Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3215/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi ünvanın qeydiyyatının silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinin nümayəndəsi X4 və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərba ycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: X2) ““xxxx” MMC-nin hüquqi ünvanının qeydiyyatının silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 avqust tarixli 2-1(103)-1861/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “xxxx” MMC-nin hüquqi ünvanının qeydiyyatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 10 sentyabr tarixli məktubla bildirmişdir ki, “xxxx” MMC-nin təsisçisinə məktub göndərilərək ondan hüquqi ünvanının dəqiqləşdirilməsi tələb olunmuş, lakin hüquqi şəxsin ünvanı dəqiqləşdirilmə mişdir. İddiaçı 2019-cu il 17 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən onun adına əsassız olaraq rəsmiləşdirilmiş “xxxx” MMC-nin (VÖEN: **********) onun adından və ev ünvanından ləğv edilməsi, “xxxx” MMC-nin iddiaçının adından və ev ünvanından yaratmış və qeydiyyata almış şəxslərin dairəsini müəyyən etməklə cinayət işi qaldırılması üçün xüsusi qərardad çıxararaq aidiyyətı üzrə prokurorluq orqanına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin hüquqi ünvanının qeydiyyatının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır k i, o, iddia ərizəsində göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O, heç yerdə işləmir, kəskin mədə-bağırsaq, hipertoniya xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir. İddiaçı sərbəst şəkildə çölə-bayıra çıxa bilmir. İddiaçı ailə üzvlərinin himayəsində yaşayır. 2018-ci il 30 may tarixdə iddiaçının yaşadığı ünvana cavabdehin 2018-ci il 22 may tarixli “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu gəlmişdir. Həmin məktubu araşdıran iddiaçı tərəf müəyyən etmişdir ki, iddiaçının yaşadığı ev ünvanında qanunsuz olaraq kimsə “xxxx” MMC yaratmış, müvafiq qaydada Milli Gəlirlər Departamentinin X6 Qeydiyyatı İdarəsindən qeydiyyatdan keçirdərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin MMC-nin 120.608,72 manat məbləğində vergi borcu yaranmışdır. Bu səbəblərə görə MMC-nin guya rəhbəri olan İddiaçı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu daxil olmuş, onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bu fakt üzrə neqativ hal onsuz da yataq xəstəsi olan iddiaçının səhhətini psixoloji cəhətdən daha da ağırlaşdırır, onun hüquqlarını pozur, xarici ölkəyə müalicəyə getmək istəsə belə gedə bilmir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki,kommersiya X6 reyestr məlumatlarına əsasən “xxxx” MMC 2017-ci il 5 may tarixdə təsisçi tərəfindən elektron ərizə vasitəsi ilə təsis edilmiş, onun rəhbəri (qanuni təmsilçisi) X1r. Qeydiyyatla əlaqədar elektron ərizədə MMC-nin hüquqi ünvanı kimi “ünvan 3rilmişdir. Həmin ünvana göndərilmiş xəbərda rlıqdan da göründüyü kimi, borc məbləği iddiaçıdan deyil, əslində cəmiyyətdən tələb edilir. Cəmiyyət adından isə məsuliyyəti cəmiyyətin rəhbəri daşıyır. “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.1-ci maddəsinə əsasən, təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Elektron formada hüquqi şəxsin qeydiyyat ərizəsi cavabdeh orqanla fiziki təmas olmadan həyata keçirilir və həmin ərizədə yazılanlara görə məsuliyyəti təsisçi daşıyır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli 2-1(82)-1115/2019 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 aprel tarixli 2-1(82)1115/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “xxx x” MMC-nin hüquqi ünvanının qeydiyyatının silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iradəsi ziddinə onun mülkiyyətində olan mənzilə “xxxx” MMC-nin hüquqi qeydiyyata salınması, mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 avqust tarixli 2-1(103)-1861/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 26 avqust tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlə r Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsi həmin qərardan 2019-cu il 20 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh orqan iddiaçının ünvanının hüquqi şəxsin hüquqi ünvanı kimi qeyd edilməsi ilə əlaqədar hüquqi şəxsin təsisçisi tərəfindən verilmiş ərizə əsasında qeydiyyat aparmışdır. “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən, qurumun hüquqi ünvanı Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməli məlumatdır. Göründüyü kimi, məhkəmənin qərarı Qanunun 14.1.2-ci maddəsi ilə birbaşa ziddiyyət yaratmaqdadır. Bundan əlavə, məhkəmə qərarda Vergilər Nazirliyinin Kollegiyasının 2014-cü il 3 sentyabr tarixli, **********004800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentinə əsaslanaraq hüquqi ünvanı təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməli olduğunu qeyd edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Adından da görünür ki, Vergilər Nazirliyinin Kollegiyasının 2014-cü il 3 sentyabr tarixli, **********004800 nömrəli əmri hüquqi ş əxsin qeydiyyatı ilə əlaqədar deyil. Həmin əmr sırf vergi ödəyiciləri ilə əlaqədardır və yalnız uçot məsələsini özündə əks etdirir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 88, 217-ci tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə b axmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 1-ci maddəsinə əsasən, bu Qanun Azər baycan Respublikasının ərazisində X6 qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin müddəalarına əsasən: (...) 2.0.7. X6 qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) X6 reyestrinə daxil edilməsidir; 2.0.8. X6 reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslər in nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur; (...) 2.0.10. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir; 2.0.11. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır; 2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır;... Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı məlumatlarla təsdiq edir ki, yerli investisiyalı hüquqi şəxs olan “xxxx” MMC-nin dövlət qeydiyyatı elektron qaydada həyata keçirilmişdir. “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1-ci maddəsinin (Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı) müddəalarına əsasən: 5-1.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Cavabdehin təqdim etdiyi yazılı məlumatlara əsasən, hazırkı halda, hüquqi şəxsin təsisçisi və rəhbəri (qanuni təmsilçisi) eyni şəxsdir, hüquqi şəxsin ünvanı onun təsisçisi kimi çıxış edən şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni deyil, bu səbəblə də, hüquqi şəxsin elektron dövlət qeydiyyatı adi qaydada həyata keçirilmişdir. “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.2-ci maddəsinə əsasən, adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə nizamnamə əlavə edilir. Cavabdeh də həmin normaların tələbindən çıxış edərək qeyd edir ki, adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yalnız nizamnamə əlavə edilməli olduğundan (yəni təsisçinin qeyd etdiyi hüququ ünvana hər hansı hüquqla bağlılığına dair sənəd qanunla tələb edilmədiyindən), o, iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə kollegiyası hazırkı məzmunda iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, iddiaçının tələbi hər bir halda, üçüncü şəxsin təsis etdiyi hüquqi şəxsin hüquqi ünvan kimi iddiaçının mülkiyyətində olan mə nzilə aid ünvanla qeyd alınmasına qarşı yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə uyğun olaraq nəzərə alır ki, iddiaçı özünün mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı üçüncü şəxsə (hüquqi şəxsin təsis çisinə) qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilərdi. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özünün qanunla qorunan hüquqlarını müdafiə etmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müdafiə üsulunu və vasitəsini seçməkdə sərbəstdir. Cavabdehin də istinad etdiyi “X6 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarında hüquqi şəxsin hüquqi ünvanına dair təsisçinin hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsinin zəruri şərt kimi təsbit olunmaması həmin ünvanın aid olduğu əmlakın mülkiyyətçisini Konstitusiya və digər qanunlarla onu verilmiş hüquqlardan irəli gələn hazırkı məzmunda tələb irəli sürmək (inzibati orqanının üzərinə öhdəlik qoyulmasını tələb etmək) hüququna təsir etmir. Beləliklə, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə, iddianın rədd edilməsinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 avqust tarixli 2-1(103)-1861/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3215/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3215/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver