Məhkəmə qərarları › İş №2-1(102)-3206/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3206/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3206/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Xəlilov Əflatun Əbülfət oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; hüquqların və qanunla qorunan maraqların pozulduğunun əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Xəlilov Əflatun Əbülfət oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı İdarəsinə qarşı ““xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “xxxx” X4 ***** nömrəli, ##.##.1996-cı il tarixli Şəhadətnamə əsasında Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Birliyin Nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən 1996-cı ildə təsdiq edilmişdir.

2. “xxxx” KFT-na Mingəçevir şəhəri üzrə dövlət vergi müfəttişliyi tərəfindən ## ###### 1998-ci il tarixində VÖİN verilmişdir (VÖİN-270024496).

3. “xxxx” KFT ******* saylı Şəhadətnamə əsasında Dövlət Statistika Komitəsi tərəfindən uçot vahidlərinin dövlət reyestrinə daxil edilmişdir.

4. İddiaçı ##.##.2023-cü il tarixdə cavabdehə müraciət edərək “xxxx” X4 vergi ödəyicisi kimi uçota alınmaqla şəhadətnamə verilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmadan iddiaçı ##.##.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” X4nı X2 və X6 ilə xxxxdə 1996cı ildə təsis edərək, nizamnaməsini təsdiq etdirmişdirlər. ## ###### 1997-ci ildə həmin hüquqi şəxsin uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnaməni almışlar. X3 üzvlükdən imtina etmişdir. Nazim Məmmədov isə vəfat etmişdir. ## ###### 2000-ci ildən «xxxx» X4 sədri Ədalət Əliyevdir. Hazırda təsis etdiyi hüquqi şəxsin fəaliyyətə başlamasını istəyir. Bu səbəbdən «Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək «xxxx» kəndli (fermer) təsərrüfatının uçota alınmaqla şəhadətnamə verilməsi üçün cavabdeh orqana ## #### 2023-cü ildə müraciət etmişdir. Hazırkı müddətə qədər heç bir rəsmi məlumat verilməmişdir. Halbuki, cavabdeh orqan bu tələbini 1 gün ərzində icra etməli idi. Məcəllənin 34.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçının vəkili tərəfindən təqdim edilmiş sənədlər müəssisənin qeydiyyat qovluğu ilə əlaqəli şəkildə tədqiq edilərkən həmin sənədlər əsasında müəssisənin vergi uçotuna alınmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, kommersiya qurumlarına münasibətdə vergi orqanları həmin qurumları təkcə vergi uçotuna alan orqan kimi deyil, həm də dövlət qeydiyyatını aparan orqan kimi çıxış edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ####### 2007-ci il tarixli **** nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ##### 2004-cü il tarixli ** nömrəli Fərmanının 2.4-cü maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 20.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti həyata keçirir. İddiaçının nümayəndəsinin ** saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etdiyi sənədlər toplusu həm qanunvericiliyin tələbinə uyğun təqdim edilməmişdir, həmçinin sənədlər toplusunda ziddiyyətli, iddiaçının hazırkı iddia ərizəsini qaldırması üçün subyektiv hüququnun olmamasını göstərən sənədlər mövcuddur. İddiaçının təqdim etdiyi sənədlər toplusu “xxxx” X4 təkcə vergi uçotuna alınmasını deyil, həm də onun barəsində məlumatların dövlət reyestrinə daxil edilməklə yenidən qeydiyyata alınmasını, həm də qeydiyyat qovluğunda olan faktlarda dəyişiklik edilməklə dövlət qeydiyyatına alınmasını ehtiva edir. İddiaçının nümayəndəsi isə ** saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etdiyi sərbəst formada tərtib edilmiş ərizəsində Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “xxxx” X4 vergi uçotuna alınmasını xahiş etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsinə izah edilməlidir ki, “xxxx” X4 kommersiya hüquqi şəxsdir və Vergi Məcəlləsinin ərizəsində istinad etdiyi 34.1-ci maddəsinə əsasən Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Yəni “xxxx” X4 kommersiya hüquqi şəxs olduğundan Vergi Məcəlləsinin 34-cü maddəsi onlara şamil edilmir. Kommersiya qurumlarının vergi ödəyicisi kimi uçota alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə tənzimlənir. Göründüyü kimi iddiaçının nümayəndəsi müvafiq ərizə, yəni “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanunun 5.1, 5.3.4-cü maddəsində nəzərdə tutulmuş ərizə forması ilə müraciət etməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsinin cavabdehə təqdim etdiyi ərizəyə əlavə etdiyi sənədlər mötəbər sənədlər kimi qəbul edilərsə, onda iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığı müəyyən olunur. Belə ki, Xəlilov Əflatun Əbülfət oğlunun adından təqdim edilmiş ## ###### 2000-ci il tarixli ərizədə onun “xxxx” X4 üzvlüyündən çıxdığı qeyd edilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” X4 ***** nömrəli, ##.##.1996-cı il tarixli Şəhadətnamə əsasında Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Birliyin Nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən 1996-cı ildə təsdiq edilmişdir. Bundan əlavə, həmin dövrün qanunvericiliyinin tələblərinə uyğun olaraq “xxxx” KFT-na Mingəçevir şəhəri üzrə dövlət vergi müfəttişliyi tərəfindən ## ###### 1998ci il tarixində VÖİN verilmişdir (VÖİN-270024496). “xxxx” KFT ******* saylı Şəhadətnamə əsasında Dövlət Statistika Komitəsi tərəfindən uçot vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. Göründüyü kimi “xxxx” KFT “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək qeydiyyata alınmış hüquqi şəxs kimi müvafiq məlumatın dövlət reyestrinə daxil edilməsini tələb etdiyindən yenidən qeydiyyata alınma ilə bağlı zərurət mövcud deyildir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər T.Həsənov – məruzəçi, R.Rəfiyev və V.Musayev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı Xəlilov Əflatun Əbülfət oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın ## #### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda iddiaçı tərəfindən “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması tələbi ilə bağlı ** saylı Ərazi Vergilər Baş İdarəsinə hər hansı müraciətin daxil olmadığı qeyd edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması tələbi ilə bağlı ** saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmələrinə dair hər hansı sübut sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsinin ** saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyi ərizə ** saylı Ərazi Baş İdarəsinə ##.##.2024-cü il tarixdə daxil olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən imzalanmış ərizənin məzmunu aşağıdakı kimi olmuşdur: “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “xxxx” kəndli (fermer) təsərrüfatının uçota alınmaqla yalnız mənim adımın yazılmaqla şəhadətnamə verilməsini xahiş edirəm”. Lakin, birinci instansiya məhkəməsi cavabdehin iştirak etmədiyi məhkəmə iclasında iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini icraata qəbul edərək cavabdehin həmin dəyişdirilmiş iddia tələbinə münasibətini öyrənmədən öhdəliyin icrası növündə iddia üçün xüsusi mümkünlük şərtini pozmuşdur. “xxxx” X4 nizamnaməsinin 4-cü maddəsində müəssisənin təsisçilərinin aşağıdakı fiziki şəxslər olduğu qeyd edilmişdir: Xəlilov Əflatun Əbülfət oğlu, X2, X6. Odur ki, həmin məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.3.1-ci maddəsinə əsasən hər 3 təsisçinin şəxsiyyət vəsiqəsinin məlumatları qeydiyyat orqanına təqdim edilməlidir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən inzibati orqana yalnız Xəlilov Əflatun Əbülfət oğlunun şəxsiyyət vəsiqəsinin surəti təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən inzibati orqana ünvanlanmış sərbəst formada tərtib edilmiş ərizədə isə Xəlilov Əflatun Əbülfət oğlunun adı göstərilməklə şəhadətnamə verilməsini xahiş etmişdir. Bu ərizəyə təsisçilərdən yalnız Xəlilov Əflatun Əbülfət oğlunun şəxsiyyət vəsiqəsinin surətinin əlavə olunmasından isə ehtimal olunur ki, iddiaçı yalnız özünün “xxxx” X4 təsisçisi kimi dövlət reyestrində qeydiyyata alınmasına nail olmaq istəyir. Belə olan halda isə iddia tələbi “xxxx” X4 barədə məlumatların dövlət reyestrində qeydə alınması deyil, “xxxx” X4 qeydiyyat qovluğunda olan faktlarda dəyişiklik edilməklə dövlət reyestrində qeydiyyatına alınmasını ehtiva etdiyindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməli, ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin, bu halda da müvafiq ərizə forması ilə müraciət edilməmiş və dəyişikliyi təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə olduğu təqdirdə cavabdeh inzibati orqanın iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətindən imtinası olmadığından, hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianı mümkün sayılmaqla işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

15. Kassator əlavə olaraq göstərir ki, ## #### 2023-cü il tarixli müraciətinə cavab verilmədiyindən ## ###### 2023-cü il tarixdə inzibati məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ona məlum olmayan halla hesab etmişdir ki, ona imtina verilmişdir. İmtina verilmiş olsa idi, həmin imtina əsaslarına istinad edərək hüquqi marağını ora yönəldərdi. İşə Şəki İnzibati Məhkəməsində baxılanadək ## ######## 2024-cü ildə isə onun cavabdeh orqana yenidən müraciəti olmuşdur. Ondan tələb edilsə idi, bu sübutu məhkəməyə təqdim edərdi.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

17. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. ... 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.2-3. hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar: 5.3.2-3.1. soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi; 5.3.2-3.2. vətəndaşlığı; 5.3.2-3.3. yaşayış yeri; 5.3.2-3.4. birbaşa və ya dolayı benefisiar mülkiyyətçi olması; 5.3.2-3.5. hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası; 5.3.2-3.6. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması; 5.3.2-3.7. hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və (və ya) mülkiyyət zəncirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payı; 5.3.2-3.8. hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat. 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. ... Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. ...

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdehə ilkin müraciəti və məhkəməyə təqdim etdiyi iddia ərizəsi “xxxx” X4 vergi ödəyicisi kimi uçota alınmaqla şəhadətnamə verilməsi ilə bağlı olsa da, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbini dəqiqləşdirərək “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə tənzimlənir.

28. Həmin Qanunun 5-ci maddəsində hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciətə dair tələblər, eləcə də, 9-cu maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasına dair xüsusatlar müəyyən edilmişdir.

29. Hazırkı iş üzrə iddiaçının cavabdehə ilkin müraciəti “xxxx” X4 vergi ödəyicisi kimi uçota alınmaqla şəhadətnamə verilməsindən ibarət olmuş, cavabdeh də öz növbəsində həmin məsələnin Vergi Məcəlləsinin 34-cü maddəsi ilə deyil, məhz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə tənzimləndiyini bildirmişdir. Bundan sonra, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbini dəqiqləşdirmiş və “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair iddia irəli sürmüşdür.

30. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehə dəqiqləşdirilmiş tələblə bağlı müraciət etməməsi barədə gəldiyi nəticəni qəbul etmədiyini, cavabdehin etirazından sonra “xxxx” X4na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etdiyini bildirir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının məhz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 5-ci maddəsində göstərilən tələblərə uyğun ərizə ilə cavabdehə müraciət etməsi sübuta yetirilməmişdir. Nə qədər ki, iddiaçı hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatı ilə bağlı qanunvericiliyin tələblərinə uyğun (müvafiq ərizə forması və ona əlavə edilməli sənədlər) şəkildə cavabdehə müraciət etməmişdir, belə olan halda, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmadığına əvvəlcədən qiymət vermək mümkün deyildir.

32. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, iddiaçı hazırkı halda cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmədiyindən iddia mümkün sayıla bilməz.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı Xəlilov Əflatun Əbülfət oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar