Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-321/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (üzvlük kitabçası, bağ sahəsinə çıxarışın verilməsi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Allahverdiyev Qəhrəman Əli oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinin mövcud vəziyyətdə dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-260/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, «Avtomobilçi» bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı, xx.xx.1998-ci il tarixli protokolundan çıxarışa əsasən, bağçılıq bostançılıq cəmiyyətində məişət avadanlıqları ü çün boş saxlanılmış 16-cı Cənub küçəsi ünvanında yerləşən, sahəsi 1.200 kv.m. olan 172 nömrəli bağ sahəsi zavodun işçisi İddiaçı (bundan sonra mətndə iddiaçı) daimi istifadəsinə verilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən 172 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməmiş və bildirmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığının ayrıc aktından kənarda y erləşir və bir hissəsi digər bağçılığın ərazisinə düşür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, bağ sahəsinin mövcud vəziyyətdə dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, «Avtomobilçi» bağçılıq bostançılıq cəmiyyətinin 34 saylı, xx xxxxxxx 1998-ci il tarixli protokoluna əsasən ona xxxx16-cı Cənub ünvanında yerləşən 172 saylı, sahəsi 1200 kv.m olan bağ sahəsi ayrılıb verilmişdir. Sahə onun tərəfindən təmizlənmiş, abadlıq işləri görülmüşdür. Hal-hazırda mişar daşları ilə hasarlanmışdır və onun istifadəsindədir. O, tikinti işləri aparma q üçün bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəlmiş və bu məqsədlə xx.xx.2017-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu xx xxxxxx 2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)549/2018 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 16-cı Cənub küçəsində yerləşən, sahəsi 1.200 kv.m. olan 172 saylı bağ sahəsinə mövcud vəziyyətdə iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edil mişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya torpaq sahəsi ayırmış bağçılıq haqqında məlumatın cavabdehin arxivində olmaması onun iradəsindən asılı olan hal deyil və bu əsasla onun mülkiyyət hüquqları pozula bilməz. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(103)-1089/2018 saylı qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və S.Q.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1611/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.A.Dadaşov, hakimlər: A.S.Hüseynov və S.Ə.Hüseynova) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(103)1089/2018 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-260/2019 saylı qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa, göstərilən sahə bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir və bir hissəsi digər bağçılığın ərazisinə düşür. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmələr isə qeyd olunan halları nəzərə almayaraq hər hansı hüquqi əsas olmadan qanunsuz qərarlar qəbul etmişlər. Daha sonra şikayətdə qeyd edilir ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahat ları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxı mdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sah ələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyes trindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müq avilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, qanunverici «Daşınmaz əmlakın dövlət reye stri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün yetərli əsas hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi bağ sahənin ona istifadəyə verilməsinə dair “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı, xx xxxxxxx 1998-ci il tarixli protokol qərarını və bununla əlaqədar olaraq ona verilmiş 267 saylı bağçının üzvlük kitabçasını təqdim etmişdir. Nəzərə almaq lazımdır ki, həmin sənədlərin mötəbərliyi hər hansı qaydada mübahisələndirilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci ma ddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin ap arılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından istisnaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Kassasiya şikayətindəki dəlillərin əsassızlığı ilə bağlı olaraq isə kollegiya aşağıdakılar qeyd edir. İlk növbədə nəzərə almaq lazımdır ki, iddiaçıya ayrılmış sahənin bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşdiyini və bir hissəsinin digər bağçılığın ərazisinə düşdüyünü bildirsə də, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də, sözügedən dəlil əsassızdır. Bundan əlavə iş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndis texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 13574 saylı ekspert rəyindən görünür ki, naturada müəyyən edilmiş sah ə elektron baza məlumtlarına əsasən “Avtomobilcı” Bağcılıq-bostançılıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşir və göstərilən sahənin bir hissəsi “Avtomotoxidmət-servis” bağçılıq yoldaşlığın ərazisinə düşür. Hazırkı iş üzrə mütəxəssis rəyi vermiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi Azər Nəbizadənin apelyasiya instansiya məhkəməsinin iclasındakı izahatından müəyyən olunmuşdur ki, onun mübahisəli sahə ilə bağlı sorğusuna cavabdeh tərəfindən elektron baza məlumatları deyil, məlumat xarakterli məktub ünvanlanmış, o da həmin məktubdakı məlumatları əsas götürərək mütəxəssis rəyini tərtib etmişdir. Göründüyü kimi, mütəxəssi s rəyi elektron baza məlumatlarına əsasən deyil, cavabdehin verdiyi məlumatlar əsasında yazıldığından, apelyasiya instansiyası məhkəməsi bu mütəxəssis rəyi əsasında tərtib edilmiş ekspertiza rəyini əsaslı olaraq mötəbər sübut kimi qəbul etməmişdir. Ekspertiza rəyinin əsassızlığı bir də cavabdehin ekspertizadan sonra apelyasiya instansiya məhkəməsinə təqdim etdiyi “Avtomobilçi” bağçılıq cəmiyyətinə və “Avtomotoxidmət-servis” bağçılıq yoldaşlığa aid ayrıc aktları ilə təsdiq olunur. Belə ki, qeyd edilən ayrıc aktları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi Azər Nəbizadəyə təqdim edilmiş və onun izahatından müəyyən edilmişdir ki, bu tip ayrıc aktları lal xəritə adlanır və bu ayrıc aktlarında (xəritədə) koordinat və istinad nöqtələrinin məsafə bucağı göstərilmədiyindən, bu ayrıc aktları əsasında iddiaçıya aid bağ sahəsinin “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinə aid torpaq sahəsində və yaxud ondan kənarda yerləşib yerləşməməsini müəyyən etmək olmaz. Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirir. Cavabdehin istinad etdiyi ikinci dəlil isə ondan ibarətdir ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, işdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının 188 nəfərdən ibarət ilkin siyahısında olmamışdır. Lakin daha sonra “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı, xx xxxxxxx 1998-ci il tarixli protokol qərarı ilə ona mübahisəli bağ sahəsi verilmişdir. Həmin qərarda da bu məsələ ilə bağlı aşkar şəkildə göstərilmişdir ki, ilkin olaraq 188 nəfər üzv olub və 12 bağ sahəsi boş saxlanılıb. İddiaçıya isə sonralar həmin boş saxlanılmış bağlardan biri verilmişdir. Bununla da, iddiaçı faktiki olaraq bağçılıq yoldaşlığının siyahısına sonradan daxil edilmişdir. İşin bu halı Bakı Avtomobil Sənaye ASC-nin Həmkarlar Komitəsinin Sədri, eyni zamanda “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin üzvi olmuş X4 izahatı ilə də təsdiq olunmuşdur. Belə ki, şahid X5 apelyasiya instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Bakı ŞİH-nin 1998-ci il tarixli qərarına əsasən 188 nəfər olmaqla zavod işçilərinin hərəsinə 500 kv.m. bağ sahəsi ayrlmışdır. Həmin bağcılığın ərazisində ərazidə məişət avadanlıqları yerləşdirmək üçün torpaq sahəsi saxlanılmışdır. Sonradan bu torpaq sahəsini 6 sot olmaqla 7 nəfərə verilmiş və onların adlarının bağçılığın siyahısına əlavə edilməsi üçün ŞİH-nə müraciət edilmişdir, həmin 7 nəfərin içərisində İddiaçı da adı olmuşdur. İşin sadalanan faktiki hallarından görünür ki, cavabdehin imtina üçün qeyd etdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla nəzərdə tutulmuş hüquq və manefələrini pozmuşdur. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Ha kimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Başqa sözlə, proses iştirakçılarının göstərişi ilə üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, həmin normanın təhlilindən görünür ki, belə cəlbetmə məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə isə bu hüququ o zaman reallaşdıra bilər ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Ha zırkı halda isə belə bir ehtimal yaranmadığı üçün haqlı olaraq məhkəmələr Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini üçüncü şəxs kimi işə cəlb etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qəra rda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-260/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli
Məhkəmə qərarları › İş №2-1(102)-321/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-321/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver