Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3209/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024cü il tarixli, 2-1(103)-2624/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 25.07.1977- xx.xx.1977 08.12.1977- xx.xx.1979 (hərbi xidmət) 19.01.1980- xx.xx.1992 (rəngsaz) xx.xx.1992- xx.xx.2005 (texnoloji qurğuların operatoru) 12.01.2006- hal-hazıradək (texnoloji qurğuların operatoru)
2. Heydər Əliyev adına X3 tərəfindən verilmiş 7 iyun 2023-cü il tarixli və 27 iyul 2023cü il tarixli güzəştli arayışlarda göstərilmişdir ki, iddiaçı Heydər Əliyev adına X2 ümümzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın çirkab suların bioloji tə mizlənməsi üzrə xidmət sahəsinin texnoloji qurğuların operatoru vəzifəsində çalışır. Həmin struktur bölmə tərəfindən verilmiş məlumatda qeyd edilmişdir ki, zavodun çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 N-li sahənin əsas vəzifəsi istehsal sahələrindən axıdılan çirkab suları bioloji təmizləmə qurğularında təmizləmək, zavodun bütün sahələrini texniki və içməli su ilə təmin etməkdən ibarətdir. İddiaçı X3nda işlədiyi dövr ərzində müəyyən edilmiş əmək şəraiti ağır, eyni zamanda zərərli peşə və vəzifələrin Siyahısına uyğun olaraq (iş şəraitinin amilləri: səsin səviyyəsi, ümumi titrəmə və ammonyak) iddiaçının vəzifə maaşına 12% artım əmsalı tətbiq edilmişdir.
3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müra ciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının təqdim etdiyi ARDNŞ Heydər Əliyev adına X2 27 iyul 2023-cü il tarixli arayışında işlədiyi sahə və vəzifənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyğun olması barədə hər hansı məlumat göstərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, 25 iyul 1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1977 – 1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra əmək fəaliyyətini davam etdirmişdir. Hazırda hal-hazırda Heydər Əliyev adına X2 ümümzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın çirkab suların bioloji təmizlənməsi üzrə xidmət sahəsinin texnoloji qurğuların operatoru vəzifəsində çalışır. İşlədiyi sahə zərərli iş sahəsidir və fəaliyyət istiqaməti Zavodun çirkab sularının bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahədə istehsa sahələrindən axıdılan çirkab sudan bioloji təmizlənmə qurğularında təmizləmək, Zavodun bütün sahələrini texniki su ilə təmin etməkdən ibarətdir. İş yeri tərəfindən verilmiş 7 iyun 2023-cü il tarixli 14-227/2-972 nömrəli ara yışa əsasən Heydər Əliyev adına X2 ümümzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın çirkab suların bioloji təmizlənməsi üzrə xidmət sahəsinin texnoloji qurğuların operatoru vəzifəsi müəyyən edilmiş əmək şəraiti ağır, eyni zamanda zərərli peşə və vəzifələrin siyahısına uyğun olaraq (iş şəraitinin amilləri: səsin səviyyəsi, ümumi titrəmə və ammonyak) iddiaçının vəzifə maaşına 12% artım əmsalı tətbiq edilmişdir. Bu isə, öz növbəsində iddiaçının zərərli sahədə işləməsini göstərir. İddiaçı tərəfindən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı müraciət edilmişdir. Lakin iddiaçının işlədiyi sahə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda mövcud olsa da, cavabdeh onun əmək funksiyasının həmin siyahıda qeyd edilmiş eyniadlı peşənin əmək funksiyasına uyğun gəlməməsini səbəb gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, hal-hazırda onun 64 yaşı var və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1-ci yarımbəndinə əsasən istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər – neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdir ilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr – texnoloji qurğuların operatorları vəzifəsi güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa hüququnu verir. İş yerindən verilmiş 27 iyu l 2023-cü il tarixli 14-227/2-1486 nömrəli arayışa əsasən işlədiyi sahə və vəzifə həmin Siyahıda əks olunmuşdur. 7 iyun 2023-cü il tarixli 14-2-27/2-972 nömrəli arayışa görə isə, iddiaçının vəzifə maaşına 12% artım əmsalı tətbiq edilmişdir. X1 adına X2 çirkab sularının bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahənin çirkab suları bioloji təmizlənmə qurğularında 5-ci dərəcəli texnoloji qurğuların operatoru vəzifəsinin peşə təlimatına əsasən onun funksional fəaliyyəti birmənalı formada zərərli peşə və vəzifələr siyahısına aiddir. Göründüyü kimi, kifayət qədər əsas var ki, iddiaçının funksional fəaliyyəti zərərli peşələrə aiddir, lakin cavabdeh ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsinə imtina etmişdir. İddiaçı hesab edir ki, ona güzəştli şərtlərlə p ensiyası qanunla müəyyən edilmiş 60 yaşdan hesablanmaqla ödənilməlidir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının müvafiq bəndi yalnız təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə istehsalatda məşğul olan fəhlələr, o cümlədən texnoloji qurğuların operatorları vəzifəsində işləyənlərə də şamil olunmalıdır. Bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. İstehsalatda məşğul olan fəhlələr, o cümlədən texnoloji qurğuların operatorları məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər.
6. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-2635/2024 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, iddiaçıya 11 may 2019-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının istehsalatın müvafiq sahəsində iş lədiyi “texnoloji qurğuların operatoru” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid edilməməsinə əsas mövcud deyil.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(103)-2624/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan ARDNŞ Heydər Əliyev adına X2 verdiyi 27 iyul 2023-cü il tarixli arayışda, eləcə də həmin Zavodun “Çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahənin çirkab suların bioloji təmizlənməsi üzrə texnoloji qurğusunda 5-ci dərəcəli texnoloji qurğuların operatorunun peşə təlimatı”nda müvafiq vəzifənin xüsusiyyətləri, o cümlədəm nəzarət dairəsi üzrə fəaliyyətinə aid əlamətlər əks olunmuşdur.
12. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci, Əmək Məcəlləsinin 87-ci maddələsinə istinad etmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmadığından üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
15. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1-ci maddəsinin tələblərinə zidd olaraq işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tamvə hərtərəfli araşdırılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “İnzibati icraat haqqında” Qanun. Maddə 19.Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən a sılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən baş qa), kömürün və şistin emalı: 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr:... texnoloji qurğuların operatorları
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməs inin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
30. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan kişiyə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
31. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının y aşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
32. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə isə, apellyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi kimi, iddiaçının çalışdığı “əmtəə operatoru” vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir.
33. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış da təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Heydər Əliyev adına X3 tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarda göstərilmişdir ki, iddiaçı Heydər Əliyev adına X2 ümümzavod təsərrüfatı üzrə 10 nömrəli iste hsalatın çirkab suların bioloji təmizlənməsi üzrə xidmət sahəsinin texnoloji qurğuların operatoru vəzifəsində çalışır, zavodun çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 N-li sahənin əsas vəzifəsi istehsal sahələrindən axıdılan çirkab suları bioloji təmizləmə qurğularında təmizləmək, zavodun bütün sahələrini texniki və içməli su ilə təmin etməkdən ibarətdir. İddiaçı X3nda işlədiyi dövr ərzində müəyyən edilmiş əmək şəraiti ağır, eyni zamanda zərərli peşə və vəzifələrin Siyahısına uyğun olaraq (iş şəraitinin amilləri: səsin səviyyəsi, ümumi titrəmə və ammonyak) iddiaçının vəzifə maaşına 12% artım əmsalı tətbiq edilmişdir.
34. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur.
35. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
36. İddiaçının iş yerindən təqdim edilmiş arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
37. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı, eləcə də 25 ild ən artıq ümumi iş stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.
38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 21(103)-2624/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.