texniki sənədlər inzibati akt kimi qiymətləndirilə bilməz və Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və çıxarışa əlavə olunmuş texniki sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən, məhkəmə inzibati mübahisəyə aid olmayan idd ia tələbini qəbul edərək Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələblərini nəzərə almadan aidiyyət qaydalarını pozmuşdur. Beləliklə də, ədalət mühakiməsi qanunla müəyyənləşdirilməmiş qaydada həyata keçirilməmişdir. İPM-in 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ilk növbədə mübahisəli torpaq sahəsinin hansı qaydada X15 adına qeydiyyata alındığı hissəsi araşdırılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Mə hkəməsinin 2014-cü il 27 iyun tarixli qərarından məlum olur ki, X20 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcud vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi həmin tələbə qarşı etiraz ərizəsi təqdim edərək, ərizədə göstərmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Torpaq sahəs i ilə bağlı təqdim olunan ərizəyə torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya X14 qərarının təsdiq edilmiş surəti, zəruri hallarda sərəncamın arxivdən çıxarışı və torpaq sahəsinin ayrıc aktı, torpaq sahəsinin planı və ölçüsü, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alğı-satqı aktı əlavə edilməlidir. Müvafiq əmlaka dair hüquqmüəyyənedici sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunmadan onun qeydiyyata alınması qanuna ziddir. Həmin qərarla bağlı iddiaçı onu qeyd edir ki, qeyd edilən torpaq sahəsi Bakı şəhərinin Sabunçu rayonunda yerləşməsinə və cavabdehin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi olmasına baxmayaraq, hansı əsasla iş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmışdır. Məhkəmə iclasında nə iddiaçı nə də, ki cavabdeh iştirak etməmişdir. İşin ən qəribə hallarından biri ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını əsas gətirərək imtina verdiyi halda və məhkəmədə işə baxılarkən yazılı etiraz göndərdiyi halda, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verməmiş və qərarı qəbul edildiyi vaxtdan 1 ay 10 gün sonra tələsik icra edərək Pərviz Abbasova çıxarış vermişdir. Ümumiyyətlə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qeyd olunan qərar qəbul edilərkən, iş materiallarında cəmi 2 sənəd mövcud olmuşdur. Həmin sənədlərdən biri Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə Nümayəndəliyinin 2005 -ci il 28 fevral tarixli, 05/445 saylı fərdi yaşayış evinin tikintisi üçün Nardaran qəsəbəsində Pərviz Abbasova ayrılmış 1200 kv.m torpaq sahəsinə dair qərardan çıxarış, digər sənəd isə 6600 kv.m torpaq sahəsinin P.Abbasovun istifadəsində olmasına dair fərdi yaşayış evinin texniki pasportu olmuşdur. İlkin sənədlə bağlı hazırda Ali Məhkəmənin icraatında olan iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən işə baxılarkən Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə Nümayəndəliyi məhkəməyə ərizə göndərərək X4 və X17 Nardaran qəsəbə Nümayəndəliyi tərəfindən torpaq sahəsi ayrılmadığını, 2005-ci il 28 fevral tarixli, 05/445 saylı qərarla X2 torpaq sahəsi ayrıldığını göstərmişdir və həmin torpaq sahəsinin isə “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşd iyi 15 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Qeyd olunmalıdır ki, 2005-cil ildə qəsəbə nümayəndəliklərinin torpaq ayrılması barədə səlahiyyətləri olmamışdır. 2005-ci il 28 fevral tarixli, 05/445 saylı qərarla isə ümumiyyətlə P.Abbasova torpaq sahəsi ayrılmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarında P.Abbasova məxsus torpaq sahəsinin Nardaran qəsəbəsində olduğu göstərilsə də, həmin torpaq sahəsinin Nardaran qəsəbəsinin hansı hissəsində olduğu göstərilməmiş, reyestr xidməti isə qanunsuz şəkildə həmin torpağın plan-ölçüsünü “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinin üzərində qeyd etməklə ona plan-ölçü vermişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 22 fevral tarixli qərardadı ilə Bakı şəhər Sabunçu rayon İcra Şöbə sinin 2017-ci il 19 oktyabr tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 5 iyul tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, “Azərbaycan” Nəşriyyatının tələbi üzrə çıxarılmış qətnaməyə dair icra tədbirləri davam etmədədir. İddiaçı 1981-ci il 20 fevral tarixli “X9 dair Dövlət Akt”ı və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2016-cı il 20 dekabr tarixli 2(102)-6123/2016 nömrəli qərarı ilə də müəyyən edilmiş 15 ha torpaq sahəsinin bir hissəsinə dair ayrı-ayrı şəxslərə qanunsuz şəkildə verilmiş torpaq sahəsinin plan və ölçülərinin etibarsızlığı tələbini irəli sürmüşdür. Həmin şəxslərə verilmiş çıxarışlar “Azərbaycan” Nəşriyyatı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, həmin şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qanunsuzluğunu “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində deyil, onlara tikinti məqsədi ilə ayrılan torpaq sahəsinin gerçək yerinin müəyyən edilməsində axtarmalıdırlar. İddiaçıya torpaq sahəsi ayrılan vaxt (1971-ci ilin yanvarın 1-dən) qüvvədə olmuş Torpaq Məcəlləsinin 24-cü maddəsində qeyd edilir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı ra yon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. İddiaçının 15 ha torpaq sahəsinə istifadə hüququ Abşeron rayon X14 İcraiyyə Komitəsinin tərəfindən verilmiş X9 dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. İddiaçıya aid X9 dair dövlət aktında torpağın yardımçı kənd təsərrüfatı üçün verilməsi, üçüncü şəxs M.Cəfərlinin adına olan torpaq sahəsinin planı və ölçüsündə fərdi yaşayış tikintisi üçün, M.Cəfərliyə aid torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunu n 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Cavabdeh tərəfindən tərtib edilən hər iki torpaq sahəsinin planı və ölçüsü onun faktiki xarakterli hərəkətinin nəticəsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Cavabdeh üçüncü şəxslər barəsində torpaq sahəsinin planı və ölçüsünü tərtib edərkən zəruri sübutları toplamamış, torpaq sahəsinin başqasının qanuni istifadəsində və yaşayış məntəqələri torpağı olub-olmamasını araşdırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət q eydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmalı olmadığı halda, cavabdeh tərəfindən belə hüquq dövlət qeydiyyatına alınmışdır. İddiaçı göstərilənlərə əsasən şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Üçüncü şəxs M.X.Cəfərli və vəkili (nümayəndəsi) kassasiya şikayətini müdafiə edərək şik ayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikay ət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ cavabdeh tərəfindən üçüncü şəxslərə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının iddiaçının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi. Həmin rəylər arasınd a kəskin ziddiyyətlərin olduğu aşkardır. Üçüncü şəxs M.X.Cəfərlinin nümayəndəsi və vəkili vəsatətlə müraciət edərək mübahisəli torpaq sahələrinin istinad nöqtələrinin və koordinatlarının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsi vəsatəti rədd etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 20 dekabr tarixli 2(102)-6123/2016 saylı qərarına istinad edərək bildirmişdir ki, iddia olunan torpaq sahəsinin iddiaçıya aid olduğu, torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi bu mövqe ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, torpaq sahələrinin üst-üst ə düşdüyü “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə təsdiq olunduğundan, cavabdeh bu halı və torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olduğunu mübahisələndirilmədiyindən iş üzrə ekspertiza təyin edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, hətta cavabdehin işin hallarını mübahisələndirmədiyi halda belə, hazırkı iş üzrə üçüncü şəxslər məhkəmənin istinad etdiyi qərarın aid olduğu icraatın iştirakçıları olmadıqlarından, onlar həmin qərarla müəyyən edilmiş halları hazırkı icraatda mübahisələndirə bilərlər. Digər tərəfdən, üçüncü şəxsin vəkili (nümayəndəsi) məhz məhkəmənin istinad etdiyi mütəxəssis rəyinin işdə olan digər rəylə ziddiyyət təşkil etməsi səbəbindən mübahisəli torpaq sahələrinin istinad nöqtələrinin və koordinatlarının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvə dədir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan torpaq sahələrinin yerləşmə vəziyyətinə dair üçüncü şəxsin irəli sürdüyü dəlillər üzrə tam və hərtərəfli araşdırmanın aparılmasından imtina etməkdə haqlı olmamışdır. İşin həmin hallarının araşdırılması isə iddiaçının cavabdehə qarşı məhz hazırkı məzmunda tələb irəli sürməyə subyektiv hüququnun olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş h əmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Məhkəmə kollegiyası iddia predmeti olan sənədlərin inzibati akt olmaması səbəbi ilə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına dair şikayətin dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, tələb inzibati akta qarşı yönəldikdə, bu, aidiyyətlə bağlı sual doğurmur və həmin inzibati akta qarş ı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi), yaxud tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı (hipotetik baxımdan) və qanunsuz olsaydı (məsələn, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulan əsaslara görə), onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti ma raqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formalhüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir. Göstərilənlər nəzərə alındıqda, cavabdeh tərəfindən verilmiş sənədlərin etibarsızlığına dair tələblər heç də hər bir halda “inzibati aktın etibarsızlığının tanınması haqqında” iddia kimi qiymətləndirilməli deyil. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraqlı şəxs “ İnzibati icraat haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən, həmin Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati orqan tərəfindən verilmiş sənədlərin etibarsız olduğunu təsdiq etməyi həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı müəyyən etmə, yaxud öhdəliyin icrası (inzibati fəaliyyətin nəticəsini əks etdirən, lakin inzibati akt hesab edilməyən sənədin etibarsız olduğunu təsdiq etmək öhdəliyi) haqqında iddia qaldıra bilər. Hazırkı işdə, iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) “torpaq sahəsinin planı və ölçüsü ” sənədlərində ifadə olunan nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edir. Bu tələbin əsasları isə, yuxarıda qeyd edildiyi kimi, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. Belliklə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına dair şikayətin dəlili əsaslı hesab edilə bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 aprel tarixli 2-1(103)-795/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar H üseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3206/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3206/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver