Məhkəmə qərarları › İş №2-1(102)-3213/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3213/2019

04.12.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3213/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: malın gömrük rəsmiləşdirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömük İdarəsinə qarşı “malın gömrük rəsmiləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1673/2019 saylı 02 iyul 2019-cu iltarixli qərarından iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “X” müsəssisəsindən aldığı malları Azərbaycan Respublikası ərazisinə gətirmiş, 29.10.2018-ci il tarixli gömrek bəyannaməsinə əsasən 20000 kq izosiaonatın hər kq dəyərini 2.2 ABŞ dolları ilə bəyan etmiş, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiqlənmiş və mallar sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçı 21.02.2019-cu il tarixdə “X” müsəssisəsindən aldığı malları yenidən Azərbaycan Respublikası ərazisinə gətirmiş, gömrük bəyannaməsində 20000 kq izosiaonatın hər kq dəyərini 1.08 ABŞ dolları ilə bəyan etmiş, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiqlənməmişdir. Cavabdeh bəyannamənin təsdiq edi lməməsinə dair mövqeyini belə əsaslandırmışdır ki, bəyannamədə malın gömrük dəyərinin azaldılması gömrük ödənişlərinin dövlət büdcəsindən yayındırılmasını güman etməyə əsas verir. Belə ki, əvvəlki bəyannamə ilə müqayisədə malın gömrük dəyəri 2 dəfədən artıq azaldılmışdır. Gömrük Məcəlləsinin 9.3-cü maddəsinə əsasən isə gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Gömrük orqanları məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21.02.2019-cu il tarixli gömrük bəyannaməli 68B89510/68B89610 nömrəli yük avtomobili vasitəsilə Azərbaycan Respublikasına g ətirilmiş malın Bakı Gömrük İdarəsində qiymət fərqinə görə rəsmiləşdirilməməsini əsassız hesab edərək, həmin məhsulun gömrük rəsmiləşdirilməsi vəzifəsini Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması və bu əsasla yarana biləcək boşdayanmaya görə hesablanmış məbləğin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1611/2019 saylı 17 aprel 2019-cu il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1611/2019 saylı 17 aprel 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1673/2019 saylı 02 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmi n edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1611/2019 saylı 17 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı MMC tərəfindən təsdiq edilmiş 29.10.2018-ci il tarixli **********8911 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 20000 kq izosianatın hər kiloqramının dəyərini 2.2 ABŞ dolları ilə bəyan edilmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiq olunduqdan sonra mallar sərbəst dövriyəyə buraxılmışdır. Lakin 21.02.2019-cu il tarixli **********44775 nömrəli gömrük bəyannaməsindən bəlli olur ki, İddiaçı 20000 kq izosianatın hər kiloqramının dəyərini 1.08 ABŞ dolları ilə bəyan edilmişdir ki, bu da həmin bəyannamə üzrə malın gömrük dəyərinin iki dəfədən artıq azaldığı üçün gömrük orqanı tərəfindən təsdiqlənməsi mümkün olmamışdır. Gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb etsədə iddiaçı tərəf bəyannamədə düzəlişlər etməkdən imtina etmişdir.Gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinin müddəalarına uyğun şəkildə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1673/2019 saylı 02 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, inzibati orqan üzərinə düşən vəzifəni icra etməmiş, sorğular verməklə, məlumatlar əldə etməklə, malın alındığı şirkətin təsdiqedici informasiyalarına əhəmiyyət vermədən, müstəqil qiymətləndirici vasitəsilə qiyməti müəyyən etmədən daha artıq məbləğ tələb etməklə səlahiyyətini aşmışdır. Gömrü k orqanının yaratdığı bu vəziyyət İddiaçı MMC-nin digər şirkətlər qarşısında öz öhdəliklərinin yerinə yetirilməsinə, həm də şirkətin inkişafına mane olur. Cavabdeh gömrük bəyannaməsinin təsdiq edilməsindən imtina etməmişdən əvvəl Azərbaycan Respublikası Höküməti ilə İran İslam Respublikası Höküməti arasında 23.02.2016-cı ildə Tehran şəhərində bağlanmış “gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin tələblərinə əməl etməli, yəni qarşı tərəfə sorğu verməklə rəsmi məlumat almalı və Sazişdən, eləcə də, Gömrük Məcəlləsindən irəli gələn vəzifələrini yerinə yetirməli idi. Belə ki, cavabdeh orqan Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsindəki hüquqlarından istifadə edib qiymətlə bağlı şübhələrini qanuna müvafiq yolla araşdırmalı idi. Kassator Azərbaycan Respublikası Höküməti ilə İra n İslam Respublikası Höküməti arasında 23.02.2016-cı ildə Tehran şəhərində bağlanmış “gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin 4-cü və 12-ci, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3, 104.1, 104.2, 162.2, 108.1, 121.1, 121.3, 121.7, 121.10, 146.1, Konstitutsiya Məhkəməsinin Plenumu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Castravet v.Moldova” işinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1, 14.3, 58.7, 12.1, 96.5.1, 96.9, 92.0.6, 68.1, 68.2, 94.1, 90-cı maddələrinə, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06.03.2008 tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 8-ci, Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddələrinə istinad edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1673/2019 saylı 02 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştriak edən cavabdehin vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1673/2019 saylı 02 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1673/2019 saylı 02 iyul 2019-cu il tarixli qərarı ilə raz ılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı “X” müsəssisəsindən aldığı malları Azərbaycan Respublikası ərazisinə gətirmiş, 29.10.2018-ci il tarixli gömrek bəyannaməsinə əsasən 20000 kq izosiaonatın hər kq dəyərini 2.2 ABŞ dolları ilə bəyan etmiş, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiqlənmiş və mallar sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçı 21.02.2019-cu il tarixdə “X” müsəssisəsindən aldığı malları yenidən Azərbaycan Respublikası ərazisinə gətirmiş, gömrük bəyannaməsində 20000 kq izosiaonatın hər kq dəyərini 1.08 ABŞ dolları ilə bəyan etmiş, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiqlənməmiş və nəticədə iddiaçıya məxsus malların gömrük rəsmiləşdirilməsi həyata keçirilməmiş, mallar sərbəst dövriyyəyə buraxılmamışdır. Cavabdeh bəyannamənin təsdiq edilməməsinə dair mövqeyini belə əsaslandırmışdır ki, bəyannamədə malın gömrük dəyərinin azaldılması gömrük ödənişlərinin dövlət büdcəsindən yayındırılmasını güman etməyə əsas verir. Belə ki, əvvəlki bəyannamə ilə müqayisədə malın gömrük dəyəri 2 dəfədən artıq azaldılmışdır. Gömrük Məcəlləsinin 9.3-cü maddəsinə əsasən isə gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Gömrük orqanları məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Cavabdeh qanunun qeyd olunan tələblərinə əsaslanaraq iddiaçıdan bəyannəmə düzəliş edilməsini tələb etmiş, iddiaçı isə bundan əsassız olaraq imtin a etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşmışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının bəyannaməsinin təsdiq edilməməsinin yeganə əsası malın dəyərinin daha əvvəl eyni mala görə bəyan edilən malın dəyərindən 2 dəfə az gömrük bəyannaməsində qeyd edilməsi olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Gömrük tarifi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Y uxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəy əri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, malların sövdəl əşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Hazırkı iş üzrə İddiaçı İLƏ “X” müsəssisəsi arasında KHA-30125 saylı 13.02.2019cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, mallar yüklənilən zaman qiyməti veriləcək invoice-da öz əksini tapacaq. İş materiallarında KRN/34 saylı 20.02.2019-cu il tarixli invoice vardır. Həmin invoiceda malın dəyəri 20400 ABŞ dolları, yəni izosiaonatın hər kq dəyəri 1.08 ABŞ dolları qeyd edilmişdir. Göründüyü kimi, gömrük orqanı iddiaçının bəyannamədə qeyd etdiyi sövdələşmə qiyməti ilə razılaşmayaraq iddiaçının eyni mala görə daha əvvəl bəyan etdiyi malın dəyərinə müvafiq olaraq gömrük rəsmiləşdirməsini tələb etmişdir. Bundan əlavə, “Gömrük tarifi haqqında” Qanunun 11. 2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Lakin iş materiallarında gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə təqdim edilmiş yazılı bildiriş yoxdur. İşə baxan apellyasiya instansiya məhkəməsi sözügedən bildirişi tələb etməmiş və “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsinin tətbiqi ilə bağlı araşdırma aparmamışdır. Halbuki, İPM-nin 12.1-ci maddə sinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərə k qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1673/2019 saylı 02 iyul 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsinə əsasən gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə təqdim edilmiş yazılı bildirişi tələb etməli, həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlərin edilməsi zərurətinin cavabdeh tərəfindən əsaslandırılmasının qanuniliyinə “Gömrük tarifi haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri baxımından qiymət verməlidir. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1673/2019 saylı 02 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar