Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3212/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: fərdi hesabda qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, yoxsa yeni məlumat vərəqinə əsasən pensiyanın yenidən hesablanması, dəqiqləşdirilmiş tələbə baxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaç ı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1961/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı 02.12.2008-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət etmişdir. 2008-ci ildə yaşa görə pensiyaya çıxmaqla işdən ayrılmışdır. Ona həmin tarixdən etibarən 573 manat əmə k pensiyası təyin olunmuşdur. Daha sonra 09.06.2009-cu ildə işə yenidən bərpa olmuş və 05.01.2018-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər orqanlarında hərbi xidmətini davam etdirmişdir. Hərbi xidmətini davam etdirdiyi həmin illərdə pensiya almamışdır. İddiaçı 31.07.2018-ci il tarixdə pensiyanın yenidən hesablanması barədə cavabdehə məktubla müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 21 avqust 2018-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya 33 il 4 ay xidmət ilinə və təminat xərcliyinə (863,75 manat) uyğun olaraq 761,93 manat məbləğində pensiya hesablanmışdır. İddiaçı 10.12.2018-ci il tarixdə cavabdehə yenidən məktubla müraciət edərək xahiş etmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Xidmətə cəlb olunmuşdur və 2018-ci ilədək orada çalış mışdır. Bunun üçün də pensiya məbləği yenidən hesablanmalıdır. Cavabdehin iddiaçıya ünvanladığı 10 yanvar 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Buna görə də yeni məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımında mümkün hesab edilmir. İddiaçı 22 aprel 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 13.02.2018-ci il tarixdə göndərilən yeni məlumat vərəqəsinə əsa sən təqaüdünün yenidən hesablanması, həmçinin təqaüd məbləğində yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DSMF tərəfindən pensiya təyin olunarkən onun 2008-ci ilədək işlədiyi illər nəzərə alınaraq pensiya təyin olunmuş, 2009-cu ildən 2018-ci ilədək işlədiyi illər isə nəzərə alınmamışdır. Beləliklə onun hüquqları ciddi pozulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə “Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Qanunvericiliyin bu tələbini nəzərə alaraq, iddiaçı yenidən işlədiyi müddətdə fərdi hesabında yığılan sığorta pensiya kapitalına uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2132/2019 saylı iş) 12 iyun 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X4 və X2, 2-1(103)-1961/2019 saylı iş) 21 avqust 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, id diaçının 2009-2018-ci illər üzrə onun fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, ona pensiya yenidən hesablanması və pensiya məbləğində yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının 2009-2018-ci illər üzrə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, ona pensiyanın yenidən hesablanması və pensiya məbləğində yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh 6 sentyabr 2019-cu il tarixdə qərarın surətini almış, 24 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul ed ilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin birinci cümləsində göstərilmişdir ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. İddiaçı DİN-dən xidmətdən buraxıldıqdan sonra həmin orqan tərəfindən iddiaçıya aid olan məlumat vərəqəsi göndərilmiş və məhz bu səbəbdən iddiaçıya 1 fevral 2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin etdikdən sonra təkrar DİN-də işə qəbul edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin ikinci cümləsinə görə ona əmək pensiyasının yenidən hesablanması hüququ vermir. Həmin maddənin ikinci cümləsində göstərilmişdir ki, “Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdi rən əmək pensiyaçıların pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır”. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini təmin edilməsi barədə qərarda “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsinin 3-cü cümləsinə əsaslanaraq iddiaçının iddia tələbini təmin etsə də həmin maddənin əvvəlki cümlələrini nəzərə almamışdır. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildi rilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraat ı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi 19 aprel 2019-cu il tarixli iddia ərizəsində əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirdiyi illəri nəzərə almaqla pensiyasının yenidən hesablaması və ona bu əsasla əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 27 may 2019-cu il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 13.02.2018-ci il tarixdə göndərilən yeni məlumat vərəqəsinə əsasən təqaüdünün yenidən hes ablanması, həmçinin təqaüd məbləğində yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 27 may 2019-cu il tarixli qərardadı ilə İPM-in 54.1-ci maddəsinə istinad edilərək 27 may 2019-cu il tarixli ərizə icraata qəbul edilərək iddianın dəyişdirilməsi qəbul edilmiş, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi dəyişdirilmiş iddiaya baxılmış və iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianı təmin etmiş, iddiaçının 2009-2018-ci illər üzrə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, iddiaçıya pensiya yenidən hesablanması və pensiya məbləğində yaranmış fərqin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İddiaçı apellyasiya inst ansiyası məhkəməsinin təmin etdiyi iddia tələbi barədə ilk dəfə məhkəməyə müraciət etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, birinci instansiya məhkəməsi də dəqiqləşdirilmiş tələbə baxmışdır. Dəqiqləşdirilmiş tələbdə fərdi hesabda qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması xahiş edilməmişdir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq birinci instansiya məhkəməsində mübahisə predmeti olmayan tələbə baxmış, iddia tələbindən kənara çıxmanı qərarında əsaslandırmamışdır. Odur ki, apellyasiya məhkəməsi işə baxarkən prosessual pozuntuya yol verdiyindən qəbul etdiyi qərar ləğv edilməli, iş cavabdehin apellyasiya şikayətinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1961/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkə məsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3212/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3212/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver