Məhkəmə qərarları › İş №2-1(102)-3216/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3216/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3216/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ƏDV (əlavə dəyər vergisinin) düzgün hesablanması, ticarət əlavəsinin hesablanması şərtləri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X7, X2, vəkili X3, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin n ümayəndəsi X5, vəkili X4 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1001/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin 20.10.2017-ci il tarixli qərarı ilə iddiaçıya 2017-ci ilin avqust ayı üzrə əlavə olaraq 85.700,0 manat məbləğində ƏDV hesablanmış və ƏDV-nin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsinin tətbiq olunması göstərilmişdi r. İddiaçı 20 oktyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin “Vergilərin hesablanması barədə” 20 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyət dövrü ərzində daim öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtında vergi orqanına bəyan etmişdir. Lakin cavabdehin vergilərin hesablanması barədə 3 oktyabr 2017-ci il tarixli (daha sonra 20 oktyabr 2017-ci il) qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 85.700 manat əlavə vergi məbləği hesab lanmışdır. Vergilər gəlirə uyğun olaraq bəyan edildiyi və ödənildiyi halda formal əsaslarla əsassız olaraq əlavə vergi hesablanmışdır. Cavabdehin vergilərin hesablanmasına dair qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddianın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 62.1, 62.2, 63.2, 64-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-53/2019 saylı iş) 23 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, 20 oktyabr 2017-ci il tarixli vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, ƏDV-nin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zama nı tətbiq edilə bilər. Müəssisə tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir. Bununla da kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığından mübahisəli qərar əsassızdır və ləğv edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X9məruzəçi, X8 və X12, 2-1(103)-1001/2019 saylı iş) 18 iyun 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 23 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasi ya şikayətinin dəlilləri: İddiaçının fəaliyyət növü “ixtisaslaşdırılmamış topdansatış” olmuşdur. Yük gömrük bəyannamələrinə əsasən 01.01.2016-cı il tarixdən 31.08.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində malların idxal olunduğu, lakin həmin mallar barəsində vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamədə məlumatların olmaması idxal olunan malların təqdim edilməsi barədə açıq aşkar nəticəyə gəlməyə səbəb olur. Belə ki, malların idxalının birmənalı şəkildə təsdiq olunduğunu nəzərə alsaq, mallar ya təqdim edilməli və vergi ödəyicisi bunu bəyannamədə göstərməlidir, ya da mal qalığı kimi vergi ödəyicisinin bəyannaməsində öz təsdiqini tapmalıdır. Qeyd edilən halların heç birinin mövcud olmaması onu əminliklə deməyə əsas verir ki, bütün mallar təqdim edilmiş, laki n vergidən yayınmaq məqsədilə bəyan edilməmişdir. Apellyasiya məhkəməsi işə baxarkən bu faktları nəzərə almamış və idxal olunmuş dövriyyə ilə bəyan edilən dövriyyə arasındakı fərqin vergidən yayınma halını təsdiq etməsini diqqətə almamışdır. Mübahisələndirilən qərarlarla bağlı iddiaçıya göndərilən uyğunsuzluq məktubları həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyini bəlli etdiyindən, məhkəmənin öz qərarında bu hala istinad etməsi qanunsuzdur. Kameral vergi yoxlamaları bəyannamələrin təqdim olunduğu vaxtdan 30 iş günü çərçivəsində qəbul edilmişdir. Halbuki məhkəmə bildirir ki, 12.09.2017-ci il tarixdə təqdim olunmuş bəyannaməyə münasibətdə 20.10.2017-ci il tarixdə kameral vergi yoxlaması qərarı qəbul olunduğundan prosessual müddət ötürülmüşdür. Həmçinin məhkəmə vergi orqanının eyni dövr üzrə iki dəfə kameral vergi yoxlaması keçirməklə (03.10.2017-ci il və 20.10.2017-ci il) vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və vergi qanunvericiliyinin tələblərinə ziddir. Cavabdeh kassasiya şikayətində Vergi Məcəlləsinin 37.2, 37.3-cü maddələrinə istinad etmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndələri və vəkili kassasiya şikayətinin dəlilini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişlər. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Cavabdeh 20 oktyabr 2017-ci il tarixli qərarı ilə 2017-ci ilin avqust ayı vergi dövrü üzrə 85.700 manat əlavə dəyər vergisi hesablamışdır. İddiaçı həmin qərarı mübahisələndirərək, onun ləğv edilməsini xahiş etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Cavabdehin mövqeyinə görə iddiaçının 2015-ci ilin sonuna 0,00 manat mal qalığının olduğu, 1 yanvar 2016-cı il tarixdən 31 avqust 2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində mallar idxal olunduğu müəyyən edilmişdir (yük gömrük bəyannamələri məhkəməyə təqdim edilmişdir). Satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə 1.481.879,25 manat (1.058.485,18+(1.058.485,18*40%)) dövriyyə müəyyənləşdirilmişdir. Müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin iddiaçı tərəfindən 920.068,12 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azald ılması kimi qiymətləndirilmiş və 920.068,12 manat nəzərə alınmaq şərtilə iddiaçı 85.700 manat əlavə olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının fəaliyyət növünü nəzərə alaraq ona ticarət əlavəsinin tətbiq edilməsinin qanunsuz olmasını, kameral vergi yoxlaması müddətinə əməl edilmədiyini və ekspert rəyinə əsasən ƏDV-nin düzgün hesablanmadığını bildirib cavabdehin apellyasiya şikayətini təmin etməmişdir. Apellyasiya şikayətindən, habelə apellyasiya məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. İPM-in 87.8-ci maddəsinə əsasən,...hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Cavabdeh apellyasiya şi kayətində 1 yanvar 2016-cı ildən 31 avqust 2017-ci ilə qədər olan dövrdə yük gömrük bəyannamələri əsasında iddiaçının 1.058.485,18 manat məbləğində mallar idxal etdiyini, 40% ticarət əlavəsi də daxil olmaqla ümumi dövriyyənin 1.481.879,25 manat olmasına baxmayaraq iddiaçının vergiyə cəlb edilən dövriyyəni 920.068,12 manat göstərərək vergidən yayındığını bildirmiş, məhkəmə tərəfindən şikayətin bu dəlilləri araşdırılmamışdır. Cavabdeh hesab edir ki, iddiaçının fəaliyyət növü “ixtisaslaşdırılmamış topdansatış” olmuşdur. İddiaçının nizamnaməsinə görə onun qanunla qadağan olunmayan bütün fəaliyyət növü ilə məşğul olmaq hüququ vardır. Vergi orqanı müəyyən etdiyi dövriyyəyə 40% ticarət əlavəsi tətbiq etməklə iddiaçı tərəfindən idxal edilmiş malların ehtimal olunan satış dəyərini müəyyən etmiş və həmin dəyərə ƏDV tətbiq etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.64-cü maddəsinə əsasən, ticarət əlavəsi- malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. İddiaçıya göndərilən malın pərakəndə satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti və onun fərqinə dair cavabdeh tərəfindən əsaslandırma təqdim edilməmiş, bununla bağlı məhkəmə tərəfindən də hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 14-cü maddəsində bazar qiymətinin anlayışı və müəyyən edilməsi qaydaları göstərilmişdir. Həmin maddənin müddəalarına əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qi yməti deməkdir; bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda həyata keçirilir. Malların əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halında bazar qiymətinə əsasən ticarət əlavəsinin hesablanması nəzərdə tutulmuş, iddiaçıya təqdim edilən malların əvəzsiz təqdim edilməsi və ya barter olunması, malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti, malgöndərənə ödənilən alış qiyməti müəyyən edilməmiş, ticarət əlavəsinin məhz 40% hesablanması cavabdeh tərəfindən əsaslandırılmamış, məhkəmə tərəfindən də faktiki və hüquqi qiymətləndirmə aparılmamışdır. Kameral vergi yoxlamasının müddətinə əməl olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 1 yanvar 2017-ci ildən qüvvədə olan 37.2-ci maddəsinin redaksiyasına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İddiaç ının 2017-ci ilin avqust ayı üçün 12 sentyabr 2017-ci il tarixdə təqdim etdiyi bəyannamə üzrə kameral vergi yoxlaması, həmin ilin oktyabr ayında aparılaraq, 3 oktyabr 2017-ci il tarixli, **********625600 saylı qərar qəbul edilmiş, sonradan həmin qərar vergi orqanının özü tərəfindən ləğv edilmiş, 2017-ci ilin avqust ayı üçün yenidən (təkrar) 20 oktyabr 2017-ci ildə kameral qaydada vergilərin hesablanması barədə mübahisələndirilən qərar qəbul edilmişdir. Yəni bəyannamə cavabdehə 12 sentyabr 2017-ci il tarixdə təqdim edilmiş, yekunda cavabdeh kameral vergi yoxlamasının nəticəsi olaraq 20 oktyabr 2017-ci il tarixdə iddiaçının mübahisə açdığı qərarı qəbul etmişdir. Həm bəyannamənin təqdim edildiyi gün, həm də qərarın qəbul edildiyi gün nəzərə alınarsa, ümumilikdə 29-cu iş günündə mübahisə oluna n qərarın qəbul edilməsi müəyyən olunur. Odur ki, cavabdehin Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi məhkəmə ekspertizasının rəyinə əsaslanaraq cavabdehin şikayətini haqlı saymamışdır. İşin 170-173-cü səhifələrində olan ekspert rəyində ticarət əlavəsinin hesablanması zamanı yalnız Vergi Məcəlləsinin tələblərinə əməl edilmədiyi vurğulanmış, cavabdeh tərəfindən hesablanmış ƏDV-nin məbləği ilə bağlı hər hansı əsaslandırma verilməmişdir. İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məc əllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən ƏDV-nin hesablanması ilə bağlı cavabdehin təqdim etdiyi gömrük bəyannamələrindəki məlumatları araşdırıb qiymətləndirməmiş, rəydə xüsusi bilik tələb edilən suallarla bağlı deyil, Vergi Məcəlləsinin müddəaları qeyd edilib həmin müddəaların mövcudluğu ilə bağlı fikir bildirilməsi nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, onun vergiyə cəlb edilməsi barədə cavabdehin hərəkəti qanunsuz olmuşdur. Apellyasiya məhkəməsi qərarında idd iaçıya hesablanan vergi məbləği ilə bağlı heç bir araşdırma aparmamışdır. İddiaçının təqdim etdiyi bəyannamələrdə dövriyyə məbləğinin və ƏDV-nin azaldılmasının əsasları hüquqi araşdırmanın predmeti olmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv edilməsi hissəsində şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddianın rədd edilməsi hissəsində isə şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleg iyasının 2-1(103)-1001/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar