Məhkəmə qərarları › İş №2-1(102)-3218/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3218/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3218/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə (üçüncü şəxslər Qaçqınların İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar söz: kompensasiya tutulması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Sücahət Heydərovanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə (üçüncü şəxslər Qaçqınların İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı tikilinin dövlət ehtiyaclarının üçün sökülməsi ilə əlaqədar və maddi ziyana görə kompensasiya ödənilməsitələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1636/2019 saylı iş üzrə 15.08.2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1951-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdehlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti və Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpağın alınması nəticəsində sökü lmüş evində yaşamaq və ondan istifadə etmək hüququnun itirilməsinə görə alınmanın təsirinə məruz qalan şəxs hesab olunmaqla məhv edilmiş əmlakı üçün: ümumi sahəsi 189 kv.metr olan dağıdılmış evi üçün hər kv.metr 1500 manat olmaqla cəmi 280000 manat, söküntü zamanı yararsız vəziyyətə salınmış elektrik avadanlıqları, əşyalar, kombi sistemi, su, elektrik və qaz xətləri, bütün mövsümi paltarları, çoxlu sayda meyvə ağacları (qiymətləndirilmə rəyi əlavə olunur) ümumi dəyəri, 30000 manat hesablanaraq kompensasiya şəklində ona ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1989-cu ildə ünvan 1 ünv anında boş torpaq sahəsində ümumi sahəsi 189 kv.metr olan 5 otaqlı ev (özbaşına tikili) inşa etmişdir. 1989-cu ildən bu ev onun yeganə yaşayış sahəsini təşkil edib. 2009-cu ildə yaşadığı ev Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ailəsinin yaşayış sahəsi kimi tanınaraq buna dair ünvan 2 ünvanı verilmiş, həmin ildə o və qızı Nigar evə qeydiyyata alınmışlar. Qızı Nigar məlum hadisələr nəticəsində qaçqın düşmüş uzaq qohumu ilə ailə qurduqdan sonra onun razılığı ilə həmin evdə yaşamışdır. 2013-2014-cü illərdə onlara da məlum olmuşdur ki, küçələrində yerləşən evlər plana düşüb söküləcəkdir. Lakin bu barədə ona hər hansı bir idarədən, orqandan xəbərdarlıq və ya məlumat verilməmişdir. May 2014-cü ildə onlar evdə olmadığı zaman Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları buldozerlə on un evini digər evlərlə birgə söküb dağıtmışdır. Məlumatlı olmadıqlarından evlərindən heç bir əşyanı çıxarmaq imkanları olmamış və bu səbəbdən evlərinin içərisində olan bütün əşyalar, avadanlıqlar, kombi sistemi, pal-paltarı və s. dağıntılar altında qalıb məhv olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkəti nəticəsində həm yaşayış sahəsindən, həm də bütün əmlaklarından məhrum olmuşdur. Ona nə kompensasiya ödənilmiş, nə də başqa yaşayış sahəsi təklif olunmamışdır. Ölkə Prezidentinin 2010-cu il tarixli fərmanı əsasında qəbul edilmiş “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qanuna müvafiq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 11.12.2012-ci il tarixli 544 saylı Sərəncamının 5-ci bəndinə əsasən o, torpağın alınmasına məruz qalan şəxs hesab olunur. Torpağın alınması ilə əlaqədər yeganə yaşayış sahəsini itirildiyindən ona kompensasiyanın ödənilməsini mütləq hesab edir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər siyahısından çıxarmışdır. Birinci instansiya məhkəməsinin 12.02.2019-cu il tarixli iş № 2-1(81)-420/2019, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın rədd edilməsini qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 15.08.2019-cu il tarixli iş № 2-1(103)-1636/2019 (hakimlər Vüsalə Baxışova sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xumar Mərdənova) qərarı ilə birinci instansiya məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi şikayətimin təmin etməməsi üçün absurd bir dəlil irəli sürmüşdür güya mübahisəli sahədə söküntü işləri Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə aparıldığından sökülmüş yaşayış evlərinin altında olan torpaq dövlət ehyiyacları üçün alınmayıb(?!). Belə olan halda,Bakı şəhər İcra Hakimiyyəti hansı əsasla sərəncam qəbul edi b dövlət fondundan pul vəsaiti çıxarıb söküntünü həyata keçirib,sökülmüş evlərin sakinlərinə kompensasiya ödəyib və nəhayyətki, sökülmüş evlərin altında olan torpaq sahəsi üzərində dövlət əhəmiyyətli məçid kompleksi inşa edib(???). Göstərilən işlər şəxsi təşəbbüs əsasında baş tutması mümkünsüz olsa belə məhkəmə əsassız olaraq bildirmişdir ki,AR “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”Qanunun hazırkı mübahisə üzrə tədbiq edilə bilməz.Qərarın növbəti dəlili kimi onun başqa yaşayış sahəsinin olunması göstərilmişdir. İş üzrə toplanmış sənədlərdə başqa yaşayış sahəsinin olmasını təsdiq edən sübut yoxdursa məhkəmə haradan və nədən bu halı müəyyən etməsi bəlli deyil. Onun və 3 övladının yeganə yaşayış sahəsi vəsaiti hesabına qurub düzəltdiyi sonradan sökülmüş tikili olub. Hal-hazır da da, pasport qeydiyyatı bu evin ünvan üzrə qalmaqda davam edir. Hal-hazırda o evsizlik səbəbindən başqasına məxsus evdə müvəqqəti yaşayır və onu tərk etməyə məcburdur. Məhkəməyə təqdim etdiyi foto şəkillərdə evinin dağıntıları arasında ev avadanlıqlarının məhv olması əks olunub. Amma, məhkəmə qərarında dağıdılan evdə əşyaların olmasının sübut edən dəlilin yoxluğunu göstərilib. Əlavə olaraq qərarda bildirilir ki, həmin əşya və avadanlıqları çıxarmağa imkanı olub amma, o bu fürsətdən istifadə etməmişdir. Bir sözlə apelyasiya instansiya məhkəməsi cavabdehə (Bakı şəhər İcra Hakimiyyətinin Departamentinə) “həmrəyliyini” göstərmək məqsədilə iddiasını rədd edilməsi üçün yuxarıda qeyd edilən bəhanə əsaslı dəlillər göstərməkdən çəkinməyib. Məhkəmə pozulmuş haqlı hüququnu tanımaqdan qərəzli şəki ldə vaz keçmişdir. Beləliklə, ailəsinin yeganə yaşayış sahəsi qismində özbaşına tikili olsa belə uzun illər mövcud olmasını, həmən tikilinin sxem-planını, bu evdə daimi yaşamağı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi rəsmi arayışlar verib təsdiq etmişdir. Həmçinin, “Torpaqların Dövlət ehtiyacları üçün alınması barədə” Azərbaycan Respublikasının 2010-cu Qanunu 7.3.4-ci maddəsinə əsasən yaşayış sahəsinin itirilməsi ilə əlaqədar torpağın alınmasına məruz qalmış şəxs hesab olunuram və bu əsasla kompensasiya tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 2-1(103)-1636/2019 saylı qərarının ləğv edilməsini, id dianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin t əmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edi lməli, apelyasiya instansiyası məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi b axılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 15 avqust 2019-cu il tarixli, 21(103)-1636/2019 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 12 fevral 2019-ci il tarixli, 2-1(81)-420/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, Mülki Məcəllənin 180.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual pozuntuya yol verilməmiş, mübahisə işin faktiki hallarına uyğun həll edilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının inzibati mübahisələr üzrə qəbul etdiyi qərarlarında aşağı instansiya məhkəmələrində inzibati mübahisələrə baxılarkən iş üzrə qanuni və əsaslı qərar çıxarılması üçün İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tətbiq edilməsinin çox böyük əhəmiyyət kəsb etdiyi dəfələrlə bildirilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcə llənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin yuxarıda göstərilmiş maddələrinin tələblərinə riayət etməmiş və bunun nəticəsində düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, İddiaçı istər məhkəməyə verdiyi iddia ərizəsində, istərsə də kasasiya şikayətində göstərmişdir ki, iddiaçı 1989-cu ildə ünvan 3 ünvanında boş torpaq sahəsində ümumi sahəsi 189 kvadrat metr olan 5 otaqlı ev (özbaşına tikili) inşa etmişdir. 1989-cu ildən bu ev onun yeganə yaşayış sahəsini təşkil edib. 2009-cu ildə yaşadığı ev Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ailəsinin yaşayış sahəsi kimi tanınaraq buna dair ünvan 4 ünvanı verilmiş, həmin ildə o və qızı Nigar evə qeydiyyata alınmışlar. Qızı Nigar məlum hadisələr nəticəsində qaçqın düşmüş uzaq qohumu ilə ailə qurduqdan sonra onun razılığı ilə həmin evdə yaşamışdır. İddiaçı cavabdehlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti və Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpağın alınması nəticəsində sökülmüş evində yaşamaq və ondan istifadə etmək hüququnun itirilməsinə görə alınmanın təsirinə məruz qalan şəxs hesab olunmaqla məhv edilmiş əmlakı üçün: ümumi sahəsi 189 kvadrat metr olan dağıdılmış evi üçün hər kvadrat metr 1500 manat olmaqla cəmi 280000 manat, söküntü zamanı yararsız vəziyyətə salınmış elektrik avadanlıqları, əşyalar, kombi sistemi, su, elektrik və qaz xətləri, bütün mövsümi paltarları, çoxlu sayda meyvə ağacları ümumi dəyəri, 30000 manat hesablanaraq kompensasiya şəklində ona ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər siyahısından çıxarmışdır. Bu arada məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarında özü göstərmişdir ki, «İş materiallarına əlavə edilmiş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallard an görünür ki, iddiaçının 26 may 2009-cu il tarixdən yaşayış yeri üzrə qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 5 ünvanında yerləşmiş özbaşına tikili “Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2012-ci il tarixli Sərəncamının və həmin Sərəncam əsasında verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 544 saylı 11 dekabr 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar 2014-cü ilin may ayında (Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsinin 17 dekabr 2014-cü il tarixli arayışına əsasən) sökülmüşdür. Beləliklə, iddiaçının və qızının rəsmi qeydiyyatda olduğu, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ailəsinin yaşayış sahəsi kimi tanınaraq buna dair ünvan 7 ünvanı verilmiş, özbaşına tikili də olsa, ev yuxarıda qeyd olunduğu kimi sökülmüşdür. Təbii ki, həmin ev yaşayış sahəsi olduğu üçün, iddiaçının da bildirməsinə görə evdə qaz, işıq, su xətləri olmuş, lakin apelyasiya instansiyası məhkəməsi işin sözügedən hallarını, yəni, qazın, suyun, işığın hansı sənədə əsasən çəkildiyini, onlardan istifadəyə görə aylıq haqqının müvafiq dövlət strukturlarına ödənilib-ödənilməməsini, özbaşına tikili olan evə görə hansısa səlahiyyətli orqana ödənişin həyata keçirilib-keçirilməməsini ümumiyyətlə araşdırmamış, iddiaçının və onun qızının həmin evdə hələ də rəsmi qeydiyyatda olduqlarını nəzərə almamışdır. Halbuki adıçəkilən halların olması İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyanın və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin çox sayda qərarlarının (məsələn X2r şı Avropa Məhkəməsinin Böyük Palatasının 30 noyabr 2004-cü il tarixli, 48939/99 saylı Qərarı) mənasına görə özbaşına tikili də olsa, evə münasibətdə əmlak hüququnun mövcud olması anlamına gəlir. Lakin yuxarıda artıq qeyd olunduğu kimi, sözügedən məsələlər apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırmamış və nəticə etibarı ilə onlara hüquqi qiymət verilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosess ual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 21(103)-1636/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar