Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3211/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, peşələrin uyğunluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Məcidov Meybulla Həbi oğlunun, Cavabdehin vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqə di rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 21(103)-1515/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2016-cı il 10 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının qanunla tələb olunan 12 il 06 ay xüsusi iş stajının olmaması göstərilmişdir. İddiaçı 2018-ci il 16 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə i ddia ərizəsi ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1973-cü il 10 oktyabr tarixdən əmək fəaliyyətinə başlamış, 1979-cu il 25 sentyabr tarixdən 1987-ci il 18 iyun tarixədək 2-ci dərəcəli çilingər, 1996-cı il 26 sentyabr tarixdən 2002-ci il 20 oktyabr tarixədək quraşdırıcı, 2003-cü il 30 yanvar tarixdən 2005-ci il 16 yanvar tarixədək, 2014-cü il 16 aprel tarixdən 2016-cı il 16 iyun tarixədək quraşdırıcısı peşələrində işləmişdir. Onun işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsd iq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İddiaçı göstərilənlərə istinad edərək qeyd edir ki, o, “Əmək pensiyaları haqqında” Qanunda göstərilən tələbləri ödədiyindən, iddia təmin edilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi ilə əvəz olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 iyun tarixli 2-1(81)-2803/2018 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi ilə əvəz olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 iyun tarixli 2-1(81)-2803/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla tələb olunan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajına malikdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli 2-1(103)-2276/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(102)-1007/2019 nömrəli qərarıilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki,məhkəmələrin iddia tələbini təmin edərkən istinad etdikləri (2040400a-18599) kodlu peşə bilavasitə metallurgiya istehsalı ilə bağlı peşədir, iddiaçının bu illərdə işlədiyi vəzifələr isə işdəki sənədlərə əsasən metallurgiya istehsalına aid olmamış, iddiaçı özü də bu illər ərzində məhz metallurgiya istehsalında işlədiyini qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-1(103)-1515/2019 nömrəli qərarıilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 16 iyul tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 14 avqust tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə əsasən, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə... çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya ka pitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənləri və məhkəməyə təqdim edilən sübutları nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, o, keçmiş SSRİ-nin “Qafqazenerjiquraşdırma” Trestinin əsasən Mingəçevir və daha sonra Abşeron Quraşdırma İdarələrində quraşdırıcı və çilingər işləməklə daim ağır iş şəraitində (yəni enerji bloklarının, qazanxanaların, istilik və par xətlərinin) çəkilişində quraşdırma işlərini əsasən qazla kəsmə, qazla qaynaq etmə, əl ilə elektrik qaynaq işlərini yerinə yetirmiş, polad v ə dəmir-beton konstruksiyaları quraşdırmış, yüksək təzyiqlə işləyən boru xətlərinin çəkilməsində, Səngəçal terminalında böyük çənlərin quraşdırılmasında çalışmışdır. Bu iş sahələri bütün dövrlərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlər və peşələr olmuşdur. İddiaçı 19 yaşından cüzi fasilələrlə daim işləmiş, ümumi sığorta stajı 40 il 2 ay 14 gündür, həmin stajın 27 il 1 ay 17 günü güzəştli iş sahələrində qazanılmışdır. İddiaçı göstərilənlərə əsasən şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hi ssəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(102)-1007/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki: - məhkəmələrin iddia tələbini təmin edərkən istinad etdikl əri (2040400a-18599) kodlu peşə bilavasitə metallurgiya istehsalı ilə bağlı peşədir, iddiaçının bu illərdə işlədiyi vəzifələr isə işdəki sənədlərə əsasən metallurgiya istehsalına aid olmamış, iddiaçı özü də bu illər ərzində məhz metallurgiya istehsalında işlədiyini qeyd etməmişdir. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının İİİ. Metallurgiya istehsalatı bölməsinin 4cü yarımbölməsinin boru istehsalında (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, boru tökmə, fitnik, balon) və sinkləmə sexlərində təmirçi çilingərlər peşəsi güzəştli şərtlərlə 57 yaşdan pensiya hüququ verən peşə olaraq müəyyən edilmiş və onun kodu heç də məhkəmələrin istinad etdiyi kimi 2040 400a18599 deyil, 2040400a-18559 olaraq müəyyən edilmişdir; - məhkəmələrin istinad etdiyi Siyahının (bölmə XXXİİİ- kod 23200000-11620) kod altında olan peşə “Ümumi peşələr” sırasında qaz qaynaqçıları kimi müəyyən edilmiş, iddiaçı və işə baxmış məhkəmələr onun 2-ci dərəcəli çilingər (quraşdırıcı) işlədiyini qeyd etsələr də, Siyahıda 23200000-11620 kod altında yalnız qaz qaynaqçıları qeyd edilmişdir; - istinad olunan kodlar altında nəzərdə tutulmuş peşələr bilavasitə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrlə tam uzlaşmasa da, məhkəmələr yanlış olaraq iddiaçıya məhz həmin kodlar əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iş materialları ilə tam təsdiq olunmayan bir nəticəyə gəlmişlər; - cavabdehin etiraz və apellyasiya şikayətində göstərilən dəlillərə d üzgün hüquqi qiymət verilməsi təmin olunmamışdır; - məhkəmə qərarının nəticə hissəsində iddiaçıya hansı ildən, neçə yaşından pensiya təyin edilməli olduğu dəqiq göstərilməmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən hallarla bağlı hər hansı araşdırma aparıldığına və bunun nəticələrinə dair məlumat işdə və apellyasiya instansiyası məhkəməsinin qərarında öz əksini tapmamışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin normanın tələbləri təmin olunmamışdır. Eyni zamanda, Ali Məhkəmənin qərarında qeyd edilən hallarla bağlı hər hansı araşdırma aparılmadığından, İPM-in 12-ci və 58.7-ci maddələrinin tələbləri təmin olunmamışdır. İPM-in 12-ci maddəsinin (İşin halları nın araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğ v ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılarkən kassasiya instansiyası məhkəməsinin oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə edilmiş aşağıda qeyd edilən mövqeyi də nəzərə alınmalıdır. Əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisən in fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 iyun tarixli 2-1(103)-1515/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3211/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3211/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver