Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3213/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apelyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qarajın iddiaçının istifadəsinə verilməsinin təmin edilməsi barədə inzibati aktın - qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(103)-2761/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının onun i stifadəsinə verilməsinin "xxxx" MMC, "xxxx" MTK və "xxxx" MMM tərəfindən təmin edilməsi barədə inzibati aktın-qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim X1) iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ilə eyni mahiyyətdə olan onun tərəfindən əvvəllər verilmiş iddia məhkəmənin müvafiq qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardadda qeyd olunmuş hallar aradan qaldırılmamışdır. Həmin qərardaddan verilmiş apelyasiya şikayətinin təmin olunmaması barədə qəbul edilmiş qə rardaddan sonuncu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən həmin iş hazırda kassasiya instansiyası məhkəməsinin icraatındadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Odur ki, hazırkı iddia mümkün iddia sayıla bilməz.
4. İddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2761/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X2 və X3) verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət iddiaçı tərəfindən imzalansa da, vəkil tərəfindən tərtib edilib imzalanmamış, vəkilin orderi şikayətə əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiy a instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəmə si 2-1(103)2761/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərardadla birlikdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanına göndərmiş, iddiaçı isə müvafiq poçt qəbzinə imza etməklə xx.xx.2024-cü il tarixdə həmin prosessual sənədləri qəbul etmişdir (iş vər 130).
13. Məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir…Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
15. Lakin iddiaçı kassasiya şikayəti verərkən məlumat və izahda göstərilən tələbə əməl etmə miş, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, izahda göstərildiyi kimi, tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və vəkil orderi şikayətə əlavə edilmədiyindən, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
17. Kassasiya şikayətində həmçinin qeyd edir ki, İnzibati Prosessual Məcəllədə kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi və vəkillə müqavilə bağlanması nəzərdə tutulmamışdır. Odur ki, kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilərək verilməsi ilə bağlı tələb qanuni sayıla bilməz.
18. Məhkəmə kollegiyası iddiaçının bu yanaşmasını qanunvericiliyin tələbinə zidd hesab edir. Belə ki, kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi və kassasiya şikayəti verən şəxsin məhkəmə prosesində vəkillə təmsil edilməsi qanunun imperativ tələbidir.
19. Bu tələb İnzibati Prosessual Məcəllədə birbaşa nəzərdə tutulmasa da, inzibati prosessual qanunvericilik özündə tənzimlənməyən məsələlərlə bağlı prosessual prinsiplərə zidd olmadığı hallarda Mülki Prosessual Məcəlləyə istinad edilməsini məqsədə müvafiq hesab etmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllədə kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi və şikayətə vəkilin orderinin əlavə edilməsi inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olmadığından inzibati işlərdə də t ətbiq edilməlidir.
21. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, qanunvericinin mülki və inzibati işlərdə kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsini imperativ qaydada tələb etməsinin məqsədi proses iştirakçılarının hüquqlarının hərtərəfli və keyfiyyətli müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Nəzərə alınsa ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, o halda bu instansiya məhkəməsinə verilən şikayətlərin də hüquqi savadlı şəxs tərəfindən tərtib edilərək verilməsi barədə qanunun yanaşması da anlaşılandır.
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.
23. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(103)-2761/2024 nö mrəli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.