Məhkəmə qərarları › İş №2-1(102)-3215/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3215/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3215/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan̈Respublikası̈adından Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyasının cavabdeḧAzərbaycan̈Respublikasının̈IqtisadiyyaẗNazirliyïyanındäDövlət VergïXidmətï**̈saylı̈ƏrazïVergilər̈Baş̈Idarəsinə̈qarşı̈iş̈üzrə Q̈Ə̈R̈ÄR̈İ (Açar sözlər: operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları) Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ## #### 2024-cü il tarixli ************** nömrəli və # #### 2024-cü il tarixli ************** nömrəli qərarların ləğv edilməsi və həmin qərarlarla tətbiq edilmiş 11.000 manat maliyyə sanksiyalarının silinməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN̈HALLARI

1. Iddiaçı İddiaçı MMC hüquqi şəxs kimi # ###### 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ## ###### 2006-cı il tarixdə isə o, ********** VÖEN-lə vergi orqanında uçota alınmışdır. Qurumun fəaliyyət növlərinə “yeməkxanaların fəaliyyəti”, “milli və yerli yeməklərin istehsalı” və s. daxildir.

2. Iddiaçı İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Şəki Dastan” restoranı adlı təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin # ### 2024-cü il tarixli qərarı ilə # ### 2024-cü il tarixdən ## ### 2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

3. Vergi ödəyicisinə məxsus təsərrüfat subyektində ## ### 2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin əməkdaşları tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halının aşkar olunması ilə bağlı ****** nömrəli, eləcə də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı ****** nömrəli aktlar tərtib edilmişdir.

4. Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin rəisi vergi ödəyicisi İddiaçı MMC-yə ## #### 2024-cü il tarixdə ****** nömrəli akt əsasında 1.000 manat maliyyə sanksiyasının tətbiqi barədə ************** nömrəli, # #### 2024-cü il tarixdə isə 10.000 manat maliyyə sanksiyasının tətbiqi barədə ************** nömrəli qərarlar qəbul etmişdir.

IŞ̈ÜZRƏ̈QƏBUL̈EDILMIŞ̈MƏHKƏMƏ̈AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024cü il tarixli ************** nömrəli və # #### 2024-cü il tarixli ************** nömrəli qərarlarının ləğv edilməsi və həmin qərarlarla tətbiq edilmiş 11.000 manat maliyyə sanksiyalarının silinməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “Şəki Dastan” restoranı ## ### 2024-cü il tarixdə fəaliyyətə başlamış və bununla əlaqədar yeni işçilərin işə qəbulu prosesi həyata keçirilmişdir. Işə qəbul üçün müraciət etmiş şəxslərlə kağız daşıyıcıda əmək müqavilələri bağlanılmış, lakin həmin gün bəzi şəxslər müxtəlif səbəblərdən işə başlamayacaqlarını bildirmişlər. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə əsasən ictimai iaşə obyektlərində çalışan şəxslərin müvafiq tibbi müayinədən keçməsi zəruri olduğundan, işə qəbul edilməsi nəzərdə tutulan şəxslərin bir qismi tibbi müayinədən keçmək məqsədilə tibb müəssisələrinə müraciət etmişdir. Iddiaçı həmçinin qeyd etmişdir ki, ## ### 2024-cü il tarixdə səhər saatlarında texniki səbəblərdən müvafiq elektron informasiya sisteminə (portala) giriş mümkün olmamış (əmək müqavilələrin daxil edilməsi üçün), habelə həmin gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları obyektdə yoxlama aparmağa başlamışlar. Yoxlama saat 17:30-dək davam etdiyindən, bu müddətdə vergi orqanı tərəfindən keçirilən yoxlama ilə eyni vaxta təsadüf etmişdir. Cavabdeh orqanın əməkdaşları obyektdə olan şəxslərin adlarını qeydə almış və onlardan izahat almış, müəssisənin rəhbəri isə yoxlama zamanı yaranmış vəziyyəti izah edərək işə qəbul edilməsi nəzərdə tutulan şəxslərin qanunvericiliyin tələblərinə uyğun qaydada qısa müddət ərzində rəsmiləşdiriləcəyini bildirmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X18, X6, X3, X4 və X7 izahatlarında ## ### 2024-cü il tarixdən çalışdıqlarını, aylıq əmək haqqının 345 manat olmaqla nağd qaydada ödənilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Qurumun rəhbəri isə verdiyi izahatında obyektin ## ### 2024-cü il tarixdən fəaliyyətə başladığını, yeni işçilərlə kağız daşıyıcıda əmək müqaviləsi bağlansa da, həmin müqavilələr barədə əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmədiyini, yaxın günlərdə daxil ediləcəyini bildirmişdir. Həmçinin, ## ### 2024-cü il tarixdə saat 17:24-də aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində göstərilmiş ictimai iaşə xidməti (1 çaynik çay və paxlava) üçün 5 manat nağd qaydada ödənilmiş, lakin müştəriyə nəzarət-kassa aparatının çeki təqdim edilməmişdir. Bu hal, ## ### 2024-cü il tarixli DVX seriyalı ****** nömrəli aktla rəsmiləşdirilmişdir. Nəzarət-kassa aparatı nasaz olduğundan və həmin aparat nasaz olduqda əməliyyatların uçotu kitabı təqdim olunmadığından, uçotdan gizlədilmiş məbləğin nəzarət-kassa aparatına və ya əməliyyatların uçotu kitabına daxil edilməsi mümkün olmamışdır. Vergilər Nazirliyinin # ##### 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Istismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”nın 2.2-ci bəndinə görə, NKS-nın istismarı zamanı plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə, təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Mərkəzə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən Qaydanın * nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır, imzalanır və möhürlə təsdiq edilir.

8. Şəki Inzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) ## ##### 2025-ci il tarixli, e-*- *(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024cü il tarixli ************** nömrəli və # #### 2024-cü il tarixli ************** nömrəli qərarları ləğv edilmiş və iddiaçı İddiaçı MMC-yə həmin qərarlarla tətbiq edilmiş 11.000 manat məbləğində maliyyə sanksiyası silinmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə iclas protokolundakı iş üzrə məhkəmə iclasında iştirak edən şahidlər X8, X9, Abdullayev Mir-Tağı Ilyas oğlunun, X2, X3, X10, X1 izahatları və işdə olan digər sənədlər (sübutlar) iddiaçı İddiaçı MMC-nin təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktlarını təkzib etmir. Lakin bununla belə iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh inzibati orqanın # ### 2024-cü il tarixli ************** nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, sadəcə, həmin Məcəllənin müvafiq maddələri ümumi şəkildə göstərilmişdir. Operativ vergi nəzarəti haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri və şəxsin müdafiə hüququnun səmərəliliyi baxımından, cavabdeh inzibati orqan istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.Ə.Musayev /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əsasən, Tərlan Qasımov adlı fiziki şəxs – iddiaçının keçmiş işçisi – vergi orqanına müraciət edərək, müəssisədə vergi və əmək qanunvericiliyinin pozulması barədə məlumat vermiş və yoxlamanın aparılmasını xahiş etmişdir. Cavabdeh orqan da məhz həmin müraciətə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla belə, vergi nəzarətinin iddiaçının keçmiş işçisinin müraciəti əsasında aparılmasına dair icraat materialları birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Bundan əlavə, vergi orqanı fiziki şəxsin məlumatı əsasında yoxlama keçirməsinə baxmayaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi qeyd edilmişdir. Yəni, yoxlamanın hüquqi əsası “mənbəyi bəlli olan məlumat əsasında operativ vergi nəzarətinin həyata keçirilməsini” (VM 50.2.2) deyil, “vergi orqanlarının bu Məcəllənin 50.1ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olmasını” nəzərdə tutur. Sözügedən müraciətə əsaslanaraq Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinin hüquqi əsas kimi göstərilməsi onu göstərir ki, cavabdeh orqan həqiqiliyi şübhə doğuran, yoxlanılmamış ilkin məlumata əsaslanaraq bu maddəni tətbiq etmiş, müvafiq yoxlama aparıldıqdan sonra isə həmin məlumatların doğruluğunu müəyyən etmişdir. Yəni vergi orqanı yoxlamaya qədər “kifayət qədər əsas”a malik olmamış, əksinə, bu əsası, sonradan keçirdiyi yoxlama ilə formalaşdırmışdır. Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi vergi orqanına yalnız 50.1-ci maddədə nəzərdə tutulan halların mövcudluğu şəraitində operativ vergi nəzarəti həyata keçirmək səlahiyyəti verir. Bu zaman nəzarət tədbirinin başlanması üçün sadəcə ehtimal və ya ümumi xarakterli məlumatlar (şikayətlər) deyil, ilkin qiymətləndirməyə əsaslanan və real faktlara söykənən əsaslandırılmış şübhə – yəni, “kifayət qədər əsas” olmalıdır. Prinsipcə, məlumat verən şəxsin motivasiyasından (işçinin qərəzli olması və ya əmək mübahisəsinin mövcudluğu) asılı olmayaraq, onun vergidən yayınma və ya digər vergi pozuntuları barədə təqdim etdiyi məlumat VM-in 50.2.2-ci maddəsinə əsasən vergi nəzarətinin başlanması üçün hüquqi maneə yaratmır. Belə ki, qanunvericilik yalnız mənbənin məlum olmasını və təqdim edilən məlumatın konkret vergi pozuntusuna aid olmasını tələb edir, lakin bu məlumatın VM-in 50.2.4-cü maddəsi üzrə hüquqi əsas kimi istifadə oluna bilməsi üçün həmin məlumat “kifayət qədər əsas” meyarına uyğun olmalı, cavabdeh “kifayət qədər əsas”ın mövcudluğunu əvvəlcədən sübuta yetirməlidir. Sadəcə, mənbəyi məlum olan məlumatın olması VM-in 50.2.4-cü maddəsinin tətbiqi üçün yetərli deyil və qanunvericilikdə nəzərdə tutulan “kifayət qədər əsas” meyarının mövcudluğunu təsdiqləmir. Vergi Məcəlləsinin tələbinə görə, vergi orqanı müvafiq yoxlamanın hansı əsasla keçirilməsini dəqiq müəyyən etməli, konkret hüquqi əsası göstərməli və həmin əsas üzrə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməlidir. Əgər hüquqi əsas kimi VM-in 50.2.4-cü maddəsi göstərilibsə, bu halda “kifayət qədər əsas” anlayışı tətbiq edilməli və onun mövcudluğu sənədlərlə əsaslandırılmalıdır. Belə əsas faktiki olaraq yoxdursa və əvəzində sadəcə, mənbəyi məlum olan, lakin yoxlanılmamış ilkin məlumat varsa, bu halda VM-in 50.2.4-cü maddəsinə istinad etməklə yoxlamanın aparılması həmin yoxlamanın qanuniliyini şübhə altına alır. Iş materiallarında olan müraciətin məzmunu isə ilkin yoxlamadan öncə, belə əsasın mövcud olduğunu təsdiqləmir. Əks yanaşma - sahibkarlıq subyektlərində “kifayət qədər əsas” olmadan bu cür məlumatlar əsasında yoxlamaların aparılması - özbaşınalığa və səlahiyyətlərdən sui-istifadəyə səbəb ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.7-ci bəndi yoxlamanın hüquqi əsasının reyestrdə dəqiq göstərilməsini tələb edir. Hüquqi əsasın düzgün göstərilməsi hüquqi sabitliyin başlıca şərtidir. Bu, o deməkdir ki, vergi orqanı “potensial mümkün əsaslar”dan çıxış etməməli, keçirilməsi nəzərdə tutulan yoxlamanı reyestrdə konkret bir hüquqi əsasla qeydiyyata almalı və sonradan “əslində başqa əsas da mövcud idi” deyərək yoxlamanın hüquqi əsasını dəyişdirməməlidir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

KASSASIYÄŞIKAYƏTININ̈VƏ̈ONÄQARŞÏETIRAZIN̈DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq isə qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və iş üzrə sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən İddiaçı MMC-də operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.2.4-cü maddəsində nəzərdə tutulmuş “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5.2.7-ci yarımbəndində qeyd edilən hallara uyğun olaraq, vətəndaş X5 İddiaçı MMC-yə məxsus “Şəki Dastan” restoranında vergi qanunvericiliyinin pozulması barədə yazılı müraciətində göstərilən halların yoxlanması məqsədilə keçirilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ̈EDILƏN̈HÜQUQ

16. Azərbaycan̈Respublikasının̈InzibatïProsessual̈Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... ... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN̈MÜMKÜNLÜYÜ,̈KASSASIYÄBAXIŞININ̈HƏDLƏRI

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYÄINSTANSIYÄMƏHKƏMƏSININ̈MÖVQEYI

19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qərar ləğv edilməklə, iddia rədd edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün şərh etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən onun barəsində tətbiq edilmiş maliyyə sanksiyalarının qanuniliyini mübahisələndirir. Mübahisələndirilən maliyyə sanksiyalarının əsasını iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması təşkil edir.

21. Ilk növbədə qeyd edilməlidir ki, həmin halların mövcudluğu həm cavabdehin apardığı yoxlama materialları ilə təsdiqlənir, həm də iddiaçının iddia tələbinin əsaslandırılmasında, məhkəmə icraatında əldə edilmiş şahid ifadələrində təkzib edilmir. Başqa sözlə, iddiaçı tərəf Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması hallarını təkzib etmir.

22. Işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddia tələbini təmin edərkən, yalnız operativ vergi yoxlamasının keçirilməsinin əsasının düzgün qeyd edilməməsinə istinad etmişdir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, yoxlama keçirilməsi barədə qərar qəbul edilməsinə əsas, vətəndaş X5 İddiaçı MMC-yə məxsus “Şəki Dastan” restoranında vergi qanunvericiliyinin pozulması barədə yazılı müraciəti olmuşdur. Cavabdeh vergi orqanı yoxlamanın əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad etmişdir (vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda). Işə baxan apellyasiya instansiyası məhkəməsi isə hesab edir ki, bu hal, Vergi Məcəlləsinin 50.2.4cü maddəsinə uyğundur (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar).

23. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

24. Vergi Məcəlləsinin 50.2-ci maddəsi operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasları müəyyən edir (50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).

25. Ilk növbədə qeyd edilməlidir ki, operativ vergi nəzarətinin keçirilməsi əsaslarının Vergi Məcəlləsində ayrıca və dəqiq müəyyən edilməsi hüquqi dövlət prinsipinin, sahibkarlıq fəaliyyətinin sərbəst həyata keçirilməsi təminatlarının və inzibati fəaliyyətin qanuniliyi prinsipinin mühüm elementlərindən biridir. Vergi yoxlamaları sahibkarlıq subyektinin fəaliyyətinə birbaşa müdaxilə ilə müşayiət olunduğundan, belə müdaxilənin yalnız qanunla müəyyən edilmiş hallarda və qanunda nəzərdə tutulmuş əsaslar mövcud olduqda həyata keçirilməsi hüquqi müəyyənlik prinsipinin tələblərindən irəli gəlir. Bu baxımdan, qanunverici operativ vergi nəzarətinin başlanmasına əsas verən halları Vergi Məcəlləsinin 50.2-ci maddəsində konkret şəkildə sadalamaqla vergi orqanının diskresion səlahiyyətini məhdudlaşdırmış, yoxlamaların özbaşına və ya qanunda nəzərdə tutulmayan səbəblərlə aparılmasının qarşısını almağı məqsəd qoymuşdur.

26. Yoxlamanın hüquqi əsasının müəyyən edilməsi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə düzgün göstərilməsi də eyni məqsədə xidmət edir. Bu, bir tərəfdən vergi orqanının fəaliyyətinin şəffaflığını və hesabatlılığını təmin edir, digər tərəfdən isə sahibkarlıq subyektinə, onun fəaliyyətinə hansı hüquqi əsasla müdaxilə edildiyini bilməyə, həmin əsasın qanuniliyini mübahisələndirməyə və müdafiə hüququnu səmərəli həyata keçirməyə imkan yaradır.

27. Bununla belə, operativ vergi nəzarətinin qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan həyata keçirilməsi ilə operativ vergi nəzarəti həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslardan hansına istinad edilməsinin düzgün̈müəyyən̈edilməməsïvəziyyətlərinïfərqləndirmək̈lazımdır.

28. Belə ki, birinci halda inzibati orqan qanunvericilikdə nəzərdə tutulmayan əsasla səlahiyyətini həyata keçirmiş olur ki, bu da inzibati fəaliyyətin qanunçuluq prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Ikinci halda isə operativ vergi nəzarətinin keçirilməsi üçün qanunda nəzərdə tutulmuş hüquqi əsas mövcud olur, lakin inzibati orqan həmin əsasların hüquqi kvalifikasiyasını düzgün müəyyən etmir və ya mövcud faktiki halları qanunun digər normasına aid edir.

29. Hazırkı iş üzrə materiallardan görünür ki, vergi orqanına hüquq pozuntusu ehtimalına dair mənbəyi məlum olan fiziki şəxsin müraciəti daxil olmuş və həmin müraciət əsasında operativ vergi nəzarəti həyata keçirilmişdir. Məhkəmə kollegiyası razılaşır ki, bu faktiki hallar daha çox Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinin dispozisiyasına uyğun gəlir, lakin buna baxmayaraq, vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilməsinin hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad edilmişdir. Beləliklə, mübahisə operativ vergi nəzarətinin həyata keçirilməsinin qanuni əsasının mövcud olub-olmaması ilə deyil, mövcud faktiki halların hüquqi cəhətdən qanunun hansı normasına aid edilməsinin düzgünlüyü ilə bağlıdır.

30. Məhkəmə kollegiyası həm də qeyd edir ki, mövcud faktiki halların Vergi Məcəlləsinin 50.2-ci bəndində sadalanan hansı əsaslara aid olması o halda xüsusi əhəmiyyət kəsb edərdi ki, həmin əsaslar üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi qaydası və forması, prosessual təminatları, müddətləri, yoxlamanın həcmi və vergi ödəyicisinin hüquqları baxımından qanunvericilikdə hər hansı fərqləndirmə aparılmış olsun.

31. Lakin operativ vergi nəzarətinin həyata keçirilməsinin hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi əvəzinə 50.2.4-cü maddəsinə istinad edilməsi iddiaçının prosessual hüquqlarının həcminə, müdafiə imkanlarına, yoxlamanın aparılması qaydasına, müddətinə və ya nəticələrinə təsir göstərən hal kimi qiymətləndirilə bilməz. Iş materiallarında da, göstərilən hüquqi kvalifikasiyanın fərqli olması səbəbindən iddiaçının hər hansı prosessual təminatdan məhrum edildiyini və ya operativ vergi nəzarətinin qanunvericilikdə nəzərdə tutulduğundan fərqli qaydada həyata keçirildiyini təsdiq edən sübutlar mövcud deyildir.

32. Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı yol verilmiş hər hansı prosessual nöqsan yalnız o halda inzibati aktın ləğvinə səbəb ola bilər ki, həmin pozuntu aparılmış icraatın nəticəsinə təsir göstərsin və ya şəxsin müdafiə hüququnun həyata keçirilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmış olsun. Bu səbəbdən, yoxlamanın hüquqi əsasına dair irəli sürülən arqumentlər inzibati aktın qanuniliyini şübhə altına almaq üçün kifayət etmir. Belə yanaşma, inzibati məhkəmə icraatının məqsədinə və proporsionallıq prinsipinə uyğun olmazdı. Inzibati məhkəmə nəzarətinin əsas məqsədi inzibati orqanın fəaliyyətində baş vermiş istənilən formal xətanı müəyyən etmək deyil, həmin xətanın şəxsin hüquqlarına və qanunla qorunan mənafeyinə real təsir göstərib-göstərmədiyini qiymətləndirməkdən ibarətdir. Buna görə də, prosessual pozuntunun hüquqi nəticəsi onun xarakterindən deyil, qəbul edilmiş inzibati aktın qanuniliyinə və iş üzrə yekun nəticəyə təsir dərəcəsindən asılı olaraq müəyyən edilir. Bu yanaşma, inzibati fəaliyyətin sabitliyi ilə şəxsin hüquqlarının səmərəli müdafiəsi arasında tarazlığın təmin edilməsinə xidmət edir. Əks yanaşma, yəni nəticəyə təsir göstərməyən hər hansı formal prosedur pozuntusunun inzibati aktın ləğvi üçün müstəqil əsas kimi qəbul edilməsi inzibati məhkəmə nəzarətini mahiyyət etibarilə formal qanunilik yoxlamasına çevirər, inzibati aktların sabitliyini zəiflədər və maddi hüquqi həqiqətin müəyyən edilməsindən daha çox, formal tələblərin qiymətləndirilməsinə üstünlük verilməsi ilə nəticələnərdi.

33. Bu səbəbdən, inzibati akt yalnız o halda prosessual pozuntuya görə qanunsuz hesab edilə bilər ki, həmin pozuntu, şəxsin müdafiə hüququnun həyata keçirilməsinə mane olsun, işin hallarının tam və obyektiv araşdırılmasına təsir göstərsin və ya düzgün hüquqi nəticənin qəbul edilməsinə təsir etmək imkanına malik olsun. Əgər yol verilmiş prosessual pozuntu inzibati orqanın gəldiyi nəticənin qanuniliyinə təsir göstərmirsə, şəxsin prosessual təminatlarını məhdudlaşdırmırsa və eyni hüquqi nəticə həmin nöqsan aradan qaldırıldıqda da dəyişməz qalacaqdırsa, belə pozuntu inzibati aktın ləğvi üçün yetərli əsas hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hal mübahisələndirilən inzibati aktların qanuniliyinə təsir etmədiyindən, habelə mübahisələndirilən inzibati aktlarda əks olunan hallar təsdiqini tapdığından, mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan tərəfindən həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut yetirilir. Odur ki, iddia tələbinin əsaslı olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi düzgün olmamışdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARÄALDI:

Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar