Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3216/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan̆Respublikası̆adından Azərbaycan̆Respublikası AlĭMəhkəməsinin̆İnzibatĭKollegiyasının İddiaçı̆İddiaçı̆cavabdeh̆Azərbaycan̆Respublikası̆Əmək̆və̆Əhalinin Sosial̆MüdafiəsĭNazirliyinin̆tabeliyində̆Dövlət̆Tibbi-Sosial̆Ekspertizăvə ReabilitasiyăAgentliyinə̆qarşı̆işĭüzrə Q̆Ə̆R̆ĂR̆İ (Açar sözlər: “ikinci dərəcə müddətsiz əlilliyin təyin olunması”) Azərbaycan̆Respublikası AlĭMəhkəməsinin̆İnzibatĭKollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN̆HALLARI
1. İddiaçıya ##.##.2009-cu il tarixdən ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə, ##.##.2014-cü il tarixdən 1 il müddətinə ikinci dərəcə əlillik, ##.##.2015-ci il tarixdən 1 il müddətinə üçüncü dərəcə əlillik, ##.##.2015-ci il tarixdən 1 il müddətinə, ##.##.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik, ##.##.2022-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
İŞ̆ÜZRƏ̆QƏBUL̆EDİLMİŞ̆MƏHKƏMƏ̆AKTLARI
birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ağır onkoloji xəstəlikdən əziyyət çəkir, döş vəzindən əməliyyat olunmuşdur. ##.##.2009-cü ildən ##.##.2021-ci ilədək 12 il ümumi xəstəliklə əlaqədar ikinci dərəcə əlil olmuşdur. ##.##.2022-ci ildə tibb müəssisəsinin göndərişi əsasında təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ikinci dərəcə müddətsiz əlillik təyin etmək əvəzinə, üçüncü dərəcə əlilliyi 5 il müddətinə təyin etmişdir. Hesab edir ki, ##.##.2022-ci ildə ona üçüncü dərəcə əlillik təyinatı əsassız və qanunsuzdur. Belə ki, o, fasiləsiz olaraq 10 ildən çox əlildir, bu səbəbdən cavabdeh tərəfindən ona ümumi xəstəliklə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilməlidir.
4. Cavabdeh orqan iddiaya qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, iddiaçıya ##.##.2009-cu il və ##.##.2014-cü il tarixli göndərişlər əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edildikdən sonra, ##.##.2015ci il tarixli göndəriş əsasında 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edildiyindən fasiləsizlik prinsipi pozulmuşdur. Təyin edilən əlilliyin ümumi müddəti 9 il olduğundan və fasiləsizlik prinsipi pozulduğundan iddiaçıya müddətsiz əlillik təyin edilməsi mümkün deyildir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 2023-cü il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının 10 il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olduğu öz təsdiqini tapmamışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və ##.##.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) ## ##### 2023-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, iddiaçıya ##.##.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar təyin edilmiş üçüncü dərəcə əlillik təyinatı dəyişdirilmiş və ##.##.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildiyi kimi, iddiaçıya ##.##.2009-cu il tarixdən ##.##.2021-ci il tarixədək ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik, ##.##.2022-ci il tarixdən isə iddiaçıya ümumi xəstəlik səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya ilk dəfə əlillik ##.##.2009-cu il tarixdə təyin edilmiş, sonuncu dəfə ##.##.2016-cı il tarixdə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilərək 5 il müddətinə uzadılmışdır. Lakin iddiaçıya sonuncu dəfə verilən Forma 88 arayışa əsasən, göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, ##.##.2022-ci il tarixdən ona üçüncü dərəcə əlillik təyin edilmişdir. Halbuki, qanunvericilik normalarının tələbinə görə, iddiaçının 10 ildən artıq fasiləsiz olaraq ikinci dərəcə əlil olması nəzərə alınaraq ona müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilməli idi. Bundan başqa, iddiaçının tələbi ##.##.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsi və ##.##.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarət olmuşdur. Lakin iddiaçıya ikinci dərəcə əlillik ##.##.2016-cı il tarixdən təyin edilərək 5 il müddətinə uzadılmış və sonuncu dəfə ##.##.2022-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edildiyindən, iddia tələbi qismən təmin edilərək, ##.##.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatı dəyişdirilməli və ##.##.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilməlidir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) ## ###### 2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı “ümumi xəstəliklə əlaqədar təyin edilmiş üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsi və ##.##.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti “iddianın rədd edilməsi” hissəsində təmin edilməmişdir.
14. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış və göstərmişdir ki, işdə olan əlilliyin təyin edilməsi barədə qərarlardan göründüyü kimi, iddiaçının fasiləsiz olaraq ikinci dərəcə əlilliyi 2015-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayına qədər mövcud olmuşdur. İddiaçıya əvvəllər təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti fasiləsiz olaraq 10 ildən azdır (2015-2021). Apelyasiya məhkəməsi iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi barədə konkret sübutlara istinad etməmiş, hansı dövr üzrə azı 10 il fasiləsiz ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxs olmasını qərarında göstərməmiş, bu hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Odur ki, iddiaçıya təyin edilməli əlilliyin müddətsiz olması barədə apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının ikinci dərəcə əlilliyinin fasiləsiz olaraq azı 10 il olması məhkəmə tərəfindən yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi barədə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, İPM-in 57-ci maddəsinin tələbinə əməl etməmişdir. İşdə olan sənədlərdən görünür ki, 2021-ci ilin noyabr ayında iddiaçının əlillik müddəti bitdikdən sonra barəsində təqdim edilən ## ##### 2022-ci il tarixli göndərişə baxan cavabdeh ## ##### 2022-ci il tarixdə əlillik təyin etməkdən imtina etmiş, imtinanın səbəbi kimi iddiaçının əvvəlki əlilliyinin fərqli diaqnoz əsasında təyin edildiyi qeyd olunmuş, iddiaçı cavabdehin ## ##### 2022-ci il tarixli imtina qərarı ilə bağlı mübahisə açmamışdır. Bundan sonra iddiaçı barəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən ## ### 2022-ci il tarixli yeni göndəriş təqdim edilmişdir. Cavabdeh həmin göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə (II mərhələ bədxassəli şişlər (C00-C97) istinad edərək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə ## ######## 2022-ci il tarixli qərardadı ilə iddiaçı canlı müayinə olunmaqla məhkəmə ekspertizası təyin etmiş, iddiaçı canlı müayinə olunmaqdan imtina etdiyindən ekspertiza keçirilməmişdir. Cavabdeh iddiaçıya üçüncü dərəcə əlillik təyin edərkən ona təqdim edilən göndərişdə qeyd edilən diaqnoz əsasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə istinad etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında, həmçinin Əsasnamənin 2.3.1-2.3.9-cu bəndlərinə istinad etmişdir. Həmin bəndlərdə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün hallar sadalanmışdır. Apellyasiya məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə sadalanan xəstəliyin ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas olması barədə gəldiyi nəticəni qəbul etdiyi qərarında əsaslandırmamaqla yanaşı, cavabdehin dəlillərinə də münasibət bildirməmişdir.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. İşin məhkəmə araşdırması zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının düçar olduğu “C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 II MƏRHƏLƏ, II KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya(##.##.2021) . HİSTOLOJİ: N B 385/2021- İnvaziv duktal karsinoma G II. (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%. Ağırlaşma: M24.5-oynaqlarm kontrakturası, sol bazu oynağının dermoid kontrakturası; Ağırlaşma: R53-əzginlik (süstlük) və yorğunluq, əzginlik və yorğunluq; Ağırlaşma: C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 II mərhələ, II KL.QR, sol süd vəzin sektoral rezeksiyası (##.##.2021), sol tərəfli radikal mastektomiya (##.##.2021), HİSTOLOJİ: NB385/2021- invaziv duktal karsinoma GII, (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%; Ağırlaşma: I97.2-postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı; Yanaşı xəstəliklər: 125.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz; Yanaşı xəstəliklər: 110-essensial [birincili] hipertenziya, arterial hipertenziya II dərəcə, əlavə risk qrupu III” xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3.7-ci bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyinatı düzgün olmuşdur.
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, E.M.Mehdiyev və M.A.Əsədli) ## ###### 2024cü il tarixli, 2- *(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 2024-cü il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## ###### tarixli, *- *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış və göstərmişdir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyini mötəbər sübut qismində qəbul etməklə, gəldiyi nəticə üzrə həmin rəyə istinad etsə də, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində iddiaçının düçar olduğu C50, onun ağırlaşmaları olan M24.5, İ97.2 kodlu xəstəliklərin, yanaşı xəstəliklər olan İ25.1, İ10 kodlu xəstəliklərə görə ona “Əlilliyin müəyyən olunması meyarları” nın 2.3.7-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyasının 50-55% pozulması ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyinatının düzgün olduğu qeyd edilmişdir. Təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir. Halbuki, ikinci apellyasiya baxışı zamanı daxil olmuş sözügedən ekspert rəyindən görünür ki, məhkəmə icraatı zamanı təyin olunmuş ekspertiza təkcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyinin nümayiş olunduğu göstərilir. Belə ki, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Qeyd olunan hal iddiaçı barəsində aparılmış ekspertiza tədqiqatının həqiqiliyini şübhə altına almaqla, iş üzrə təkrar ekspertizanın aparılmasını zəruri edir. Bu baxımdan, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmalıdır. Bununla yanaşı, hazırda iddiaçı cavabdehin ona 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsinə əsas olmuş ##.##.2022-ci il tarixli qərarını mübahisələndirir. İşdən görünür ki, iddiaçıya qeyd olunan əlillik təyinatı *******AAKDB nömrəli göndəriş (Forma 88) əsasında aparılmışdır. Lakin, həmin göndəriş iş materiallarında mövcud deyildir. Odur ki, yenidən araşdırma zamanı həmin göndəriş apellyasiya məhkəməsi tərəfindən tələb edilərək göndərişdə qeyd edilən xəstəliklər nəzərə alınmaqla, yuxarıda qeyd olunan qaydada araşdırma aparılaraq cavabdehin mübahisələndirilən qərarının qanuniliyinə qiymət verilməlidir. Bundan əlavə, kollegiya qeyd edir ki, *******AAKDB nömrəli göndəriş iş materiallarında olmasa da, TSEKnin elektron informasiya sistemindən çıxarışlardan həmin göndərişə əsasən iddiaçının əsas diaqnozunun XBT 10 C50 kodlu “Süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 II mərhələ, II KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya (##.##.2021). Histoloji: N B 385/2021- İnvaziv duktal karsinoma G II. (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%”, ağırlaşmalarının M24.5 kodlu “Oynaqların kontrakturası, sol bazu oynağının dermoid kontrakturası”, R53 “Əzginlik (süstlük) və yorğunluq, əzginlik və yorğunluq”, İ97.2 kodlu “Postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı”, yanaşı xəstəliklərinin İ25.1 kodlu “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz”, İ10 kodlu “Essensial [birincili] hipertenziya, arterial hipertenziya II dərəcə, əlavə risk qrupu III” xəstəliklər olduğu görünür. Bununla bağlı diqqət yetirilməli digər məsələ ondan ibarətdir ki, AR Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 14.7.1-ci bəndində C50 kodlu (Süd vəzinin bədxassəli yenitörəməsi) xəstəlik “İ- II mərhələ, sektoral rezeksiyadan sonra 5 il ərzində” olduğu hallarda orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə, 14.7.2-ci bəndinə əsasən isə “II-III mərhələ, sektoral rezeksiyadan sonra 5 il ərzində” olduğu hallarda orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir. Göründüyü kimi, “Süd vəzinin bədxassəli yenitörəməsi II mərhələ” diaqnozlu xəstəlik meyarların 14.7.1-14.7.2-ci bəndlərinin tələblərindən asılı olaraq, orqanizmin funksiyalarının həm 50, həm də 80 faiz pozulmasına görə əlilliyin təyininə əsasdır. Qeyd edilənlər nəzərə alınaraq, təkrar ekspertiza tədqiqatı zamanı ekspert qarşısında *******AAKDB nömrəli göndərişə əsasən iddiaçının əsas diaqnoz (C50) və ağırlaşmaları olan xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nın 14.7.1-ci, yoxsa 14.7.2-ci bəndində göstərilən hallarla müşahidə olunduğu ilə bağlı sual qoyulmalıdır. Həmçinin, işdən görünür ki, iddiaçıya ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək “Hipertoniya xəstəliyi IIb st.serebro-kardial forma tez-tez təkrarlanan hipertonik krizlərlə QDÇ II dərc. Taxisistolik forma səyirici aritmiya ÜİX bağlı olan diffuz ur. Astenonevrotik v-t.” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. *******AAKDB nömrəli göndərişdən göründüyü kimi, hazırda isə iddiaçının vəziyyəti daha da ağırlaşaraq, onda yuxarıda qeyd olunan xəstəlik davam etməklə yanaşı, əlavə onkoloji xəstəlik - C50 kodlu “Süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 II mərhələ, II KL.QR, sol süd vəzin sektoral rezeksiyası (16.08,2021), sol tərəfli radikal mastektomiya (##.##.2021). Histoloji: N B 385/2021- İnvaziv duktal karsinoma G II. (Şəki onkologiya) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50- 55%” xəstəliyi də yaranmışdır. İşdən görünür ki, cavabdehin özü tərəfindən iddiaçıya 2016-2021-ci illərdə müvafiq ürək xəstəlikləri ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinə və həmin xəstəliklərin hazırda onda aşkar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya ##.##.2022-ci il tarixdə əlillik təyin edilərkən həmin xəstəliklərin özünün orqanizmin funksiyalarının pozulması faizi nəzərə alınmamış, yalnız C50 kodlu əsas diaqnoz əsasında orqanizmin funksiyalarının 50-55% pozulmasına görə əlillik təyin edilmişdir. Bu baxımdan, təkrar ekspertiza tədqiqatı zamanı *******AAKDB nömrəli göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşmaları və digər yanaşı xəstəliklərə məcmu halda qiymət verilərək, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, yuxarıda sadalanan sənədlərin, məlumatların və halların araşdırılması üçün iş təkrar həmin məhkəməyə göndərilməlidir.
apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, E.M.Mehdiyev və M.A.Əsədli) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi araşdırmanın nəticəsi olaraq gəldiyi qənaətini aşağıdakı qaydada əsaslandırmışdır.
23. İşin məhkəmə araşdırması zamanı komission məhkəmə-tibbi ekspertizаsı təyin edilmiş və ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” ElmiTəcrübi vəTədris Birliyi ekspertlərinə həvalə edilmiş, ekspertiza iş üzrə əvvəllər ekspert rəyinin verilməsində iştirak etmiş, iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin eksperti X1 iştirakı olmadan keçirilməsi qərara alınmışdır.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ## ###### 2025-c il tarixli, T **/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki; 1966-cı il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - 1-9. Vətəndaş İddiaçı *******AAKDB saylı (Forma 88) göndərişində qeyd edilmiş “XBT 10 kodu ilə: Əsas xəstəlik: “C50-süd vəzisinin bədxassəli yenitörəməsi, sol süd vəzin xərçəngi T2N0M0 II mərhələ, II KL.QR sol süd vəzin sektoral rezeksiyası (##.##.2021) soltərəfli radikal mastektomiya (##.##.2021). HİSTOLOJİ: NB-# ##/2021- invaziv duktal karsinoma G II. (ŞƏKİ ONKOLOGİYA) İHK N645/21 ER++(6 BAL), PR++ (3 BAL), Kİ 67-50-55%. Ağırlaşma:M24.5-oynaqların kontrakturası, sol bazu oynağının dermoid kontrakturası, R53-əzginlik (süstlük) və yorğunluq, I97.2-postmastektomik limfatik ödem sindromu, sol yuxarı ətrafın əməliyyatdan sonrakı limfastazı. Yanaşı xəstəliklər: 125.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, kardioskleroz, 110- essensial [birincili] hipertenziya, arterial hipertenziya II dərəcə, əlavə risk qrupu III” xəstəliklərindən hazırda da əziyyət çəkir. Qeyd edilən diaqnozla əlaqədar ona Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7 bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə III dərəcə əlillik təyinatı düzgün olduğundan, hazırda gücləndirilməsinə heç bir əsas yoxdur.
25. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya ##.##.2009-cu il tarixindən ##.##.2015-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçıya ##.##.2015-ci il tarixdə müayinə olunaraq ona (TSEK arayışının nömrəsi 553654) ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin olunmuşdur. Növbəti müayinə nəticəsində iddiaçıya ##.##.2015-ci il tarixində ikinci dərəcəli əlillik təyin olunmuşdur. 44. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçının on il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olduğu öz təsdiqini tapmamışdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
27. İş üzrə keçirilmiş ekspert rəyi ilə də cavabdeh tərəfindən iddiaçıya “Əlilliyin müəyyən olunması” meyarlarının 2.3.7 bəndinə uyğun olaraq, 50-55% orqanizmin funksiyasının pozulması ilə beş il müddətinə III dərəcə əlillik təyinatı düzgün olduğu müəyyən edilmişdir.
28. Kollegiya qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ## ###### 2025-c il tarixli, T **/**** nömrəli və ## #### 2025-ci il tarixli, T 287/2025 ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, 2021-ci ilin noyabr ayında iddiaçının əlillik müddəti bitdikdən sonra barəsində təqdim edilən ## ##### 2022-ci il tarixli göndərişə baxan cavabdeh ## ##### 2022-ci il tarixdə əlillik təyin etməkdən imtina etmiş, imtinanın səbəbi kimi iddiaçının əvvəlki əlilliyinin fərqli diaqnoz əsasında təyin edildiyi qeyd edilmiş, iddiaçı cavabdehin ## ##### 2022-ci il tarixli imtina qərarı ilə bağlı mübahisə açmamışdır.
29. Bundan sonra iddiaçı barəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən ## ### 2022-ci il tarixli yeni göndəriş təqdim edilmişdir. Cavabdeh həmin göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə (II mərhələ bədxassəli şişlər (C00-C97) istinad edərək 5 il müddətinə 3-cü dərəcə əlillik təyin etmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehlərin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehlərin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
31. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
KASSASİYĂŞİKAYƏTİNİN̆VƏ̆ONĂQARŞĬETİRAZIN̆DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
32. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin, apellyasiya şikayətinin və daha əvvəlki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ̆EDİLƏN̆HÜQUQ
34. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarınădair"̆Əsasnamə:̆ Bənd 2. Əlilliyin müəyyən olunması meyarları ... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.2.14 lokalizasiyasından asılı olmayaraq, III - IV mərhələ bədxassəli şişlər- (C00- C97); ... Bənd 4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri ... 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəlĭQərarı̆ilə̆təsdiq̆edilmiş̆“Əlilliyin̆müəyyən̆olunması̆meyarları”:̆
Bənd 14.7. Süd vəzisinin bədxassəli yenitörəməsi C50 14.7.1 İ mərhələdə kəsilib götürülməsindən sonra 5 il ərzində orqanizmin funksiyalarının itirilməsi 30 %, 1 il müddətinə; 14.7.2 İ-II mərhələdə kəsilib götürülməsindən sonra 5 il ərzində orqanizmin funksiyalarının itirilməsi 50 %, 1 il müddətinə; 14.7.3 II-III mərhələdə kəsilib götürülməsindən sonra 5 il ərzində orqanizmin funksiyalarının itirilməsi 80 %, 2 il müddətinə; 14.7.4 Süd vəzi bədxassəli törəməsi ətraf orqanlara metastaz ilə IV mərhələdə orqanizmin funksiyalarının itirilməsi 81-100 %, müddətsiz əlillik təyin edilir. ... Bənd 2.2. Qanunun 29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
36. İnzibatĭProsessual̆Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYĂŞİKAYƏTİNİN̆MÜMKÜNLÜYÜ,̆KASSASİYĂBAXIŞININ̆HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYĂİNSTANSİYASĬMƏHKƏMƏSİNİN̆MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
42. Əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq təkrar araşdırma aparılmış, həmin araşdırmanın nəticəsi olaraq isə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin düzgün olması öz təsdiqini tapmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, məhkəmə kollegiyası yuxarıda adı çəkilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, apellyasiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARĂALDI: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.