Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3214/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılma sı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivindəki 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2009/2019 saylı iş üzrə 29.08.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 26.06.1956-cı il tarixdə anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı X2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivindəki 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində, 59 saylı BTK-nın nəzdində olan 0,12 ha ölçüdə 1553V saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ərizənin həllindən imtina edilmiş, imtina barədə məktubda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması bağ sahəsinin digər şəxslərin istifadəsində olması ilə əlaqədar mümkün olmamışdır. Halbuki, iddiaçının nümayəndəsinin iştirakı ilə bağ sahəsinə daxil olub baxış keçirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci və 11.1-ci maddələrinə istinad olunaraq, reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. Hesab olunur ki, cavabdehin imtinası qanunsuzdur. Çünki, qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 139-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 4.3-cü, 8-ci maddələrinə, “Torpaqislahat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə, eləcə də İPM-in 2.2.2-ci, 8.1.1-ci, 33-cü, 73-cü maddələrinə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 04.06.2019-cu il tarixli iş № 2-1(82)-1677/2019, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını mə hkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 29.08.2019-cu il tarixli iş № 2-1(103)-2009/2019 (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(81)-1677/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsi yeni qərar qəbul edərkən iddiaçı tərəfindən cavabdeh orqana və məhkəməyə ayrılış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilərək on a təhvil verilməsi barədə ayrıc aktı, cizgi, torpaq sahəsinin bölgü sxemi təqdim edilməməsi halını da əsas gətirmişdir. Apelyasiya instansiyası öz təşəbbüsü ilə sübutlar toplamalı, ayrıc aktı, cizgi, torpaq sahəsinin bölgü sxeminin məhkəməyə təqdim edilməsi üçün tədbirlər görməli idi. Bunun əksinə, apelyasiya instansiyası məhkəməsi sübut etmə yükünü iddiaçının üzərinə atmış, bununla da prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə qeyd edilən qətnaməsində maddi və prosessual hüquq normaları pozulduğuna və düzgün tətbiq edilmədiyinə görə ləğv edilməli və iş yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yəni, apelyasiya instansiyası məhkəməsinin dəlillərini əsaslandırmamış, mötəbər olmayan süb utlara istinad edərək apelyasiya şikayətinin dəlillərinə bir formal cümlə ilə münasibət bildirmişdir. Bu o deməkdir ki, apelyasiya instansiyası tərəfindən apelyasiya şikayətinin dəlillərini əsaslandırılmaması onun ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsini təşkil edən əsaslandırılmış qərar almaq hüququnu pozur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2-1(103)-2009/2019 saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildir mişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 29.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 29 avqust 2019-cu il tarixli qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 2-1(81)-1677/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul ed ilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən Azərbaycan SSR Torpaq Məcəlləsinin 23, 26, 97-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisə üzrə başlanmış işə dair məhkəmə qərarı qəbul edilərkən, həmin qərarın qanuni və əsaslı olması üçün məhkəmə tərəfindən işin halları İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin müddəalarının tətbiq edilməsi böyük önəm daşıyır. Belə ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə baxarkən İnzibati Prosessual Məcəllənin sözügedən maddələrinin tələblərinə riayət etməmiş, tərəflərin təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, eyni zamanda işdə olan sübutları ta m və hərtərəfli araşdırmamışdır ki, nəticə etibarı ilə iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir. Belə ki, məlum olduğu kimi, İddiaçı Əli-Səftər oğlu cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh bağ massivindəki 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsini cavabdehdən tələb edir. Bun unla əlaqədar olaraq məhkəmə kollegiyası xüsusi şəkildə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin özünün də müəyyən etdiyi kimi, X4 və İstismarı Birliyi tərəfindən verilmiş 99 nömrəli orderinə görə Bakı şəhər İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli, 14/688 nömrəli qərarına əsasən Bilgəh bağ massivində, 59 saylı BTK-nın nəzdində olan 0,12 hektar ölçüdə 1553v saylı bağ sahəsi İddiaçı Əli-Səftər oğluna ayrılmışdır. Yəni, sözügedən torpaq sahəsinin iddiaçıya qanuni yolla ayrılması işin təkzibolunmaz faktını təşkil edir. Lakin apelyasiya instansiyası məhkəməsi 28 avqust 2019-cu il tarixli qərarında yazır ki, “İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 12 mart 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texn iki inventarlaşdırma işlərinin aparılması zamanı məlum olmuşdur ki, bağ sahəsindən digər şəxslər istifadə etdiyindən bağa daxil olub ölçü işlərinin aparılması mümkün olmamışdır. Həmçinin təqdim olunmuş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, İdarənin arxiv əsaslarında ərizəçinin ata adı “Əlisəttar” qeyd edilsə də, X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə həmin ad “Əlisəftar” kimi göstərilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının atasının adının Bakı şəhəri İcraiyyə Komitəsinin 30 oktyabr 1991ci il tarixli, 14/688 nömrəli qərarında “Əli-Səftər oğlu” yazıldığı halda, cavabdehin “arxiv əsaslarında” “Əlisəttar” qeyd edilməsinə istinad etməsi araşdırılmamışdır, belə ki, apelyasiya instansiyası m əhkəməsi həmin məsələdə yalnız cavabdehin 12 mart 2019-ci il tarixli cavab məktubuna əsaslanaraq, cavabdehin arxivindən sözügedən sənədin əslini tələb etməmişdir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi iddiaçıya o zaman bu sahədə səlahiyyətli dövlət orqanı olmuş Bakı şəhər İcraiyyə Komitəsinin 30 oktyabr 1991-ci il tarixli, 14/688 nömrəli qərarına əsasən ayrılmış 59 saylı BTK-nın nəzdində olan 0,12 hektar ölçüdə 1553V saylı bağ sahəsindən digər şəxslər tərəfindən hansı əsaslara və səbəblərə görə istifadə etdiklərini araşdırmamış, halbuki iddiaçı istər iddia ərizəsində, istərsə də kasasiya şikayətində bildirir ki, iddiaçının nümayəndəsinin iştirakı ilə cavabdehin mütəxəssisləri bağ sahəsinə daxil olub baxış keçirmişlər. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmin halını da tam və hərtərəfli araşdırmamışdır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi 29 avqust 2019-cu il tarixli qərarında yazır ki, “istinad edilən normaların tələblərindən göründüyü kimi, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən bağçılıq şirkətinin hər hansı üzvünə və ya kollektiv bağçılığın hər bir iştirakçısına ayrılan bağ sahəsi 600 kvadrat metrdən çox ola bilməzdi”. Burada apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi yuxarıda göstərilmiş normalar nəzərdə tutulur. Burada məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən bağ sahəsinin ayrılması zamanı qüvvədə olmuş hüquq normalarına əsasən iddiaçıya ən azından 600 kvadrat metr ölçüdə bağ sahəsinin ayrılmasının mümkünlüyü barədə öz qənaəti olduğu halda, bunun müqabilində apelyasiya instans iyası məhkəməsinin iddiaçının iddiasının həmin hissəsinə də mənfi yanaşması ən azından apelyasiya instansiyası məhkəməsinin özünün istinad etdiyi maddi hüquq normaları ilə uzlaşmır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 21(103)-2009/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3214/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3214/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver