Məhkəmə qərarları › İş №2-1(102)-3208/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3208/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3208/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3208/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçı xüsusi rütbəli ədliyyə orqanı işçisi olmuşdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2047/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1973-cü il tarixindən xxxx 2000-ci il tarixinədək Penitensiar Xidmətdə xüsusi rütbəli kiçik rəis heyəti qismində müxtəlif cəzaçəkmə müəssi sələrində nəzarətçi vəzifəsində xidmətdə olduğunu, xxxx 2018-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Nazirlər Kabinetinin xxxx 2008-ci il tarixli, 123 saylı Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na əsasən qərarın qüvvəyə mindiyi tarixdən hesablanaraq ona ödənilməsini xahiş etdiyini, sonuncu, xxxx 2019-cu il tarixli məktubla Ədliyyə orqanlarında Penitensiar Xidmətin hərbi qulluqçuları ədliyyə orqanlarının işçiləri hesab olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2008-ci il 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın iddiaç ıya şamil olunmadığına istinad etməklə, müraciətdən imtina etdiyini, halbuki, xxxx 1993-cü il tarixli 399№ Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Daxili İşlər Nazirliyinin İslah İşləri İdarəsinin, tabeliyində olan bütün müəssisələr birlikdə Ədliyyə Nazirliyinin tərkibinə verildiyini, 212 saylı əmrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 6500 saylı mühafizə alayının tərkibində fəaliyyət göstərən nəzarətçilər heyətinin X2 tərkibinə verildiyini, həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.4-cü maddəsində hərbi qulluqçuların penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçdiklərini, həqiqi hərbi xidmətdə olan əsgərlərin penitensiar müəssisələrin mühafizəsini, həmçinin məhkumların müşayətini həyata keçirdiyini və müşayət taborunda xidmət edən digər hərbi rütbəli kiçik və orta rəis heyətində olan hərbiçilər olduğunu, onun isə bilavasitə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin müəssisə daxilində nəzarətçi işlədiyini, hərbi qulluqçuların müəssisə daxilində xidmətə buraxılmadığını bildirərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədəqərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-1311/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir(hakim –E.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2047/2019 saylı qərarı ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq İddiaçı ödəni lməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının xüsusi rütbəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur, bununla da iddiaçı hərbi rütbəli şəxs hesab edilir, "Əmək pensiyaları haqqında" Azər baycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanlarında (qeyd olunan icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi də daxildir - "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xxxx 2006-cı il tarixli, 499 nömrəli fərmanının 2.3cü maddəsinə əsasən) və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir, Qanun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xidmət edən hərbi rütbəli şəxsləri hərbi qulluqçu hesab edir, beləliklə, iddiaçı hərbi qulluqçu hesab edildiyindən, ona "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqq verilməsi” Qaydalarında ədliyyə orqanları işçiləri üçün nəzərdə tutulmuş qaydada əlavə haqq hesablana bilməz, həmçinin iddiaçıya xidmət illərinə görə Azərbaycan Respublikası “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçu kimi pensiya təyin edilmiş, iddiaçı 2000-ci ildən etibarən həmin pensiyanı almış və heç vaxt pensiyanın təyin edilmə əsasını mübahisələndirməmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarix li qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)2047/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1950-ci il tarixdə anadan olmuş İddiaçı, əmək kitabçasına əsasən xxxx 1973-cü il tarixdən xxxx 2000-ci il tarixədək Penitensiar Xidmətdə xüsusi rütbəli kiçik rəis heyət i qismində müxtəlif cəzaçəkmə müəssisələrində nəzarətçi vəzifəsində xidmətdə olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən verilmiş № ******nömrəli, xxxx 2000-ci il tarixli vəsiqəyə görə İddiaçı xidməti ilinə görə Azərbaycan Respublikasının “Hərbi qulluqçuların pensiya təminatı” Qanununa uyğun olaraq xxxx 2000-ci ildən pensiya təyin olunmuş, iddiaçı, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona ödənilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2019-cu il tarixli məktubla “Ədliyyə orqanlarında Penitensiar Xidmətin hərbi qulluqçuları ədliyyə orqanlarının işçiləri hesab olunma dığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2008-ci il 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın iddiaçıya şamil olunmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsinə əsasən həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur, həm “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda, həm də pensiya qanunvericiliyində hərbi qulluqçu hesab edilən şəxslərin anlayışı verilmiş, Azərbaycan Respublikası Ədliy yə Nazirliyinin xxxx 1997-ci il tarixdən qüvvəyə minmiş əmri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 6500 saylı mühafizə alayının tərkibində fəaliyyət göstərən nəzarətçilər heyətinin ştat vahidləri islah-əmək müəssisələrinin tərkibinə verilmiş, iddiaçı Penitensiar Xidmətdə nəzarətçi vəzifəsində işlədiyindən və xüsusi rütbəsi olduğundan (kiçik gizir), Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşı, yəni ədliyyə orqanı işçisi hesab edilir, beləliklə, iddiaçı ədliyyə orqanı işçisi olduğundan, “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın normaları ona şamil edilməklə cavabdeh tərəfindən müvafiq əlavələr nəzərə alınmaqla, pensiyası yenidən hesablanmalıdır. İşə kass asiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslər hərbi qulluqçular hesab olunurlar. “Ədliyyə orqanlarında qullu q keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə görə isə Penitensiar Xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra əməkdaşlar) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdir. Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Qanunun 33.4-cü maddəsinə əsasən hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. Qanunun 35.1-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşlarının və mülki işçilərinin qulluq keçmə qaydası və şərtləri bu Qanunla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunun 35.2-ci maddəsinə əsasən penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunun 20.2.4-cü maddəsinə əsasən ədliyyə giziri kiçik rəis heyətinə aid edilən xüsusi rütbədir. «Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında” A zərbaycan Respublikası Prezidentinin xxxx 1993-cü il tarixli, 399 №-li Fərmanı ilə həmin tarixdən Azərbaycan Respublikası DİN-nin İslah İşləri İdarəsi tabeliyindəki bütün müəssisələrlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibinə verilmiş, beləliklə Ədliyyə Nazirliyi həmin müəssisələrin hüquqi varisi olmuş və o, bu müəssisələrlə bağlı əvvəllər mövcud olan hüquq münasibətlərinin daşıyıcısına və davamçısına çerilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə onların ədliyyə orqanlarınd a xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə işlədiyi müddət (2.1.1), ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət (2.1.2), ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət (2.1.3), ədliyyə orqanlarında stajorluq və sınaq müddəti (2.1.4), ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət (2.1.5), məzuniyyət dövrləri (2.1.6), ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət (2.1.7), peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət (2.1.8) və ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət (2.1.9) daxildir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsinə əsasən həmin orqanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumu olduğunu, həm “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda, həm də pensiya qanunvericiliyində hərbi qulluqçu hesab edilən şəxslərin anlayışının verildiyini, iddiaçı Penitensiar Xidmətdə nəzarətçi vəzifəsində işlədiyindən və xüsusi rütbəsi olduğund an (kiçik gizir), ədliyyə orqanı işçisi hesab edildiyini, buna görə də “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın normaları ona şamil edilməklə cavabdeh tərəfindən müvafiq əlavələr nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmalı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassa siya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2047/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-2047/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar