Məhkəmə qərarları › İş №2-1(102)-3209/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3209/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3209/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Bakı şəhəri Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla iş Departamentinin cavabdeh “X2 Birliyi”nə qarşı iş üzrə QƏRAR Açar söz: məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Xəyal Sarıyevin və vəkili İsmayıl Əhmədin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı şəhəri Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla iş Departamentinin cavabd eh “X2 Birliyi”nə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2-1(103)-162/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş İdarəsi hazırda Bakı şəhəri Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla iş Departamentinin cavabdeh “X2 Birliyi”nə qarşı cavabdehin 01.07.2016-cı il tarixə 3194,66 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış bor cunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli, 909 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, təşkilatihüquq formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərləri məcburi dövlət sosial sığorta haqlarının ödənişləri ilə eyni vaxtda Dövlət Sosial Müdafiə Fonduna tam ödənilməsinə şəxsən məsuliyyət daşıyırlar. 12 fevral 1997-ci il tarixli 250-İQ “Sosial sığorta haqqında“ Qanunun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqını vaxtında ödəməyən və ya ödənilməsini gecikdirən sığorta edənə DSMF-nin orqanları tərəfindən xəbərdarlıq edilir. Xəbərdarlıq müddətində bu hərəkətlər sığorta edən tərəfindən aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürülmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olunmaqla) aparılması qanunvericiliklə müəyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığorta edənlərin fəaliyyətinin dayandırılması və əmlakların satılması yolu ilə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırılır. Birinci instansiya məhkəməsinin 22.06.2017-ci il tarixli iş № 2-1(81)-3116/2017, (sədrlik edən hakim Ş.Məmmədova) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.06.2 017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26.10.2017-ci il tarixli iş № 2-1(103)-2180/2017 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və S.Hüseynov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 22.06.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 26.10.2017-ci il tarixli qərarının ləğv edilməsini, iddianınrədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20.02.2018-ci il tarixli iş № 2-1(102)297/2018 (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, A.Hüseynov və X.Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 2-1(103)2180/2017 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin26.04.2018-ci il tarixli iş № 2-1(103)-1134/2018 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və SA.Nuriyeva) qərardadı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 22.06.2017-ci il tarixli qərarının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsiqərara alınmışdır. Birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli iş № 2-1(81)-3344/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08.08.2019-cu il tarixli iş № 2-1(103)-162/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və R.Qurbanov) qərarı ilə apelyasiya şika yətininqismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia qismən təmin edilərək, cavabdehdən 01.10.2011-01.01.2014-cü il tarixədək yaranmış 2155,52 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcun tutulması, iddianın qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin qərarında məhkəmə birinci instansiya məhkəməsinin qərarının ləğvini yalnız iddia müddətin tətbiq edilməsi iləəsaslandırmışdır. Məhkəmə belə bir nəticəyə gəlmək üçün, AR KM-si Plenumunun 12.01.2014-cu il tarixli, 15 iyul 2014-cü il tarixli və 24.05.2019-cu il tarixli qərarlarına istinad etmişdir. Hansı ki, bu qərarlarda bilavasitə müddətintətbiqini istisna edən məsələ öz əksini tapmamışdır. Müddətin inzibati işlərdə sığorta işlərində tətbiqini istisna edən norma yalnız noyabr 2018-ci ildə qanuna əlavə olunmuşdur. Məhkəmə eyni zamanda AR VM-nin 85.4 və 85.5-1-ci maddələrinə istinad etmişdir. Hansı ki, bu norma qanuna 27.11.2018-ci il tarixdə əlavə edilmişdir.Məhkəmə tərəfindən qeyd olunan normativ aktlara istinad edilməsi AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə ziddir. Digər hal ondan ibarətdir ki, birinci instansiya məhkəməsində iddiaçıdan Məhkəmə qaydasında (hakim tərəfindən) tələb olundu ki, tələb edilən məbləğinhansı illər üçün olmasına dair sənəd təqdim olunsun. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş hesabatların, heç birində“X1 Birliyin” möhürü yoxdur. Hesabatlarda müəssisənin möhürü və səlahiyy ətli şəxslərin imzaları mövcud olmadığı kimi,ümumiyyətlə Bakı Apelyasiya Məhkəməsinin qərarında qeyd olunan tarixlərdə, yəni 01.10.2011-ci ildən 01.01.2014-cü il tarixə qədər hər hansı bir işçilərə əmək haqqıhesablanmamış və ödənilməmişdir. Lakin məhkəmə iş materialları əsasında deyil, vaxtı ilə 2011-ci ildə eyni hakim, eyni tərəflər arasında işə baxdığı üçün həmin dövrdən sonrakı vaxtdan müəssisənin fəaliyyətinin rəsmi dayandırıldığı müddətə qədər iddiaçının iddiasını təmin etməsi əsassız olmuşdur. Əmək haqqı hesablamadan və ödənilmədən sosial ödəniş öhdəliyi yaranmır.Məhkəmə səhv nəticəyə gəlmiş və qanunu düzgün tətbiq etməmişdir. Çünki müəssisə fəaliyyətini dayandırana qədər işçilərin işdən çıxartmaq məcburiyyətində olmaqla heç bir əmək haqqı hesablanmamış və ödənilməmişdir.Belə olduğu halda sığorta məbləğini ödəmək öhdəliyi yaranmır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2-1(103)162/2019 saylı qərarının ləğv edilməsini, yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2-1(103)162/2019 saylı qərarının ləğv edilməsini, yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İ.Əhmədkasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixliqərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixliqərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsiX.Sarıyev də, iddiaçının vəkili İ.Əhmədin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin tə min edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 08 avqust 2019-cu il tarixli, 2-1 (103)-162/2019 saylı qərarla apelyasiya şikayətininqismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 09.10.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia qismən təmin edilərək, cavabdehdən 01.10.2011-01.01.2014-cü il tarixədək yaranmış 2155,52 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gələrkən Vergi Məcəlləsinin 1.4-cü maddəsinə “Sosial sığorta haqqında” Qanunun 9.1.1, 10, 14-cü maddələrinə, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə b u məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orq ana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Qeyd edilən normadan göründüyü kimi, vergi orqanının Vergi Məcəlləsinin 65-ci maddəsində təsbit olunan sərəncamı icra (ödəniş) sənədi olmaq la, “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 2.0.11, 64 və 81-ci maddələri anlamında icrası məcburi olan, barəsində çıxarılmış şəxsin hüquqi vəziyyətində neqativ dəyişikliklər yaradan, onun hüquqlarını məhdudlaşdıran əlverişsiz (yükləyici) inzibati aktdır, sərəncamın icrası banklar üçün də məcburi olduğu üçün vergi ödəyicilərinin hesablarından borcların dövlət büdcəsinə alınması üçün, əlavə olaraq hər hansı məhkəmə qərarına ehtiyac duyulmadan, kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlarınməcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.İnzibati a ktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Qeyd olunan normanın mübahisəyə tətbiqi göstərir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən f əaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu öz fəaliyyətində rəhbər tutmalı olan inzibati orqan kimi iddiaçı da sözügedən qanunvericilik aktının tələblərinə əməl etməklə, öz hüquq və vəzifələrinin həyata keçirilməsində ən səmərəli, qənaətli və effektiv imkanlardan istifadə etməlidir. Bu mənada, hazırkı iddia ilə tələb olunan borc məbləğinin tutulması barədə inzibati akt (qərar) qəbul edərək, iddiaçı onun icraya yönəldilməsini və icrasını təmin etməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üz rə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutm a məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdədə tətbiq olunur. Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23-cü maddəsinin 23.1.15-1-ci bəndinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədik də yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə tənzimlənir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instan siya məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35.1, 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli 21(103)-162/2019 saylı qərarı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılmasın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar