Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-322/2017 07.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-322/2017) Bakı şəhəri 07 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı və vəkili X5, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehna (bundan sonra cavabdeh) qarşı “iddiaçının vəkillik fəaliyyətinə xitam verilməsi və onun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsinə dair Vəkillər Kollegiyası Rəyasət Heyətinin 03.07.2015-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1938/16 saylı, 06 sentyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, 240 saat müddətində ictimai işlər cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.04.2015-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Rəyasət Heyətinin 03 iyul 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəm əsinin 15.04.2015-ci il tarixli qərarı nəzərə alınaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən Zərdab rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı 03.07.2015-ci il tarixdən Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi, vəkillik fəaliyyətinə xitam verilməsi qərara alınmışdır. İddiaçı 11 avqust 2015-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vəkillik fəaliyyətinə xitam verilməsi və onun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsinə dair Vəkillər Kollegiyası Rəyasət Heyətinin 03.07.2015-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən Vəkillər Kollegi yasının üzvüdür və fərdi qaydada fəaliyyət göstərən vəkildir. Həbsdə saxlanılan Leyla Yunusovanın hüquqlarının müdafiəçisi olmuşdur. Leyla Yunusova ilə bağlı 16 sentyabr 2014-cü il tarixdə “Facebook” sosial şəbəkəsində məlumat yaymış, həmin məlumata istinadən “Azadlıq” qəzetinin 17 sentyabr 2014-cü il tarixli sayında yazı dərc etmiş və həmin yazıya görə o, Yasamal Rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli hökmü ilə 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Vəkillər X1 03 iyul 2015-ci il tarixli qərarı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmiş və vəkillik fəaliyyətinə xitam verilmişdir. İddiaçı hesab edir k i, qərar qanunsuz və əsassızdır. Maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, böyük ictimai təhlükə törətməyən, yaxud az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslərin vəkillik fəaliyyəti ilə məşğul olmasında qanuni məhdudiyyət yoxdur. Həmin münasibətdə o, ayrı-seçkiliyə məruz qalmış, həm daxili qanunvericilik aktları, həm də Avropa Konvensiyası ilə təminat verilən hüquqları pozulmuşdur. Vəkillər Kollegiyasının məhkum olunmuş, azadlıqdan məhrum etmə cəzası çəkmiş üzvləri bu gün də vəkillik fəaliyyəti ilə məşğuldurlar. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 148, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6, 10, 13, 14, 18, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16, 18, 22, “Vəkillərin davra nış qaydaları haqqında Əsasnamə”nin 4, 5, 6, 8-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-2324/2016 saylı iş) 15 iyul 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş üzrə mübahisələndirilən qərarın qanuni və əsaslı qəbul olunduğu, onun ləğv edilməsi üçün əsasın olmadığı, bununla da, iddia tələbinin əsassız olduğu müəyyən edildiyindən iddia rədd edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7-məruzəçi, X8 və X9, 2-1(103)-1938/16 saylı iş) 06 sentyabr 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 04 oktyabr 2016-cı il tarixdə qərarın surətini almış, 04 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 03.07.2015-ci ildə Vəkillər Kollegiyasının Rəyasət Heyəti iddiaçını Vəkillər Kollegiyasının üzvlüyündən xaric edərək vəkillik fəaliyyətinə xitam vermişdir. Qərar qəbul edilərkən iddiaçıdan hər hansı izahat alınmamış və ümumiyyətlə o, barəsində aparılan müzakirələr haqqında xəbərdar edilməmişdir. Qərarın surəti ona göndərilmədiyinə görə, 10.07.2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət edib, bundan sonra, qərarın surəti Vəkillər Kollegiyasının 16 iyul 2015-ci il tarixli məktubu ilə on a göndərilmişdir. İddiaçı barəsində qərar Rəyasət Heyətinin hər hansı iclası keçirilmədən qəbul edilmişdir. Cavabdeh tərəf isə iddia edir ki, Rəyasət Heyətinin 12 üzvündən biri Muxtar Mustafayev istisna olmaqla, digər 11-nin iştirakı ilə iddiaçının işinə baxıb, qərar yekdilliklə səsvermə yolu ilə qəbul edilib. Həmin 11 nəfər Rəyasət Heyəti üzvündən bir nəfər olan X11 qəzetinə verdiyi açıqlamada bildirir ki, “Mən İddiaçıla bağlı keçirilən iclasda iştirak etməmişəm. Ona görə də orada nə baş verdiyindən məlumatsızam”. Bundan başqa şəxsin vəkil kimi fəaliyyətini davam etdirməsini mümkün etməyən hallar mövcud olduqda, Vəkillər Kollegiyasının Rəyasət Heyəti öz qərarı ilə vəkilin fəaliyyətinə xitam verə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin 2 -ci bəndinə əsasən, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin fəaliyyətinə xitam verilə bilər. Qeyd olunan maddədə sadalanan vəkillik fəaliyyətinə xitam vermənin əsasları vəkilin vəkil kimi fəaliyyətini istisna edən hallardır. Həmin Qanunun 8-ci maddəsində vəkil ola bilmək üçün nəzərdə tutulan şərtlər sadalanıb, Belə ki, “... qəsdən az ağır, ağır, və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.” Hesab edir ki, qanunun 8-ci maddəsinin ikinci hissəsinin müddəası ilə 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndi arasında uyğunsuzluq vardır. Həmin Qanunun 23-cü maddəsinin 1-ci hissə sinin 2-ci bəndində Vəkillər X1 diskresion səlahiyyətləri nəzərdə tutulmuşdur. Vəkillər kollegiyasının Rəyasət Heyəti diskresion səlahiyyətlərə əsasən iddiaçı barəsində qərar qəbul etsə də, əsaslandırmamışdır ki, hansı səbəblərdən iddiaçının məhkum edilməsi onun vəkillik fəaliyyəti ilə məşğul olmasını istisna edir. İddiaçının vəkillik fəaliyyətinə xitam verilməsi onun şəxsi və peşəkar həyatına müdaxilə təşkil edir. İddiaçının qeyd olunan hüquqlarına bu müdaxilə qanuni məqsəd daşımır, qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri deyil. İddiaçının vəkillik fəaliyyətinə xitam verilməsi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə uyğun deyil. Rəyasət Heyətinin 03 iyul 2015-ci il tarixli qərarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli hökmü ilə iddiaçının ifadə azadlığına edilmiş müdaxilənin davamıdır. Bu qərar iddiaçının Konvensiyanın 10-cu maddəsində təsbit edilmiş hüquqlarına müdaxilədir. İddiaçı birinci instansiya məhkəməsində iddiasının araşdırılması üçün vəsatətlər təqdim etmişdir, hansı ki, həmin vəsatətlər olmadan iddianın araşdırılması mümkün deyildi. Məhkəmə bütün vəsatətləri rədd etməklə, ümumiyyətlə, iddianı araşdırmaq niyyətində olmadığını nümayiş etdirdi. Bu hal Konvensiyanın 13-cü maddəsinin pozuntusudur. İddiaçıya qədər bir çox vəkillər hətta daha ağır cinayətlərə görə məhkum edilmişlər. Lakin iddiaçı kimi heç bir vəkil bu əsaslarla vəkillik fəaliyyətinə xitam verilməmişdir. Cavabdeh əsaslandırmamışdır ki, iddiaçının işinin digər məhkum edilmiş vəkillərin işindən fərqli tərəflə ri hansılardır. Bu hal Konvensiyanın 14-cü maddəsinin pozuntusudur. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili məhkəmə kollegiyasına kassasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının vəkillik fəaliyyətindən xaric edilməsi əsaslandırılmışdır. Belə ki, onun barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü vardır. Vəkillər Kollegiyasının 03.07.2015-ci il tarixli qərarı “Vəkilər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsi nəzərə alınaraq həmin hökmün qanuni qüvvəyə minm əsindən sonra qəbul edilmişdir. Vəkillər Kollegiyası kollegial orqandır. Rəyasət Heyətinin üzvlərinin ümumi yığıncağı əsasında seçilir və müstəqil qərar qəbul edə bilər. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı vəkil kimi fəaliyyət göstərdiyi dövrdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tar ixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum olunmuş və 15 aprel 2015-ci ildə hökm qanuni qüvvəsini almışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin İ hissəsinin üçüncü abzasına (qərarda mətndə bəzi yerlərdə ikinci bənd kimi də işlənmişdir) görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü...olduqda, vəkilin fəaliyyətinə xitam verilə bilər. Cavabdeh iddiaçı barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə və qanunvericiliyin qeyd edilən müddəasına istinad edərək 03 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçını 03.07.2015-ci il tarixdən Vəkillər Kollegiyası üzvlüyündən xaric etmiş, onun vəkillik fəaliyyətinə xitam vermişdir. Kassasiya şikayətinin dəlilinə görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin İ hissəsi cavabdehə diskresion səlahiyyət verməsinə baxmayaraq, cavabdeh onun barəsində qərar qəbul etsə də, iddiaçının məhkum edilməsinin onun vəkillik fəaliyyəti ilə məşğul olmasını istisna etməsini əsaslandırmamışdır. Cavabdeh şikayətin dəlilini qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçının vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmuş, mübahisə olunan qərarın iddiaçının açıqladığı hər hansı fikirlərlə, eləcə də icraatında olmuş işlərlə əlaqəsi olmamışdır. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, bəhs edilənlər nəzərə alınaraq cavabdeh diskresion səlahiyyətindən istifadə edərək əsaslandırılmış qərar qəbul edilmişdir. Cavabdeh diskresion səlahiyyət əsasında qərar qəbul etdiyindən İnziba ti Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul etmək səlahiyyətində olmamışdır. “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 7.1-ci maddəsinə görə, vəkil Azərbaycan Respublikasının, vəkil qurumunun və vəkillik fəaliyyətinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Həmin Əsasnamənin 8.2-ci maddəsinə əsasən, vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında” 2006-cı ilin 25 noyabr tarixdə qəbul edilmiş Xartiyada hüquq peşəsinin nüfuzu, fərdi vəkilin düzgünlüyü və müsbət reputasiyası prinsipi nəzərdə tutulmuşdur. Müştərilərin, üçüncü şəxslərin, m əhkəmələrin və dövlətin etimadını qazanmaq üçün vəkil bu etimada layiq olmalıdır. Vəkil özünün və peşəsinin reputasiyasını ləkələyəcək, habelə bu peşəyə ictimai inamı azaldacaq hərəkətlərdən uzaq olmalıdır. Sadalananlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının böhtan cinayətini, öz peşə fəaliyyətinin həyata keçirməsi ilə bağlı törətməsi nəzərə alınarsa, cavabdehin diskresion səlahiyyətindən istifadə edərək, yetərsay əldə etməklə, bu cinayət faktının vəkillik peşəsinin nüfuzuna zərər vurma və peşəkar etimadı itirməyə səbəb olması barədə gəldiyi nəticənin əsassız olmaması barədə mövqeyini haqlı sayır. İddiaçı şikayətində vəkillik fəaliyyətinə xitam verilməsini “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq ola raq 8 və 10-cu maddələrində nəzərdə tutulan şəxsi həyatına müdaxilə və ifadə etmək azadlığının pozuntusu kimi qiymətləndirmişdir. İddiaçı haqqında olan hökmdən görünür ki, xüsusi ittihamçı N.M.Hüseynovanın şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atdığına görə məhkum olunmuşdur. Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir... İddiaçının vəkillik fəaliyyətinə xitam ver ilməsi barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökmün çıxarılması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin V hissəsinə görə məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İddiaçının məhkum olunmasına dair məhkəmə hökmü olduğundan onun Konvensiyanın 8 və 10-cu maddələrinin pozuntusu olması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Konvensiyanın 13-cü maddəsinə istinad edərək səmərəli hüquqi müdafiə vasitələri hüququnun pozulmasını bəyan edən iddiaçının şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 12 və 48.1-ci maddələrinin tələblərinə əməl edərək işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izah atların təqdim olunmasına yardım göstərmiş, iddiaçı və nümayəndəsinin vəsatətləri məhkəmə tərəfindən müzakirə edilərək qiymətləndirilmiş, cavabdehin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı sənədlər işə əlavə edilmişdir. Vəkillər Kollegiyasının üzvü olan vəkillərin məhkum olunduqdan sonra onların fəaliyyətinə xitam verilməməsi iddiaçının Konvensiyanın 14-cü maddəsi ilə təsbit edilmiş ayrı-seçkiliyə məruz qalması barədə şikayətin dəlilini də məhkəmə kollegiyası əsaslı saymır. İddiaçının istinad etdiyi vəkil K.R.Nəsibovun barəsində olan sənədlərdən görünür ki, o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 may 2015-ci ildə qanuni qüvvəsini almış 02 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə cərimə cəzasına məhkum edilmişd ir. K.R.Məcidov Cavabdeh Rəyasət Heyətinin 26 may 2015-ci il tarixli iclas protokolundan çıxarışla ərizəsinə əsasən həmin tarixdən Vəkillər Kollegiyası Rəyasət Heyəti üzvlüyündən xaric edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (Qanunun 12.2-ci maddəsi). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (Qanunun 12.3-cü maddəsi). Bərabərlik prinsipi hüquq və azadlıqların eyni qaydalar əsasında həyata keçirilməsini, hüquqi imkanların bərabərliyini ifadə edir. Bu o deməkdir ki, qanunlar sosial mənşəyindən, əmlak vəziyyətindən, dinindən, irqindən, cinsindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq şəxslər barəsində eyni əsaslarla tətbiq olunur; qanunları pozduğuna görə tutduğu vəzifəsindən və ya qulluq mövqeyindən asılı olmayaraq hamı məsuliyyət daşıyır. İddiaçı digər məhkum edilmiş vəkillə eyni vəziyyətdə olmasını bildirsə də, bu işdə olan sənədlərlə təsdiq olunmur. İddiaçıya aid işin faktiki halları K.T.Məcidovla eyni olmadığından və K.R.Məcidovdan fərqli mühüm faktiki hallara malik olduğundan onun ayrı-seçkiliyə məruz qalması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin İİ hissəsinə əsasən, vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Həmin Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, Vəkil lər Kollegiyasının Rəyasət Heyəti bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir. Həmin Qanunun 11-ci maddəsinin 5-ci hissəsinə əsasən, üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. Rəyasət Heyətinin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən və ümumi yığıncaqlar (konfranslar) arasındakı dövrdə Vəkillər Kollegiyasına ümumi rəhbərliyi həyata keçirən kollegial orqandır. Vəkillər X1 üzvləri ümumi yığıncaq tərəfindən seçilir, Rəyasət Heyətinin iclaslarında müzak irə edilən məsələlərə dair Rəyasət Heyətinin hər bir üzvü öz mülahizəsinə və iradəsinə uyğun olaraq müstəqil şəkildə münasibət bildirir. “İnzibati icraat haqqında” Qanunun 53.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir (55.2-ci maddə). Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır (55.3-cü maddə). Qanunun 56.1-ci maddəsinə görə kollegial inzibati orqa nın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. İddiaçı barədə qərar kollegial qaydada qəbul edildiyindən iclasda kvorum olmuş, iclasda iştirak edən üzvlər qərarın lehinə səs vermiş, bu barədə protokol tərtib edilmiş, müzakirənin predmeti və qəbul edilmiş qərar protokolda əks etdirilmiş, protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İİ hissəsi ilə 23-cü maddənin İ hissəsinin üçüncü abzası arasında uyğunsuzluq olması barədə şikayətin dəlilləri də əsaslı sayıla bilməz. Qanunun 8-ci maddəsinin İİ hissəsinə görə...qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər. Qanunun 23-cü maddəsinin İ hissəsinin üçüncü abzasına əsasən, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin fəaliyyətinə xitam verilə bilər. Qanunun 8-ci maddəsinin İİ hissəsi vəkillik fəaliyyəti göstərən şəxslərin intizam məsuliyyəti və ya vəkillik fəaliyyətinə xitam verilməsi barədə münasibətləri tənzim edən norma olmamaqla, vəkillik fəaliyyətinə qəbul edilmə şərtlərini özündə ehtiva edən normadır, 23-cü maddənin İ hissəsinin üçüncü abzası isə fəaliyyətdə ol an vəkillərə şamil oluna bilər. Mümkündür ki, iddiaçının istinad etdiyi Qanunun 8-ci maddəsinin İİ hissəsindəki hallar sonradan məlum olsun, bu halda yenə Qanunun 23-cü maddəsinin İ hissəsinin üçüncü abzası tətbiq olunacaqdır. Hər bir halda qanunverici 23-cü maddənin İ hissəsi ilə vəkillik fəaliyyətinə xitam verilməsini diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydasında müəyyən etdiyindən bəhs edilən normalar arasında ziddiyyət olması istisna edilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilərək iddiaçı barəsində inzibati aktın qanuna zidd olması və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması təsdiq olunmadığından kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bəhs olunanlara əsasən kassasiya şika yətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1938/2016 saylı, 06 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-322/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-322/2017
07.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver