Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3214/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müddətsiz əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçıya ##.##.1995-ci il tarixində həkim komissiyası tərəfindən III qrup daimi əlillik təyin olunaraq pensiya təyin edilmişdir.
2. ##.##.2007-ci ildə Zaqatala həkim komissiyasının tərəfindən ayağından çirk gəlmə səbəbiylə onun 3-cü qrup əlilliyi 2-ci qrup olaraq dəyişdirilmişdir. Həmin tarixdən başlayaraq ##.##.2021-ci il tarixədək fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlil hesab edilmişdir. Sonuncu dəfə ##.##.2016-cı il tarixdən əlillik müddəti 5 il müddətinə artırılmış, nəticədə fasiləsiz olaraq ikinci dərəcə əlilliyi 10 ildən artıq davam etmişdir.
3. ##.##.2021-ci il tarixində isə "‘növbəti müayinə səbəbiylə” onun əlilliyi dayandırılmışdır. Əlilliyinin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bu səbəblə Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-i tərəfindən *******AANB* nömrəli göndəriş (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, həmin göndəriş ##.##.2021-ci il tarixində qiymətləndirilərək “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir” şəklində qərar qəbul edilərək imtina edilmişdir. ##.##.2022-ci il tarixində yenidən TSERA-ya yenidən göndərişlə müraciət olunsa da, ##.##.2022-ci il tarixində ona eyni məzmunlu imtina verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “odlu silah yaralanması səbəbiylə (şəkər xəstəliyi insulin tələbli II tip ağır forma) II qrup əlilliyinin ##.##.2017-ci il tarixdən etibarən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
7. İddiaçı ##.##.2024-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ##.##.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
8. Məhkəmənin ##.##.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ## ###### 1993-cü il tarixində (birinci Qarabağ müharibəsi zamanı) döyüş əməliyyatları rayonunda (Qubadlı rayonu) gedən döyüşlərdə sol bud sümüyünün orta 1/3-nin hissəsinin deşib keçən güllə yarası ilə yaralanmışdır. # ###### 1993-cü il tarixdə Bakı şəhəri Travmatologiya institutuna gətirilmiş, ## #### 1993-ci il tarixinə kimi həmin institutda əməliyyat olunaraq müalicə almışdır. Nəticədə ona sol bud sümüyünün çoxsaylı qəlpəli qırığı diaqnozu qoyulmuşdur. ##.##.1995-ci il tarixində ona həkim komissiyası tərəfindən III qrup daimi əlillik təyin olunaraq pensiya təyin edilmişdir. ##.##.2007-ci ildə Zaqatala həkim komissiyasının tərəfindən ayağından çirk gəlmə səbəbiylə onun 3-cü qrup əlilliyi 2-ci qrup olaraq dəyişdirilmişdir. Həmin tarixdən başlayaraq ##.##.2021-ci il tarixədək fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlil hesab edilmişdir. Sonuncu dəfə ##.##.2016-cı il tarixdən əlillik müddəti 5 il müddətinə artırılmış, nəticədə fasiləsiz olaraq ikinci dərəcə əlilliyi 10 ildən artıq davam etmişdir. ##.##.2021-ci il tarixində isə "‘növbəti müayinə səbəbiylə” onun əlilliyi dayandırılmışdır. Əlilliyinin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bu səbəblə Zaqatala rayon Mərkəzi Xəstəxanası PHŞ-i tərəfindən *******AANB* nömrəli göndəriş (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, həmin göndəriş ##.##.2021-ci il tarixində qiymətləndirilərək “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir.” şəklində qərar qəbul edilərək imtina edilmişdir. ##.##.2022-ci il tarixində yenidən TSERA-ya yenidən göndərişlə müraciət olunsa da, ##.##.2022-ci il tarixində ona eyni məzmunlu imtina verilmişdir. İddiaçı hesab edir ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də, ona münasibətdə mövcuddur.
10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası ##.##.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Zaqatala rayon sakini İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1995-ci il tarixli ** nömrəli Şəhadətnamə verilmişdir. Həmin qərarda “Sol budun orta 1/3-ində güllə yarasından sonrakı vəziyyət" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sol budun orta 1/3-ində qüllə yarasından sonrakı vəziyyət'' diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə'’yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Zaqatala rayon sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1995-ci il tarixli ** nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sol budun orta 1/3-rtin odlu silah yaralanması nəticəsində çoxqəlpəli sınığı. Diz oynağının artrozu və ətraf funksiyasının mülayim dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi Travmadır; Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri sol aşağı ətrafında ağrıdan olmuşdur. Baxış zamanı sol budun orta 1/3-nin ön səthində yumşaq toxuma defektli çapığı izlənmiş, irin axması müşahidə olunmamışdır. Aşağı ətraflarda vətər və sümüküstü reflekslər canlı çağrılmış, əzələ atrofiyası və ya hipotrofiyası aşkar edilməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 01,02.2022-ci il tarixli Arayışında qeyd olunmuş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
12. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 2024-cü il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü müəyyən etmək və onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliklərin əhatə dairəsinə düşməsini aydınlaşdırmaq üçün ##.##.2024-cü il tarixdə *-*(***)-****/**** saylı qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi”-nin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli *******AAPWQ nömrəli forma 88 göndərişində qeyd edilmiş diaqnozlar şəxsin stasionarda müalicəsi zamanı anamnestik, obyektiv instrumental müayinələri əsasında qoyulsa da, əyani müayinə zamanı aşağı ətraflarda vətər və sümüküstü reflekslərin canlı çağırıldığından, əzələ atrofiyası və ya hipotrofiyası aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın hər hansı bəndini aid etmək mümkün olmadı. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Zaqatala rayon Mərkəzi Xəstəxanası PHŞ) məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamliq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair " Əsasnamədə "Sol diz oynağının kontrakturası bükmə 110, açma 85" M24.5-3.1.43, “Ataktik yeriş" R26-3.1.39, “Xroniki osteomielit" M861-3.1.43, “Əzələ atrofiyası" M62- 3.1.43, "Dartıcı çapıq toxuması" L910-3.1.17 meyarlarına uyğundur. Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaralanması W 33 meyarlarda öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozlarla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.43 və 3.1.39-cu bəndlərinə istinad edir. İstinad olunan “Əsasnamə”-də sözügedən bəndlər “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”-nın müəyyən edilməsini nəzərdə tutmuşdur. Odur ki iddiaçıya qoyulmuş diaqnozların əlillik təyininə əsas verməməsi ekspert rəyi ilə sübuta yetirildiyindən və müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi də, qoyulmuş diaqnozların istinad olunan “Əsasnamə”-də ikinci dərəcəli əlilliyin təyin edilməsini nəzərdə tutan xəstəliklərin deyil, “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”-nın müəyyən edilməsi nəzərdə tutan xəstəliklərin əhatə dairəsinə düşməsini bildirdiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya müddətsiz əlillik təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
14. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, iddianın təmin edilməsinixahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, E.B.İsayev və T.H.Həsənov) 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.1995-ci il tarixdə təyin edilmiş daimi 3-cü dərəcəli əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə (iddaçıya əlilliyin təyin edilməsindən ilkin imtina cavabının verilməsində birbaşa iştirak etmiş cavabdehin nümayəndələrinin iştirakı olmadan) həvalə edilmişdir. Sonuncunun ##.##.2024-cü il tarixli **** nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində İddiaçı adına Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli *********PWQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaralanmasından (1995) sonrakı sol budun orta 3/1nin qeyri-düzgün bitişmiş sınığı. Xroniki osteomielit. Sol diz oynağının deformasiyaedici artrozu, kanturakturaları. Xəstə gəzərkən axsayır, budun ön səthində ağrılı dartıcı çapıq toxuması var. Budun ön baldır əzələləri atrofiyalıdır. Bükmə və açma hərəkətləri məhduddur. Ataktik yeriş. Kəskin osteomileitin digər formaları. Xroniki osteomielit. Bud sümüyünün sınığı, sol budun orta 3/1-nin qeyri-düzgün bitişmiş sınığı (1995). Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası, üzülməsi, sol budunön baldır əzələləri atrofiyalıdır. Sümük sınığının bitişməməsi (psevdoartroz), sol budun orta 3/1-nin qeyridüzgün bitişmiş sınığı. Qonartroz (diz oynağının lll dərəcə qonartrozu), Kəskin ağrı diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, obyektiv instrumental müayinələri əsasında qoyulsa da, əyani müayinə zamanı aşağı ətraflarda vətər və sümüküstü reflekslərin canlı çağırıldığından, əzələ atrofiyası və ya hipotrofiyası aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bir bəndini ona aid etməyə əsas verməməsi nəticəsinə gəlinmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən TSERA-nın nümayəndələri ekspertizanın aparılmasında iştirak etməməli olduqları halda, iş üzrə ekspertizanın həyata keçirilməsində iştirak etmişdirlər. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli T ***/**** nömrəli ekspert rəyinə əsasən rəy vermiş ekspertlərdən birinin (X1) DTSERA-nın nümayənədəsi olması müəyyən olunmuşdur.
17. Məhkəmə kollegiyası ##.##.2025-ci il tarixli əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi ilə bağlı qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü müəyyən etmək və onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliklərin əhatə dairəsinə düşməsini aydınlaşdırmaq üçün qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi”-nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyində göstərilmişdir ki,İddiaçı ##.##.2025ci il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən “X2 və Ortopediya İnstitutu” PHŞ-yə göndərilmiş və ##.##.2025-ci il tarixdə müayinəsi zamanı “Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol budun orta-aşağı 1/3-nin qeyri düzgün bitişmiş sınığı. Bud sümüyünün xroniki osteomieliti. Budun ön səthinin ağrılı dartıcı çapıq toxuması. Sol diz oynağının deformasiyaedici postravmatik artrozu, kontrakturası. Açma~160°, bükmə - 85°. Sol aşağı ətrafın 4(dörd)sm qısalığı. Sol bud-çanaq oynağının deformasiyaedici artrozu, uzaqlaşdırıcı kontrakturası. Axsama. Daimi ağrı sindromu. Dayaq-hərəkət funksiyasının pozulması. XBT: S72; M84.1; M84.4; L91; M86.6; M84.0; R52.0; M16; M17; M24.5; W32; Y36.4; R52.2; R26.8; M21.7” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən M24.5; M84.1 əlamətləri 3-cü dərəcə müddətsiz əlilliyə xarakteristik olan xüsusiyyətlərdir. iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlillik təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.
18. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi Zaqatala rayon mərkəzi Xəstəxanası PHŞ birinci instansiya məhkəməsinə ünvanladığı ##.##.2024- cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, odlu silah yaralanmasından sonra vəziyyət "Sol diz oynağının kontrakturası bükmə 85, açma 160" XBT: S72; M84.1; M84.4; L91; M86.6; M84.0; R52.0; M16; M17; M24.5; W32; Y36.4; R52.2; R26.8; M21.7” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən M24.5; M84.1 əlamətləri 3-cü dərəcə müddətsiz əlilliyə xarakteristik olan xüsusiyyətlərdir. Göründüyü kimi iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozlarla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndləri ilə uyğundur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin iddiaçı İddiaçı barəsində 2 dərəcəli əlililiyin əlaməti olmadığına görə təyin etməsə də, üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul etməməsi əsassız olmuşdur. Belə ki, iddiaçıya müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi tərəfindən qoyulmuş diaqnozların əlillik təyininə əsas verməsi ekspert rəyi ilə təsdiq tapdığından, həmin qoyulmuş diaqnozların istinad olunan “Əsasnamə”-də üçüncü dərəcə əlilliyin təyin edilməsini nəzərdə tutan xəstəliklərlə eynilik təşkil etdiyindən cavabdeh orqanın üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul etməməsi əsassız olmuşdur.
20. Bundan başqa, kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agetliyi iddiaçı İddiaçı barəsində ##.##.1995-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3 (üçüncü) dərəcə təyin edilmiş əlilliklə bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Belə ki, ##.##.2007-ci ildən ##.##.2021-ci il tarixədək iddiaçı İddiaçı fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə TSERA tərəfindən şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gəldiyindən 2-ci dərəcə əlil hesab edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş ## #### 2025-ci il tarixli, *-*-*/*-*****/**** nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında ##.##.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə (##.##.2009-cu il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə vətəndaş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının *******AAPWQ nömrəli göndərişi və müraciəti əsasında ##.##.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ##.##.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır ki, vətəndaşa dair sonuncu dəfə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edildiyindən, öncəki bütün müayinə işləri qüvvədən düşmüş sayılmışdır.
21. İş materiallarından göründüyü kimi, Zaqatala həkim komissiyası tərəfindən ##.##.2007-ci ildən ##.##.2021-ci il tarixədək iddiaçı İddiaçı fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə 2-ci dərəcə əlil hesab edilmişdir. Belə ki, ##.##.2021-ci il tarixdə TSERA tərəfindən “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə, həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradan qalxmadığı hallarda yeni göndəriş verilməlidir” şəklində imtina qərarı qəbul edilmişdir. Cavabdeh tərəfindən əvvəllər təyin edilmiş müddətsiz əlilliyin yenidən qiymətləndirilməməsinin qanunsuz və əsassız olduğuna dair iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 3-ci qrup müddətsiz təyin edilmiş əlillik dərəcəsinin təyin edildiyi dövrdə də saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ##.##.2022-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan AR ƏƏSMN-nin ** saylı Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2022-ci il tarixli, *** nömrəli müayinə aktından çıxarışdan müəyyən olunur ki, iddiaçının əlilliyi ##.##.1995-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz 3 (üçüncü) dərəcə əlillik təyin edilmişdir. Daha sonra, ##.##.2007-ci il tarixində qiymətləndirilmiş və həmin tarixdən başlayaraq ##.##.2021-ci il tarixədək fasiləsiz olaraq ildə bir dəfə müayinədən keçməklə ikinci dərəcə əlillik müyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən əyani müayinəyə cəlb edilmişdir. ##.##.2022-ci il tarixdə aparılan əyani müayinə zamanı Komissiya müəyyən etmişdir ki, iddiaçının tibbi sənədlərində qeyd edilənlər onun mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uygun olaraq əlillik əlaməti təyin etməməsini qərara almışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhəkəməsi icraatla bağlı qanunvericiliyin tələblərinə riayət olunmadığına dair nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, belə nəticəyə gəlməyə imkan verən həcmdə iş üçün əhəmiyyətli halları aydınlaşdırmamışdır. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz üçüncü dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir.
22. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın göstərişlərinə əsasən Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. Göstərilən normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, 2022-ci il tarixdə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İddiaçıya əlilliyin təyin edilməməsini cavabdeh orqan inzibati akt qəbul etməklə həyata keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın ## #### 2022-ci il tarixli təkrar qiymətləndirilmə ilə bağlı protokol qərarından görünür ki, müayinənin nəticələrinə əsasən ##.##.1995-ci ildən müddətsiz təyin olunmuş 3-cü dərəcə əllilik dəyişdirilərək, iddiaçı İddiaçı ## #### 2008-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi qərara alınmışdır. Cavabdeh orqan ## #### 2022-ci il tarixli iddiaçıya ikinci dərəcə əlillik dərəcəsi olmadığına əsas gətirərək əlilik təyin edilməsədə, lakin, əvvələr təyin edilmiş daimi üçüncü dərəcəli əlilliyinə dair qərarına hüquqi qiymət vetilməsi barədə aktın qəbul edilməli olduğu halda, bu barədə hər hansı akt qəbul edilməmişdir. Cavabdehin ##.##.1995-cı ildə təyin edilmiş 3 dərəcə daimi əlillik təyininə dair qərarın qəbul edilməsi barədə hər hansısa sübutu məhkəmə kollegiyasına təqdim edilməmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda, həmin qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli idi. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı İddiaçı ##.##.1995-ci ildə təyin edilmiş 3-cü dərəcə daimi əlillik barədə inzibati akt öz qüvvəsindədir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırıl masına yönəldilmiş qərar qəbul etmişdir. Beləliklə, göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapmişdır, ona qoyulmuş diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan həmçinin iddiaçı İddiaçı Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.1995-cı ildə təyin edilmiş 3-cü dərəcə daimi əlillik barədə inzibati akt qüvvəsində olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
32. ##.##.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: Bənd 1. Ümumi müddəalar: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
2. Əlilliyin müəyyən olunması meyarları. Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20- F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. II mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİV-infeksiyasının İ-II mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Bənd 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); 2.5.2. birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması (Q71.3,); 2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, M24.6); 2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8,Z97.1); 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7); 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); 2.5.8. hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı (Q65.0, M16.2-M16.9); 2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0, M16.3, M16.5); 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0); 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi (M40-M41.3); 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9); 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3); 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4); 2.5.15. çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9) 2.5.16. hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq) (E23.0,E23.7); 2.5.17. hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri (D66-D68.1); 2.5.18. subklinik əlamətlərlə gedən hemofiliya (D66); 2.5.19. subklinik əlamətlərlə gedən talassemiya minor (D56.1); 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) 2.5.21. kəllə sümüyünün geniş (3x1sm-dən artıq) qüsuru (S02-S02.1); 2.5.22. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (Q60, N18-N18.9); 2.5.23. bir ağciyərin olmaması (Q33.3, Z90.2); 2.5.24. gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79); 2.5.25. etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06).
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Kassasiya şikayətinin “məhkəmənin qərar qəbul edərkən xüsusi tibbi bilik tələb edən sahə üzrə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etməsi” ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
43. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallar ilə təsdiq olunmuşdur.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.