Məhkəmə qərarları › İş №2-1(102)-3211/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3211/2025

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3211/2025 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçının hüquqi varisi X1 cavabdeh Cavabdeh şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüquq; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçının hüquqi varisi X1 cavabdeh Cavabdehşəxsinə qarşı "Ordubad Rayon Icra Hakimiyyətinin ## ###### 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2025ci il ## #### tarixli, *-*(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, Ordubad Rayon Icra Hakimiyyətinin ## ###### 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MRnın Iqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" X2 həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Naxçıvan MR Inzibati Məhkəməsinin (Hakim: E.H.Hüseynov) 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia etdiyi mağaza binası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 1101524 manat smeta dəyərində yeni tikilmiş və Ordubad Rayon Icra Hakimiyyətinin balansına alınmış Ordubad şəhər bazarında yerləşir. Hazırda həmin bazar kompleksi dövlət mülkiyyəti olaraq 1685,4 m2 ümumi sahə ölçüsündə “Dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi əsasında X4 icarəyə verilmişdir. Iddiaçı məhkəməyə verdiyi izahatlarında bu günədək həmin mağazadan mülkiyyət hüququ əsasında istifadə etdiyini və sonradan mağazanın Sevinc adlı şəxsin əvəzsiz istifadəsinə verdiyini bildirsə də, məhkəmə icraatı gedişində toplanılmış sübutlardan müəyyən edlmişdir ki, sahəsi 15 m2 yox, əslində 17.64 m2 olan həmin mağaza icarəçi X4 tərəfindən X3 verilmişdir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan mağaza binası heç vaxt iddiaçının istifadəsində və ya mülkiyyətində olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ##.##.2023-cü il tarixdə Naxçıvan MR Inzibati Məhkəməsində “Ordubad şəhərində yerləşən ona məxsus ümumi sahəsi cəmdə 47 m2 olan 3 mağazasının qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bu günkü qiymətlərlə hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon Icra Hakimiyyətinin üzərinə qoyulması” tələbi ilə hazırkı iş üzrə də təqdim etdiyi eyni sənədləri iddia ərizəsinə əlavə edərək iddia qaldırmışdır. Həmin inzibati iş üzrə cavabdeh tərəfindən rayon ərazisindən 200 m2 torpaq sahəsi iddiaçıya verildiyindən iddia tələbindən notarial təsdiqli ərizə ilə imtina etmiş, məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə işin icraatına xitam verilmişdir. Qeyd olunan torpaq sahəsi ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. Iddiaçı məhkəməyə verdiyi izahatlarında həmin torpaq sahəsini qəbul etmədiyini bildirsə də, təhvilqəbul jurnalından məhkəməyə təqdim edilmiş çıxarışdan verilmiş torpaq sahəsinin planölçü sənədinin və çıxarışın imza edərək qəbul etdiyi aşkar edilmişdir. Məhkəmə qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Iddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. Iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin baş verməsinə dair ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur. Iddiaçı nəzərə almalıdır ki, həmin qeyri-yaşayış sahələrinə münasibətdə yaranmış hər-hansı məhdudiyyətlə bağlı tələb hüququ iddiaçıya deyil, həmin sahənin mülkiyyətçisinə aiddir.

4. Həmin qərardaddan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

5. Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər:Y.S.Qurbanov – məruzəçi, M.K.Həsənov və S.M.Qarayev) 2025-ci il ## #### tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

7. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxsinə qarşı "Ordubad rayon Icra Hakimiyyətinin ##.##.2002-ci il tarixli sərəncamına əsasən verilmiş 15 kv.m torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhəri yeni ticarət mərkəzində yerləşən mağaza üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı İddiaçı prosessual hüquqi varisi X1 ilə əvəz edilmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli *-*(***)-****/**** nömrəli, qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı və onun prosessual hüquqi varisi üçün əlçatan və bəlli olmuşdur.

14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

15. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar