Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-321/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız hesab edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 451 nömrəli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2003-cü il tarixli, 9a nömrəli protokolundan çıxarışa əsasən, Ermənistan Respublikasından qaçqın düşmüş X5 yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 46 nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına alınmasına və qeydiyyat vəsiqəsinin verilməsinə dair Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli məktubuna razılıq verilmişdir. 2. 30.10.2003-cü il tarixli, 208666 nömrəli müqaviləyə əsasən X7 xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,20 kv. metr, yaşayış sahəsi 28,8 kv. metr olan 2 otaqlı həmin evi X2, sonuncunun adına xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi verilmiş, torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
3. Daha sonra həmin evlə birlikdə evin yerləşdiyi 0,0729 ha torpaq sahəsinə X8 xüsusi mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 4. 27.07.2010-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X14 ona məxsus həmin evi və evin yerləşdiyi torpaq sahəsini X1.
5. İddiaçı həmin evə və e vin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
6. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı ilə X11 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılmış və ona ayrılmış sahədə İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
7. X3 Taleh Tapdıq oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” yaşayış massivində, 285 n ömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin X9 qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin mülki iş üzrə icraat hazırkı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə (üçüncü şəxs X11) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraç uxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamının etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 46, həmçinin evin yerləşdiyi 0,0729 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs X15 hazırkı iş üzrə iddiaçıya qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldıraraq qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılm asını tələb etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 465 nömrəli sərəncamı ilə Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsi ona ayrılmış və ona həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Hətta ona ayrılmış torpaq sahəsinin sxemi olmadığı halda üçüncü şəxs hesab edir ki, hazırkı iş üzrə iddiaçı ona məxsus torpaq sahəsini zəbt etmişdir, bu səbəbdən də məhkəmədən hazırkı iş üzrə iddiaçının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını tələb edir. Eyni zamanda, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/1252 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli müətəxəssis rəyinə əsasən elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X9 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmiş, eyni zamanda, mübahisələndirilən ərazidə İddiaçı adına 0,0729 hektar torpaq sahəsinin qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 07 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1641/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının X11 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamının mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, məhkəmə araşdırması zamanı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, * ****** nömrəli çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş ünvan 2 ünvanında, 46 nömrəli evin yerləşdiyi 0,0729 ha mülkiyyətdə olan torpaq sahəsinin koordinatları ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı ilə üçüncü şəxs X11 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” yaşayış massivində 285 nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 kv.metr torpaq sahəsinin koordinatlarının üst üstə düşüb-düşmədiyini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin olunmasına baxmayaraq, keçirilən ekspertiza zamanı elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X9 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya t exniki sənədin verilməsi barədə məlumatın aşkar edilməməsi müəyyən olunmuşdur. Belə olan halda RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi ilə, üçüncü şəxsə mübahisələndirilən xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamla ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməsini müəyyən etmək mümkün olmamışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Həmid Həmidov /sədrlik edən və məruzəçi/, Elmira Nağıyeva və Cahangir Yusifov) 20 dekabr 2021-ci il tarixli, 2-1(103)-2900/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikay əti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı Suraxanı rayon İcra Hakimiyyəti başçısının hazırkı iş üzrə üçüncü şəxs qismində keçən X11 Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsi ayrılması haqqında xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamını mübahisələndirmək hüququna malik olduğundan, iddianın mümkün sayılmamasına dair qərardad ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görün ür ki, üçüncü şəxs qismində keçən X4 rayon İcra Hakimiyyəti başçısının 465 nömrəli sərəncamını əsas kimi göstərərək iddiaçıya qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldırmış və qanunsuz zəbt olunmuş torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. İddiaçi həmin sərəncamı mübahisləndirdiyi üçün Suraxanı rayon Məhkəməsində iş üzrə icraat dayandırılmışdır. İddiaçı hesab edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin sxemi yoxdur və Suraxanı rayon İcra Hakimiyyəti başçısının həmin vaxtı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır. Ona görə də iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yaranmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququ olmaq la ona qarşı məhkəmədə torpaqdan çıxartma iddiası qaldırmış üçüncü şəxsin adına verilmiş sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqa malik olduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. birinci instansiya məhkəməsində ikinci icraat
16. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 465 nömrəli sərəncamının etibarsız sayılması barədə qərar çıxarılması xahiş edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
17. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərə findən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6796 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 0,0729 ha torpaq sahəsinin (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. Üçüncü şəxs X11 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır (Bundan əlavə, xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamın verilmə tarixi mövcu d qanunvericiliyə uyğun deyil).
18. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 22 fevral 2023-cü il tarixli, 2-1(112)-124/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı etibarsız hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixdən belə bir səlahiyyətə malik olmadığı halda, Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamla X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr t orpaq sahəsini ayırmışdır. Qeyd olunanlara əsasən, mübahisələndirilən sərəncam Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Qanunun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir.
20. Üçüncü şəxs X15 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Həmid Həmidov /sədrlik edən və məruzəçi/, Elmira Nağıyeva və Cahangir Yusifov) 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümk ün sayılmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində 0,0729 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) olmasına baxmayaraq, faktiki olaraq istifadəsində 0,1470 ha torpaq sahəsi mövcuddur. İş üzrə apellyasiya baxışı zamanı da iddiaçının mübahisələndirdiyi sərəncamla üçüncü şəxsə ayrılan torpaq sahəsinin məhz xüsusi mülkiyyətində olan torpaq sahəsi olması ilə bağlı dəlil irəli sürülməmiş, buna dair sübut təqdim edilməmiş, hətta bu məsələ mübahisələndirilməmişdir. Ekspert rəyi ilə də bu hal müəyyən edilə bilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncamla üçüncü şəxsə ayrılan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan (0, 0729 ha) torpaq sahəsi ilə üst-üstə düşmədiyi işin mübahisəsiz halıdır. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin üst-üstə düşmə məqamı olsa belə, işin araşdırılmış hallarından aydın göründüyü kimi, 0,1470 ha torpaq sahəsinin tərkibində qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsindən kənar sahəyə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Sözügedən sahənin iddiaçının hasarı daxilində olması, hələ ona həmin sahə ilə üst-üstə düşsə belə, üçüncü şəxsə ayrılan torpaq sahəsinə dair inzibati aktı mübahisələndirmək hüququ vermir. Digər bir tərəfdən aydındır ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 2001-ci il tarixlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minə nədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
23. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qa rşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kim ə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifə sinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıld ıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə b ağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
32. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi sərəncamla üçüncü şəxsə ayrılan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan (0,0729 ha) torpaq sahəsi ilə üst-üstə düşmədiyi işin mübahisəsiz halıdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin üst-üstə düşmə məqamı olsa belə, işin araşdırılmış hallarından aydın göründüyü kimi, 0,1470 ha torpaq sahəsinin tərkibində qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsindən kənar sahəyə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Sözügedən sahənin iddiaçının hasarı daxilində olması hələ ona həmin sahə ilə üst-üstə düşsə belə, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair inzibati aktı mübahisələndirmək hüququ vermir. Digər tərəfdən aydındır ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 2001-ci il tarixlidir və həmin aktın məhkəmə qaydasında mübahisələndirilmə si imkanı aradan qalxmışdır.
33. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
34. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
35. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyekti v araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
36. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
37. Bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən, iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırma predmetini həm də iddiaçının adına qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin perimetr üzrə dəqiq ölçülərinin (perimetr üzrə hər tərəfdən faktiki zəbt olunmuş sahənin ölçülərinin) müəyyən olunması təşkil etməli idi.
38. Məhkəmə tərəfindən eləcə də iddiaçının faktiki istifadəsində olan hissədə ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasının mümkünlüyü araşdırılmalı və bunun üzərindən işi n halları qiymətləndirilməli idi. Başqa sözlə, üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin iddiaçının zəbtində olan torpaq sahəsində yerləşə bilməsinin və həmin sahədə fərdi yaşayış evinin tikintisinin mümkünlüyü yoxlanılmalıdır.
39. Bundan əlavə, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin naturada dəqiq yerinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi məqsədilə cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iş üzrə məhkəmə icraatında iştirakı təmin edilməmiş və onun vasitəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən olunması üçün müvafiq tədbirlər görülməmişdir.
40. Qeyd edilən hallar araşdırıldıqdan sonra və üçüncü şəxsə ayrılmış torpaq sahəsinin naturada dəqiq yerinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı təqdirdə, mübahisələndirilən sərəncam faktiki icrası mümkün olmayan sənəd kimi qiymətləndirilə bilərdi.
41. Həmçinin nəzərə alınmalıdır ki, bu halların müəyyən edilməsi həm də iddiaçı və üçüncü şəxs arasında mülki mübahisənin həlli, yeni mübahisələrin qarşısının alınması və prosessual qənaət prinsipi baxımından əhəmiyyət kəsb edir.
42. Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamının inzibati məhkəmə qaydasında mübahisələndirilməsi imkanının aradan qalxmasına dair apellyasiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının həmin sərəncamdan xx.xx.2011-ci il tarixədək məlumatlı olması və sözügedən sərəncamı həmin dövrdə qüvvədə olan qanunvericilik baxımından mübahisələndirə bilmək imkanına malik olması iş materiallarından müəyyən edilmir.
43. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməli olan apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad İnzibati Prosessual Məcəlləsinin 12.1, 35.1 və 82-ci maddələrini n tələbləri pozulmaqla qəbul edilmişdir.
44. İddiaçı kassasiya şikayətində iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etməsinə rəğmən, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.5.2-ci maddəsinə əsasən iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. Beləliklə, kassasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halların araşdırılması və müəyyən edilməsi təmin olunmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.