Məhkəmə qərarları › İş №2-1(102)-3217/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3217/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3217/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: miras əmlakla bağlı arayışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: 17.12.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, İddiaçı və cavabdeh İdarənin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı miras əmlakla bağlı arayışın veril məsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, X7 yerləşən 1095a saylı bağ sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim.R.Kərimli; iş No 2-1(82)-16/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)1171/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarının ləğv olunması; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin edilməsi və bağ sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsi cavabdeh İdarənin üzə rinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin ed ilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, X1 və İstismarı Birliyi ilə bağlanmış «Bağın icarəyə verilməsi haqqında» 24966 saylı, 10 iyul 1993-cü il tarixli müqaviləyə əsasən Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1095a bağ sahəsi X2 icarəsinə verilmişdir Həmin şəxs 23.06.1997-ci il tarixində vəfat etmişdir. İddiaçının 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinə müraciəti əsasında, həmin Mərkəz tərəfindən cavabdeh İdarəyə ünvanlanmış 122 saylı, 15 dekabr 2015-ci il tarixli məktubla 16 iyun 1997-ci i l tarixdə vəfat etmiş Ç.Əliyevanın vərəsəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musəvi küçəsi, ev 18A-da qeydiyyatda olan qızı İddiaçı ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Kontorunda ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Mərhumdan qalan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha-dan ibarət bağ sahəsinə dair vərəsəlik işinin həlli ilə əlaqədar olaraq, həmin əmlakın Ç.Əliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi xahiş edilmişdir. Bundan başqa, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X7 yerləşən 1095a saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 05 yanvar 2016-cı il tarixli cavab məktubla Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən göstərilən bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi bildirilmiş, qeydiyyatın aparılmasından imtina edilmişdir. Apellyasiya instansiya məhkəməsinin 10 may 2019-cu il tarixli sorğusuna cavab vermiş cavabdeh İdarənin məktubuna görə, Bakı şəhər İcra Hakimiyyətinin 02.07.1993-cü il tarixli, 1328 nömrəli protokoluna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 1095a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə Ç.Əliyeva arasında bağlanmış 10.07.1993-cü il tarixli 24966 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Araşdırılan qərardan g öründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, əgər, cavabdeh İdarə özü mübahisəli bağ sahəsinin iddiaçının mərhum anasının icarəsində olmasını təsdiq edən müvafiq müqavilənin, həmin İdarənin arxivində olmasını rəsmi olaraq etiraf edirsə, onda onun, bu miras əmlaka vərəsəlik hüququnu rəmiləşdirmək üçün qanunla nəzərdə tutulmuş sənədin – arayışın iddiaçıya verilməsindən imtinası əsassız və qanunsuz olmuşdur. Ona görə də, iddia tələbi əsaslı və qanunidir, bu səbəbdən də təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Bel ə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, bin alar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haq qında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqlar ı faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar