Məhkəmə qərarları › İş №2-1(102)-321/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-321/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-321/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərraca görə ödənilmiş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca gör ə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2399/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxx 1978-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzi arasında ünvan 2 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinə dair 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə dövlət büdcəsinə 17.500 (on yeddi min beş yüz) manat məbləğində vəsait ödənilmiş və qeyriyaşayış sahəsinə dair iddiaçıya 30 oktyab r 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)-8709/2019 nömrəli qətnaməsinə əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 sentyabr 2017-ci il tarixli, 32/02 saylı protokolu, Mərkəzlə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qeyri-yaşayış sahəsinə dair İddiaçı verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış ləğv edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019cu il tarixli, 2(102)-8241/2019 nömrəli qərarına əsasən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələlər i üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 avqust 2019-cu il tarixli, 2(103)8709/19 nömrəli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək dövlət büdcəsinə ödənilmiş 17.500 manat vəsaitin qaytarılmasını xahiş etmişdir.

6. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 29 oktyabr 2020-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmi n Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.500 manat hərracın qalibi olduğu üçün ödənilən, 300 manat məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilən və əldən çıxmış fayda kimi 656 manat pulun, ümumilikdə 19.156 (on doqquz min bir yüz əlli altı) manat məbləğində pul vəsaitinin qaytarılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsini açıq hərrac yolu ilə AR ƏMDK-dan 13 sentyabr 2017-ci il tarixdə 17500 manata əldə etmişdir. 12 sentyabr 2017-ci il tarixdə hərracın nəticələrinə dair 32/02 saylı hərrac protokolu tərtib edilmiş, protokol əsasında 13 sentyabr 2017-ci il tarixdə onunla AR ƏMDK arasında 3603 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan X2 iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və onun əldə etdiyi qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(011)-487/2010 nömrəli qətnaməsi ilə X1 iddiası rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)-8709/19 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilərək, ünvan 3 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilərək l əğv olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən cavabdehlərdən biri kimi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(102)-8241/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yəni həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərək hərracın etibarsızlığı barədə qənaətə gəlsə də, tərəfindən hərracın qalibi olmağı üçün cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilmiş 17500 manat pulun ona qaytarılması barədə qətnamədə qeyd etməmiş, yəni tərəflərin əvvəlki vəziyyətini (restitusiya) bərpa etməmişdir. Bundan sonra məcbur qalıb cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, ona məhkəməyə müraciət etməyi bildirilmiş, yalnız məhkəmə qətnaməsi əsasında pulunun qaytarılacağı deyilmişdir. Hərrac üçün, yəni ünvan 3 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinin əldə edilməsinə görə ilkin beh daxil 17500 manat pul, daha sonradan hərracın etibarsızlığı ilə bağlı iddia qaldırılmasına görə vəkil tutaraq əlavə də 300 manat pul ödəmiş, eyni zamanda pulunun vaxtında qaytarılmamasına görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qərarından bu günə qədər 9 ay üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot-faiz dərəcəsinə görə əldən çıxmış fayda 656 manat təşkil edir. Cavabdeh tərəfindən ona kompensasiya kimi cəmi 19156 manat pul ödənilməlidir.

11. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. İddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 17 500 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının pul vəsaitini qanunsuz olaraq saxlamamış və onu qaytarmaqdan boyun qaçırmamışdır. İddiaçı tərəfindən müvafiq pul vəsaiti öz iradəsinə uyğun olaraq dövlət büdcəsinə ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti onu dövlət büdcəsindən iddiaçıya qaytarmaq imkanına malik olmadığından iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

12. Cavabdeh Maliyyə Nazirliyi iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi, iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyi, tələbdə qeyd olunan hərracda Maliyyə Nazirliyi heç bir tərəf olmadığı və müqavilə tərəfi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğu halda, iddianın Maliyyə Nazirliyinə qarşı yönəldilməsi anlaşılan deyildir. İnzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vu rulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Həmçinin iddiaçı vəkil xidmətinin göstərilməsi üçün ödəmiş olduğu 300 (üç yüz) manat pulun cavabdehlərdən qaytarılmasını tələb etsə də, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliy yətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni zamanda əldən çıxmış fayda kimi 656 (altı yüz əlli altı) manat pul tələbi ilə əlaqədar hər hansı bir sübut yoxdur.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6479/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abiyev) iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün ödənilən 17.500 (on yeddi min beş yüz) manat pul vəsaitinin iddiaçıya qaytarılması vəzifəsi Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliy yə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və 17500 manat haqq ödənilməklə alqı-satqı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu, alqı-satqı müqaviləsi və reyestrdən çıxarış etibarsız sayılmışdır. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Qərar icra edilərkən ödənilmiş 17500 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Dövlət büdcəsi hesabına Maliyyə Naz irliyindən alınmalıdır.

15. İddiaçının iddia tələbinin əldən çıxmış fayda kimi 656 manatın və hüquqi xidmət haqqı 300 (üç yüz) manatın ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmamışdır. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. İddiaçı tərəfindən hüquqi xidmət haqqı ilə bağlı xərcləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

16. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılma sını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-555/2022 nömrəli, 11 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması və s.” barədə iddiası mümkün sayılmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehlərdən iddia edilən məbləğin geri qaytarılmasının tələb edilməsi ilə bağlı münasibətlərdə cavabdeh orqan xüsusi hüququn s ubyekti - mülki dövriyyənin iştirakçısı kimi çıxış edir. Çünki əsassız varlanma anlayışı çərçivəsində cavabdehə ünvanlanmış pul tələbi ilə bağlı münasibətlərdə cavabdeh inzibati orqan yalnız ona xas olan hakimiyyət səlahiyyətlərini və eyni zamanda iddiaçının publik hüquq sahəsindən irəli gələn hüquqların təmin edilməsi ilə bağlı fəaliyyətini həyata keçirmir. Mübahisələndirilən hüquq (ödənilmiş pulun geri qaytarılması) publik hüquq sahəsinə aid edilən hüquq olmamaqla Mülki Məcəllənin mühafizə predmetinə aiddir və həmin hüququn təmin edilməsinə, yaxud edilməməsinə cavabdeh orqan tərəfindən qərar verilməsi cavabdeh orqanın müstəsna hakimiyyət səlahiyyətlərinə aid olmayaraq mülki hüquq və vəzifələri ilə bağlıdır. Hazırki tələb cavabdehlərin inzibati hüquq sahəsindəki fəaliyyəti, inzibati akt ı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil.

19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)844/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərba ycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək Nazirliyin vəzifələrindən biridir. Göründüyü kimi, iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən inzibati orqandır və dövlət büdcəsinə artıq ödənilmiş qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılması yalnız ona xas olan vəzifə olmaqla qanunla ona verilmiş hakimiyyət səla hiyyətlərinin tətbiq edilməsi ilə həyata keçirilən hərəkətdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə baxılan iddia mümkünlük şərtlərinə cavab verir, iddia tələbində irəli sürülən mübahisə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə aid olduğundan, iddia düzgün cavabdehlərə qarşı verildiyindən iddia mümkün sayılmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2399/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Na zirliyinə qarşı təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi və həmçinin məhkəmə iddia ərizəsinə təkcə müqavilə tərəfi olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə baxmalı olduğu halda, bu prosedura əməl etmədən Maliyyə Nazirliyini faktiki olaraq cavabdeh qismində tanıyaraq, iddianın təmin edilməsi üçün iddia tələbini faiz nisbətinə bölməklə vəsaitin 75%-ni “dövlət büdcəsi"nə yönəltmişdir ki, bununla da sözügedən maddənin tələblərindən kənara çıxmışdır.

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanında qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığında n iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 27. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümküns üzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır.

28. İddia ərizəsində qeyd edilən hərracın etibarsız hesab edilməsi və ununla bağlı iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilməsi əsassız olduğundan və Maliyyə Nazirliyinə heç bir aidiyyatı olmadığından məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunu: Maddə 1.0.1. Dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Q anunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.

31. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”: Bənd

1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə ol unması qaydalarını müəyyən edir.

2. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.

8. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

32. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə: Bənd 8.22. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir.

33. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bi lər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı müba hisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Hazırkı işdən müəyyən olunur ki, məhkəmə qərarının mübahisələndirilən hissəsi üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı tələbi “hərracın qalibi olduğu üçün ödədiyi 17.500 manat pulun 75%-in ona geri qaytarılması” barədədir.

40. İşin məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilməlidir ki, qeyriyaşayış sahəsinin hərrac yolu ilə satılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli qərar qəbul edilmiş və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2017- ci il tarixli 32/02 saylı hərrac protokoluna əsasən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 17500 manat olmaqla hərraca çıxarılmış və İddiaçı tərəfindən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan xx.xx.2017-ci il tarixli protokol, qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. İddiaçı hərracdan satın aldığı əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüşdür, hərracın protokolu və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunduğu üçün əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa olunmalı, iddiaçının ödədiyi pul vəsaiti ona geri qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı hazırkı iş üzrə haql ı olaraq Maliyyə Nazirliyi də cavabdeh qismində göstərilmişdir.

41. İddiaçının pul vəsaitinin 75 faizinin dövlət büdcəsinə ödəməsi, iddia tələbindəki məbləğin dövlət büdcəsindən qaytarılmasının Maliyyə Nazirliyinin vəzifəsinə daxil olmasının yanlış olması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

42. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir.

43. Özəlləşdirmə dən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd).

44. Əmlakın özəlləşdirilməsi nəticəsində iddiaçının ödədiyi pul vəsaitinin 75% cavabdeh Maliyyə Nazirliyinə ödənmişdir. Lakin özəlləşmə məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, özəlləşmənin etibarsız sayılması iddiaçının təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Bu səbəbdən tərəflərin əvvəlki vəziyyətinin bərpa olunması üçün iddiaçının ödədiyi məbləğ də geri qaytarılmalıdır. Cavabdeh Maliyyə Nazirliyi haqqında Əsasnamənin tələbinə görə belə ödənişlərin dövlət büdcəsindən qaytarılmasını təmin etmək Maliyyə Nazirliyinin vəzifəsidir.

45. Odur ki, iddianın Maliyyə Nazirliyinə qarşı təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəti cə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

47. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2399/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı - kassasiya şikayətinə münasibətdə dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar