Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3218/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının əmək fəaliyyəti ilə bağlı alınan əməkhaqqının orta aylıq məbləğindən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2025-ci il tarixli, 21(103)-1623/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur.
2. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən, vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən, dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddiaçı vergi orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar ona 16 may 2024-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 2 ay 17 gün qulluq illərinə uyğun olaraq, vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının - 1528,48 manatın (son 24 ay ərzində ödənilmiş 104716,90 manatdan 60165,50 manat büdcədənk ənar ödənilmiş vəsait, həmçinin büdcədən ödənilmiş son haqq-hesab (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) məbləğinin son 24 ay üzrə ödənilməyən 7868,00 manat hissəsi çıxıldıqdan sonra qalan pul vəsaitinin (36683,40 manat) 24-ə olan nisbəti) 80 faizi - 1222,78 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyası hesablanarkən nəzərə alınmamış 7868,0 manat kompensasiya məbləğinin nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanaraq artırılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə həmin məzmunda icraata qəbul edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən ona dövlət qulluqçusu kimi yaşa görə 1222,78 manat əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda, onun əvvəlki illərdə istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş 7868,00 manat kompensasiyanın məbləği nəzərə alınmamışdır. Belə ki, əvvəlki illər də daxil olmaqla istifadə olunmayan məzuniyyətə görə son 24 ay ərzində hesablanmış və büdcə vəsaiti hesabına ödənilmiş kompensasiyanın məbləği 10565,60 manat olmuş və bu vəsaitdən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin mühasibatlığı t ərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir. Cavabdeh tərəfindən pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə son 24 ay ərzində ödənilmiş 10565,60 manat miqdarında kompensasiya məbləği deyil, son 24 aya aid ödənilmiş 2697,60 manat kompensasiyanın məbləği əsas götürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixl i 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin Qaydaların 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Qaydaların digər 9cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaq la) də nəzərə alınır. Qanunvericilikdən göründüyü kimi, pensiya təyinatı ilə əlaqədar dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı dövlət qulluqçusunun son 24 aya aid aldığı dövlət məvacibindən deyil, son 24 ay ərzində aldığı dövlət məvacibindən hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericilik nəzərə alınmaqla dövlət məvacibinin orta aylıq məbləğinin hesablanması zamanı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın məbləği son 24 aya aid ödənilmiş 2697,60 manat məbləğ deyil, son 24 ay ərzində ödənilmiş 10565,60 manat götürülməlidir. O, cavabdehə müraciət edərək, 7868,00 manat kompensasiya fərqi nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış 02 avqust 2024-cü il tarixli cavab məktubla onun müraciətini təm in etməmiş və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edildiyini bildirməklə kifayətlənmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və cavabdehin üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır.
5. Cavabdehin iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın məbləği ümumilikdə 10565,60 manat olsa da, bu kompensasiya məbləğinin 7686 manatı son 24 aya aid olmamış, əvvəlki dövrlər üzrə istifadə olunmamış əmək mə zuniyyətinə görə kompensasiya məbləği olmuşdur: 10565,60-2697,60=7686 manat. Odur ki, sözügedən 7686 manat iddiaçının qulluq keçdiyi orqanda son 24 aya dair orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alına bilməz. Həmçinin, iddiaçının əmək pensiyasının məbləği müəyyən edilərkən də istifadə oluna bilməzdi.
6. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) 09 dekabr 2024-cü il tarixli, 21(112)-12759/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istifadə edilməmiş məzuniyyətə görə məbləğin bir qismi, 2697,60 manat kompensasiya məbləği iddiaçının dövlət orqanında qulluğun son 24 ayı dövlət məvacibinin orta aylıq məbləği ilə əlaqədar olsa da, iddiaçının nəzərə alınmasını tələb etdiyi digər hissə olan 7868,00 hissə həmin son 24 aylıq dövrə aid olmamış, həmin dövrə aid olmayan ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiya olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 ay ərzindəki əmək fəaliyyəti ilə bağlı olmadığından, son 24 ayı əhatə edən əməkhaqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, göstərilən məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi xx.xx.2024-cü ilə qədər son 24 ay üzrə əməkhaqqının tərkibinə daxil olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyas ına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən hesablanır. 10565,60 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin bir qismi isə adıçəkilən son 24 aya aid olmaqla pensiya təyinatı zamanı nəzərə alınsa da, 7868,00 manat məbləğ qanuni və əsaslı olaraq son 24 aya aid olmadığından əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 11 iyun 2025-ci il tarixli, 2-1(103)-1623/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayəti və sonradan təqdim edilmiş kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, Ali Məhkəmə oxşar işlər üzrə qəbul etdiyi qərarlarda da oxşar kompensasiyaların pensiya hesablanmasında nəzərə alınması qanunauyğun hesab edilmişdir (2-1(102)-1208/2022 nömrəli qərar). Eyni xarakte rli məsələ üzrə fərqli hüquqi yanaşma mövcuddur. Əvvəlki Ali Məhkəmə qərarında istifadə olunmamış məzuniyyətə görə ödənilmiş vəsait nəzərə alınıb (2-1(102)-1838/2023 nömrəli qərar). Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(102)-1032/17 nömrəli qərarında ödənişin illərə ayrılmasının mümkün olmadığı və ödəniş edildiyi dövrdə gəlir kimi tanınması göstərilir. Həmin qərar əvvəlki illərin istifadə edilməmiş məzuniyyətinə görə ödənilmiş kompensasiya nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından bəhs etməklə iddiaçının xeyrinə qəbul edilmişdir. Bundan başqa, kompensasiyanın illər üzrə ayrı-ayrılıqda hesablanmasının mümkünsüzlüyü barədə Ali Məhkəmənin xx.xx.2023cü il tarixli, 2-1(102)-2222/2023 nömrəli qərarı da mövcuddur.
13. Apellyasiya instansiyası məhkəməsi “kompensasiya əvvəlki illərə aiddir” arqumentinə istinad etsə də, Əmək Məcəlləsinin 140-cı maddəsinə görə, istifadə olunmamış məzuniyyətin pul əvəzi işçiyə ödənildiyi andakı orta aylıq maaşdan hesablanır və bu, son 24 ayın əməkhaqqı gəlirlərinə aid edilir. Əmək Məcəlləsinin qeyd olunan maddəsinin tələbindən görünür ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya illər üzrə ayrılıqda hesablanmır. Müəyyən edilmiş bir günlük əməkhaqqının məbləğini məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla hesablanır. Bu səbəbdən də, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi məbləğinin illər üzrə ayrıca hesablanması tələbi də əsassızdır. Bu vəsait işçinin işdən azad olunduğu ay üzrə şəxsi hesab vərəqəsində əks etdirilir. Mühasibat uçotu baxımından, kompensasiyanın illər üzrə bö lünüb əvvəlki illərin şəxsi hesab vərəqəsində işlənilməsi mümkünsüzdür. Məlumat üçün bildirilir ki, kompensasiyanın cəmindən gəlir vergisi tutulmuş, həmçinin bu məbləğ məcburi dövlət sosial sığortasına cəlb edilərək aidiyyəti üzrə ödənilmişdir.
14. Kompensasiya hesabına verilən ödənişlər (“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmədiyindən) məcburi dövlət sosial sığortasına cəlb edildiyi təqdirdə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyası hesablanarkən nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır.
15. Əgər işçi əmək məzuniyyətinə buraxılmayıbsa, bu, işçinin təqsiri deyil. Məzuniyyət hüquqlarına nəzarət həm işəgötürən dövlət orqanı, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (bu vəzifəni X1 həyata keçirir) həyata keçirməlidir. Dövlət orqanı işçini vaxtında məzuniyyətə buraxmayıb. Nəticədə, əvvəlki illərə aid 7686 manat məbləğində kompensasiya, işçi işdən azad olarkən son haqq-hesab zamanı, yəni “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə uyğun son 24 ay ərzində həm hesablanıb, həm də DSMF-yə ödəniş edilmişdir. Bu, o deməkdir ki, bu 7686 manat vəsait 2024-cü ilin may ayı üzrə sığortalanan gəlir sayılır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qul luğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla).... 20.11. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıc ıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir....
18. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
177. Orta əmək haqqı və onun hesablanması qaydası
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikası nın İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikay ətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə t ələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaq la onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
26. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə a lmaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə dair əlavə olaraq aşağıdakıları qeyd edir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-659/2023 nömrəli qərarda qeyd olunmuşdur ki: “37. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2002-ci ilədək olan dövrə aiddir, qulluğun son 24 ayının ə məkhaqqına və digər əlavələrə aid deyil. Qanunvericilik isə prokurorluq orqanlarında qulluğun son 24 ayı ərzində alınan bütün əməkhaqqının, kompensasiyanın və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əməkhaqqının orta aylıq məbləğindən pensiyanın hesablanmasını nəzərdə tutmuşdur.
38. Bu səbəbdən də ödənilməmiş əmək məzuniyyətinə görə iddiaçıya ödənilmiş kompensasiya onun son 24 aydakı əmək fəaliyyəti ilə bağlı olmadığından son 24 ayı əhatə edən əməkhaqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2018-2020-cü illə ri əhatə edən əməkhaqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən hesablanır....
40. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 177-ci maddəsində orta əməkhaqqına anlayış verilmiş, pensiya qanunvericiliyində pensiyanın orta əməkhaqqına əsasən hesablanması nəzərdə tutulmamışdır. Digər tərəfdən, Əmək Məcəlləsinin 177-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, orta əməkhaqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Lakin hazırkı işdə Əm ək Məcəlləsinin sadalanan maddələrində nəzərdə tutulmuş hallar mövcud olmamışdır.”
29. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(102)-1208/2022 nömrəli qərarda qeyd olunmuşdur ki: “25. Belə olan halda, iş üzrə araşdırılmalı və müəyyən edilməli məsələ iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə verilən 10414 manat 22 qəpik pul məbləğinin hansı illərin məzuniyyəti ilə bağlı ödənilməsidir. Belə ki, iddiaçının pensiyaya çıxmadan əvvəl işlədiyi son 24 ay ərzində istifadə edilməyən məzuniyyətinə görə verilmiş pul məbləği pensiyanın yenidən hesablanmasında nəzərə alınmalıdır....”
30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq po zuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2025-ci il tarixli, 21(103)-1623/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.