Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3207/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Səfərov Fəxrəddin Heydər oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzib ati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20N-cu il 7 avqust tarixli 21(103)-1875/20N nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 10 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Mərkəzi Arxivin 2018-ci il 11 iyul tarixli, 9/2-N nömrəli arayışına əsasən iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə sənəd olmadığından, ərizənin icrası mümkün deyildir. İddiaçı 2018-ci il 14 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəs i ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, N92-ci il 16 mart tarixdə könüllü olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq etmişdir. N92-ci il 11 may tarixindən N92-ci il 2 sentyabr tarixədək Füzuli rayonunun döyüş bölgəsində erməni quldurlarına qarşı vuruşmuşdur. Mərkəzi Arxivin arayışında qeyd edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N92-ci il 6 mart tarixli 1 nömrəli əmri ilə manqa komandiri, döyüş maşınının komandiri sıravi x1 şəxsi heyətin siyahısına s alınmışdır. İddiaçının hərbi biletində N92-ci il 16 mart tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına salınmağı barədə qeyd edilmişdir. N92-ci il 2 sentyabr tarixdə N nömrəli hərbi hissədən tərxis olunmağı barədə qeyd edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna iddiaçı barəsində cinayət işi istintaq edilməsinə və ya təqsirləndirici material olub-olmaması barədə müraciət edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 2018-ci il 7 dekabr tarixli, HP01/570 saylı məktubunda göstərilmişdir ki, Qarabağ Hərbi Prokurorluğunda “hərbi hissəni özbaşına tərk edən şəxsi heyətin siyahıları” mövcud deyildir. 2018-ci il 11 iyul tarixli, 9/2-N nömrəli məktubunda hərbi hissəni özbaşına tərk edib-etmədiyi barədə məlumat verilməmişdir. O, rəsmi qaydada hərbi hissədən tə rxis olunmuşdur. Həmin hərbi hissənin komandirinin səhlənkarlığı ucbatından nizami hissə üzrə əmrlərində məlumat qeyd edilməmişdir. Bu səbəbdən də, iddiaçı müharibə veteranı adını və vəsiqəsini ala bilmir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20N-cu il 14 fevral tarixli 2-1(81)-971/20N nömrəli qərardadı ilə iş ərazi aidiyyətı üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərəkcavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının əsl cavabdeh Azərbay can Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20N-cu il 29 may tarixli 2-1(82)-1538/20N nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20N-cu il 29 may tarixli 2-1(82)-1538/20N nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının N92-ci il 16 mart tarixdən N92-ci il 2 sentyabr tarixədək Azərbaycan Respublikası nın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə təsdiq edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20N-cu il 7 avqust tarixli 2-1(103)-1875/20N nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 20N-cu il 27 avqust tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 20N-cu il 24 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, hərbi biletdə iddiaçının N92-ci ilin sentyabr ayınadək xidmət etməsi və ehtiyata buraxılması barədə qeydlər Mərkəzi Arxivin arayışı ilə təsdiq olunmamışdır. Buna görə də, həmin qeydlər “İnzibati icraat haqqında” Qanunun Ncu maddəsinə əsasən mötəbər sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı “N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən b aşqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli, 422 №-li Qərarına əsasən: “...Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Müdafiə nazirinin N98-ci il 6 yanvar tarixli, 4 №-li Əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müh aribə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar mütləq təqdim edilməlidir. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri araşdırmamış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12, 82-ci maddələrinin tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmi ş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtlərimüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvə lər veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələri nin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və m üvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; - Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İşin materiallarına görə, iddiaçı hal hazırda hərbi xidmətdə (qulluqda) deyil. İddiaçının hərbi xidmətdən ehtiyata və istefaya buraxıldığına dair normanın tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində x1 xidməti barədə məlumatın aşkar edilməməsi dəlillərini qəbul etməmişdir. Belə ki,...iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N92-ci il 16 mart tarixdən N92-ci il 2 sentyabr tarixədək döyüş əməliyyatları aparan N hərbi hissədə hərbi xidmət keçməsi (hərbi hissəyə daxil edilməsi və tərxis olunması) və döyüş əməliyyatlarında iştirak et məsi faktı NZ seriyalı ******* nömrəli hərbi biletində və işdə olan 2018-ci il 11 iyul tarixli, 9/2-10460 saylı arxiv arayışında öz təsdiqini tapır. Arxiv arayışında N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində x1 xidməti barədə məlumatın aşkar olunmaması səbəbindən ona “Müharibə veteranı” adının və vəsiqənin verilməməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “Veteranlar haqqında” Qanuna əsasən, “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır.... N92-ci il 16 mart tarixdən N92-ci il 2 sentyabr tarixədək Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etməklə iddiaçının Azərbaycan Res publikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi tam təsdiq edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Belə ki, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin də tələbindən göründüyü kimi, müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin Müdafiə Nazirliyi tərəfindən verilməsi üçün (1) şəxsin hal-hazırda xidmət keçməsi (qulluq etməsi), yaxud (2) ehtiyata və istefaya buraxılmış olması şərtdir. İddiaçının və apellyasiya instansiyası məhkəməsinin istinad etdikləri hərbi biletdə (işdə olan kserosurətində) iddiaçının hərbi hissəyə daxil edilməsi və hərbi hissədən buraxılmasına dair qeydlərdə düzəlişlər edilmişdir. İddiaçının hərbi hissəyə daxil edilməsi tarixi arxiv arayışı ilə təsdiq olunsa da, hərbi hissədən buraxılmasına dair qeyddəki düzəlişin mötəbərliyini təsdiq edən sübut işdə yoxdur. Həmin xüsusatın yoxlanılması və qeydin mötəbərliyinin təsdiq edilməsi həm də ona görə əhəmiyyət kəsb edir ki, Əsasnamənin tələbi nəzərə alınmaqla, iddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrlərini və ya arxiv arayışlarını əldə etmək mümkün olmadıqda, məhkəmə iddiaçının tələbinin əsaslılığını işdə mövcud olan mötəbər (əsaslı şübhələrdən azad) sübutlarla yoxlamalı və onlara qiymət verməlidir. İPM-in 12-ci maddəsinin (İşin hallar ının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri hazırkı işdə təmin olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddə lərinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20N-cu il 7 avqust tarixli 2-1(103)-1875/20N nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3207/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3207/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver